Böyük Cavidin ruhunu yaşadan ev

 

Hüseyn Cavidin ev muzeyi...

 

Xalqımızın mənəvi irsini öz dəyərli yaradıcılığı ilə zənginləşdirən görkəmli şəxsiyyətlərdən biri böyük Azərbaycan şairi Hüseyn Cavid olub. Hüseyn Cavid adı Azərbaycan ədəbiyyatı tarixinə görkəmli filosof, şair dramaturq kimi yazılıb.

Hüseyn Cavidin ev muzeyi Nazirlər Kabinetinin 10 iyul 1995-ci il 160 saylı qərarı ilə yaradılıb. Həmin qərara uyğun olaraq, muzey Azərbaycan Elmlər Akademiyasının tabeliyinə verilməklə, ədibin yaşadığı binanın 2-ci mərtəbəsində giriş daxil olmaqla, 3-cü mərtəbəsində yerləşməsi Hüseyn Cavidin ev muzeyiadlandırılması nəzərdə tutulub.

Muzeyin tərtibatı elə düşünülüb ki, ekspozisiya artıq 2-ci mərtəbədən başlanır muzeyə gələn hər bir adam artıq girişdən Cavidlər mühitinə düşüb, Cavidlər dünyasına qatılır.

Hüseyn Cavidin ev muzeyi 245 kvadrat metr sahəni əhatə edir onun 130 kvadrat metrində ekspozisiya yerləşir. Muzeyin fondunda 15 min ədəd eksponat saxlanılır ki, onlardan 600-ü  ekspozisiyada nümayiş etdirilir.

Bu eksponatların arasında Cavidlərə məxsus məişət geyim əşyaları, şairin müxtəlif illərdə çap olunmuş əsərləri, kitabları, ailəvi fotolar, dramları əsasında hazırlanmış tamaşalarının proqramları, afişalar, Ərtoğrul Cavidin istifadə etdiyi nəşrlər, bəstələdiyi musiqi əsərlərinin notları, vallar, məktublar digər sənədlər vardır. Hüseyn  Cavidin yazı masası, Müşkünaz xanıma məxsus tikiş maşını, radioqəbuledici bir çox digər əşyalar ekspozisiyada əsas yer tutur.

Ərtoğrul Cavidin bəstələdiyi musiqi əsərlərinin notları, Üzeyir Hacıbəyova həsr etdiyi fortepiano üçün “9 variasiya”, “Eşq olsun”, “Skripka ilə fortepiano üçün poema s. əsərləri, vallar, müxtəlif sənədlər, məktublar da eksponatlar arasındadır. Həmçinin Turan Cavidin fəaliyyəti ilə bağlı olan materiallar da ekspozisiyada nümayiş olunur.

Ekspozisiyanın tərtibatı zamanı bir neçə görkəmli sənət xadimlərinə süjetli əsərlər sifariş olunmuş bu əsərlər ekspozisiyanı daha da zənginləşdirmiş, onu baxımlı maraqlı etmişdir. Bunlardan Oqtay SadıqzadəninCavid dünyasıtriptixi, “Müşkünaz xanımportreti, Ömər EldarovunHüseyn Cavid”, “M.Cavid”, “Ə.Cavidmərmər büstləri, A.Hacıyevin “Son yayHüseyn Cavidəsərləri, İ.İbrahimovunNaxçıvandakı məqbərənin maketi”, A.Kərimovanın süjetliCavidxalçası, R.ƏsədovunƏ.Cavidportreti, Ə.Əliyevinİblis operasının yaranmasıəsəri, ağacdan Hüseyn Cavidin ərəb qrafikası ilə adı soyadı yazılmış miz üstündəAzər”dən parçalar olan gümbəz şəkilli fiqur, Cavidin əsərlərinin adlarının ağac üzərində oymaları s. əsl sənət nümunələrini göstərmək olar. Muzeydə məxsusi olaraq 1 otaq, Cavidin otağı, repressiya otağı kimi ayrılıb. Bu otaqda O.Sadıqzadənin böyük ürək yanğısı ilə işlədiyi “1937-ci ilin repressiya qurbanlarıəsəri V.UcatayınZordan üstünəsəri həm Hüseyn Cavidə, həm Azərbaycanın digər repressiya qurbanlarının xatirəsinə rekviem kimi qəbul olunur.

