İkinci Qarabağ müharibəsinin hərbi aspektləri

 

2020-ci il sentyabrın 27-dən etibarən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin başlatdığı əks-hücum əməliyyatı Cənubi Qafqaz regionunda ötən əsrin 90-cı illərindən bəri baş vermiş ən irimiqyaslı əməliyyat hesab olunur. İkinci Qarabağ müharibəsi həm istifadə olunan texnologiyanın müasirliyi, həm də döyüş taktikasının spesifikliyi baxımından bir çox xarici tədqiqatçı və ekspertlərin diqqətini cəlb etmişdir.

İkinci Qarabağ müharibəsinin - Azərbaycanın ədalətli müharibəsinin mahiyyəti Ermənistan ordusunun hissələrini işğal olunmuş Azərbaycan torpaqlarından çıxarmaq, işğalı sonlandırmaq idi.

Ermənistan ordusuna məxsus hava hücumundan müdafiə və radioelektron mübarizə qüvvə və vasitələrinin Azərbaycana məxsus PUA-ları aşkar edib sıradan çıxara bilməsi ehtimalına görə müharibənin başlanğıcında onlar məhv edilməli idi.

Azərbaycan Ordusu həmin vəziyyətdə çox yüksək bacarıq nümayiş etdirdi. Əməliyyatdan öncə düşmənin kifayət qədər güclü və dayanıqlı HHM sistemi mövcüd idi.  Düşmənin ön xətdə HHM sistemini, modernizə edilmiş "OSA" və ən yeni "Tor-M2k" zenit-raket kompleksləri təşkil edirdi. Düşmən tam əmin idi ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiyası sovet dönəmində olan taktika ilə tətbiq ediləcək, aşağı, ən aşağı hündürlüklərdə fəaliyyət göstərəcək və HHM atəş zonasına daxil olarkən aviasiya vasitələri məhv ediləcək. Həmin taktika tətbiq olunsaydı, müharibənin ikinci günündə aviasiya böyük itkilərə məruz qalardı. Məhz buna görə düşmənə qarşı fəaliyyətlərdə yeni üsul və fəndlərin tətbiq edilməsi ən vacib tapşırıqlardan oldu.

Düşmənin HHM sistemlərinin yerini aşkarlamaq məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələri dünya hərbi ekspertlərini heyrətləndirən bir metoddan istifadə etdi. Belə ki, kənd təsərrüfatında istifadə olunan 1947-ci il istehsallı sovet AN-2 təyyarələri, kabinəsinə xüsusi avadanlıq quraşdırılaraq pilotsuz uçurdulur, onu aşkar edən düşmən isə müasir PUA hesab edərək dərhal HHM sistemləri ilə onları vurmağa çalışdı və beləliklə, öz mövqeyini bildirdi. Azərbaycana məxsus dronlar düşmənin aşkar olunan HHM sistemlərini yerindəcə sıradan çıxardırdı. Bundan sonra, Azərbaycan Silahlı Qüvvələrinin PUA-ları Qarabağ hava məkanına daha təhlükəsiz daxil olaraq düşmənə məxsus zirehli texnikaartilleriya vasitələrini məhv etməyə başladı.

Yeni texnoloji imkanları ilə yanaşı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tətbiq etdiyi hərbi taktika da öz unikallığına görə hərbi ekspert və tədqiqatçıların diqqətini cəlb etmişdir. Azərbaycan Ordusunun hücumu təfsilatlı kəşfiyyat, atəşlə zərərvurma və PUA zərbələrinə əsaslanırdı. Bu taktika Türkiyə Silahlı Qüvvələrinin 2018-ci ildə Suriyanın Afrin şəhərində və İdlib vilayətində tətbiq etdiyi taktikaya bənzəsə də, miqyasına, aparıldığı relyef formasına və düşmənin hərbi potensialına görə çox fərqlənirdi. Çünki Qarabağda müharibə təxminən 200 kilometrlik bir cəbhədə aparılırdı, relyef forması həddindən artıq mürəkkəb idi.

Müharibənin fundamental şərti hesab olunan ərazinin tutulmasında və orada möhkəmlənmədə quru qoşunları vacib rol oynayır - əsgər ayağı dəyməyən yer tutulmuş hesab olunmur. İkinci Qarabağ müharibəsi göstərdi ki, PUA-lara artan tələbatın fonunda digər silahlar (texnikalar) və yüksək hazırlıqlı quru qoşunları müasir müharibələrdə düşmənin məhv edilməsində müstəsna rol oynayır.

