İstiqlalımızın muzeyi - Azərbaycan İstiqlal Muzeyi    

 

İlk rəsmi dövlət muzeyi...

 

İstiqlal Muzeyi Azərbaycanda yaradılan ilk rəsmi dövlət muzeyidir. Bu muzey 1919-cu ilin dekabr ayının 7-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin quruluşunun birinci ildönümü münasibətilə elə parlamentin binasında açılıb.

Muzey Azərbaycan tarixinin önəmli bir mərhələsini əks etdirir. Onun ilk eksponatları siyahısında qılınc, qəmə, xəncər, “Quran” əlyazmaları, üzərinə ayələr yazılmış müxtəlif əşyalar, bəzək əşyaları, ayrı-ayrı dövrlərə aid pullar, xalq tətbiqi sənəti nümunələri, məişət əşyaları, əlyazmalar bir çox başqa eksponatlar olub. İstiqlal Muzeyinin yaradılması barədə sənədi İstiqlal Muzeyinin yaradıcıları - görkəmli sənətşünaslar Hüseyn Mirzəcamalov, Məhəmməd Ağaoğlu, Azərbaycan Parlamenti sədrinin müavinləri Həsən bəy Ağayev, S.M.Qəniyev imzalayıb.

İstiqlal Muzeyi cəmi beş ay - 1920-ci il aprelin 28-dək mövcud olub. 1920-ci ilin aprelində Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Istiqlal Muzeyi ləğv edilib.

1991-ci il yanvar ayının 9-da İstiqlal Muzeyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 saylı qərarına əsasən, yenidən yaradılıb eyni adla fəaliyyətə başlayıb. İlk yaradılan muzeydən heç bir eksponat qalmasa da, bu muzey əvvəlkinin mənəvi varisi kimi fəaliyyətə başlayıb. Muzeyin yaradılmasında məqsəd ən qədim zamanlardan müasir dövrümüzə qədər Azərbaycan xalqının mədəni-tarixi həyatındakı mühüm hadisələri öz istiqlalı uğrunda apardığı mübarizə mərhələlərini ardıcıl əks etdirmək olub.

Hazırda muzeyin 6 zalında nümayiş etdirilən eksponatların sayı 20 mindən artıqdır. İstiqlal Muzeyi Muzey Mərkəzində yerləşir muzey üçün Bakıda yeni bina inşa edilir.

Muzeydə rəsm heykəltaraşlıq əsərləri, xəritələr, şəkillər, kitablar, pul əskinasları başqa eksponatlar nümayiş etdirilir. Muzeyin ekspozisiyasında eyni zamanda, müxtəlif tarixi hadisələrə aid maraqlı sərgilər tədbirlər keçirilir.

Muzeydəki eksponatlar ən qədim zamanlardan müasir dövrümüzə qədər Azərbaycan xalqının mədəni-tarixi həyatındakı mühüm hadisələri xalqımızın mübarizə yolunu əks etdirir.

 

Tarixin zənginxəzinəsi

 

Muzeyin 1-ci zalında da Azərbaycanın dövlət rəmzləri - ölkəmizin üçrəngli bayrağı, Dövlət Gerbi, Dövlət himni Dövlət Konstitusiyasını əks etdirən sənədlər nümayiş olunur. Burada həmçinin Azərbaycanda ən qədim zamanlardan XIX əsrin sonlarına qədər milli-azadlıq hərəkatının tarixi ilə yaxından tanış olmaq olar. XVIII əsrin ikinci yarısında Azərbaycanın xanlıqlara bölünməsi, Azərbaycan uğrunda Rusiya ilə İran arasında gedən müharibələrə (1804-1828), Gülüstan (1813) Türkmənçay (1828) müqavilələrinin bağlanmasına dair materiallar da burada yer alıb. Muzeyin birinci zalında, həmçinin işğal altında olan Cəbrayıl Füzuli rayonlarının tarix-diyarşünaslıq muzeylərinin eksponatları da nümayiş olunmaqdadır.

Muzeyin 2-ci ekspozisiya zalı XIX əsrin ikinci yarısından XX əsrin əvvəllərinədək olan dövrü əhatə edir. Burada mədəniyyət elm, eyni zamanda, neft sənayesinin inkişafı ilə bağlı xeyli sayda materiallar yer alıb. Abbasqulu ağa Bakıxanovun, Mirzə Kazım bəyin, Mirzə Fətəli Axundovun, milli mətbuatımızın əsasını qoyan Həsən bəy Zərdabinin, Cəlil Məmmədquluzadənin başqa klassik şair yazıçıların fəaliyyətini əks etdirən materiallar da bu qəbildən olan materiallar sırasındadır. 1918-ci il 31 mart soyqırımına həsr olunmuş fotofaktlar, arxiv materialları, sənədlər bu ekspozisiya zalında nümayiş etdirilir.

