Qoynuna dönürük, Şuşa, Cıdır düzü, Topxana...

 

Şuşa! Yaradıldığı, bünövrəsi qoyulub tikildiyi gündən dillər əzbəri olan, şan-şöhrəti dünyaya yayılan, misli bərabəri olmayan gözəl şəhərimizin adını çəkəndə qulaqlarımıza dahi bəstəkarımız Üzeyir Hacıbəylinin bəstələdiyi bir-birindən gözəl musiqilərin səsi gəlir. Şuşa deyəndə yaddaşımızda Bülbülün bənzərsiz avazı, Cabbar Qaryağdıoğlunun, Xan Şuşinskinin zəngulələri ruhumuza sığal çəkir.

Uzun illər idi ki, Qarabağın qızıl üzüyünün lacivərd qaşı olan gözəl Şuşamızın adını dilimizə gətirəndə ürəyimizi kədər, gözlərimizi yaş, könlümüzü qatı duman bürüyürdü. İyirmi səkkiz ildən çox Şuşaya gedən yolları erməni qəsbkarları üzümüzə bağlamışdılar. İşğalda qalması kiçikdən-böyüyə hamımızı kədərləndirirdi. Çünki bizim səsimizi eşitmir, nəfəsimizi duymurdu doğma Şuşa. 1992-ci il mayın 8-dən doğma şəhərimizin həsrətini çəkə-çəkə qalmışdıq. Bu həsrətin, bu intizarın bitəcəyini həsrətlə gözləyirdik. Ötüb arxada qalan illərin bir günü bizə ay, il kimi gəlirdi. Vaxt keçmirdi, sanki zaman yorulub ayağını saxlayır, addımını atmırdı. Şuşasız qaldığımız günlərdə də biz bu qədim şəhərimizi unutmur, hər an onu xatırlayırdıq. Şuşanın gözəlliyini, bənzərsizliyini vəsf edən mahnılara qulaq asa-asa içdən-içə qisas hissi ilə alovlanırdıq.

Şuşa bizim and yerimiz, güman yerimiz idi. İllərdi insanlar Qarabağ, Şuşa nisgili ilə yaşayırdılar. Bu nisgilin, bu dərdin əhatə dairəsi genişləndikcə sanki Şuşa da təsəvvürümüzdə böyüyüb gözəlləşirdi.

Özlərini şəhərimizə sahib çıxmış kimi aparan erməni vandalları buradakı tarixi abidələrimizi dağıdıb yerlə-yeksan edirdilər. Bu yerlərin tarixini saxtalaşdırır, dini abidələrə müxtəlif donlar geydirib, formalar verib özününküləşdirməyə çalışırdılar.

Göylərə baş çəkən dağların əyninə biçilmiş yaşıl meşələri qırıb mebel materialları kimi xarici ölkələrə satırdılar.

Hər il Şuşanın işğal günlərini ürək ağrısı ilə, göz yaşı ilə qeyd edirdik. Tədbirlərdə şuşalı günlərimiz yaddaşımızda yenidən canlanır, ötən illərin xatirələri ard-arda sıralanıb dilə gəlirdi. Həsrət yüklü xatirələr birləşib qoşalaşaraq ömrün arxada qalan illərinə bağlanırdı. Xatirələr qanadlanıb ömrün yaşanıb arxada qalmış illərinə baş vururdu. Günlərin birində Şuşanın işğaldan azad edilməsini, həsrətə son qoyulmasını arzulayırdıq. O müqəddəs günü hamımız intizarla gözləyirdik. Uzun illər idi ki, ağıllarda saysız-hesabsız suallar dolaşırdı bütün sualların da əvvəlində vaxtkəlməsi dayanırdı: " vaxt Şuşanı azad edəcəyik, vaxt Şuşaya qayıdacağıq, vaxt düşməni Şuşadan qovacağıq?.." Ürəyində Vətən eşqi aşıb-daşan insanlar bu suala cavab axtarırdılar. İllər isə bu suallara məhəl qoymadan, əhəmiyyət vermədən ötüb keçirdi.

Bu həsrət dolu günlərdə yaxşı bilirdik ki, Şuşanı azad edəcək qüvvə Ali Baş Komandanın xüsusi diqqət qayğısı ilə əhatələnmiş, gündən-günə gücünü, qüdrətini artıran Azərbaycan Ordusudur. Xalq ümidini getdikcə qüdrətlənən ordusuna, döyüş təcrübəsini artıran əsgərinə bağlamışdı. Ordumuz mütləq xalqın inamını doğrultmalı, düşməni torpaqlarımızdan qovmalı, günlərin birində Şuşa həsrətinə son qoymalıydı.

Qəhrəmanlıq tariximizə böyük hərflərlə yazılmış 2016-cı ilin Aprel döyüşləri ordumuzun güclü qüdrətli, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olduğunu göstərdi. Həmin günlərdə böyük strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyi işğalçılardan azad edilmişdi. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinləri doğma ocaqlarına qayıtmaq imkanı qazanmışdı. Cocuq Mərcanlıdan, Lələtəpədən başlanan döyüş yolu Şuşada tamamlanmalıydı. Yol yarımçıq qala bilməzdi. Tamamlandı da!

