Klassik Şərq poeziyasının son mogikanı
Sufi şairi Əbdürrəhman Cami
Əbdürrəhman Cami ədəbiyyat
tarixinə klassik Şərq poeziyasının
“son nümayəndəsi” kimi
daxil olmuş, öz yaradıcılığı
ilə bütün Şərq ədəbiyyatını
zənginləşdirən ədəbi irs
qoyub getmişdir. Onun əsərləri hələ
öz dövründə
yüksək qiymətləndirilmişdir.
Ə.Cami əsərlərində bədii ideyaları, ədaləti, saflığı
təbliğ etmiş,
şeir-sənət dünyasının
korifeyləri sırasında
özünəməxsus yer
tutmuşdur.
Əbdürrəhman Nurəddin ibn Əhməd 1414-cü ildə
Cami şəhərində
(Xorasan) anadan olub. Ibtidai təhsilini
atasından alan
Ə.Cami sonra Herat şəhərindəki Dilgəş
mədrəsəsində təhsilini
davam etdirmişdir. O burada məşhur sufilərdən olan mövlana Cüneyd Üsulidən dərs almışdır.
Ə.Cami hələ çox kiçik yaşlarından
elmə-təhsilə böyük
maraq göstərmiş,
çoxlu mütaliə
etmiş, iti hafizəsi olmuşdur. Dövrünün
görkəmli müəllimi
və alimi hesab edilən Xacə Ələddin Əli Səmərqəndi
deyib: “Mən ömrümdə Cami qədər hafizəli və istedadlı şagird görməmişəm”.
Cami Herata qayıtdıqdan sonra orada mədrəsə açmış və şərqin müxtəlif
yerlərindən alimləri
ora dəvət etmiş, öz vəsaiti hesabına istedadlı gənclərin
həmin mədrəsədə
təhsil alıb yaşaması üçün
şərait yaratmışdır.
Dəfələrlə Sultan Hüseyn Baykara və Sultanın vəziri, Caminin tələbəsi, şair
Əlişir Nəvai
onu saraya dəvət etsələr
də, şair bu dəvətdən imtina etmişdir. Lakin Cami
şəxsiyyətini, Cami
sənətkarlığını yüksək qiymətləndirən
Sultan Hüseyn Baykara və Əlişir Nəvai şairə dəvələr yükü
qızıl-gümüş hədiyyələr göndərmişlər.
Ə.Cami göndərilən bəxşişləri qəbul
etmiş və bütün sərvətini
açdığı mədrəsəyə
xərcləmişdir.
Cami sufi təriqətlərindən
nəqşbəndiliyi sevmiş
və öz mürşüdü olaraq
şeyx Sədəddin
Kaşqarinin ardınca
getmişdir. Bahəddin Nəqşbəndinin dediklərinə ciddi riayət etməyi tələb edən şeyx Sədəddin Kaşqari Caminin tərbiyəsinə böyük
fikir verir və onun nəqşbəndi
təriqətinin mürşüdü
olmasına çox çalışırdı. Cami çoxlu səfər etmiş və bu səfərlər
zamanı müxtəlif
sufi şeyxləri,
alim, şair, incəsənət ustaları,
dövlət xadimləri
ilə, şah, sultan,
saqan və müxtəlif silkə xas olan adamlarla
görüşmüşdür.
Cami
1472-ci ilin payızında
Məkkəyə ziyarətə
getmiş və bu səfərində Nişabur, Səbzəvar,
Bəstam, Damqan, Qəzvin, Həmədan, Kərbəla, Məkkə,
Mədinə, Dəməşq,
Hələb və Təbriz kimi şəhərləri gəzmiş,
onların bəzilərində
aylarla qalıb oradakı alimlərlə görüşmüş, bəzən
də ciddi mübahisələr aparmışdır.
Şairin böyük iris
Cami özündən sonra böyük bir irs qoyub
getmişdir. M.A.Salyenin dediyinə görə,
alimlər Caminin əsərlərinin sayını
50 qəbul edirlər ki, bunlardan da
34-ü nəsr, 16-sı şeirlə
yazışmışdır. Nəsr əsərləri içərisində
bədii əhəmiyyəti
olan yalnız “Baharistan”dır.
Caminin elmə
məlum olan ilk əsəri Əbdülqasim
Babura ithaf etdiyi və 1452-ci ildə yazdığı “Müəmma
haqqında risalə”dir.
Əsərlərinin miqdarı
haqqında müxtəlif
fikirlər söylənilib. Onun müridi və ən yaxın dostu, böyük özbək şairi Əlişir Nəvai alimin 35 əsərini, Caminin tərcümeyi-halını
yazan Əbdülqafur Lari 47, Şirxan Ludi “Miratül-xəyal” (“Xəyal güzgüsü”)
adlı təzkirəsində
isə 99 əsərini
göstərib.
Caminin ən məşhur əsərləri üç
divan, “Həft-övrəng”, sufi şeyxlərin
həyat və tərcümeyi-halına həsr
edilən “Nəfəhatül-üns”
və “Baharistan”dır.
O, Əlişir Nəvainin
məsləhəti ilə
birinci divanı “Fətnhətəş-şəbab”, yəni “Gəncliyin başlanğıcı” (1479), ikinci
divanı “Vəsitətül-iqd”
- “Həmayılın ortası”
(1489), üçüncü divanı “Xatimətül-həyat”
- “Həyatın sonu”
(1491) adlandırıb.
