“İstibdad qoşununa, gedirik qırğın salaq”!
Mücahid şair Əlirza
Nabdil Oxtay
XX əsrin ortalarında İranda Pəhləvi rejiminin at oynatdığı, azərbaycançılıq
məfkurəsinin dövlət
tərəfindən rəsmən
qadağan edildiyi bir vaxtda azərbaycanlıların
haqqı uğrunda şərəflə mübarizə
aparan şəxsiyyətlərdən
biri də Əlirza Nabdil Oxtay olmuşdur. Əlirza Nabdil cəmi 28 il
ömür yaşamışdır.
Lakin bu ömür çox şərəfli, gələcək
nəsillərə nümunə
olacaq bir ömür olmuşdur. Əlirza Nabdil 1944-cü ildə Təbrizdə anadan olmuş, uşaqlıq və gənclik illəri də burada keçmişdir.
Əlirza Nabdilin həyat yolunun ilk illəri Azərbaycan tarixinin şərəfli səhifələrindən
birini təşkil edən Cənubi Azərbaycandakı Milli Demokratik hökumətin fəaliyyəti dövrünə
(1945-1946) təsadüf etmişdir. Milyonlarla gənc
azərbaycanlı kimi
millətin varlığı
və hüququ, siyasi müstəqilliyi ilə bağlı arzu və diləkləri
zamanın sərt qovğalarına tuş gələn Əlirza Nabdilin ürəyindəki
vətən sevgisini, mübarizə ruhunu heç nə söndürə bilməmişdir.
Sonralar məslək və məramını “Mən məhəbbət yolunda can qoymaq üçün yaranmışam”
şəklində bəyan
edən şair və mücahid Təbriz, Əhər, Marağa, Ərdəbil və Xoy şəhərlərində
təhsil alaraq orta məktəbi bitirmək barədə diplom alır və 1961-ci ildə Tehran Universitetinin hüquq fakültəsinə qəbul
olunur. Hüququ tapdalanan, dilinə,
milli adət-ənənələrinə,
ədəbiyyatına, maarifinə
yasaqlar qoyulan millətin hüquqlarını
qorumaq eşqi ilə yaşayan gənc 1967-ci ildə universiteti bitirir. Ali təhsilli hüquqşünas
diplomu alsa da, arzusunu gerçəkləşdirməyə
nail ola bilmir,
rejim onun ədliyyə orqanlarında
çalışmaq istəyinin
üstündən qara
bir xətt çəkir.
Ə.Nabdil hüquq sahəsində fəaliyyət imkanlarının
olmadığını görüb,
Xoy şəhərində
müəllim kimi fəaliyyətə başlamış,
özü gənc olsa da, gəncliyi
vətən və xalq azadlığı uğrunda mübarizlər
kimi yetişdirməyə
cəhd göstərmişdir. “Ağır
və üzücü
şəraitdə, ana
dilində məktəb,
mədrəsə və
mətbuatın olmadığı,
doğma Azərbaycan türkcəsinin dövlət
idarələrində deyil,
hətta küçə
və meydanlarda yasaq edildiyi dövrdə əqidə və məslək dostları ilə birgə o, nəinki doğma dilində danışmaq, eyni zamanda yazıb-yaratmaqdan da çəkinmir. Xoyda müəllim işlədiyi illərdə
o, Cənubi Azərbaycanın
mütərəqqi fikirli
ziyalılarından olan
yazıçı-müəllim Səməd Behrəngi
(1940-1969) ilə tanış olur və bu tanışlıq
onun dünyagörüşünün
formalaşmasında mühüm
rol oynayır. S.Behrəngi Ə.Nabdilin duyğu, düşüncə
və məramına bələd olduqdan sonra onu milli
ruhlu ziyalılardan olan Əmir Pərviz Puyanla tanış edir”(Vikipedia). Şərəfli
mübarizə yolu Ə.Nabdil şahlıq rejiminə qarşı müxalif olan gənclərin dərin rəğbətini qazanır
və əqidə dostlarından olan Bəhruz Dehqani və Manaf İmani
ilə birgə “İran Xalq Fədai Partizanları” təşkilatının Təbriz
qanadının mərkəzi
özəyini yaratmağa
nail olur. Bu təşkilatın
əsas məqsədi
İran ərazisində
yaşayan xalqları,
o cümlədən hamıdan
artıq ayrı-seçkiliyə,
təqib və məhrumiyyətlərə məruz
qalan Azərbaycan türklərini şahlıq
rejiminə qarşı
mübarizəyə hazırlamaqdan
və gələcəkdə
Iranda yaşayan xalqların milli, mənəvi və hüquqi bərabərliyini
təmin etməkdən
ibarət idi. Bu təşkilatın fəaliyyəti nəticəsində
1970-ci ildə şahlıq
rejiminə qarşı
“Siyahkəl silahlı
üsyanı” adı ilə məşhur olan xalq hərəkatı
baş vermişdi ki, hərəkatda ən fəal şəkildə iştirak
edənlər, heç
şübhəsiz ki,
hüquqları tapdanan
Azərbaycan türkləri
idi. Əfsuslar olsun ki, beynəlxalq demokratik qüvvələr tərəfindən
yetərincə himayə
olunmayan bu xalq hərəkatı silah gücünə amansızcasına yatırıldı
və təşkilatın
qərarı ilə onun üzvləri İranın müxtəlif
yerlərinə səpələnərək
gizli fəaliyyətə
keçdilər.
