Köksündən vurulan Laçın...
Sultan bəyin cənnət yurdu
Mayın 18-də
Laçın rayonunun
ermənilər tərəfindən
işğal olunmasının
20 ili tamam
olur. Uca dağlar qoynuna
sığınmış qala
kimi, səfalı yerləri, şəfalı
bulaqları və heyranedici mənzərələrilə
yüz illərdir tarixlə baş-başa dayanan Laçın da bir fitnəkarlığın
qurbanı oldu. Onu da əsrlər boyu bu torpaqların
başında min cür
çirkin siyasət quran imperiya təxəyyüllü qonşular
Azərbaycanın bağrından
qoparıb xəyanətkar
ermənilərə bağışladılar.
Laçın Qarabağın fəthi üçün dəhliz rolu oynayırdı. Onu ələ keçirmək
namərd işğalçıları
məqsədlərinə bir
addım da yaxınlaşdırırdı. Və döyüşə-döyüşə, qurban verə-verə, boyun əyməyə-əyməyə
dayanan qəhrəman şəhər bir günün içində
əldən getdi.
Bu yerlərdə tarixə dastanlar yazan igidlər at oynatmışdı. Zaman-zaman düşmənlərə qan
udduran qəhrəmanlar
sinəsini sipər etmişdi öz ana yurdlarına. Burada hamının əzbər bildiyi Sultan bəy dastanı yazılmışdı - Türk
ordusuna xəyanət etdiyi üçün tayqulaq qalan erməni generalı Andronikin dəstəsini darmadağın edən
Sultan bəy!
Qarabağın general qubernatoru, ilk demokratik cümhuriyyətin hərbi
naziri Xosrov bəy Sultanovun qardaşı Sultan Sultanov!
Öz partizan dəstəsilə
Laçın-Zabux yolundakı
bir dərədə pusqu quraraq Andronikin
qoşununu mühasirəyə
almış, bir gün davam edən qanlı savaşdan sonra erməniləri darmadağın
etmiş, Andronik güclə qaçıb
canını qurtarmışdı.
O vaxtdan dərənin
adı da tarixə “Qanlı dərə” adıyla düşmüşdü.
Laçın tarix boyu
belə qan-qadaları
çox görmüşdü.
Rəsmi
mənbələr göstərir
ki, 1905-1907 və
1914-1920-ci illərdə Laçının
da daxil olduğu Zəngəzur bölgəsində silahlı
erməni dəstələrinin
törətdiyi qırğınlar
nəticəsində təxminən
yarım milyon müsəlman həlak olmuşdu.
Bu tarixi ərazi zəngin keçmişə malik bir yurd yerlərimizdəndir.
Burada tədqiq olunan abidələr eramızdan
əvvəl I-II minilliyə
aid nümunələri aşkara
çıxararaq, bölgənin
tarixinin uzaq minilliklərə gedib çıxdığını sübuta yetirmişdir.
Rayonda tapılan neçə-neçə
belə abidə dəyəri və unikallığı ilə
Azıx və Tağlar mağaralarıyla
müqayisə edilə
bilər.
Xaçın knyazlığının
tərkibində...
Laçın rayonunun keçmişi qədim alban Xaçın knyazlığına dayanır.
XII əsrin sonu
XIII əsrin əvvəllərində
Qarabağın dağlıq
hissəsində alban Xaçın knyazlığı
yarandı. Yaranan bu
knyazlıq indiki Laçın bölgəsini
də əhatə edirdi. Bununla da, Dağlıq
Qarabağın digər
bölgələrində olduğu
kimi, bu ərazilərdə də
Xaçın adı ilə bağlı yeni adlar, toponimlər
əmələ gəlməyə
başladı. Buna misal olaraq, indiki
Laçın ərazisindəki
Xaçınyalı kəndini,
Bozlu kənd ərazisindəki Xaçın
yalı, Xaçın
daşı kimi yer adlarını göstərmək mümkündür.
Daha sonralar Xaçın knyazlığının
ərazisində Xaçın
da daxil olmaqla, Qarabağ-alban məlikləri Xaçın,
Vərəndə, Dizaq,
Gülüstan (Talış)
məlikliyilə yanaşı,
Çiləbörd məlikliyi
də yarandı.
Bu ərazilər uğrunda daim mübarizə getmiş, bölgənin ələ keçirilməsi üçün
müxtəlif siyasi planlar qurulmuşdur.
Bu mübarizə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan
sonra da davam etdi. Qarabağı və Zəngəzuru
mənimsəmək üçün
erməni iddiaları nəticəsində kütləvi
qırğınlar davam
edir. Bu dövrdə
Andronikin dəstəsi
var qüvvəsi ilə Gorus, Laçın, Şuşa
istiqamətindən Qarabağa
daxil olmaq, oranın erməni əhalisini Azərbaycan hökumətinə qarşı
qaldırmaq, təxribatlar
törətmək və
bölgədə itaətsizlik
yaratmaq üçün
can atırdı. Həmin
plan qəhrəman Sultan bəyin
fədakar dəstəsinin
şücaəti sayəsində
pozuldu. Amma bu məğlubiyyətdən
sonra da erməni silahlıları
tez-tez bölgədə
qırğınlar törədirdi.
Andronik Azərbaycanın bu bölgəsində daim sabitliyi pozmaq, Zəngəzur və Qarabağ torpaqlarını
işğal etmək üçün Rusiyanın
maliyyə dəstəyilə
yeni-yeni silahlı qruplar yaradırdı.
