Tarixə işıq salan qədim yaşayış məskənləri

 

Qazax rayonundakı Baba-Dərviş qədim yaşayış məskəni

 

Azərbaycanın dünya əhəmiyyətli tarixi abidələrlə zəngin bölgələri arasında Qazax rayonu da önəmli yer tutur. Burada qeydə alınmış bir sıra tarixi nümunələr yerlər uzaq keçmişin öyrənilməsində əvəzsiz rol oynayır. Ölkənin başqa rayonlarında olduğu kimi, bu bölgədə yaşayış məskənləri tarixin öyrənilməsi üçün zəngin material verir. Rayonun belə abidələri içərisində Baba-Dərviş qədim yaşayış məskəni öz unikallığı ilə seçilir. Bölgənin uzaq tarixinə işıq salan abidə Xanlıqlar kəndi yaxınlığında yerləşir. Yaşayış yerində 1958-1962-ci 1966-cı illərdə arxeoloji qazıntılar aparılmış, müxtəlif tarixi dövrlərə aid maraqlı tapıntılar əldə olunmuşdur. Baba-Dərviş qədim yaşayış yeri sıralı düzülmüş 5 təpədən ibarətdir. Aparılan araşdırmalar nəticəsində toplanan arxeoloji materiallar göstərmişdir ki, bu məskən hələ eramızdan əvvəl III minilliyin başlanğıcında mövcud olmuş, ərazidə məskunlaşan insanlar çoxlu maddi-mədəniyyət nümunələri yaratmışlar. Burada tapılan həmin dövrə aid gildən düzəldilmiş insan, keçi, öküz başqa heyvanların fiqurları, təkər modelləri xüsusilə maraqlıdır.

Qədim Baba-Dərviş məskənində aparılan qazıntılar zamanı bir neçə yaşayış tikililəri üzə çıxarılmışdır. Tarixi baxımdan bu tikililər eramızdan əvvəl XII-VII əsrlərə aid olmaqla, Azərbaycanın Xocalı-Gədəbəy arxeoloji mədəniyyət abidələri ilə uyğunluq təşkil edir.

Baba-Dərviş məskənində 1966-cı ildə aparılan araşdırmalarda daha bir nadir tapıntı - katakomba tipli qəbir aşkar edilmişdir. Burada cənazə ilə birlikdə gil qablar, ağac cam, dəmir bıçaq, ağacdan olan toxuculuq dəzgahın hissəsi, sümük mil tunc iynələr tapılmışdır. Aparılan tədqiqatlar göstərir ki, Baba-Dərviş sakinləri oturaq həyat sürmüş əsasən əkinçiliklə məşğul olmuşlar. Onların təsərrüfatlarında maldarlıq da mühüm rol oynamışdır. Alimlərin fikrincə, xırdabuynuzlu heyvanlar maldarlıqda üstünlük təşkil etmişdir. İribuynuzlu heyvanlar isə əkinçilikdə nəqliyyatda qoşqu qüvvəsi kimi istifadə olunmuşdur. Eyni zamanda, toxuculuq, dulusçuluq yerli sakinlərin əsas məşğuliyyətlərindən olmuşdur.

Bu yaşayış məskənində əldə edilən materiallar təkcə Azərbaycanın Cənubi Qafqazın deyil, ümumiyyətlə, ibtidai tarixin öyrənilməsi üçün əvəzsiz mənbədir.

 

Sarvantəpə qədim yaşayış məskəni

 

Bölgənin öyrənilməsi zamanı alimlərə zəngin materiallar verən, öz tarixi əhəmiyyəti baxımından xüsusi önəm daşıyan məskənlərdən biri Sarvantəpə qədim yaşayış məskənidir. Bu, Qazağın Çaylı kəndində son tunc, ilk dəmir dövrünə aid olan qədim yaşayış məskəni aşkar edilmişdir. 2009-ci ildə Sarvantəpə adlanan ərazidə AMEA Arxeologiya Etnoqrafiya İnstitutu tərəfindən arxeoloji qazıntılar aparılmışdır. İnstitutun elmi işçisi Şamil Nəcəfov burada bir çox maraqlı faktlar toplamışdır. Bu arxeoloji qazıntılar zamanı çıxarılan son tunc, ilk dəmir dövrünə xarakterik çiy kərpicdən çay daşlarından inşa edilən tikili qalıqları, təsərrüfat küpləri, quyular, müxtəlif saxsı qablar, bəzək əşyaları, möhürlər, daş alətlər eramızdan əvvəl II minilliyin sonu I minilliyə aid edilir. Arxeoloqlar tapıntıların aşkar edildiyi ərazidə maldarlıq əkinçiliyin geniş yayıldığı məlum olur. Aşkara çıxarılan əşyalar belə deməyə əsas verir ki, burada həyat tərzi yüksək səviyyədə inkişaf edib. Arxeoloji ekspedisiyanın rəhbəri Şamil Nəcəfovun dediyinə görə, Gəncə-Qazax zonası son tunc ilk dəmir dövrünə aid abidələrlə zəngindir. E.ə II minilliyin sonu, I minilliyin əvvəlinə aid bu zona üçün xas olan Xocalı-Gədəbəy qəbir abidələri yaşayış yerlərinə nisbətən daha çox öyrənilib. Qəbir abidələri həmin dövrün insanlarının dini dünya görüşləri, sənətkarlığı haqqında xeyli zəngin məlumatlar verir. Amma yaşayış yerlərinin qazıntısı zəif aparılıb. Sarvantəpədə aparılan qazıntı işləri gələcəkdə bu zonada aparılacaq qazıntılar daha dolğun məlumatların üzə çıxmasına imkan yaradacaq.

