Ən qədim ibadət ocaqlarımızdan
biri
Şamaxı Cümə məscidi
Azərbaycanın ən qədim
şəhərlərindən biri olan Şamaxı
memarlıq ənənələri
və abidələri
ilə məşhurdur.
Şamaxı şəhəri XIX əsrin ikinci yarısından başlayaraq
təkrar baş vermiş zəlzələdən
sonra çətin dövrünü yaşamağa
başlamışdı. Azərbaycanda mədəniyyət
və incəsənətin
çiçəkləndiyi dövrlərdə (XII-XIII əsrlər)
Şamaxı Cümə
məscidinin konstruksiya
və memarlıq qaydalarına toxunmadan onun plan strukturunda bərpa və tamamlama işləri aparılmışdı. Bu unikal abidənin yenidən təmiri 2009-cu ildə dövlət səviyyəsində ayrılan
vəsait hesabına həyata keçirilib.
Bu məqsədlə 4 milyon manat vəsait
ayrılıb.
1918-ci ildə məscid erməni-daşnakları
tərəfindən yandırılıb.
Aleksandroviç təəssüflə yazır ki, yanğın zamanı məscidin ilk inşa olunma tarixini göstərən daş da tamamilə sıradan çıxdığı
üçün onun haqqında dəqiq məlumat verə bilmirik. Ona görə də
Şamaxıda əldə
etdiyimiz qiymətli məlumatlar Cümə məscidinin tarixi üzərinə də müəyyən işıq
salır.
Zəlzələdən sonra yaradılmış
xüsusi komissiya şəhərin belə çox dağıntıya
məruz qalma səbəblərini araşdırdığı
zaman Tiflisdən gəlmiş geoloq Şahqulu Qacar ərəb yazılarına
əsasən Cümə
məscidinin əsasını
müsəlman tarixi ilə 126-cı illə bağlamışdı.
Beləliklə, demək
olar, Şamaxı Cümə məscidi
743-cü ildə tikilmiş
və təkcə Cənubi Qafqazda deyil, həm də Yaxın Şərqdə, Dərbənddə
inşa edilmiş məsciddən sonra
(733-734) ən qədim
məsciddir. General-leytenant Yermolovun knyaz Mədətova yazdığı məktubdan
göründüyü kimi,
Şamaxının ümumi
plan həllində mühüm
tarixi rol oynayan Cümə məscidi Qafqazın hakim dairələrinin diqqət
mərkəzində olmuşdur.
Məktubda yazılır:
“Təcili olaraq böyük Cümə məscidinə yığılan
ərzağın başqa
otağa köçürülməsinə
göstəriş verilsin
və məscidin təmiri üçün
lazım olan dəqiq plan çıxarılaraq
mənə göndərilməsi
mülkü mühəndis
zabitinə tapşırılsın”.
Qədim məscidin planı əldə olunmamışdır. Lakin rus knyazı rəssam Q.Qaqarin Azərbaycanın bir çox memarlıq abidələri kimi 1847-ci ildə Cümə məscidinin də şəklini çəkmişdi.
Q.Qaqarinin naturadan çəkdiyi
şəkildə zəlzələdən
sonra və eləcə də digər səbəblərdən
Cümə məscidi
üzərində aparılmış
bərpa, yenidənqurma
və bəzi bəzək elementlərinin
dəyişdirilməsi ilə
yanaşı hələ
də onun qədim görünüşü
bütün aydınlığı
ilə özünü
büruzə verir.
Ona görə də Cümə məscidi miqyası və monumentallığı ilə
islamın qədim, iri həcmli dini tikililəri haqqında ümumi təsəvvür yaradır.
Məscidin mərkəzi simmetrik kompozisiyasını
konusvari tamamlayan günbəz xüsusi nəzərə çarpır.
Daxili fəza həllinin 3 hissədən ibarət olmasını fasadda əks etdirən mərkəzi böyük
və ona tabe edilən balaca yan günbəzlər
ümumi hissənin rəngarəngliyini daha da canlandırır. Məscidin ümumi memarlığını
daha da dinamik
göstərmək üçün
onun günbəzi üfüqi istiqamətlənmiş
gövdəsinin əksinə
qoyulur.
O da zəlzələdən
nəsibini alıb
1859-cu ildə baş vermiş güclü zəlzələ
nəticəsində inzibati-ticarət
mərkəzi olan Şamaxı adi əyalət şəhərlərindən
birinə çevrildi.
Lakin şəhər və quberniya memarı Qasımbəy Hacıbababəyovun
(1811-1877) düzgün layihələndirməsi
əsasında Şamaxının
əvvəlki məhəlli
planı zəlzələdən
sonra bərpa olunub saxlanıldı.
Bununla yanaşı onun layihələri ilə şəhərin
plan strukturuna uyğun
olaraq bir çox dini, yaşayış, ticarət
və sair təyinatlı tikililər
inşa olundu. Şamaxının şəhər teatrı
(1858), hamam, Cümə
məscidinin qonşuluğunda
(1877) inşa olunmuş
2 minarəli məscid
və sair bu qəbildən olan tikililərdir. Cümə məscidində
əsaslı bərpa
işləri məhz
1859-cu il zəlzələsindən sonra
aparılmışdır.
