Orda bir yurd
var, uzaqda...
Adı və tarixi
saxtalaşdırılan abidələrimiz
Bu gün Azərbaycanın işğal
olunmuş qədim torpaqlarında tariximiz və mədəniyyətimiz
çirkin şəkildə
saxtalaşdırılır. Uzaq və yaxın
tarixə nəzər
salsaq, təcavüzkar
qonşuların sahibləndiyi
yurd yerlərimizdə
necə acı faciələr yaşandığına
şahid olarıq.
Qərbi Azərbaycan torpaqları tariximizin ən qədim səhifələri yazılmış
yurd yerlərimizdir. Buradakı alban tarixindən son dövrlərə
qədər gəlib çıxmış unikal
abidələr bütün
həqiqətləri ortaya
qoyur. Azərbaycan türklərinin dədə-baba
yurdu olan Göyçə
mahalında yüzlərlə
belə qiymətli abidə var. Onların bəziləri ermənilər
tərəfindən dağıdılıb,
yerlə-yeksan edilmiş,
bir çoxunun isə tarixi saxtalaşdırılaraq “özününküləşdirilmişdir”.
Buradakı Ağkilsə
kəndində III-V əsrlərdə
yaşamış albanların tarixindən bəhs edən çoxlu abidələr
var. Kəndin ilk adı
1935-ci ilin yanvarın
3-nə qədər Ağkilsə,
ikinci adı isə 1988-ci ilin dekabrına qədər
Azad olmuşdur. Ənənəvi
olaraq, kəndin adının dəyişdirilməsi
buradakı türk izlərinin silinməsi məqsədi daşıyırdı.
Amma kəndin ərazisindəki tarixi yer adları, türk toponimləri gerçəkləri ört-basdır
etməyə imkan vermir. Burada kəndin şimalına doğru yerləşən
"Ocaq daşı",
Axund təpəsinin
sol tərəfindəki "Bəzirxana", kəndin mərkəzindəki "Dədə
Ələsgər"in qəbirüstü
abidəsi və XIX əsrin sonlarında kəndin Hacılar tayfasının sakinləri
tərəfindən tikilmiş
məscid mövcuddur.
Kəndin mərkəzində
yerləşən, tarixi
III-V əsrlərə təsadüf
edən
Alban məbədi də
burada albanların
1254-cü ilə qədər
yaşamasını sübuta
yetirir. 1254-cü ildə
Türk məbəd xeyriyyəçisi Əhməd
Xoca tərəfindən
təmir olunmuşdur,
abidənin balaca giriş qapısının
üstündəki daş
kitabənin üzərində
"Qrabar" əlifbası
ilə yazılmış
yazı var. Bu kitabədəki
yazının oxunması
çox çətin
olduğundan, erməni
daşnakları məbədin
onlara aid olduğunu iddia edirdilər. Məsələyə aydınlıq
gətirmək üçün
1958-ci ildə Basarkeçər
rayon XDS İK-nin sədri
vəzifəsində işləyən
kənd sakini Məmmədov Bilal İrəvan şəhərindən Alban tarixini və əlifbasını kamil bilən professor dəvət
edir. Komissiya həmin daş kitabəni oxuyaraq bir daha təsdiq
edir ki, həqiqətən məbəd
albanlara məxsusdur.
Eyni zamanda, ərazidəki tarixi uzaq keçmişə gedib çıxan Səhnəbanı bulağı (Böyük bulaq), Mehdi bulağı, Dövrüş
bulağı,
Bəzirxana bulağı, Qumlu bulağı, Bəşir
düşən dərə, Dərə yurdu, Yelvə dərəsi, Axund dərəsi, Daşlı güneyi, Qalaq daşları və Sarı xəndək adlanan yerlər də buna real nümunədir.
Sarı xəndək adlanan yerdə aparılan arxeoloji qazıntılar zamanı üç dörd mərtəbəli
qəbirlər tapılmışdır.
Kəndin ərazisində
müxtəlif dövrlərdə
kənd və qonşu kəndlərin əhalisinə xidmət edən 3 ədəd su ilə işləyən
un dəyirmanları olmuşdur.
Alban tarixinin parlaq səhifələri
Alban abidələrinin bir neçə unikal nümunəsi də Aşağı Şorca kəndindədir. Bu kəndin
ərazisində albanlara
məxsus kilsə və bir sıra
başqa tarixi abidələr var. Bundan başqa, Uzunlar sahəsində qazıntı
zamanı albanlara məxsus küp qəbirləri tapılıb.
Dərələyəz mahalının Keşişkənd rayonunun
Ələyəz kəndində
mövcud olan Azərbaycan türklərinə
məxsus başqa maraqlı bir abidə də Əxi Təvəkkül zaviyəsidir.
Alimlərin qənaətinə görə, Əxi Təvəkkül zaviyəsi
XII-XIII əsrlərə aiddir.
Bunu abidənin kitabəsi də sübuta yetirir. Kitabədə yazılır:
“Bu məzar mərhum və uca şəhid,
Qadir Allahın rəhmətinə ehtiyacı
olan Əxi Təvəkkülündür - Allah onun günahlarını bağışlasın - məhərrəm
ayı, doqquz yüz əllinci il (miladi-1543-cü il) tarixdə.”
Mühüm memarlıq dəyərinə malik olan abidə Azərbaycan türkləri tərəfindən ziyarətgah
kimi qorunurdu. Bu abidənin giriş yerində yerləşən
daş lövhədə
yerin, ayın və günəşin rəmzi olan üç dairə, hər dairədə 12 imamın rəmzi kimi 12 xətt və tarixən Dərələyəz mahalında
yaşamış türk
tayfasının sayını
bildirən doqquz ədəd səkkizguşəli
ulduz həkk olunmuşdur. İndi bu abidə ermənilər
tərəfindən dağıdılmış,
bütöv qalan daş lövhənin bir hissəsində isə xaç şəkli çəkilərək
erməniləşdirilmişdir.