Belə bir zamanda
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti
ölkənin ərazi
bütövlüyünü təmin etmək üçün Zəngəzura
qoşun hissələrinin
göndərdi. Dığ istiqamətində
aparılan döyüşlərdə
Sultan bəyin rəhbərliyilə
Laçın silahlı
dəstələri də
iştirak edirdi. Döyüşlər Azərbaycan qoşun
hissələrinin uğuru
ilə başlasa da, Dığı əldə saxlamaq mümkün olmadı.
Tezliklə bölgə Qızıl
Ordu hissələri tərəfindən işğal
olundu.
İllər boyu çirkin
siyasi oyun quranların Laçını
erməni torpaqlarına
qatmaq, buranın əhalisini erməniləşdirmək
planları baş tutmasa da, həmin
planı 1992-ci ildə
Azərbaycan öz müstəqilliyini qazandıqdan
sonra reallaşdırdılar.
Həmin
ilin 18 mayında ağır silah-sursatla qurşanmış erməni
qüvvələri rusların
dəstəyilə Laçına
güclü hücuma
keçdilər. Qısa zamanda rayon işğal
olundu. Bu işğal nəticəsində
264 nəfər şəhid
olmuş, 65 nəfər
girov götürülmüş,
103 nəfər əlil
olmuşdur. Rayon üzrə
1 yaşdan 16 yaşadək
mövcud olan 24 min 374
uşaqdan 18 nəfəri
şəhid, 225 nəfəri
əlil olmuş, 1071 nəfəri, o cümlədən
31-i hər iki valideynindən yetim qalmışdır.
İşğal ilə əlaqədar rayona 7,1 milyard
ABŞ dolları dəyərində
ziyan dəymişdir. Rayonun 65 min 507 nəfər
əhalisi Azərbaycanın
59 şəhər və
rayonlarına, “Taxta-körpü”
qışlaqlarındakı 84 obaya məcburi köçkün düşmüşdür.
Rayonun talanan sərvətləri
və abidələri
Laçının
torpaqlarını əsir
alan erməni
qatilləri bu gün onun sərvətlərini
öz ata malı kimi talan edir. İndi
burada dünyanın ən qiymətli
ağac növü olan qızıl palıd kəsilərək
mebel materialı kimi istifadə edilir. Həmin ağacın materialından
qiymətli mebel və xüsusən konyak spirti saxlamaq
üçün çəlləklər
düzəldilməsində istifadə olunur. Bu ağac Azərbaycanda
yalnız həmin yasaqlıqda yayılmışdı.
Təbii sərvətlərlə
zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi,
Ağanus, Xırmanlar,
Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı,
Hacıxanlı kimi müalicəvi əhəmiyyətli
bulaqlar var. Rayonun çeşidli yeraltı sərvətlərinin sayı-hesabı
yoxdur. Buradakı Qaragöl Dövlət
Təbiət Qoruğu
və Dövlət Təbiət Yasaqlığı
da hazırda işğal altındadır.
Ümumi
sahəsi 240 hektar olan qoruqda 68 növdən və 27 ailədən ibarət bitki örtüyü var.
1961-ci ilin noyabr ayında heyvan və quşları qoruyub saxlamaq və artırmaq məqsədilə
yaradılan Dövlət
Təbiət Yasaqlığının
ərazisində cüyür,
qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri
məskunlaşıb. 1989-cu ildə yasaqlıqda aparılan yoxlama zamanı dağ-keçisi
(bezoar keçisi) 96, qaban 360, cüyür 320, ayı 110 baş, eləcə də çoxlu sayda canavar, porsuq, dələ və s. heyvanlar, qırqovul 200, kəklik 1500 baş və s. quşlar qeydə alınmışdır.
Laçın rayonu üzrə 33 min 285 hektar meşə fondu torpaqları vardı ki, bunun da meşə
ilə örtülü
sahəsi 26 min 647 hektar
(80,05 faiz) idi. Meşələrdə şam, palıd,
vələs, göyrüş,
ağcaqayın, qarağac,
akasiya, qovaq, söyüd, dəmirqara, armud ağacları üstünlük təşkil
edirdi.
Hazırda işğal altında olan rayonun ərazisində 200-ə
yaxın tarixi, mədəniyyət və
memarlıq abidələri,
onlarla kurqan, qala tipli arxeologiya
baxımından faydalı
olan abidələr, çoxlu sayda qəbirüstü abidələr,
stellalar, at, qoç fiqurları, süjetli daşlar vardı.
Laçın rayonu ərazisində
olan abidələrin əksəriyyəti Qafqaz
Albaniyası dövrünün
yadigarlarıdır.
Alimlərimizin verdiyi məlumata
əsasən, bu ərazidə olan Qafqaz Albaniyası dövrü abidələrinin
bir çoxu bizim eranın xristianlıqdan əvvəlki
dövrünə aiddir.
Ərazinin mürəkkəb relyefi, sərt iqlimi bir çox
çay keçidlərində,
yolların keçilməz
hissələrində körpülərin
inşasına səbəb
olmuşdur. Onlar əsasən bir tağlı və yaxud iki tağlı
körpülərdir.
Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən
işğalı zamanı
rayonda mövcud olan əksər tarixi, mədəni və dini abidələr
dağıdılmışdır.
“Azadlıq”ın Araşdırmaçı
Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilir
Azadlıq.-
2012.- 17 may.- S.14.