VaqifinYuğu, “Yuğun Vaqifi...

 

«Yuğ»la 90-ı başa vurdu, amma ömürlə olmadı...

 

Onun adı Azərbaycan teatrında bir yenilikçi, novator sənətkar kimi çəkilib həmişə.

Özü də, sənəti və tələbələri də başqalarından fərqliydi. Bəzən onuAmerika kəşf etmək”də də məzəmmət edirdilər. Teatra cəsarətlə gətirdiyi yenilikləri hamı “həzm etmirdi”. Onun qeyri-adiliyi həm də teatrının adında öz əksini tapıb. Təbii, söhbətin ustad rejissor Vaqif İbrahimoğludanonunYuğ” teatrından getdiyini anlamaq olar.

ÖzüYuğ” adının izahını “yuğlama”, mərasim kimi izah edirdi. Bu sənət ocağı ona övlad kimiydi, həyatı boyunca arzuladığı plan və ideyalarını bu teatrla reallaşdırmışdı. Istedadlı tələbələrini burada addım-addım yeritmiş, boya-başa çatdırmışdı...

Özü isə 18 oktyabr 1949-cu ildə Bakının Mərdəkan kəndində dünyaya göz açmışdı. Uşaqlıq illərini də orada keçirmişdi. Amma dünyagörüşündə, həyata baxışında Qəbələnin Nic kəndində əmisinin yanında keçirdiyi günlərin dərin təsiri olduğunu deyirdi. Həyat gerçəklərini bütün rənglərilə görə-görə, təbiətin sirlərini çözə-çözə bişmişdi keçdiyi yollarda. Xalq düşüncəsinə, xalq musiqisinə, xalq sənətinə oradan vaqif olmuşdu Vaqif bəy. Əvvəldən yönünü incəsənətə doğru tutmuşdu. Bu niyyətlə də M.A.Əliyev adına Teatr Institutunun aktyorluq fakültəsini bitirmişdi. 3 il Gənc Tamaşaçılar Teatrında aktyorluq etmiş, 1976-cı ildən peşəkar rejissorluğa başlamışdı. Onun sənət yolu maraqlı və rəngarəng hadisələrlə doludur. Xronologiya ilə baxsaq, qarşımıza belə qısa bir tarixçə çıxar: 1976-1979-cu illərdə Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental Teatr Studiyasında, 1979-1982-ci illərdə Tədris Teatrında Bədii rəhbər, 1982-1989-cu illərdə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində çalışıb.

Azərbaycan Milli Akademik Dram Teatrında, Türkiyənin AnkaraBursa teatrlarında, Estoniyanın Uqala Teatrında tamaşalar hazırlayıb. Elə bu tarixçədən görünür ki, Vaqif bəy xarici ölkələrdə də tanınırdı. Dostları danışırdı ki, Türkiyənin Ankara şəhərində müalicə olunan zaman ziyarətçilərinin ardı-arası kəsilmirdi. Həqiqətən də, bu qardaş ölkədə onun dostlarının sayı-hesabı yoxdu.

1984-cü ildə Türkiyədə “Arşın mal alan”ı səhnələşdirmişdi Türkiyə teatrlarında. Sonra dəfələrlə qonaq kimi getmiş, “Yuğla qastrol səfərində də olmuşdu. Özü bu barədə deyirdi ki, ilk səfər tarixi Evrən Paşanın çevriliş hadisələri dövrünə təsadüf etmişdi. Küçədə dolaşan tanklar, əsgərlər yeni bir aləmin mənzərələri idi. Amma çox zaman adı “türkçükimi hallanan Vaqif bəy deyirdi ki, vurğun olduğu bu ölkəyə sanki arzular ölkəsinə səyahət edirmiş kimi düşmüşdü və həmin səfər onun düşüncələrində böyük dəyişikliklər yaratmışdı.

 

O, ruhən novator bir insandı...

 

Şübhəsiz ki, onun fəaliyyətinin böyük unudulmaz bir hissəsi 1989-cu ildən yaratdığıYuğteatrı ilə bağlıdır. Fəaliyyətə başladığı gündən həm teatrın fəhləsi, həm yaradıcı sahibi - bədii rəhbəri olmuşdu. Çalışmaları, zəhməti hədər getməmişdi. 1992-ci ildə teatr dövlət statusu almışdı. O, bu teatrda həyatının sonuna qədər 90-a yaxın tamaşaya quruluş vermişdi. Teatrındoğumgününü öz doğum gününə salmışdı. Bu gün onun üçün həm , Azərbaycanın tarixinə müstəqillik günü kimi düşdüyünə görə əziz idi.

O, ruhən novator bir insandı. Xaricdə təhsil almamışdı, dünya teatrlarında da böyük təcrübə keçməmişdi. Bəs onu həmkarlarından bu qədər fərqləndirən səbəb idi? Bu qədər təzə tapıntılar, “kəşflərhardandı onda? Özü bunun ilk sirrini müəllimlərinə bağlayırdı. Institutda böyük rejissor Tofiq Kazımovdan sənət həyat dərsi aldığını etiraf edirdi. Böyük müəlliminin ölümündən sonra teatrda yaranan boşluğu da belə sənətkarların çox az sayda olması ilə əlaqələndirirdi. Rejissorluğunu da ustadının yolunu layiqincə davam etdirmək üçün bir borc kimi qəbul etdiyini söyləyirdi.

