Azərbaycan teatrında Tuqanov imzası
Moskvadan Bakıya uzanan sənət yolu
Azərbaycan teatr sənətinin inkişafında böyük
xidmətləri olan
sənətkarlardan biri
də rejissor və pedaqoq Aleksandr Tuqanov olub.
Aleksandr Aleksandroviç Tuqanov 31 mart 1871-ci ildə
Moskvada doğulub.
Teatr fəaliyyətinə aktyor
kimi Moskvada həvəskar qrupda, sonra Korşun teatrında başlayıb.
Ayrı-ayrı illərdə Tula, Həştərxan, Nijni Novqorod, Yaroslav, Bakı (1914), Riqa, Penza, Voronej və digər şəhərlərdə
aktyorluq edib. 1915-ci ildə Tiflisə
gəlib. K.Nikulinin
truppasında çalışıb
və həm də buradakı “Rusiya Teatr Cəmiyyəti
Artistləri Ittifaqı”na rəhbərlik edib. 1924-cü ildən
isə Azərbaycanda rejissor kimi fəaliyyət
göstərib.
Aleksandr Tuqanovun fəaliyyətinin müəyyən
dövrü Tiflis Azərbaycan
Teatrı ilə bağlıdır. Özünün yazdığına görə, Azərbaycan teatrı ilə ilk tanışlığı 1898-ci ildə Moskva Korş teatrı truppasının Tiflisə
səfəri zamanı
olmuşdur. 1912-ci ildə isə o, daimi işləmək üçün Tiflisə
gəlir və burada rus teatrında
fəaliyyətə başlayır.
Həmin vaxtlar burada Azərbaycan ziyalılarının yaratdığı
“Müsəlman teatr cəmiyyəti”nin tamaşalarına baxır.
Bu tamaşalar “Zubalov Xalq Evi”ndə,
habelə digər teatrların səhnələrində
göstərilirdi. O da
bir mütəxəssis
kimi imkan daxilində bütün tamaşaları izləyirdi.
Tuqanovun Azərbaycan teatrına böyük maraq və bağlılığı,
təbii ki, məhz o vaxtlar meydana gəlib.
Onun xatirələrindən:
“Zubalov Xalq Evi”ndə baxdığım
tamaşalar, ekzotik Tiflisdə, başqa xalqların milli tamaşaları ilə eyni səviyyədə, böyük bir məktəb təsiri bağışlayırdı. Burada on bir
bölmə işləyirdi.
Hər millətin tamaşası öz doğma dilində səhnəyə
qoyulurdu. Rus, gürcü,
Azərbaycan dram dərnəklərindən
başqa, burada Ukrayna, yəhudi, osetin, yunan, aysor dram cəmiyyətləri
də fəaliyyət
göstərirdi. Bu tamaşalar məni Azərbaycan teatrı və onun ifaçıları
ilə əsaslı şəkildə yaxınlaşdırırdı.
Peşəkar teatr olmasa da, buradan
sonralar böyük aktyorlar çıxmışdı:
Sidqi Ruhulla, Mustafa Mərdanov, Əli Qurbanov, Mirseyfəddin Kirmanşahlı və başqaları. O zamanlar ağlıma da gəlməzdi ki, Azərbaycan teatrı ilə belə yaxından bağlanacağam
və yaradıcılığımın
ən qaynar, hərarətli illərini
ona həsr edəcəyəm...".
Aleksandr Tuqanov aktyorluqla
məşğul olduğu
teatrlarda Hamlet və Petruççio (“Hamlet” və
“Şıltaq qızın
yumşalması”, Vilyam
Şekspir), Çatski
(“Ağıldan bəla”,
Aleksandr Qriboyedov) rollarının mahir ifaçılarından sayılıb.
Aleksandr Tuqanov 1923-cü ildə Tiflis teatrına baş rejissor təyin edilib.
Burada onun rejissorluğu ilə Cəfər Cabbarlının
“Aydın”, “Oqtay Eloğlu”, Hüseyn Cavidin “Şeyda”, “Iblis”, “Uçurum”, “Şeyx Sənan”, Vilyam Şekspirin “Otello”, Fridrix Şillerin “Qaçaqlar”, Şəmsəddin Saminin
“Dəmirçi Gavə”
əsərləri tamaşaya
hazırlanıb və
repertuarın əsasını
təşkil edib.
“Əsl teatr yaratmaq istəyi...”
Tuqanov ayrı-ayrı əsərlərin
səhnəyə çıxarılması
ilə kifayətlənmir,
hazırladığı tamaşaların
ümumi mədəni
səviyyəsinin yüksəldilməsinə
də xüsusi səy göstərir və buna nail olurdu: “Bir sözlə,
əsl teatr yaratmaq istəyirdik!” Bütün bu işlərdə onun ən yaxın
köməkçisi Gürcüstanın
Xalq artisti İbrahim İsfahanlı idi. Tuqanov İsfahanlını özünün
müəllimi hesab edir, onun, habelə
Gürcüstanın Əməkdar
artisti Mirzəli Abbasovun, aktyorlardan Mirzəxan Quliyevin, Əşrəf Yüzbaşovun
və digər aktyorların səhnə fədakarlığını yüksək
qiymətləndirirdi. Tiflis teatrında orijinal pyeslərin, habelə Azərbaycan səhnəsi
üçün yeni olan klassik əsərlərin
Tuqanov tərəfindən
tamaşaya qoyulması
aktyorların fərdi
yaradıcılıq xüsusiyyətlərinin
üzə çıxmasına
şərait yaradır,
onlara özlərinə
məxsus cəhətləri
göstərmək imkanı
verir, tamaşaçıları
teatra cəlb edirdi. Onun bu teatrda ilk
işi Şəmsəddin
Saminin “Gaveyi-ahəngər”
pyesinin tamaşası
olub. Aleksandr Tuqanovun xatirələrindən:
“Bu, yetkin tamaşa idi, aktyorların öz rollarına tamam yeni münasibətləri
duyulurdu: bu tamaşa bütün mövsümə müəyyən
hava verdi”.