İkinci Qarabağ müharibəsi hərbi ekspertlərin təxmin etdiyindən 2 həftə çox davam etdi. Çünki oktyabrın əvvəllərində güman edilirdi ki, Azərbaycanla müharibə aparmaq üçün Ermənistanın sursatyanacaq da daxil olmaqla resursları yalnız növbəti 2-3 həftəyə yetəcək, sonra xarici hərbi dəstək olmasa İrəvanın döyüşmək üçün heç nəyi qalmayacaq. Lakin xarici havadarlarının Ermənistanı silahtexnika ilə gizli şəkildə dəstəkləməsi müharibənin nisbətən uzun çəkməsinə səbəb oldu.

Bu məqamda Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnikanın sayının təhlili də önəmlidir. İkinci Qarabağ müharibəsində məhv edilən düşmən texnikasının sayı sübut etdi ki, Ermənistan Respublikası xarici havadarlarının dəstəyi ilə beynəlxalq konvensiyaların tələblərini kobudcasına pozmuşregionda ciddi təhlükəsizlik təhdidinə çevrilmişdi. Əslində düşmən tərəfindən qurulmuş istehkam maneələri yarıldıqdan sonra hərbi vəzifəlilər vəziyyətin bu şəkildə cərəyan edəcəyini bilirdilər. Müdafiə naziri başda olmaqla, Ermənistan ordusunun hərbi elitası Paşinyanı aldatmışdı. Müdafiə naziri David Tonoyanın vəzifədən istefa verməsi faktı da bunu sübut edir. Paşinyan bir neçə onilliklər ərzində xarici havadarlarının köməyi, dəstəyi ilə qurulmuş istehkam qurğularının onları Azərbaycan Ordusunun hücumundan qoruyacağını düşünürdü. Lakin onun ümidləri alt-üst oldu.

Ermənistan ordusunun hücumunu qabaqcadan təxmin edən Azərbaycan siyasi-hərbi rəhbərliyi əslində 1944-cü ildə müttəfiq qüvvələrin Almaniyaya qarşı həyata keçirdiyi "Bodiqard" əməliyyatına oxşar aldatma fəaliyyətini reallaşdırmışdı. Belə ki, 2020-ci il Tovuz hadisələrindən (iyul ayı) sonra erməni rəhbərliyində belə bir fikir formalaşdırıldı ki, Ermənistan ordusu hücum etdiyi təqdirdə Azərbaycan Silahlı Qüvvələri Ağdam istiqamətindən əks-hücuma keçəcək.

Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın şərq istiqamətindən əks-hücuma keçəcəyini təxmin edirdisə, Azərbaycan Ordusu şimali-şərq və cənubi-şərq istiqamətlərində düşmənin müdafiəsini yararaq qısa müddətdə on kilometrlərlə dərinliyə irəlilədi. Bununla da Ermənistanın Ağdam cəbhəsində inşa etdiyi güclü mühəndis-istehkam qurğuları praktiki olaraq öz əhəmiyyətini itirmiş oldu.

İkinci Dünya müharibəsi ərəfəsində ABŞ Prezidenti Franklin Ruzvelt nasistlərin müdafiəsi ilə bağlı qeyd etmişdi: "Hitler Avropanın ətrafında qala qurub, lakin damını qoymağı unudub". Eyni sözləri İkinci Qarabağ müharibəsi ilə bağlı da demək olar. Ermənistan ordusu işğal olunmuş rayonlarda mühəndis-istehkam maneələri qurarkən Azərbaycanın hava üstünlüyünü nəzərə almamışdı. Beləliklə, Azərbaycan Ordusu düşməni bütün istiqamətlərdən küncə sıxışdırdı.

Ermənistanın siyasi rəhbərliyi hərbi qüvvələrin balansı, imkan və qabiliyyətlər, eləcə də müdafiənin təşkili ilə bağlı yanılmışdı. Noyabrın 8-də Şuşanın işğaldan  azad edilməsi ilə Ermənistan hökuməti bütün səylərinin boşa getdiyini və məğlubiyyət sənədinə imza atmağın qaçılmaz olduğunu başa düşdü. Separatçı Arayik Harutyunyan Şuşanın əhəmiyyətini vurğulayaraq bildirmişdi: "Şuşaya nəzarət edən tərəf Qarabağa nəzarət edir".

Başqa seçimlərin olmadığını anlayan Ermənistan rəhbərliyi noyabrın 10-da məğlubiyyət sənədini imzalamağa razılaşdı və bununla da Azərbaycanın qələbəsi birmənalı olaraq elan edildi. Çünki müharibə başlayan ilk gündən etibarən Ali Baş Komandan İlham Əliyev bildirmişdi ki, Azərbaycan Ordusu yalnız bir halda dayana bilər: Ermənistan rəhbərliyi işğalçı qoşunlarının Azərbaycan ərazisindən çıxarılması üçün dəqiq vaxtları göstərən qrafiki təqdim etsin. 10 noyabr 2020-ci il bəyanatında bu məqamların hamısı öz əksini tapmışdır.