Teatrın o vaxtkı durumu gülməliydi, ağlamalı. Bəlkə , bunların sintezi idi. Ancaq o həvəs, özünə, yaradıcılığa inam bizi xilas etdi. Sənətə mənimlə eyni nəslə mənsub olan böyük rejissorlar - Hüseynağa Atakişiyev (ruhu şad olsun), Mərahim Fərzəlibəyov, Azərpaşa Nemət Vaqif Abbasov (ruhu şad olsun) kimi rejissorlar gəldi biz ümumi böhranla üz-üzə qaldıq. Hərə bacardığı qədər o böhranın içində fəaliyyətə başladı. Kimin qismətinə düşdü, bunu dəyərləndirmək olar. Amma mən bu gün bunu etməyəcəyəm...” - deyirdi rejissor.

Vaqif bəyinYuğ”unu onun ən dəyərli əsəri saymaq olar. Bu “əsər”lə o, öz teatrına bina verilən günə qədər, böyük teatrların kiçik köşələrinə sığına-sığına necə möcüzələr yaradıb... Füzulidən tutmuş, Aşıq Veysələ, Frans Kafkaya qədər uzanıb yaradıcılıq axtarışları. Səhnəyə çıxan tamaşalar da bir-birindən uğurlu orijinal olub. O, tələbələri kimi, əsərləri zərgər dəqiqliyi ilə seçməyi bacarırdı. Bu seçiminin üzərində böyük bir enerji ilə, istədiyimodelialıncaya qədər işləyirdi. Onun tamaşaları seyrçinin yaddaşında əbədi iz qoymadan keçib getməzdi. Böyük əhatə dairəsində olmasa belə, yeni tamaşaları uzun müddət müzakirə mövzusuna çevrilərdi. Hətta aşırımüasirliyisəbəbindənhoqqa çıxardığınıdeyənlər tapılırdı. Amma bütün rəyləri o qədər təmkin sakitliklə qarşılayırdı ki... Tənqidlərə məzəmmətlərə tam anlayışla, hətta bəzən dərs alacaq qədər həssaslıqla yanaşırdı. Bu, bir sənət adamına xas olan ən dəyərli keyfiyyətdir.

 

Uzun incə bir yol”...

 

Mayın 12-də onun vəfatından bir il keçir. Amansız xəstəlik onu harada yaxaladı, bəlkə özü bilmədi heç. Amma o, Aşıq Veysəlin bəhs etdiyiuzun, incə bir yol”u keçib gəlmişdi olduğu yaşa. Haqqa gedən yolun qəflətən bitə biləcəyini gözəl bilirdi... Vaqif Ibrahimoğlu Azərbaycanın elə insanlarındandır ki, onun haqqında danışılacaq gözəl şeylər yetərli qədərdir. Özü deyirdi ki, kiminləsə problemi olduğunu xatırlamır. Onun əsgərlik xatirələrində , tələbəlik illəri, sənət yolu ilə bağlı söhbətlərində bir baməzəlik, bir səmimilik, bir ürəyəyatımlılıq vardı. Çünki o heç vaxt saxta danışmağı saxta görünməyi bacarmırdı. Necə vardısa, eləydi. Başdan sona kimi bu xarakterini, bu duruşunu, bu insanlıq fəlsəfəsini qoruyub saxladı. Bir sıra fəxri adlar da aldı, mükafatlar da. Amma ən böyük mükafatı o öz yeni ideyaları, istedadlı tələbələri ilə Azərbaycan teatrına verib getdi. Bu elə bir dəyərdir ki, Azərbaycanda sənət sənətkarlıq olduqca onun adını tarixdən silinməyə qoymayacaq.

Vaqif İbrahimoğlu bizəYuğ"u qoyub getdi. Onun mirası mənəviyyatlılıqdır, insanlıqdır. Onun qoyub getdiyi miras bu gün Azərbaycanın dörd bir yanına səpələnmiş aktyor rejissor heyətidir. Onun nəfəsi bu teatrda olmaya bilməz. Belə bir şey mümkün deyil. Mən hələ Vaqif İbrahimoğlunun nəfəsini çiynimdə hiss edirəm. Onun varlığını duyuruq. Vaqif müəlliminəlindən su içmişinsanlar heç vaxt naxələf çıxa bilməz. O, bizə qədər sənətlə bağlı sözlər söyləsə , onun hər zaman söylədiyi bir fikir bizim üçün ən ali pillədə dururdu. O deyirdi ki, ilk növbədə şəxsiyyət sonra sənət. İnsan heç vaxt şəxsiyyətini sənətinə qurban verməməlidir" (Ərtoğrul Kamalov - tələbəsi).

 

 

Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2012.- 6-7 may.- S.14.