“Əli bəy Hüseynzadənin seçilmiş əsərləri” kitabının təqdimatı keçirilib

 

Yanvarın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda Əli bəy Hüseynzadənin iki cilddə - 580 və 496 səhifəlik "Əli bəy Hüseynzadənin seçilmiş əsərləri" kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan institutun direktoru  akademik Bəkir Nəbiyev kitabın transliterasiya, tərtib. müqəddimə, şərh və izahların müəllifı, mərhum professor Ofeliya Bayramlı haqqında genis söhbət açıb. Sonra mövzu ilə bağlı filologiya  elmləri doktoru Şamil Vəlivev, Azərbaycan mətbuat surasının sədri Əflatun Amaşov, institutun elmi isçisi Azər Turan, f.e.d. Teymur Kərimov, f.e.d. Zaman Əsgərli və f.e.d. Vəli Osmanov çıxış ediblər.

Ə.Hüseynzadənin yaxın qohumu Cəmilə Hüseynzadə tədbirin keçirilməsi ilə bağlı zəhməti olan bütün şəxslərə təşəkkürünü bildirib. Tədbirin sonunda isə mərhum professor O.Bayramlının övladı, kitabın işıq üzü görməsində maddi vəsaiti öz üzərinə götürən Etibar Səlim oğlu Yolçiyev çıxış edərək diqqət və qayğıya görə öz minnətdarlığını bildirib. Etibar müəllim "Əli bəy Hüseynzadənin seçilmiş əsərləri" kitabının uzun gecələr və böyük əmək sayəsində ərsəyə gəldiyini söyləyib.

Onu da diqqətinizə çatdırmaq istərdik ki, müəllif Ofeliya Bayramlının oxuculara təqdim etdiyi "Əli bəy Hüseynzadənin seçilmiş əsərləri" son zamanların ən möhtəşəm və əvəzolunmaz əsərlərindəndir. İndi isə O.Bayramlının kitaba yazdığı ön sözdən qısa tezislərə müraciət edək.

"Əli bəy Hüseynzadə XIX əsrin sonu, XX əsrin əvvəllərində türk dünyasının yetişdirdiyi nəhəng ictimai, siyasi və ədəbi şəxsiyyətidir. Hələ sağlığında müasirləri tərəfındən "Rəsuli-həqq", "İrqin ən mükəmməl öndəri", "bütün türk dünyasının mücahidi", "Külli-müsəl-man aləminin iftixarı", "Qafqaz müsəlmanlarının  atası" kimi yüksək səviyyədə qiymətləndirilən Ə.Hüseynzadənin geniş miqyasda şöhrət qazanmasının əsas səbəbi yalnız Azərbaycanın deyil, bütün türk dünyasının həyatı, azadlığı haqda dediyi "böyük həqiqətlər idi". Ona qədər türk dünyasının heç bir ideoloqu türkün qurtuluş, nicat yolunun ünvanını, yəni türk ittihadını bu cür qətiyyət və inamla ucadan elan etməmişdir. Bu sözlər heç də görkəmli tatar mühərriri İ.Qaspralının  XIX əsrin 20-ci illərində "dildə, fikirdə, işdə birlik" şüarı ilə nəşrə başladığı "Tərcuman" qəzetinin "İttihadi-türk" ideyalarından xali olduğunu göstərmir. Lakin onun ittihad məramında siyasi məqsəd yox idi.

Ə.Hüseynzadə türk xalqının həyatında hökm sürən ruslaşma, farslaşma siyasətinə qarşı irəli sürdüyü bu nəzəri doktrinada türkləşmək məramını türkçülük ideologiyasının milli təməl prinsipləri kimi təqdim edərək yazırdı: "O millət, o qövm səadət və nicat tapa bilər ki, öz qövmiyyətini, dilini, dinini, tarixini, adət və əxlaqını öyrənir". Bu məramla o, türk xalqlarının ictimai-siyasi fikir tarixinə milli özünüdərk problemini gətirir və həmin xalqların "türk" adını təsdiq edir.

İslamlaşmaq - məramı türkçülük ideologiyasının mənəvi prinsipidir. Bu qayə ilə Ə.Hüseynzadə islam dininin ümumbəşəri mənəvi-əxlaqi dəyərlərinin  öyrənilməsini tələb edirdi.

Avropalaşmaq - məramı ilə Ə.Hüseynzadə ilk dəfə Qərb-Şərq sintezini ictimai, ədəbi fikrə gətirir. Avropanın elmi-texniki nailiyyətlərinin iqtisadi və siyasi idarəetmə strukturlarının öyrənilməsini tələb edərkən ifratçılığa yol verməməyə, ayıq-sayıq olmağa çağıraraq yazırdı: "Biz istəyirik  ki, İslam ölkəsinə onların beyinləri, dimağları girsin, boğazları, mədələri girməsin. Biz istəriz ki, ölkəmiz onların beyinlərini həzm etsin. Yoxsa mədələrində həzm olunmasın".

Yuxarıda qeyd etdiyimiz kimi, O.Bayramlının ön sözündən qısa tezislər gətirdik. Biz inanırıq ki, nəfis şəkildə dərc olunmuş bu kitab gələcək nəsillər ücün ən gözəl ərməğan olacaqdır.

 

 

Rasim Muradzadə

 

Azad Azərbaycan .-2009 .-13 yanvar.- S.6.