Gələcək müharibələrin xarakterini başa düşmək üçün İkinci Qarabağ müharibəsindən qeyd olunan mühüm dərsləri çıxarmaq olar.

- Düşmənə məxsus HHM sistemlərinin ilk mərhələdə aşkarlanaraq məhv edilməsi müharibənin taleyini müəyyənləşdirən əsas amillərdən biridir. Azərbaycan Ordusu düşmənin HHM sistemlərinin böyük əksəriyyətini müharibənin ilk günündə sıradan çıxarmaqla, Hərbi Hava Qüvvələrinə məxsus qırıcıların və PUA-ların təhlükəsiz fəaliyyətini təmin etdi. Belə ki, müvafiq radioelektron mübarizə vasitələri və PUA-lara qarşı effektiv silah sistemləri olmadan ənənəvi quru qoşunlarının məğlubiyyəti qaçılmazdır. İkinci Qarabağ müharibəsi ənənəvi quru qoşunları bölmələrinin (zirehli və mexanikləşdirilmiş) inkişaf etmiş dronlara qarşı həssaslığını sübut etdi. 

- Müasir müharibələrdə quru qoşunlarının atəş dəstəyi və dronların fəaliyyətinin inteqrasiyası çox vacibdir. İkinci Qarabağ müharibəsində gecə döyüşləri də daxil olmaqla, bir çox toqquşmada Azərbaycan Ordusunun artilleriyası və raket sistemləri dronlarla koordinasiyalı şəkildə fəaliyyət göstərdi. PUA-larla artilleriya atəşlərinin kombinasiyasının artan tendensiyasının şahidi olduq. PUA-lardan bu şəkildə istifadə müasir müharibələrin əsas xarakterik xüsusiyyətidir. Bununla yanaşı, yüksək dəqiqliyə malik artilleriya silahları müharibədə Azərbaycan Ordusunun atəş gücünü tam təmin etdi. PUA-ların zərbəsinin kifayət etmədiyi hədəflər onların verdiyi koordinatlar sayəsində artilleriya atəşləri ilə məhv edildi.

"Müharibədaxili çəkindirmə"nin əhəmiyyətini xüsusilə vurğulamaq lazımdır. Nəzərə alsaq ki, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatlarından şoka düşən Ermənistan tərəfi Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı şəhər və qəsəbələri, eləcə də milli infrastrukturu ballistik raketlərlə hədəfə almışdı. Hüquqi aspektdən müharibə cinayəti hesab olunan bu davranış "müharibədaxili çəkindirmə" konsepsiyasının zəruriliyini şərtləndirir. 2020-ci il oktyabrın 10-da Moskvada qəbul edilən atəşkəs razılaşmasından bir gün sonra Ermənistanın Gəncə şəhərinə raket-artilleriya zərbələrinin endirilməsi təhlükənin ciddiliyini sübut etdi. Ona görə də müharibə dövründə Azərbaycanın zərbə PUA-ları vasitəsilə Ermənistan ərazisindəki raket sistemlərini sıradan çıxarması, əslində, "müharibədaxili çəkindirmə" konsepsiyasının bir elementi idi. Burada məqsəd gərginliyin növbəti mərhələyə keçməsinin qarşısını almaq olmuşdur.

- Dronlar düşmənin kiçikorta mənzilli HHM sistemlərinin aşkara çıxarılıb məhv edilməsində mühüm rol oynayır. Silah arsenalının təkmilləşdirilməsi baxımından kifayət qədər diversifikasiya edən Azərbaycan İsrail istehsalı olan PUA-ları da müvəffəqiyyətlə tətbiq etdi. Düşmənə məxsus silah anbarlarının məhv edilməsi baxımından kamikadze dronu - "Harop" bu PUA-ların ən öncüllərindəndir. Xüsusən də, S-300 raket sistemlərinin sıradan çıxarılmasında bu dronlar uğurla istifadə olunmuşdu. Müharibənin taleyinin Azərbaycanın lehinə dəyişməsində Türkiyə Müdafiə sənayesinin istehsalı olan "Bayraktar TB-2"-ninrolu danılmazdır. Müharibənin yalnız ilk iki həftəsində Azərbaycan Respublikası Silahlı Qüvvələri Ermənistan ordusuna məxsus 60 HHM sistemini (əsasən, 9K33 OSA və 9K35 Strela) məhv etdi. Beləliklə, silah ticarətində diversifikasiya etməyi bacaran Azərbaycan keçmiş sovet ölkələrinin bir çoxunda ənənəvi hal almış Rusiya silah sənayesindən asılılığı azalda bildi.