Qırxbulaq mahalının Avan kəndində yerləşən Avan Bazilikası da qədim məbəd kimi istifadə olunmuşdur. Məbəd 592-598-ci illərdə
inşa edilmiş və dövrümüzə
yarımdağılmış vəziyyətdə çatmışdır.
1939-1941-ci illərdə ermənilər
məbədi bərpa
edərək ona erməni memarlıq elementləri ilə uyuşmayan yad əlavələr gətirmişlər.
Tədqiqatçı-alimlər bu məbəd
binasının hansısa
qədim bir məbədin özülləri
üstündə inşa
olunmasını düşünürlər.
Ərazidəki arxeoloji
tədqiqatlar zamanı
xüsusi ornamentli naxışlarla bəzədilmiş
inşaat materialları
və incə yonulmuş daşlar tapılmışdır. Bu binanın
indiki qalıqları iki hissəli platforma üzərində
yerləşmişdir. Gümbəz
və tavan uçduğundan divarlara ağırlıq düşməmiş
və nisbətən sağlam qalmışdır. Avan bazilikası beş gümbəzi olan ilk məbəd hesab olunur. Məbəd SSRİ
dövründə ermənilər
tərəfindən “bərpa”
edilmiş və məbədin divarlarında
süni olaraq erməni dilli kitabələr yerləşdirilmişdir.
Avan kəndi qədimdən türk boylarının məskəni
olmuş, ilk 38 erməni
ailəsi bura
1828-1829-cu illərdə İrandan
köçürülmüşdür.
İşğalçıların sahibləndiyi memarlıq nümunələri
Loru mahalının Ağtala dəmiryol stansiyasından təxminən
3 km məsafədə yerləşən Ağtala monastır və qalası dövrümüzə
ilkin quruluşunu saxlayaraq gəlib çatmışdır. Ağtala qalası Şəddadilərin
və Atabəylərin hakimiyyəti dövründə bölgənin
müdafiə sistemində
mühüm yer tutmuşdur. Kompleksə daxil olan əsas
məbəd binası
freskaları ilə diqqəti cəlb edir. Məbədin adı türkcə olmaqla “ağ” və “tala” sözlərindən ibarətdir.
Məbədin yerləşdiyi
Ağtala kəndi qədim dövrlərdən
türk tayfalarının
yurdu olmuş və XX əsrin ortalarına kimi kənddə yalnız Azərbaycan türkləri,
yunanlar və gürcülər yaşamışlar.
XX yüzilin əvvəllərində
kəndə yunan ailələri köçərək
məskunlaşmışdır. İlk ermənilər isə kəndə 1922-ci ildə köçüb gəlmişlər.
Üçkilsə şəhəri yaxınlığında
yerləşən qədim
Göy Mələkləri
məbədi VII əsrin
II yarısında katolikos
III Nerses tərəfindən
inşa etdirilmişdir.
Bu məbədin inşasına 642-ci ildə başlanmışdır. Alban tarixçisi Moisey Kalankatlı məbədin 653-cü ildən
ibadətə açılmasını
bildirir. X əsrdə bina uçaraq dağılmış
və bir daha bərpa olunmamışdır.
Zəngəzur mahalının Qarakilsə rayonu ərazisində yüksək
dağlıq ərazidə
yerləşən bir
qədim alban abidəsi də Tanaat məbədidir.
Bu bölgədə xristianlığın
ilk dövrlərinə (IV-V əsrlərə) aid olan məbəd yarım dağılmış vəziyyətdədir.
Məbəd qırmızı
daşdan inşa edildiyi üçün yerli azərbaycanlı əhali onu həm də Qırmızı kilsə
adlandırmışdır. Tədqiqatçıların fikrinə
görə, bölgədə
xristianlığın yayılmasına
qədər abidə atəşpərəstlik məbədi
olmuşdur.
Tanaat məbədi Tatev monastırından
sonra bölgədə
ikinci ruhani mərkəzi olmuşdur.
1975-ci ildə məbəd
ermənilər tərəfindən
bərpa olunarkən köhnə məbəd xarabalıqları arasından Urartu çarı I Argiştiyə məxsus daş kitabənn tapılması haqqında
xəbər yayılmışdır.
Məbədin ətrafında
XIII-XVII əsrlərə aid xaçdaşlar, qəbiristanlıq,
qala xarabalıqları
və s. abidə qalıqları var. Məbədin
yerləşdiyi ərazi
qədimdən türk-oğuz
boylarının vətəni
olmuş, bura ermənilərin
ilk kütləvi axını
XIX yüzilin əvvəllərində
bölgənin Çar
Rusiyası tərəfindən
işğalından sonra
başlamışdır.
Loru mahalının Uzunlar kəndində VI yüzilin sonu, VII yüzilin əvvəllərinə
aid olan qədim türk abidəsi Uzunlar məbədidir. Məbəd adını kəndin adından almışdır.
Məbədin əsası VI əsrdə qoyulmuş və burda ilk tikililər də həmin dövrdə inşa edilmişdir. Lakin sonrakı dövrdə Sünik kilsəsinin rəhbəri
III Uzun Hovannes təxminən 717-728-ci illərdə
monastır kompleksini inkişaf etdirmiş və kompleksə yeni binalar əlavə
etmişdir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər
Qrupu KİV-ə Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2012.- 17-18 iyun.- S.14.