Cənubi Azərbaycanda teatr tarixi

 

Təbrizdə ilk teatr tamaşaları

 

Cənubi Azərbaycanda ilk teatr nümunələrinin yaranması Bakı mühitində fəaliyyət göstərən sənətçilərlə sıx bağlı olub. Ilk belə əsərlərin tarixi 1905-1911-ci illərə, İran inqilabı dövrünə təsadüf edir... Azərbaycan teatrının fəaliyyət tarixinin ilkin mərhələlərində, iyirminci əsrin əvvəllərindən başlayaraq Bakıdan Tiflisdən Iranın müxtəlif şəhərlərinə teatr dəstələri qastrola gedirdilər.

Bu qastrol səfərlərini təmsil edənlər, Bakıdan Sidqi Ruhulla, Mirzağa Əliyev, Cəlil Bağdadbəyov, Abbasmirzə Şərifzadə, Tiflisdən Mirzəli Abbasov, Məmmədtağı Əsgərov, İbrahim İsfahanlı, Mirzəxan Quliyev, Mustafa Mərdanov, Əşrəf Yüzbaşov müəyyən dəstələrlə, ayrı-ayrı illərdə dəfələrlə Tehranda, Təbrizdə, Rəştdə, Ənzəlidə, Qəzvində, Xoyda, Makuda, Urmuda, Culfada, Ərdəbildə, Salmasda, Ənzəlidə yerli həvəskarları da cəlb etməklə Azərbaycan dilində tamaşalar oynayırdılar.

Təbriz teatrının yaranma tarixi təxminən o dövrlərə təsadüf edir. Təbriz şəhərində teatr həvəskarlarından Mehdi xan Şəfizadə Həsən Çörəkçi, doktor Rəhim xan, Ələkbər Bəradərən, Ələsgər xan Ələkbər xan başda olmaqla on iki nəfərXəyanətadlı tamaşa hazırlayıblar bu tamaşa 1908-ci ildə göstərilib.

1909-cu ildə böyük teatr sənətçisi Sidqi Ruhulla Təbrizə qastrola gəlib yerli ziyalılarla birlikdə bir neçə tamaşa hazırlayıb. Onların hazırlayıb tamaşaçılara təqdim etdikləri ilk tamaşa Hüseynqulu SarabskininCəhalətəsəri olub. Bu tamaşa fransız katoliklərinin klubunda göstərilib.

Bundan sonra nümayiş etdirilən ikinci tamaşa isə Əbdürrəhim bəy HaqverdiyevinDağılan tifaqfaciəsi olub Bağ-meşə qapısıadlanan məhəllədə yan-yana sıralanmış dükanların üstündəki böyük otaqda oynanılıb. O səfərdə Əbdürrəhim bəy HaqverdiyevinBəxtsiz cavan”, Jan Batist MolyerinZorən təbibəsərləri göstərilib. Bu qastrollar öz nəticəsini verib. Təbrizdə yerli ziyalılar teatr sənətinə daha böyük maraq göstəriblər.

1910-1919-cu illər ərzində ayrı-ayrı sənətkarlar tərəfindən Irana təşkil olunan qastrollarda daha çox Mirzə Fətəli Axundzadənin, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin, Nəriman Nərimanovun faciə komediyaları, Sultanməcid Qənizadənin, Mirmahmud Kazımovskinin, Hüseynqulu Sarabskinin kiçik həcmli ibrətamiz məzhəkələri, Üzeyir bəy Hacıbəyovun, Zülfüqar bəy Hacıbəyovun opera operettaları s. oynanılıb.

1920-ci ildə Sidqi Ruhulla, M.Şəfizadə, M.R.Vaizzadə başqalarının təşəbbüsü ilə Təbrizdə ilk teatr binası - “Xeyriyyə teatrıtikilir. Orada yaşayan Azərbaycan türklərinin təşəbbüsü ilə Təbriz, Urmiya Xoy şəhərlərində Ü.Hacıbəylinin məşhur komediyaları tamaşaya qoyulmuşdu.

 

TəbrizdəAzərbaycancəmiyyətinin teatr truppası

 

1930-cu ildə Bakı Tiflis teatrlarında, dövlət teatrlarında rejissorluq aktyorluq etmiş Mirseyfəddin Kirmanşahlı İrana gələrək üç il ərzində Tehranda Təbrizdə müxtəlif teatr dəstələrində rejissorluq edib. Təbriz teatrında peşəkarlıq səviyyəsinin formalaşmasında onun da xüsusi əməyi var. Rza Quluzadə Şərqli Rza Vaizzadənin bu teatrın inkişafında böyük xidmətləri olmuşdur. Teatr dəstələrində ŞərqlininMirzə Rza kirmani”, “Cinayət”, “Börkün bəlası”, “Quqquluqu”, “Dəlilər yurdu”, “Pul, yoxsa xəyanət” (“Xəyanət vəfa”), Rza VaizzadəninCəhalət qurbanı”, “Tükənməz xəzinə”, Mirzə Cabbar ƏsgərzadəninNoi bəşər”, “Çadramın mühəssənatı”, “Müəllimlər həyatı”, Abdulla FərivərinBəhram Çubinə”, Hilal NasirininMirzə Tağıxan Əmir Kəbirpyesləri tamaşaya hazırlanıb.