- Texnologiya dövrü olmasına baxmayaraq, ənənəvi taktikasilahlar da öz əhəmiyyətini itirməyib. Azərbaycan Ordusunun texnoloji üstünlüyüdronlardan müvəffəqiyyətlə istifadəsi qələbənin qazanılmasında əvəzedilməz rol oynasa da, işğaldan  azad olunmuş torpaqlarda təmizləmə işləri və möhkəmlənmə məqsədilə bölmələr ənənəvi taktikasilahlardan istifadə edirdilər. Azərbaycan Respublikası Silahlı Qüvvələri kritik mövqeləri azad edərək, İranla sərhədi tam nəzarətə götürdüxüsusi strateji əhəmiyyətə malik Laçın dəhlizinə doğru irəliləməyə başladı.

Mövqelərdə tam möhkəmlənmə işləri aparılmadan heç bir kənd, qəsəbə və ya şəhərin azad olunması elan edilmədi. Ənənəvi taktikasilahlardan məharətlə istifadə edən Azərbaycan əsgəri dünya ekspertlərini təəccübləndirə bildi. Hərbi ekspert Mixail Kofman qeyd edir ki, "müharibənin ilk günlərində Ermənistan silahlı qüvvələrinin geri çəkilməsi müqabilində Azərbaycan Ordusu daha yavaş irəliləyirdi, lakin iki həftə sonra Azərbaycan Ordusunun irəliləmə tempi nəzərəçarpacaq dərəcədə artmışdı. Artıq Azərbaycan əsgəri qazandığı taktiki uğurları daha məharətlə istifadə edərək sürətlə irəliləyir və erməni qoşunlarını daha çətin və təhlükəli vəziyyətə salırdı. Bu fakt mən özümdaxil olmaqla, bir çox ekspertləri təəccübləndirmişdi". Əslində, Kofmanın qeyd etdiyi məqam Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın müddətdə qurduğu istehkam maneələri və işğal olunmuş ərazilərdə yerləşdirilən mina sahələri ilə əlaqədar idi. Çünki bu maneələrin yarılmasına çox enerjiresurs sərf edilmişdi. Erməni tədqiqatçı A.İsgəndəryana görə, Azərbaycan Silahlı Qüvvələrinin cənub istiqamətindən reallaşdırdığı uğurlu hücum artıq müharibənin taleyini müəyyənləşdirmişdi.

- Müharibədə hərbi-siyasi strategiya (uzaqgörənlik) mühüm rol oynayır. Cənubi Qafqaz dünya xəritəsində çox kiçik yer tutsa da, ona maraq regionun coğrafi ölçüsündən qat-qat böyükdür. Bu baxımdan regionda mövcud olan münaqişələrin həllində, sadəcə, münaqişə tərəflərinin deyil, bir sıra xarici güclərin də konstruktiv mövqe nümayiş etdirməsi çox önəmlidir. Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığının artırılmasına, eləcə də maddi-texniki bazasının gücləndirilməsinə xüsusi diqqət göstərən Prezident İlham Əliyev, eyni zamanda beynəlxalq arenada Azərbaycanın nüfuzunun artırılması istiqamətində çox ciddi strateji addımlar atmışdır. Ali Baş Komandan İlham Əliyev Ermənistanın İkinci Qarabağ müharibəsində birbaşa dəstək gözlədiyi gücləri neytrallaşdırdı. Bu da qarşıya qoyulan məqsədlərə çatmağa kömək etdi. Nəticədə müharibənin müddətini qısaltdı. Bütün bunlar müharibədə siyasi-hərbi strategiyanın mükəmməlliyini bir daha sübut etdi.

- Müasir müharibələrin kontaktsız xarakterini nəzərə alsaq, bölmələri, eləcə də silah və texnikaları kütləvi cəmləşdirmək taktikası öz əhəmiyyətini itirmişdir. İmkansız hesab olunan əməliyyatları reallaşdırmaqla Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin bölmələri də dünya hərb tarixinə adlarını yazdırmağı bacardı. Qarabağın cənub-şərq hissəsində Ermənistanın müdafiə xətti yarılan kimi Azərbaycan xüsusi təyinatlıları şəhər və kəndlər ətrafındakı yüksəklikləri ələ keçirərək şəhərlərə gedən yolları kəsmiş, düşməni qaçmağa vadar etmişdi. 

Vətən müharibəsi Azərbaycan Respublikasının siyasi rəhbərliyinin iradəsini və Silahlı Qüvvələrinin hərbi gücünü beynəlxalq arenada nümayiş etdirdi.

 

General-leytenant Heydər Piriyev Milli Müdafiə Universitetinin rektoru,

 professor

Azərbaycan ordusu.- 2022.- 23 noyabr.- S.5.