Beləliklə, başlanğıc uğurlu olur. Bunun ardınca tamaşaçılara
fransız yazıçısı
Jan Batist Molyerin “Jorj Danden” komediyası
təqdim olunur. Bu tamaşa da
böyük uğur qazanır. Aleksandr Tuqanov teatrda baş rejissor kimi fəaliyyət göstərərkən “Uçurum”,
“İblis”, “Şeyx Sənan”, “Pəri cadu”, “Ölülər” pyeslərini yeni quruluşda tamaşaya hazırlayır. Ibrahim Isfahanlının fikrincə,
onun ən maraqlı quruluşlarından
biri “Müfəttiş”
komediyasının tamaşası
olmuşdur. Səhnədə
ilk addımlarını atan
gənc aktyor Ülvi Rəcəb
məhz Tuqanovun hazırladığı tamaşalarda
uğurlu obrazlar yaratmışdır. Onun yaratdığı
Dərviş (“Şeyx
Sənan”), İxtiyar
(“İblis”), Məhkəmə
rəisi (“Müfəttiş”)
obrazları tamaşaçılar
tərəfindən hərarətlə
qarşılanmışdır. Aleksandr Tuqanov teatrın
repertuarında azərbaycanlı
dramaturqların əsərlərinin
üstünlük təşkil
etməsinə xüsusi
diqqət yetirib.
Sona qədər Azərbaycan teatrının
xidmətində
1924-cü ilin ikinci yarısında Aleksandr Tuqanov Azərbaycan hökumətinin
qərarı ilə Bakıya dəvət olunub. Iyun ayının
19-da o, Akademik Milli
Dram Teatrına baş
rejissor təyin edilib. Bu barədə
Aleksandr Tuqanov belə yazırdı: “Tiflisdə ilk mövsümün
uğurları elə
böyük idi ki, mən Azərbaycan
teatrındakı bu təcrübəmi davam etdirmək üçün
imkanı əldən
verməmək qərarına
gəldim...”.
Rejissor yeddi ildən
çox bu kollektivə rəhbərlik
edib. 1931-ci ildə Aleksandr Tuqanov Qroznıda müxtəlif teatrlarda çalışıb və
1935-ci ildə yenidən
Akademik teatra baş rejissor təyin edilib. 1937-ci
ildən Gənc Tamaşaçılar teatrında çalışıb,
burada əsasən rus bölməsində tamaşalar hazırlayıb.
Eyni zamanda Opera və Balet Teatrında,
Dövlət Rus Dram Teatrında, həm də Akademik Teatrda tamaşalara quruluşlar verib.
Əvvəllər Bakı Teatr
Məktəbində dərs
deyən rejissor 1945-ci
ildən teatr institutunda pedaqoji fəaliyyət göstərib.
1947-ci ildən professor idi.
Akedemik Milli Dram Teatrında Aleksandr Tuqanovun rejissorluğu ilə Mirzə Fətəli Axundzadənin, Hüseyn Cavidin, Aleksandr Dümanın, Cəfər
Cabbarlının, Əbdürrəhim
bəy Haqverdiyevin, Cəlil Məmmədquluzadənin
və başqa dramaturqların pyeslərinin
tamaşaları oynanılıb.
Aleksandr Tuqanov Azərbaycan
Dövlət Opera və
Balet Teatrında Müslüm bəy Maqomayevin “Nərgiz” operasına monumental quruluş
verib. Bu tamaşa 1938-ci ildə Moskvada keçirilən Azərbaycan
incəsənəti dekadasında
həm musiqismə, həm də rejissor işinə görə yüksək qiymətləndirilib.
Opera truppası Milli Dram Teatrının nəzdində olanda
(1925-ci ilin yayına qədər) Aleksandr Tuqanov muğam operalarımızın inciləri
sayılan Üzeyir bəy Hacıbəyovun “Leyli və Məcnun”
və “Əsli və Kərəm” əsərlərini, “Arşın
mal alan” operettasını
tamaşaya hazırlayıb.
Rejissor Gənc Tamaşaçılar Teatrında
da bir çox
tamaşalara quruluş
verib.
Aleksandr Tuqanov Azərbaycan
teatrında aktyor ansamblının formalaşmasma
ciddi diqqət yetirib.
Viktor Hüqo, Moris Meterlink, Onore de Balzak, Jül Vern, Biçer Stou kimi müəlliflərin
adlarını Akademik
teatrın repertuar siyahısına məhz Tuqanov daxil edib.
Aleksandr Tuqanov Bakı
Teatr Məktəbində
və sonralar Azərbaycan Dövlət Teatr Institutunda aktyor və rejissor sənətindən
dərs deyib.
Təcrübəli pedaqoqun onlarca
yetirməsi ölkəmizin
müxtəlif teatrlarında
səmərəli yaradıcılıq
axtarışları aparıblar.
Azərbaycan
milli teatrının inkişafında
göstərdiyi xidmətlərinə, Milli
Dram Teatrının yaradıcılıq üslubunun monumental səpkidə
formalaşmasındakı səmərəli fəaliyyətinə
görə Aleksandr Tuqanov
4 aprel 1936-cı ildə respublikanın xalq artisti fəxri adı
ilə təltif olunub.
Rejissor 6 mart 1960-cı ildə
Bakıda vəfat edib.
“Azadlıq”ın Araşdırmaçı
Jurnalistlər Qrupu KIV-ə
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilir
Azadlıq.-
2012.- 8 aprel.- S.14.