Azərbaycanın “Viktor Hüqosu

 

Yeni şerin ustadı Həbib Sahir

 

Cənubi Azərbaycan ədəbiyyatının ana dilli yazarları arasında xüsusi yeri olan bir imza var. Haqlı olaraq ədəbiyyatşünaslar onu Azərbaycanın “Viktor Hüqosu adlandırırlar. Mənsub olduğu xalqın milli mücadilə tarixinə qələmi ilə xidmət göstərmiş bir imza - Həbib Sahir. O, sözün əsl mənasında doğma ana türkcəsində yazdığı əsərləri ilə həm xalqın milli dəyərlərinin qorunmasına, həm də azadlıq mübarizəsinə misilsiz töhfələr vermişdir.

 

Həbib Sahir 1903-cü ildə Təbrizdə doğulub. O, atasını çox tez itirib. İlk təhsilini mollaxanada alıb. Son məktəb illərində ustad Şəhriyarla bir yerdə təhsil alan Sahirin bu tanışlığı sonralar onların yaxın əlaqələrinin yaranmasına səbəb olub. Məktəbi bitirdikdən sonra o, İstanbul Universitetinin tarix coğrafiya fakültəsini bitirib. Ali təhsilini başa vurduqdan sonra gənc mütəxəssis öz vətəninə qayıdıb. Beləliklə, onun 40 illik müəllimlik ədəbi yaradıcılıq dövrü başlanıb. Sahir Azərbaycanın şəhər kəndlərində, sonralar isə Qəzvin Tehranda müəllimlik edib.

Həbib Sahir Azərbaycanın görkəmli şairi Tağı Rüfətin şagirdi hesab olunur. Tağı Rüfət Fransada təhsil almış çağdaş fransız şerini örnək götürərək, şerdə yeniliyi, çağdaşlığı sərbəstliyi təbliğ edirdi. Şair fransız poeziyasından təsirlənərək, fars dilində sərbəst şeirlər yazırdı. Beləliklə, Tağı Rüfətin romantik bir şair kimi gənc Sahirə böyük təsiri olduğu qeyd edilir. Müəlliminin sayəsində Həbib Sahir türk fransız şeirinə dərindən bələd olmuşdu. O, Lamartinin məşhurGölpoemasını Azərbaycan türkcəsinə tərcümə etmişdi. Sahir əvvəllər ustadı Rüfət kimi farsca sərbəst şeirlər yazmağa başlamış, ancaq çox çəkmədən yad dildə yazmaqdan imtina etmişdir.

Sahir istedadlı bir şair hekayə yazarı idi. Onun əsərləri üç dildə (Azərbaycanca, farsca fransızca) nəşr olunub. Məşhur şair Azərbaycan şerində yeni bir üslubun əsasını qoyub İranda qabaqcıl Azərbaycan şeirinin atası” ləqəbini alıb. Onun əsərləri 30 cilddə toplanıb. Sahir eyni zamanda Quranı mənzum şəkildə çağdaş Azərbaycan dilinə tərcümə edib.

Sahirin əsərləri yeni bir nəslin yetişməsinə, tərbiyələnməsinə və inkişafına böyük təsir göstərmişdir. O, milli ədəbiyyatın zənginləşməsində xidmətləri olan ilk 5-6 böyük şairdən biri sayılır. Ümumiyyətlə, ədəbiyyatşünaslar Cənubi Azərbaycan yeni şeirinin Həbib Sahir ilə başladığını qeyd edirlər. Sözün əsl mənasında, Sahir yeni şeirin yaranmasında ilk addımlar atan və cəsarətli şeirlər yazan bir şairdir. Görkəmli şair 1914-cü ildə sərbəst şeirlərdən ibarət “Kölgələr” kitabını və 2 il sonra “Şəqayeq” adlı kitabını yayınladı.

 

Milli hökumətdən gələn ruh

 

“Bu zaman hələ Nima Yuşicdən xəbər yox idi. Bu kitablarda həm məzmun yeni idi (siyasiləşibdir), həm şair, gerçəkci bir şairdir(sevgili göydə deyil, bəlkə yerdədir). Demək Sahir şeiri göydən yerə endiribdir. O, yeni sözləri, yeni qəlibdə söyləyib və bizim həm siyasi şeirimizi, həm satirik şeirimizi, həm də həmasi şeirlərimizi canlandırmaqda böyük addımlar atıb. O, keçmişə tənqidi ilə baxıb, sünnəti sındırmaqda birinci şairlərimizdən olubdur. Bu son 60 il sürəsində Iranın çoxlu şairləri həm fikir və düşüncə baxımından, həm də forma baxımından Sahirdən etgiləniblər. Yani 20-ci əsir də Güney Azərbaycan ədəbiyyatının böyük simalarından biri Həbib Sahir olub ki, Türk dünyasında da önəmli şairlərdən birisi sayılır”(Məlihə Əzizpur).