Aparılan tədqiqatlar nəticəsində Sarvantəpə ərazisindən götürülən maddi-mədəniyyət nümunələrinin bəziləri Qazax rayon Tarix-Diyarşünaslıq Muzeyinə, bəzilərinin üzərində tədqiqat işləri aparmaq üçün arxeoloji fonda göndərilmişdir.

 

Sarıtəpə qədim yaşayış məskəni

 

Tarix baxımından əvvəlki abidələrdən fərqlənən bir yaşayış məskəni Qazax şəhərinin qərb qurtaracağında, kərpic zavodunun həyətində yerləşən Sarıtəpə qədim yaşayış məskənidir. Əvvəlki iki abidə ilə birlikdə bölgənin keçmişinə dair mükəmməl bir mənbə təşkil edən Sarıtəpə məskəni ərazinin tarixi mənzərəsini bütünlükdə tamamlayır. Bu yaşayış yeri tunc dövrünün sonu, dəmir dövrünün əvvəllərində meydana gəlmiş e.ə. I minilliyin sonunu rübünədək burada yaşayış davam etmişdir. Bu abidə 100 metr diametrində 10 metr hündürlüyündə olan bir təpədən ibarətdir. 1956-1958 illərdə abidədə Azərbaycan Milli Elmlər Akademiyasının arxeoloji ekspedisiyasının qazıntıları zamanı aşkara çıxarılmışdır. Məlum olmuşdur ki, e.ə. VII əsrdə Sarıtəpədə yanğın baş vermişdir. Yanğından əmələ gəlmiş təbəqənin qalınlığı 0,7 metrə qədərdir. Həmin təbəqədən aşkar edilmiş binaların inşasında çay daşından, saman qarışıq palçıqdan ağacdan istifadə edilmişdir. Binaların tavanı divarları saman qatışıq gillə suvanmışdır. Tavanı saxlamaq üçün divar boyu yerə basdırılmış dirəklərin oyuqları aydın şəkildə seçilir.

Aparılan arxeoloji qazıntılar zamanı Sarıtəpədə xeyli təsərrüfat dini xarakterli binalar aşkara çıxarılmışdır. Alimlərin fikrincə, bu abidələr öz xarakteri baxımından hansısa bir ailə ya kiçik bir kollektivə deyil, bütün ictimaiyyətə məxsus olmuşdur. Alimlərin əksəriyyəti Sarıtəpəni böyük tayfa ittifaqlarından birinin mərkəzi hesab edirlər. Burada tapılan iki sütun altlıqları bütün Qafqaz üçün unikal sayıla bilər. Onlar bir çox əlamətlərinə görə qədim İranın Suza Persepolis şəhərlərindəki memarlıq abidələrinə oxşardır. Bu isə sübut edir ki, Sarıtəpədən üzə çıxarılan sütun altlıqları Yaxın Şərq analoqlarına uyğun olaraq e.ə. V-IV yüzilliklərə aiddir.

Vikipedia”nın yazdığına görə, Sarıtəpənin bina qalıqlarından birinin yaxınlığından yerə basdırılmış 14 küp aşkar edilmişdir. Küplər iri həcmli, qabarıq gövdəli, geniş ağızlı olub, qulaqcıqlarla bəzəklidir. Sarıtəpənin gil qabları narın gildən, yapma üsulu ilə ya dulus çarxında hazırlanmış çoxlu qara rəngli gil qablardan ibarətdir. Qablar çox incə şəkildə cilalanmış üzəri cızma ya yapma üsulu ilə naxışlanmışdır. Qabların qulpu əsasən zoomorf formada hazırlanmışdır.

Sarıtəpədən həmçinin xeyli miqdarda dördkünc dairəvi formalı möhürlər tapılmışdır. Möhürlərin işlək üzündə sadə mürəkkəb motivdə günəş simvolu olan çərxi-fələk (svastika) nişanları təsvir olunmuşdur. Qazıntılar zamanı məişətdə işlədilən daş sümük alətlərə təsadüf edilmişdir. Burada gildən hazırlanmış heyvan başlarının fiqurları tapılmışdır. Azərbaycanın digər həmdövr abidələrində olduğu kimi Sarıtəpədə metal əşyalar az tapılmışdır. Buradan tuncdan hazırlanmış Cənubi Qafqaz tipli ox ucluqları, at fiquru formasında asma digər əşyalar əldə edilmişdir.

 

Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2012.- 23 may.- S.14.