Onun ilk rolu Fateh Mehmet olub...

 

«Mixaylo» ilə gələn şöhrət

 

Filmlərdə oynadığı obrazlarla simvollaşmaq insanların gerçək qəhrəmanına çevrilmək hər aktyora nəsib olmur. Buna böyük istedad, gərgin çalışma, bir az da, şans yol aça bilər. Usta aktyor Nodar Şaşıqoğlunun sənət yolu belə açılmışdı gələcəyə. Oynadığı bir filmin ona gətirdiyi uğur sənət yolunu yönləndirmişdi, Azərbaycanın sevilən kino aktyorlarından biri kimi, qısa zamanda böyük şöhrət qazanmışdı.

O, 1927-ci ildə Tbilisidə dünyaya gəlib. Babası Acarıstanda tanınmış zadəganlardan biri, atası isə çar zabiti olub. Nodar orta məktəbi Tbilisidə bitirib, sonra Şukin adına Teatr Institutuna daxil olub. Ali təhsilini başa vurduqdan sonra isə bir il Vaxtanqov adına teatrda, ardınca da Moskvada 5-6 il Taqanka Teatrında çalışıb.

Bu ailənin əslində, sənətlə güclü bağları olub. Onun əmisi korifey teatr sənətkarı Ülvi Rəcəb 1937-ci ildə repressiyaya  məruz qalıb. Ü.Rəcəbin həyat yoldaşı Mərziyyə Davudova da Azərbaycan teatrının əvəzsiz simalarından biri sayılır.

Bu gün Azərbaycan tamaşaçısınaMixayloobrazı ilə doğmalaşan N.Şaşıqoğlunun ilk obrazı Osmanlı imperiyasının əfsanəvi qəhrəmanlarından biri Fateh Mehmet olub. Bu rol ona Albaniya dövlətçiliyinin əsasını qoyan Georgi Isgəndərbəyov haqqındaMosfilm”in çəkdiyi filmdə tapşırılmışdı. Bu rolun ardınca Sergey Parajanovun ilk rejissor işi olanAndrieşfilmində baş rolu oynayan aktyor uzun müddət “Odessa” kinostudiyasında çalışıb.

Kino yaradıcılığının zirvəsi sayılanMixayloroluna onu azərbaycanlı kinorejissor Rəşid Atamalıbəyov dəvət edib. O, “Uzaq sahillərdəfilminin ikinci rejissoru olub.

Rəşid Atamalıbəyov mənim oynadığım tamaşalardan birinə gəlib baxmışdı. Tamaşadan sonra mənimlə görüşüb, məşhur Sovet Ittifaqı Qəhrəmanı, azərbaycanlı Mehdi Hüseynzadə haqqında film çəkildiyini bildirdi. Baş rolda çəkilməyimi təklif etdi. Hərçənd, bu filmdə o, ikinci rejissor idi. Bu təklifə teatrı qurban vermək, ümumiyyətlə, Moskvanı tərk etməyin hesabına razı ola bilərdim. Inanırsınız, mən buna razı oldum. Əvvəla, qohumlarım bu şəhərdə yaşayırdılar, Mərziyyə Davudova hələ sağ idi. Anam Bakıya vaxtaşırı gələ bilirdi. Bütün bunlardan savayı, nəsə bura məni özünə cəlb edirdi... Bu rola onlarla namizəd var idi. Hətta çox sevdiyim aktyor Möhsün Sənani sınaq çəkilişində iştirak edirdi. O aktyorda komizm güclü idi. Burda isə daha çox tragizm qəhrəmanlıq tələb olunurdu. Bəlkə buna görə rola mən təsdiq olundum. Tofiq TağızadəninUzaq sahillərdə" filmi Sovet Ittifaqında o zaman kəşfiyyatçı haqqında çəkilən ikinci film idi. Kəşfiyyatçının şücaətiadlanan birinci filmdə məşhur aktyor Kadoçnikov çəkilmişdi. Məncə, “Uzaq sahillərdəhər cəhətdən o filmi arxada qoya bildi. Daşkənd festivalında bizim film birinci yeri götürmüşdü. Filmin nümayişindən sonra adamlar məni əlləri üstdə aparırdılar; əynimdəki kostyumu özlərinə yadigar saxlamaqdan ötrü cırıq-cırıq etmişdilər. Başqa bir şəhərdə bir qadın mənə yanaşıb dedi: “Biz Mehdi kimi qəhrəman oğul yaradan torpağı əyilib-öpürük” - (N.Şaşıqoğlu, “El” jurnalı).

 

Şöhrət zirvəsindən uzaqlara...

 

“Uzaq sahillərdə” filmindən sonra onu bir-birinin ardınca beş filmə çəkdilər - “Əsl dost”, “Mateo Falkone”, “Onun böyük ürəyi”, “Bizim küçə”, “Leyli və Məcnun”. Aktyor qeyd edir ki, Məcnun onun ən sevimli rolu olub. Həm də ona görə ki, film rus dilində də səsləndirildiyinə görə, o, səsləndirmədə öz səsilə danışırmış.

“Uzaq sahillərdə” filmindən sonra aktyor Bakıda qaldı, səkkiz il burada yaşadı. Dəfələrlə teatra dəvət etsələr də, kinodan ayrılmaq istəmədi. Artıq 60-cı illərin əvvəllərində “Azərbaycanfilm”in aparıcı aktyoru idi. Bəzən iki-üç filmə eyni vaxtda çəkilirdi. Amma sonra birdən-birə Bakını tərk etdi. Bunun səbəbini özü şəxsi məsələ ilə bağlayır, işin içində məhəbbət məsələsi olduğunu deyirdi.

