“Erməni soyqırımı”nı yalanlayan növbəti
faktlar”
Tələt Paşaya aid olmayan şəxsi arxiv sənədlər
erməni iddialarını ifşa edir
Türkiyə ilə Ermənistan
arasında diplomatik münasibətlərin qurulması ilə
bağlı atılan son addımlar fərqli şəkildə
şərh edilir. Bir qisim ekspertlər hesab edir ki,
açıq və gizli şəkildə aparılan danışıqlar
heç bir müsbət nəticə yerməyəcək,
versə belə bu, İrəvanın maraqlarına uyğun
olacaq. Çünki Ermənistanın Türkiyənin şərtlərini
yerinə yetirməsi imkansıza bərabərdir. Hələ
indiyə qədər Türkiyəyə qarşı müəyyən
ərazi iddialarını davam etdirən Ermənistanın bu
iddiasından vaz keçməsi inandırıcı deyil. Digər
tərəfdən İrəvanın uydurma soyqırım
iddiasından geri çəkilməsi ümumiyyətlə
mümkün deyil. İrəvan istəsə belə güc mərkəzləri
Türkiyəyə qarşı təzyiq vasitəsi olan uydurma
soyqırımın gündəmdən düşməsinə
imkan verməzlər. Soyqırımdan söz
düşmüşkən, Türkiyə mətbuatında bu
məsələ ilə bağlı yeni faktlar dərc edilib.
Daha doğrusu, jurnalist Murat Bardakçının yeni
kitabında Tələt Paşaya aid olan bir çox sənəd
ilk dəfə işıq üzü görüb. Kitabda
1915-ci ildə Türkiyənin daxili işlər naziri olmuş
Tələt Paşanın təhcirdən (məcburi
köç) əvvəl və sonrakı erməni sayı ilə
bağlı özəl sənədləri yer alıb. Sənədlərdən
belə məlum olur ki, məcburi köçdən əvvəl
və sonra 30 iri yaşayış məskənlərində
erməni sayındakı fərq 972 min 246 nəfərdir.
Kitabda bildirilir ki, həmin dövrə aid olan bu sənədlər
1915-ci ildə 1,5 milyon erməninin öldürülməsi ilə
bağlı iddiaları tamamilə altüst edir. Məcburi
köçdən əvvəl və sonra erməni sayında
yaranan fərq heç də onların hamısının
öldürüldüyü anlamına gəlmir. Tam fərqli
səbəblərdən ölənlər, Osmanlı
torpaqlarını tərk edərək başqa ölkələrə
gedənlər də həmin 972 min nəfərin
sırasına daxildir. Bu haqda məlumat yayan Türkiyənin
"Milliyət" qəzeti bildirir ki, Tələt
Paşanın şəxsi arxivində həmin dövrlə
bağlı çox qiymətli sənədlər
toplanıb. Belə ki, Tələt
Paşanın arxivində olan şəxsi sənədlərdə
erməni köçü ilə bağlı bütün məlumatlar
ən kiçik detallarına kimi əks olunub.
Həmin sənədlərdən
aydın olur ki, 1914-cü ildə Türkiyədəki ermənilərin
sayı 1 milyon 256 min 403 nəfər olub. Məcburi
köç edilən yerlər və İstanbuldakı ermənilərin
birgə sayı 1 milyon 112 min 614 nəfər olub. Məcburi
köçdən sonra bu rəqəm 284 min 157 nəfər
göstərilir.
Erməni
üsyanlarının olduğu şərq bölgələrində
köçdən sonrakı ermənilərin sayı demək
olar ki, sıfıra enib. 125 min 657 erməninin olduğu Ərzurumda,
114 min 704 erməninin olduğu Bitlisdə, 67 min 792 erməninin
olduğu Vanda, 56 min 166 erməninin olduğu Diyarbəkirdə
və 70 min 60 erməninin olduğu Elazığda təhcirdən
sonra erməni sayı sıfıra enib. 37 min 549 erməninin
olduğu Trab-zonda da vəziyyət eyni olub. Sivasda da vəziyyət
fərqli olmayıb. Köçdən əvvəl 141 min erməninin
yaşadığı Sivasda köçdən sonrakı erməni
sayı 8 min 97 nəfərə düşüb. Ermənilərin
çoxluq təşkil etdiyi Adanada erməni sayı 51 min 723
nəfərdən 12 min 263 nəfərə enib.
Tələt
Paşanın sənədlərindən belə məlum olur
ki, məcburi köç İstanbuldakı erməni sayına
demək olar ki, təsir etməyib. Məcburi köç haqqında
qanunun tətbiq olunmadığı bir neçə vilayətdən
biri olan İstanbuldakı 80 min nəfərlik erməni
sayı təhcirdən əvvəl və sonra dəyişməz
olaraq qalıb.
Ankarada erməni sayı
44 min 661 nəfərdən 12 min 766 nəfərə ensə də,
başqa yerlərdən bu şəhərə 410 erməni
köçürülüb.
Murat Bardakçı Tələt
Paşaya aid olan sənədlərin hamısına yer
ayırdığı kitabında yazır: "Bəzi
iddialara görə, 1915-ci ildə 1,5 milyon nəfər
öldürülüb. Amma bu sənədlərə əsasən
məlum olur ki, köçdən əvvəl və
sonrakı saylardakı fərq 972 min 246 nəfərdir. Amma bu
heç də həmin insanların köç zamanı
öldüyü anlamına gəlmir. Müxtəlif səbəblərdən
ölənlər, Rusiya, Cənubi Amerika və Avropa ölkələrinə
köçüb gedən ermənilər də bu saya daxildir.
Başqa bir məqam isə ondan ibarətdir ki, təhcirə məruz
qalanların bir qismi 1918-ci ildə geri dönmüşdür.
Ona görə də 1915-ci ildə konkret nə qədər
erməninin həyatını itirməsi ilə bağlı dəqiq
rəqəm söyləmək imkansızdır".
Anar MİRİYEV
Azərbaycan ordusu.-
2009.- 9 yanvar.- S.4.