Zaqatalada 20 yanvar faciəsi  ilə bağlı elmi-praktik konfrans keçirilib

 

20 Yanvar faciəsindən 19 il kecməsinə baxmayaraq  hər il Azərbavcanda bu hüzn günü kimi qeyd olunur. Anım günü ilə bağlı YAP Zaqatala rayon təskilatı elmi-praktiki konfrans keçirib. Tədbirdə rayonun idarə müəssisə rəhbərləri millət vəkili Hikmət Atavev və_ YAP fəalları da istirak ediblər. Konfrans vətən yolunda şəhidlik zirvəsinə ucalanların ruhuna bir dəqiqəlik sükutla başlayıb.

Tədbirdə giriş sözülə YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov çıxış edərək qeyd edib ki, Azərbaycan xalqının tarixi keçmişində biri digərini əvəz edən acı səhifələrə çox rast gəlinir: "20-ci yüzilliyin sonlarında Azərbaycan xalqının tarixində ən dəhşətli işgəncələr, qırğınlar, soyqırım, mənəvi genosid dövrü olub. Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 yanvar hadisəsi belə faciələrdən biridir. Həmin faciənin baş verdiyi vaxtdan on doqquz  il keçir. Keçmiş Sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində əbədi olaraq qalacaqdır. Öz qanuni Konstitusiya hüquqlarının təmin edilməsi tələbləri ilə ayağa qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Tariximizdə qara səhifə, həm də qəhrəmanlıq səhifəsi kimi yazılan müdhiş 20 yanvar gecəsində ölkəmizin yüzlərlə vətənpəryər oğul və qız Sovet Ordusunun amansız təcavüzünün günahsız qurbanı oldu. Bu gün bizim üçün böyük matəm günüdür. Bu təkcə 20 Yanvar şəhidlərinin faciəsi deyil, bütün millətimizin, xalqımızın faciəsidir və xalqımız bu günü heç vaxt unutmayacaq. Çünki o, ayrı-ayrı insanlara edilən qəsd, təcavüz deyil, bu bütün Azərbaycan xalqına, millətinə, Azərbaycan ölkəsinə edilən təcavüz idi. Bizim xalqımıza qarşı soyqırımı idi. Bu təcavüz nəticəsində həlak olanlar xalqımızın, millətimizin qəhrəmanlarıdır. Onların şəhid olması zamanı tökülən qan bütün xalqımızın qanıdır. O, qanın hər damcısında bizim xalqımızın qüdrəti qəhrəmanlığı milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar Azərbaycan müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır. Dünyaya gələn hər bir insan bu dünyanı tərk edəcəkdir. Bu dünya heç kim üçün əbədi deyildir. Ancaq onlar bu dünyadan gediblər, ruhən bizim qəlbimizdədirlər".

Sonra tədbirdə YAP Zaqatala rayon Gənclər təşkilatının sədri Kamran Məmmədov, bir saylı məktəbin müəlliməsi Könül Vasalova, AMİ Zaqatala rayon filialının müəlliməsi Gülnaz Əliyeva və başqa natiqlər çıxış ediblər.

Konfransda millət vəkili Hikmət Atayev də çıxış edərək həmin tarixi faciənin yaddaşlardan heç zaman çıxmayacağını bildirib: "20 Yanvar faciəsi Azərbaycanın başına gətirilən yeganə qırğın deyil. Əgər biz xalqımızın başına gətirilən faciələri sadalasaq ilin çox günü hüzn mərasimlərinə ayrılar. Odur ki, getdikcə bu hadisələr tarixə çevrilir. Lakin biz bu hadisəni tarixə çevirə bilmərik, buna haqqımız yoxdur. Çünki torpaqlarımız azad olunanadək bu qanlı günü həmişə xatırlamaq və bu haqda danışmalıyıq. Biz bu hadisəni qeyd edərkən onu yaşamalıyıq. Bu günkü və gələcək nəsillərə bunu yaşatmalıyıq. Axı biz orta nəslin nümayəndələri Qanlı Yanvar hadisələrinin canlı şahidləriyik. Bununla bağlı bizim rayonumuzda xeyli işlər görülüb. 20 Yanvar şəhidləri kompleksi, 31 Mart Azərbaycanlıların soyqırımına abidə komleksi, rayonumuzun bir çox kəndlərində bir neçə abidənin ucaldılması, Böyük Vətən müharibəsi iştirakçılarına qoyulmuş abidə kompleksi buna bariz nümunədir. Bilirsiniz ki, ermənilər xalqımızın başına tarix boyu müsibətlər açıb. Bu müsibətlərin çoxu da xalqımızın unutqanlığından irəli gəlir. Bununla bağlı bizim rayonumuzda xeyli işlər görülür. Bu gün rayonumuzun hər bir vətəndaşı istər şəhər, istər kənddə, qoyulmuş heykəllərlə qan tarixlərimizi yada salırlar".

Daha sonra millət vəkili Azərbaycan dövlətinin şəhidlərimizə göstərdiyi qayğıdan danışaraq bunun davamlı olacağını əminliklə söyləyib: "Bilirsiniz ki, dövlətimiz inkişaf etdikcə şəhid ailələri, əlillər və müharibə veteranlarına xüsusi diqqət göstərir. Təkcə bizim rayonumuzda bir neçə hündür mərtəbəli binalar tikilərək, sözügedən ailələrə verilib. Respublika səviyyəsində olduğu kimi rayonumuzda da bu təbəqədən olan ailələrə "OKA " markalı maşınlar paylanılıb. Bundan əlavə əlillərə əlil arabaları da paylanıb ".

Sonra H.Atayev şəhidlərimizə olan dövlət qayğısını yüksək qiymətləndirərək, əgər Ali Baş Komandan əmr verərsə hamılıqla qələbə marşına getməyə hazır olduğunu bildirib.

 

 

Əlmaniz ƏLƏKBƏRLİ

 

Azad Azərbaycan.- 2009.- 18 yanvar .- S.5.