 

Şairinböyük varidatı

 

Muzeyin əsas fondunda 5000, elmi-köməkçi fondda isə 300 əşya qorunub, mühafizə olunur. Bunların sayı yeni materiallar hesabına daima artır. Muzeyin fonotekası da Hüseyn Cavidə həsr olunmuş yeni radio, televiziya verilişlərinin, video audio kasetlərin, müsahibələr səhnə tamaşalarının lent yazıları hesabına daim zənginləşir. Təəssüflər olsun ki, 2000-ci il noyabrın 25-də Bakıda baş vermiş zəlzələ nəticəsində muzeyin ekspozisiya sahəsi zədələndiyinə görə muzey bir müddət ekspozisiyasını aça bilmədi. 24 oktyabr 2002-ci ildən Hüseyn Cavidin ev muzeyinin ekspozisiyası qapılarını geniş tamaşaçı auditoriyasının üzünə açdı. Bu müddət ərzində, məhz Hüseyn Cavidin 120 illik yubileyi ilə əlaqədar verilmiş sərəncama müvafiq olaraq, muzeyin ekspozisiyasında günümüzlə səsləşən müəyyən yeniləşmə işləri aparılmış, rəssamlardan A.Kərimovaya R.Əsədova yeni sifarişlər verilmişdir. Ekspozisiya üçün süjetli “Ana” Ərtoğrul Cavidxalçaları sifariş olunmuş (A.Kərimova), “Ə.Cavidportreti, “Topal Teymurteleviziya tamaşasına işlənmiş 7 eskiz alınmışdır (R.Əsədov). Azərbaycan, rus ingilis dillərindəHüseyn Cavidin ev muzeyiƏ.Cavidbukletləri sifariş olunmuşdur. Muzeyin fondu üçün Hüseyn Cavidin yeganə iri həcmli əlyazma nüsxəsi, 158 səhifəlik 20 parçadan ibarətAzərpoemasının əlyazması, M.CavidinHüseyn Cavid haqqında xatirələri” (102 səhifəlik dəftər) əldə edilmişdir. Hazırda bu qiymətli nümunələr muzeyin fondunda qorunub, mühafizə olunur.

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə muzey elmi-tədqiqat idarəsi hesab edilir. Artıq neçə ildir ki, burada elmi əməkdaşların fəaliyyətini koordinasiya edən Elmi Şura fəaliyyət göstərir. Muzey böyük təbliğat təşviqat işləri aparır, muzeydə çoxsaylı qonaqlara müxtəlif dillərdə izahatlar verilir, məktəblərdə, litseylərdə, digər təhsil ocaqlarında, qaçqın yataqxanalarında tədbirlər keçirilir, Cavidlərə həsr olunmuş mühazirələr oxunur, səyyar sərgilər nümayiş etdirilir. Muzeydə Cavidlər ailəsinin doğum anım günləri hər il bu ailəyə məxsus bənzərsiz, ilıq munis bir ab-havada keçirilir. Hüseyn Cavidin ev muzeyi Naxçıvanda yerləşənHüseyn Cavidin ev muzeyiilə mütəmadi yaradıcılıq əlaqələri saxlayır, ona lazımi metodiki yardım göstərir. Hüseyn Cavidin ev muzeyi gələcəkdə Cavidlər irsinin tədqiqi, öyrənilməsi, qorunması təbliği istiqamətində öz fəaliyyətini müvəffəqiyyətlə davam etdirəcək.

 

Muzeyin öz nəşrləri

 

Azərbaycanda ilk virtual muzey də Cavidlə bağlıdır.Virtual ev muzeyi kompakt disklərdə yerləşdirilmişdir. Burada  məbədin strukturu, ekspozisiyası, Hüseyn Cavidin əsərlərinin elektron versiyası, muzeyin nəşrləri, otoqalereyası və s. bölmələr özünə yer alıb. Virtual ev muzeyindən əyani vəsait kimi də istifadə edilir ki, bu da şairin dünya arenasında təbliği deməkdir. 2006-cı ildə Hüseyn Cavidin ev muzeyinin rəsmi saytının yaradılması da məhz böyük ədibin irsinin  daha geniş məkanda təbliği məsələsində mühüm əhəmiyyət daşıyır.

Muzeyin yaradılmasına və fəaliyyətinə həsr olunmuş nəşrlər arasında "Hüseyn Cavidin ev muzeyi" toplusu daha çox diqqətçəkəndir. Burada Turan Cavidin, Ərtoğrul Cavidin portretləri, Ömər Eldarov tərəfindən yaradılmış Turan Cavidin mərmərdən büstü, Ərtoğrul xalçası, ümumiyyətlə, nadir incilər məbədi olduğu kimi görünür.

 

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2012.- 27-28 may.- S.14.