Cami “Nəfəhatül-üns”
əsərini özündən
əvvəl yaşamış
sufilərin, şair və alimlərin həyatına həsr edib. 600-dən artıq şair, alim, şeyx və başqalarının tərcümeyi-halı
izah edilən bu əsərdə iyirmidən çox qadının adı çəkilir ki, bunlar da öz
əsərlərinin görkəmli
sufilərindən hesab
edilmişdir.
Cami əsərlərini
dövrünün məşhur
hökmdarlarına ithaf
etməkdən boyun qaçırmamış və
ya qaçıra bilməmişdir. Son dərəcə
qürurlu, böyüklərə
baş əyməyən
Caminin əsərlərini
müxtəlif hökmdarlara
həsr etməsinin əsas səbəbini çamişünaslar çox
haqlı olaraq, onun maddi gəlir
axtarmasında deyil, məhz əsərlərinin
məzmununda, əllərində
külli miqdarda ixtiyar olan hökumət
başçılarına təsir
göstərməkdə, onları
ədalətə, mərhəmətə
sövq etməkdə
görürlər. Döğrudan da, Caminin bütün
əsərlərində, fəlsəfi-ictimai
istiqamətindən asılı
olmayaraq, insanpərvərlik,
ədalət və səxavətin tərənnüm
edildiyini görürük.
Nəsr əsərləri içərisində
bədii əhəmiyyəti
olan yalnız “Baharistan”dır. “Baharistan” XIII əsrin məşhur didaktik şairi Sədi Şirazinin “Gülüstan”ına nəzirə olaraq 1487-ci ildə yazılmışdır.
Bu zaman Caminin
73 yaşı var idi. Caminin əsərləri içərisində “Baharistan”
xüsusi yer tutur. Cami əvvəlcə “Baharistan” tipli bir əsər yazmaq fikrində olmamış, yalnız Sədinin “Gülüstan”
kitabını oğluna
oxuyaraq, bu fikrə düşmüşdür.
Dünya şöhrəti qazanan
“Baharistan”
O, “Baharistan”ın müqəddiməsində
yazır: “...İndiki
ürəkaçan bir
vaxtda, ürəyimin parçası oğlum Ziyaəddin Yusif ərəb dilini yenicə öyrənməyə,
ədəb elmini təzəcə dərk etməyə başladığı
bir çağda onu xatırlamaq istəyirəm ki, yeniyetmələr və zəhmətə alışmamış
uşaqlar ürəklərinə
yatmayan, ağıllarına
çatmayan sözlər
eşitdikdə qəlblərinə
bir dəhşət, beyinlərinə bir vəhşət çökür.
Onun başını qarışdırmaq, tədrisə
alışdırmaq üçün
mən, bəzən məşhur şeyx, böyük ustad Müsləhəddin Sədi
Şirazinin ən qiymətli təbərrüklərindən
- ”Gülüstan"dan
bir neçə sətir oxuyardım... Bu zaman birdən
fikrimə gəldi ki... mən də bu səpkidə
birneçə sətir,
bu üslubda bir neçə varaq yazım ki, hazırlar üçün bir dastan, qaiblər üçün bir ərməğan olsun".
Cami fikirləşdiyi kimi də edir. Lakin nədənsə bu əsəri dörd oğlundan təkcə salamat qalmış on yaşlı
Ziyaəddin Yusifə deyil, dövrünün hökmdarı Sultan Hüseynə
ithaf edir...
“Baharistan” dünyanın
bir çox dillərinə tərcümə
edilmiş və Caminin şöhrətini daha da artırmışdır. 1846-cı ildə Vyanada alman dilində tərcüməsi farsca orijinalı ilə birlikdə ixtisarla nəşr edilmişdir.
İki dəfə ingilis dilinə tərcümə
olunmuşdur.
1925-ci ildə Anri
Mase “Baharistan”ı fransız dilinə bütünlüklə tərcümə
etmişdir.
İlk dəfə
olaraq “Baharistan”ın
on dörd hekayəsini
1935-ci ildə K.Çaykin
ruscaya tərcümə
etmiş və ayrıca kitabça şəklində orijinalı
ilə birlikdə çap edilmişdir. “Baharistan” Azərbaycan dilində də nəşr edilmişdir.
1492-ci il noyabr
ayının əvvəllərində
Caminin səhhətində
problemlər yaranmış,
o özünü pis
hiss etməyə başlamış,
xəstəliyi get-gedə
şiddətlənmişdir. Bu xəstəlik nəticəsində
şair məhərrəm
ayının 17-də, yəni
noyabrın 8-də səhər
vəfat etmişdir.
Onun dəfn mərasimi Nəvainin yaxından iştirakı ilə təşkil edilmişdir.
Caminin ölümünə
Nəvai xüsusi əsər həsr etmiş, onu məşhur Hüseyn Vaiz oxumuşdur. İki beytdən
ibarət olan bu şeirdə əbcəd hesabı ilə Caminin 894 hicri, yəni 1492-ci ildə vəfat etdiyi bildirilir.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər
Qrupu KİV-ə
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilir
Azadlıq.- 2012.- 19 dekabr.- S.14.