Q.Hacıbababəyovun Cümə məscidi kompleksinin bərpa olunmasında bilavasitə iştirak etməsi barədə dəqiq məlumat yoxdur. Lakin o zamanlar
şəhərin baş
memarı kimi fəaliyyət göstərmiş
memarın Şamaxı
Cümə məscidinin
bərpasına bilavasitə
rəhbərlik etməsi
heç bir şübhə doğurmur.
1902-ci ildə yenidən baş vermiş güclü zəlzələyə qədər
Şamaxının Cümə
məscidi kompleksi öz əhəmiyyəti
və nəhəng görünüşü ilə
şəhərin mərkəzi
siluetində yenə də ucalırdı.
Lakin zəlzələdən şəhərin,
demək olar, bütün yaşayış,
dini və mülki tikililəri tamamilə dağılmış,
o cümlədən Cümə
məscidinə böyük
ziyan dəymişdi.
Şirvanşahlar paytaxtının şanlı memarlıq tarixini əks etdirən şəhər
misilsiz itkilərə
məruz qalsa da xarabalar içindən
yenidən qalxıb dirçəlirdi.
1903-cü ilin oktyabrında cümə məscidinin ianə yolu ilə bərpa
olunması üçün
komitə yaradıldı.
Komitə qarşısında çoxəsrlik Şirvan
qüdrətinin simvolu
olan yarıuçuq Cümə məscidinin qorunub saxlanması əsas tapşırıq
oldu. Komitə Cümə məscidinin
layihə işlərini
əslən şamaxılı
olan mülki mühəndis Zivərbəy
Əhmədbəyova həvalə
etdi, ona uçulmuş cizgilərini
saxlamaqla öz bünövrəsi üzərində
məscidin layihələndirilməsi
tapşırıldı. Tikinti işləri sürətlə
aparıldı (Özülün
mərkəzi və arxa divarı bərkidilib yan hissələrdə işlər
davam olundu) lakin komitə ilə memar arasında əks fikirlər meydana çıxdı və nəticədə Zivərbəy
Əhmədbəyov tikintini
tərk etdi. Komitə məscidin layihə işlərinin davam olunmasını mülkü
mühəndis I.K.Ploşkoya
təklif etdi. Ploşko öz variantını təklif etməklə yanaşı həm də Z.Əhmədbəyovun
memarlıq variantını
saxladı.
Yenidən bərpa və canlanma
1909-cu ildə İ.K.Ploşkonun komitəyə
təqdim etdiyi layihədə Islam memarlığının,
dini tikililər obrazının şərhi
ustalıqla təcəssüm
etdirilirdi. Bu ciddi və
simmetrik xarakterli həlledici kompozisiya statik qurğu deyildi. O, çoxplanlı,
rəngarəng memarlıq
dinamikası üzərində
inşa olunurdu. Baş fasadın oxvari tacbəndlərlə sıralanmış
üfiqi həcmi üzərində göyə
ucalan və sonucu stalaktitli geniş çardaqla qurtaran qamətli minarələr dominantlıq
edir. Şaquli minarələr tarım
dartılmış məftilə
bənzəyir. Bu minarələrin memarlıq
motivinin əla siluetindən biz Şirvanşahlar
saray kompleksinin əks-sədasını görürük.
Məscidin inşası maddi
çətinliklər üzündən
ləng getsə də, mərkəzi və yan günbəzlərdən
başqa, bütün
işlər tamamlandı.
Məscidin daxili həcm məkanını
bəzəyən günbəzaltı
metal karkas Varşavada
hazırlanmışdı. Azərbaycan memarlıq tarixində Cümə məscidinin böyük əhəmiyyəti
vardır. Belə ki,
onun ətrafında geniş və ardıcıl surətdə
elmi-arxeoloji və memarlıq tədqiqatları
aparmaq lazımdır.
Bu tədqiqatlar Bakıdakı Məhəmməd,
yaxud Sınıqqala minarəsi ilə təmsil olunmuş Şirvan-Abşeron memarlıq
məktəbinin də
bir çox aspektlərini işıqlandırmağa
imkan verər.
Yeni bərpadan sonra Cümə məscidini üç tərəfdən əhatə
edən ikimərtəbəli
qalereya da inşa olunub.
Plana Burada inzibati
bina, konfrans zalı, kitabxana, dəstəmaz yerləri və digər yardımçı otaqlar
yerləşməsi nəzərdə
tutulub. Məscidin yan tərəfində
hər biri 36 metr hündürlüyündə
iki minarə ucaldılıb. Layihəyə əsasən, qalereyanın
başlanğıcı və
sonunda, eləcə də məscidin üstündə qədim
memarlıq üslubunda
naxış və ornamentlərlə bəzədilən
günbəzlər qurulub.
Şamaxı seysmik zona olduğu üçün
məscidin bünövrəsi
bir metr dərinliyində dəmir-beton
konstruksiyalarla möhkəmləndirilib.
Minarələrin davamlılığını artırmaq məqsədi ilə 15 metr dərinliyində özül-bərkitmə
işləri aparılıb.
Yeni layihəyə görə,
ibadət məkanının
qarşısında üstündə
günbəz olan 4 metrlik giriş qapısı olacaq. Ərazidəki qədim hücrələr
də bərpa olunaraq ətrafda geniş abadlıq işləri aparılacaq.
“Azadlıq”ın Araşdırmaçı
Jurnalistlər Qrupu KIV-ə
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilir
Azadlıq.-
2012.- 1 mart.- S.14.