2020-ci il sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarında qüdrətli Azərbaycan Ordusunun zabit əsgərləri döyüşlərdə böyük hünər rəşadət göstərərək düşməni məğlubiyyətə uğratdılar, şəhər kəndlərimizi qəsbkarlardan azad etdilər. Bu gün üçrəngli bayrağımız Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Laçında, Kəlbəcərdə Şuşada qürurla dalğalanır. Vətən müharibəsinin 42-ci günü eşitdiyimiz möhtəşəm xəbərdən ürəyimiz açıldı, könlümüz telləndi, qəlbimiz şadlandı, gözlərimiz nəmləndi, baxışlarımızda sevinc elə parladı ki, sanki buludlar toqquşdu, ildırımlar çaxdı, göy guruldadı.

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev növbəti dəfə xalqa müraciət edərək bildirdi ki, müzəffər Azərbaycan Ordusu Qarabağın tacı, musiqi beşiyimiz olan qədim doğma şəhərimizi, Şuşamızı erməni işğalçılarından azad edib.

Ali Baş Komandanın verdiyi şad xəbərin sevincini bir-biri ilə bölüşmək üçün xalq küçələrə axışdı. Hamı əlində bayraqlar küçə boyu addımladı, Ali Baş Komandanı, Azərbaycan Ordusunu böyük fərəhlə alqışladı. Alqış-alqışa, sevinc-sevincə qarışmışdı. İllərdən bəri bu xoş xəbəri gözləyən xalq sevinc içindəydi. Küçəyə çıxanların arasında bir əlində əsa, bir əlində bayrağımızı tutmuş bir qoca da, əyləşdiyi əlil arabasından Azərbaycanın Türkiyənin bayraqlarını asmış  orta yaşlı bir insan da, körpələr belə Şəhidlər xiyabanına tələsirdilər. Hamı bu sevincli anları onlara yaşatdığına görə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanına, Azərbaycan Ordusuna minnətdarlıq edirdi.   

Şanlı Azərbaycan Ordusunun zabit əsgərləri əks-hücum əməliyyatlarında böyük hünər qəhrəmanlıq göstərərək Şuşa şəhərini işğaldan azad etmişdilər. Başqa şəhər rayonlarımız kimi, Şuşanın da işğalına son qoyulmuşdu. böyük səadət, böyük hünər, böyük qələbə! Azərbaycan Ordusunun şəxsi heyəti qəhrəmanlıq igidliyi ilə mümkünsüzü mümkün, əl çatmazı əl çatan etmişdi. Hərbçilərimiz uca dağları aşmış, şiş qayaları parçalamışdılar. Azərbaycan əsgəri rəşadəti cəsarəti ilə xalqımızın qəhrəmanlıq tarixinə yeni səhifələr yazmışdı. Elə bir tarix ki, oxuduqca tamamlanmaz, yazdıqca bitməz. Uzun illərdən bəri Şuşanın başının üstündə dolaşan ağlı-qaralı buludlar dağıdılmış, səma qaraltılardan, bozartılardan təmizlənmiş, göy üzü xeyli gözəlləşmişdi. 1992-ci ildən bağlanmış qapılar bütün genişliyi ilə üzümüzə açılmışdı. Üçrəngli bayrağımız Şuşada da əzəmətlə dalğalanırdı.

Ali Baş Komandan xalqa müraciətində çox böyük qürurla fəxrlə: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!" - dedi. Bu gün bu gözəl şəhərdə yalnız yalnız Azərbaycan əsgərinin addım səsləri eşidilir. Bir müddətdən sonra Şuşaya böyük qayıdış başlayacaq. Bütün bunları fikirləşdikcə iftixar qürur dolu belə anlarda dilimdən dodaqlarımdan asta-asta bu pıçıltılar qopur: "Qoynuna qayıdırıq, Şuşa! Gəlirik səni qoxulamağa, Xarı bülbül. Dönürük gözəlliyinə tamaşa etməyə, Topxana! Qayıdırıq suyundan içməyə, İsa bulağı! Gəlirik çöllərində at çapmağa, yarışlar, festivallar keçirməyə, Cıdır düzü!"

Bu günləri illərlə gözləmişdik, bu günləri aylarla arzulamışdıq, bu günlərin həsrətini həftələrlə çəkmişdik. Şükürlər ki, 28 ildən sonra arzumuza çatdıq, istəyimizə qovuşduq. Qarabağsız, Şuşasız günlərimizə son qoyuldu. Ömrümüzün təqviminə yeni səhifələr yazıldı. İndi sevinc içində Şuşalı, Qarabağlı günlər yaşayırıq. Ümid edirik ki, belə iftixar dolu günlərimizin ömrü əbədi-əzəli olacaq. Zabit əsgərlərimizin Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə göstərdikləri igidlik qəhrəmanlıq tariximizin səhifələrində daim qalacaq. 

 

Vahid MƏHƏRRƏMOV  

Azərbaycan ordusu.- 2022.- 14 dekabr.- S.7.