1971-ci ilin baharında
Tehranın Paminar rayonunun xəfiyyələri
tərəfindən izlənilən
Ə.Nabdil hökumətə
qarşı silahlı
mübarizəni təbliğ
edərkən dövlət
məmurlarının atəşinə
məruz qalaraq ağır yaralanaraq huşsuz halda ələ keçirildi.
SAVAK-ın məşhur
cəlladları Niktəb,
Pərviz Sabiti və onların əlaltıları tərəfindən
ağır işkəncələrə
məruz qalan Əlirza Nabdildən öz yoldaşları və təşkilat barədə heç bir məlumat ala bilmirlər. Polis nəzarəti
altında olan xəstəxanada müalicə
olunarkən imkan tapan kimi xəstəxananın
üçüncü mərtəbəsindən
tullanaraq qaçmaq istəyən Ə.Nabdil ələ keçməsin
deyə, yenicə sağalmağa başlayan
yarasını yırtaraq
bağırsaqlarını əlinə dolayıb intihara cəhd edir, amma buna
müvəffəq olmur.
Polisin yaxaladığı, yenidən
zindan küncünə
atılan şair on bir ay ağır işgəncələrə dözür.
Uzun sürən məhkəmələr
ona altı dəfə ölüm hökmü çıxarsa
da, hökmün icrasına onun dilindən söz ala bilmədiklərinə görə
cəsarət etmirlər.
Nəhayət, 1972-ci il martın 13-də Ə.Nabdil Manaf Fələki və digər səkkiz məsləkdaşı ilə
birlikdə vəhşicəsinə
edam edilir.
Ə.Nabdilin vəfatından 7 il sonra Həbib Sahir məqalələrinin birində
şair haqqında yazırdı: “Oxtayın şeirləri nə o taylıların, nə də bu taylıların
şeirinə bənzəmir.
Oxtayın əlhanında yalnız
gözəllik deyil, dərin bir duyğu və fərqli bir ahəng var idi. Şübhəsiz, Oxtay müstəsna
istedadı olan bir gənc idi.
Lakin əfsus, o parlaq cavahir qara torpaq
altında çürüyüb
fənaya getdi”.
“Gedirik ölkəmizi, yadlar əlindən alaq?”
Şeirlərini “Oxtay” təxəllüsü
ilə yazan Ə.Nabdilin belə bir təxəllüs götürməsi təsadüfi
deyil. Şairin təxəllüsünün izahı ilə bağlı qeydlərindən
anlaşıldığı kimi, təxəllüsün
anlamı “oxa tay, ox kimi, oxa
bənzər” mənalarını
verir. Ə.Nabdilin ölümündən sonra dostları onun şeirlərini toplayaraq “İşıq” adlı bir kitabda
nəşr etdirmişlər.
Topluda çap olunmuş şeirlərin 33-ü və
şair Məftun Əminindən edilmiş
2 tərcümə 1963-1967-ci illərə aiddir. Şairin S.Behrənginin olümü
münasibəti ilə
yazdığı “Səməd
könlümdədir” şeiri
isə “Arəş” qəzetindən alınaraq
kitaba daxil edilmişdir.
Ə.Nabdil Oxtayın “Tozlu
piano”, “İşıq”, “Yurd”,
“Səttarxanın atlıları”
və s. kimi əsərləri “adi əhvalatlarda böyük
həqiqətlər”in çox
ustalıqla verilməsi,
əsas ideyanın açılmasına xidmət
edən orijinal deyim tərzi ilə diqqəti cəlb edir. Əlirza Nabdilin “Tozlu piano” şeirində susmuş pianonu dilləndirmək və dillənmiş pianonun sədaları altında yeni inqilabi nəğmələrin
oxunacağına oxucusunu
inandırmaq məqsədi
güdülmüşdür:
Sazaqlı bir səhər parçalayaraq Qara səssizliyi tozlu piano.
Qızğın barmaqlardan axacaq
o gün
Səhəndin buzlanmış ağca
gülləri!
Qorxulu bir rəqsə başlayırlar, bax,
Dağların açmamış solan
gülləri!
Canlanır dənizlər, qıvrılır
çöllər,
Qaçırlar ulduzlar qanlı
göylərdən,
Ulduzlar
- gecənin bahadırları...
Əlirza
Nabdilin “Səttarxan atlıları” şeirində
oxuyuruq:
Sübh
azanı olmamış,
gümüş ulduz solmamış,
Tüfəngim kürəyimdə, qatarlar
belimdəykən,
Qızıl atım yel kimi,
götürülür dağlara.
Onu bir qaşovlayın, yəhərin
hazırlayın.
İstibdad qoşununa, gedirik
qırğın salaq.
Gedirik ölkəmizi, yadlar əlindən alaq!
Gedirik gədiklərin,
qurdların tutub boğaq.
Bəlkə gələcəkdə siz,
balalar, dincələsiz.
Qızıl atın belində, dağlara yüksələsiz.
Şairin
“Azərbaycan və milli məsələ” əsərində “Azərbaycan
dili və ədəbiyyatı necə
yarandı?”, “İrtica
fars millətçiliyini
qabartmaqla İran xalqlarının mədəniyyaətinin
məhvinə çalışır”,
“Feodalizm dövründə
Azərbaycan üçün
milli məsələ
mövcud deyildi”, “Məşrutə inqilabı
və inqilabı mədəniyyət”, “Xiyabani
hərəkatı”, “Rza
şah diktaturası”,
“1324-1325-ci illərdə (1945-1946-cı illər) demokratik hərəkat”, “Demokratların
məğlubiyyətin sonra”,
“Azərbaycanda milli mədəniyyətə yeni
meyl etmələr” və s. məsələlər
öz əksini tapıb.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər
Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun
maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2012.- 7 dekabr.- S.14.