Azmışam sisli keçidlərdə,

Budur,

qaş qaralır,

Məni udmaq həvəsilə

ağız açmış uçurum...

Həbib Sahiri Azərbaycan dilində yazmağa ruhlandıran səbəblərdən biri də Pişəvəri hökumətinin onun dünyagörüşündə buraxdığı izlər idi. Azərbaycan Milli hökuməti Tehran ağalarının qanlı əlləri ilə süquta yetirildikdən sonra o, müəllim işlədiyi məktəbdən qovularaq sürgünə göndərilmişdi. Ustad mübarizəyə qoşulmazdan öncə romantik bir şair idi. Onun poeziyasında təbiət gözəllikləri, sevgi, ülvi hisslər təbliğ olunurdu. Bundan sonra Sahir yaradıcılıq istiqamətini yavaş-yavaş ictimai romantizmə yönəldərək yeni bir mərhələyə qədəm qoyur. Azərbaycan təbiət gözəllikləri fonunda insan faciələrinin təsviri, belə aləmdə insanların kədərli və üzgün həyatı onun şerlərinin əsas mövzusuna çevrilir. Artıq dünyaya başqa nəzərlərlə baxan ustad şair millətinin, Azərbaycan türklərinin, ölkəsi Cənubi Azərbaycanın dərdlərini öz dərdi kimi yaşamağa başlayır. Onun poeziyasında tam fərqli bir yol açılır:

Ana güldür, bir gün solar,

Ana dili şirin olar.

Bizim Türkü şirin dildir,

Xoş sədalı, zəngin dildir.

Dil günəşdir, işıq saçar,

Azadlığa qapı açar.

 

Soyuq güllər altında közlər qaldı...”

 

Həbib Sahir yaradıcılığı ilə bir mübarizə həyatı yaşamışdır. O, şah və mövcud rejimlə mübarizə aparmaqla bərabər, geriliyə, xurafata, ehkamçılığa qarşı da çıxış edərək həmvətənlərini azad və çağdaş bir millət olmağa çağırırdı. Buna görə də, o, farsca yazan bir sıra Azərbaycan şairlərini kəskin tənqid edirdi. Sahir “Mən əsir ellərimin şairiyəm” şeirində Cənubi Azərbaycan ziyalısının faciəsindən söz açır, Azərbaycan türklərinin bir millət kimi alın yazısına boyun əyməsinə etirazını bildirirdi. O, “Səhər işıqlanır” kitabında Milli Hökumətin süqutundan sonra ötən dövrü nəzərdə tutaraq yazırdı ki, “həmin qanlı və yaslı payızdan artıq 32 payız keçib, amma hələ yaralar sağalmayıb... Bununla belə soyuq güllər altında közlər qaldı... Uzun illərdən, o qanlı faciədən sonra, deyəsən, səhər işıqlanır”.

Amma işıq onun arzuladığı üfiqlərdən uzaqlarda qaldı. Ölkədəki dəyişiklik onun gözəl xəyallarının qarşısına qara pərdə çəkdi. Xalqın apardığı böyük mücadilə, verdiyi qurbanlar onlara baha başa gəldi. Bu milli-azadlıq mübarizəsinə görə xalqdan böyük qisas alındı. Həbib Sahir xalqının parlaq ziyalısı və mübarizə adamı kimi, 1979-cu il inqilabının Azərbaycana köklü dəyişiklik gətirməyəcəyini elə ilk aylardan hiss etmişdi. Şairin müəllimi Tağı Rüfət S.C.Pişəvərinin rəhbərliyi altında qurulan Azərbaycan Milli Hökumətindən əvvəl öz xalqına qarşı edilən zülmlərə, ədalətsizliyə və həqarətə dözməyərək intihar yolunu seçmişdi. Onun davamçısı Həbib Sahir də ustadının yoluyla getmişdi. O, həmvətənlərinin İslam inqilabından sonrakı illərdə üzləşdiyi ədalətsizliyə və təhqirlərə dözməyərək Tehran yaxınlığındankı Aria şəhərində yaşadığı mənzilin pəncərəsindən özünü asmışdı. Bu vaxt onun 85 yaşı vardı. Böyük şairin məzarı TehranınBeheşt-e Zəhraqəbiristanlığındadır.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə

Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2012.- 21 dekabr.- S.14.