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini əks etdirən materiallar da bu zalda yer alıb. Bu zalın eksponatları içərisində Cümhuriyyətimizin qurucuları M.Ə.Rəsulzadə, F.X.Xoyski, Ə.B.Topçubaşov digər görkəmli şəxsiyyətlərin  fotoları, o zamanın pul vahidləri, poçt markaları, həmin dövrün müxtəlif hadisələrini əks etdirən materiallar yer alıb. Cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Demokratik Cümhuriyyətinin həyata keçirdiyi demokratik dəyişikliklərlə bağlı materiallar da ekspozisiyada yer alıb. Muzeyin bu ekzopizisiya zalında nümayiş olunan Cümhuriyyət dövrü ilə bağlı materiallar Azərbaycan tarixinin bu mühüm mərhələsi  haqqında geniş məlumat verir.

İstiqlal Muzeyinin 3-cü zalı Cənubi Azərbaycanın Məşrutə hərəkatını əks etdirən materiallarla zəngindir. Burada 1905-1911-ci illər azadlıq hərəkatının rəhbəri Səttarxan onun silahdaşlarının, fədai dəstələrinin fəaliyyəti, həmçinin o dövrdə Azərbaycanın iqtisadiyyatının, mədəniyyətinin inkişafını əks etdirən materiallar yer alıb. “21 Azərhərəkatın iştirakçısı olmuş tarixçi Lütfəli Ərdəbilinin köməyi ilə yığılan materiallarda həmçinin 1917-1918-ci illər Ş.M.Xiyabani hərəkatı 1941-1945-ci illərdəki “21 Azərhərəkatı öz əksini tapıb. Eləcə Cənubi Azərbaycanın görkəmli şəxsiyyətlərinin, şair yazıçılarının, elm xadimlərinin portretləri nümayiş etdirilir.

 

Dünəndən bu günə gələn yol

 

Azərbaycanda repressiya illərini əks etdirən materiallar muzeyin 4-cü ekspozisiya zalında nümayiş olunur. Burada ötən əsrin 20-30-cu illərində Azərbaycanda repressiyaya məruz qalan görkəmli şəxsiyyətlər haqqında materiallar yer alıb. Həmin repressiya illərində minlərlə insan repressiyalara məruz qaldı, bu repressiyaların qurbanı oldular. Bu ekspozisiya zalı həmçinin Böyük Vətən müharibəsində ön arxa cəbhədə qəhrəmanlıq göstərən azərbaycanlıların qəhrəmanlığını əks etdirən materiallarla da zəngindir.  Burada nümayiş olunan materiallar, Azərbaycan neftinin müharibədə oynadığı rol, döyüş silah-sursatı, müharibə dövründə təqdim olunan orden medallar, müharibədə Sovet Ittifaqı Qəhrəmanı adına layiq görülən oğullarımızın şəkilləri s. bir daha dəhşətli müharibə illərini xatırladır.

Qarabağ hadisələri muzeyin 5-ci zalında əks olunub. Burada  1988-ci ildən başlayaraq, Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsi nəticəsində zəbt olunmuş rayonlarımızı, eyni zamanda, 1990-cı ilin qanlı yanvar hadisələrini, Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotolar, müxtəlif sənədlər, bir sözlə, bu faciəli hadisələri əks etdirən fotoxronika materiallar nümayiş olunur. Bu zalda həmçinin Azərbaycanın müstəqilliyinə doğru gedən çətin şərəfli yolu əks etdirən materiallar da yer alıb. Ekspozisiyada eyni zamanda, Azərbaycanın işğal olunmuş rayonlarının ərazisini siyahısını göstərən xəritə,  Azərbaycanın Milli Qəhrəmanlarının fotoşəkilləri, onların bəzilərinin şəxsi əşyaları s. yer alıb.

Azərbaycan tarixinin bütün sonrakı dövrünü əks etdirən materiallar isə muzeyin 6-cı ekspozisiya zalında nümayiş etdirilir. Burada müstəqil Azərbaycanın Konstitusiyasının qəbulu, dövlət ordu quruculuğu, iqtisadiyyat neft siyasəti, xarici siyasət beynəlxalq təşkilatlarda iştirak - BMT, ATƏT başqa mühüm sahələrdəki fəaliyyətlə bağlı fotoxronika ilə tanış olmaq olar. Azərbaycanın müasir tarixi, iqtisadiyyatı, mədəniyyəti, ordu quruculuğunun inkişafı ilə bağlı materiallara da burada geniş yer ayrılıb.  Bakı-Tbilisi-Ceyhan neft kəmərinin maketi bu zalın eksponatları arasındadır.

Muzeyə tez-tez gələn xarici qonaqlar Azərbaycanın tarixi, xalqımızın keçdiyi mübarizə yolu ilə yaxından tanış olmaq imkanı əldə edirlər...

 

 

Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2012.- 9 may.- S.14.