Teatrşünas İlham Rəhimlinin Azərbaycan Teatr Tarixi kitabından: “1941-ci ildə TəbrizdəAzərbaycan" cəmiyyəti yaranıb teatr truppası da təsis edilib. Truppanın tamaşaçılara təqdim etdiyi ilk tamaşa Əbdürrəhim bəy HaqverdiyevinBəxtsiz cavanfaciəsi olub. İranda ezamiyyətdə olan rejissor Şəmsi Bədəlbəyli truppa ilə sıx yaradıcılıq əlaqəsi saxlayıb, burada bir neçə əsərə səhnə quruluşu verib. Azərbaycan Dövlət Opera Balet Teatrı 1941-ci il oktyabr ayının əvvəllərindən dekabra qədər Təbrizdə qastrol səfərində olub. Teatrın maraqlı repertuarla çıxışı şəhərin teatr həyatında möhtəşəm canlanma yaradıb. Az sonra ziyalıların cəm olduqlarıAzərbaycan cəmiyyəti”nin təşəbbüsü ilə TəbrizdəAzərbaycan aktyorları heyətiyaradılıb. Təbrizdə çıxanAzərbaycanqəzeti teatr prosesini canlandırmaq pərakəndə qüvvələri cəmləşdirmək məqsədilə 11 nəfərdən ibarət müdiriyyət heyəti təyin edib. Teatr sənətinə təzə gələn həvəskar aktyorları seçmək üçün içə 9 nəfərdən ibarət komissiya fəaliyyətə başlayıb.

1940-1946-cı illərdə Tehran şəhərində azərbaycanlı teatr fədailəriFərhəng-e sinema”, “Honər”, “Şiri Xurşidteatr binalarında tamaşalar oynayıblar. Repertuarda Mirzə Fətəli AxundzadəninLənkəran xanının vəziri”, “Xırs quldurbasan”, Üzeyir bəy Hacıbəyovun bütün operettaları əksər operaları, Əbdürrəhim bəy Haqverdiyevin, Nəcəf bəy Vəzirovun kiçik həcmli məzhəkələri əsas yer tutub...".

 

Azərbaycan Dövlət Dram Teatrı ...

 

12 dekabr 1945-ci ildə Cənubi Azərbaycanda Azərbaycan Milli Hökuməti yaradılıb. Milli hökumət zamanında Təbriz Azərbaycan Dövlət Dram Teatrı yaradılıb bu teatrın truppasının əsasını müxtəlif truppaların həvəskar aktyorları təşkil ediblər. 8 mart 1946-cı ildə teatrın təntənəli açılışı olub Cəlil MəmmədquluzadəninAnamın kitabı" dramının tamaşası göstərilib. Təbrizdən sonra 1946-cı ildə Urmiyada da Dövlət Teatrı açılıb. Sərabda, Əhərdə, Astarada, Qara Ziaəddində, Ələmdarda, Miyanada, Herisdə, Binabda, Şəbüstərdə, Zəncanda, Marağada, Xoyda dram dərnəkləri fəaliyyətə başlayıb"( “Vikipedia”).

1946-cı ilin dekabrında ölkədə milli azadlıq hərəkatına divan tutulduqdan Milli Hökumətin süqutundan sonra Azərbaycan Dövlət Teatrı da bağlandı. Yalnız qısa bir müddət ərzində (1948-1949) TehranınZibateatr salonunda azərbaycanlı incəsənət xadimləri tərəfindən türk dilində bir sıra tamaşa konsertlər verilmişdir. Həmin tədbirlərin təşkilinə göstərilməsinə məşhur ziyalı alim, yazıçı Gəncəli Sabahının qardaşı Səməd Səbahi başçılıq etmişdir.

1970-ci ildə UrmudaAryateatrı yaradılıb qısa müddətdən sonra bu teatr da bağlanıb. 1950-ci illərin sonlarında 1960-cı illərin birinci yarısında Tehranda azərbaycanlıların “Mad film”, “Azər film” kinostudiyaları fəaliyyət göstərib. Orada çalışan azərbaycanlılar müəyyən bayramlarda teatr tamaşaları da göstəriblər. XX əsrin səksəninci illərindən İranın Tehran Təbriz şəhərlərində Azərbaycan dilində müəyyən teatr tamaşaları göstərilməsinə cəhdlər edilsə , indiyədək Iranda otuz milyondan çox azərbaycanlının doğma dildə bir dövlət teatrı da mövcud deyil...

 

Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə

Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2012.- 9-12 dekabr.- S.14.