Belə şöhrət zirvəsinin yüksələn vaxtında Sankt-Peterburqa üz tutdu, Aleksandrski Teatrına gəldi. Burada işləmək onun tələbəlik arzusu olmuşdu. Bir zamanlar bu teatrın səhnəsində Çerkasov, Simonov kimi aktyorların oyununa həsrətlə baxmışdı. Bu teatrda ilk rolu Puşkinin “Kiçik faciələr” əsərində Don Juan obrazı oldu və sonra saysız-hesabsız baş rollar gəldi...

Aktyor deyir ki, sonralar onunla qərəzi olan vəzifəli şəxslərdən biri onun Azərbaycan kinosuna olan yolunu kəsib. Həmin şəxs 70-80-ci illərdə də rejissorlara icazə vermirmiş ki, onu hər hansı bir rola dəvət etsinlər. “Dədə Qorqud” filmində baş rola çəkilməsinə də həmin şəxs mane olub.

“Bakı mənim üçün yaşayış, iş yerindən daha böyük məna daşıyır. Təsadüfi deyil ki, ömrümün sonunda yenə bura gəldim. Bura dostlarımın, çox sevdiyim, məni çox sevən adamların şəhəridir. Leninqradda yaşayan zaman da dostlarımla əlaqə saxlayırdım. Azərbaycan teatrını çox sevmişəm. Mənim bu teatrda xaraktercə bir-birinə az oxşayan iki yaxın dostum olub. Bütün filmlərdə məni Azərbaycan dilində səsləndirən Əli Zeynalov, bir də mənim kimi əhli-kef, şuluq, bununla bərabər çox istedadlı Eldəniz Zeynalov. Onlarla həmişə əlaqəm var idi. Hətta Leninqradda olan zaman da onlarla zəngləşir, imkan olanda görüşürdük. Teatrın aktrisalarının, sadəcə, vurğunuydum. Barat Şəkinskaya mənim üçün gözəl qadın nümunəsiydi. Dəlicəsinə onun pərəstişkarına çevrilmişdim. Hökumə Qurbanova ilə gözəl sənət dostluğumuz var idi. Yalnız sənət dostluğu, başqa heç nə. Belə hesab edirəm ki, Hökumə xanım Vivyen Li, Qreta Qarbo, Tarasova səviyyəli aktrisa idi. Imran Qasımov dostum idi. Gözəl insan idi. Onunla münasibətdə olmağın özü də adama xoş təsir bağışlayırdı. Həsən Seyidbəyli ondan çox fərqli idi. Mürəkkəb insan idi. Bu adamla dost münasibəti saxlamaq qeyri-mümkün idi. Kinorejissorları hələ demirəm. Azərbaycan kinosunun hələ o zaman patriarxı sayılan Tofiq Tağızadə ilə münasibətlərimiz həmişə dostcasına olub. Təəssüflər olsun ki, sonrakı əməkdaşlığımıza mane oldular. O, demək olar ki, bütün filmlərində mənim üçün rol nəzərdə tuturdu. Amma təsdiqə gedəndə adım çıxarılırdı...” (N.Şaşıqoğlu).

 

Ustad aktyorun fəlsəfi “monoloqu”

 

Aktyor yenidən Bakıya qayıtmağından məmnun olduğunu söyləyir. Rus Dram Teatrında fəaliyyətə başlayandan sonra rejissor Aleksandr Şarovski ilə uğurlu yaradıcılıq işləri alınıb. Burada “Kral Liri”i canlandırmaq onun arzusu olub.

“Teatrda adamlar işləmək, yaratmaq istəyirlər. Imkanlar isə məhduddur. Digər tərəfdən, söhbət Şekspirin əsərindən gedir. Əsrlər keçir, qoca kralın faciəsi yenə insanları narahat edir. Bu əsərdə əbədi problemlərə toxunulub. Söhbət yalnız qoca kralın dikbaşlığı üzündən sözə qulaq asmayıb, səhvə yol verməsindən getmir. Onda o qədər də böyük maraq yarada bilməzdi bu faciə bizdə. Bizi sarsıtmazdı. Nə olsun, insan səhv edir və sonra bu səhvə görə cəzasını alır. Yox, o, səhv etmir. O, dünyanı istədiyi kimi görür. Məgər insanın buna haqqı yoxdur? Dünya Kral Liri bir dəfə yox, iki dəfə aldadır. Birinci dəfə özünü onun istədiyi kimi göstərir, ikinci dəfə bu istəklərin tamamilə əksilə - faciə ilə onu üzləşdirir. Məgər bu problem bizim hər birimizin problemi deyilmi? Kim bilir, bu gün yaxşı, əziz və doğma bildiyin insan sabah ona qarşı hansı münasibətdə olacaq. Bu gün elm inkişaf edib, müxtəlif texnologiyalar işlənib-hazırlanıb, rəqəmli texnika dövründəyik. Guya hər şeyi hesablaya bilərik. Dağ yarada bilərik. Amma insan mənəviyyatında yüngül bir dəyişiklik elə hadisələrə gətirib çıxarır ki, həmin o dəqiq hesablanıb-yaradılmış dağı belə, bir andaca dağıdır, ondan əsər-əlamət qalmır. Görürsünüzmü, bizim bugünkü problemlərimizə də klassik əsərlər cavab verə bilir. Daha əyləncəli şoular, bayağı savaş filmləri yox...” (N.Şaşıqoğlu).

 

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2012.- 10 mart.- S.14.