Uzaq tarixin mənzərəsini canlandıran təsvirlər     

 

Əcdadlarımızın ilk əl işləri - qaya rəsmləri...

 

Tarixi min illər əvvəllərə gedib çıxan Azərbaycan təsviri sənət mədəniyyətinin ilk örnəkləri sırasında hər zaman Qobustanın adı çəkilir. Abşeronda qayalar üzərində cızılmış bu rəsmlərin yarandığı vaxtdan əsrlər keçir.

Qobustan qaya təsvirləri bu yerlərdə qədim insanların min illər öncə yaşadığını ilk sənət nümunələri yaratdığını sübut edir. Qobustandan başqa, bənzər nümunələrə Ordubad şəhərinin yaxınlığındakı Gəmiqaya qayaüstü təsvirlərini, Kəlbəcər rayonundakı Ayıçınqılı Pəriçınqıl dağlarındakı rəsmləri göstərmək olar. Heç şübhəsiz, Qobustan bu nümunələr sırasında öz unikallığı ilə seçilir.Böyükdaş”, “Kiçikdaş”, “Cingirdağ”, “Şonqardağ digər qayalarda həkk olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq doğurur. Təsvirlər arasında ovçuluq, maldarlıq, əkinçilik məişətin digər sahələrilə bağlı müxtəlif süjetlər, səhnələr, insan heyvan təsvirləri dinamik tərzdə həkk olunmuşdur. Qobustan qaya rəsmləri - piktoqramlar ibtidai icma quruluşundan feodalizm mərhələsinə kimi çoxəsrlik, uzun tarixi dövrü əhatə edir.

Orta əsrlərdə İslam dininin ehkamları təsviri sənət formalarına müəyyən məhdudiyyətlər qoyduğu bir zamanda xalçaçılıq, o cümlədən bəzəkli parçaların toxunması, daşdan, ağacdan, metaldan müxtəlif məmulatların hazırlanması, habelə zərgərlik sənəti dulusçuluq yüksək səviyyəyə çatdı. Bu dövrdə məscidlərə, saraylara, məqbərələrə vurulan bəzəklər, yaşayış binalarında daş, ağac üzərində həkk olunan naxışlar öz zərifliyi ilə fərqlənir. Bunlara nümunə olaraq, Şəki şəhərindəki XVIII əsrə aid olan Şəki xan sarayının içərisində divar təsvirinin gözəl nümunələri qalır. Azərbaycan miniatürləri qədim zamandan bəri şöhrət qazanmışdır. Hələ XVI əsrdə, dünya mədəniyyətinin ən böyük mərkəzlərindən biri sayılan qədim Təbrizdə Kəmaləddin Behzad, Sultan Məhəmməd, Mir Seyid Əli, Məhəmmədi bir çox başqa miniatürçülər yaşayıb yaratmışlar. Onların gözəl sənəti bir çox Şərq ölkələrində miniatürün kitab qrafikasının inkişafına böyük təsir göstərmişdir.

Sonrakı mərhələlərdə dulusçuluq, daş metal məmulatlarını bəzəyən dekorativ naxışlar, rəsmlər, qabartmalar, heykəllər  təsviri sənətin ən qədim nümunələri arasında əsas yer tutur. Belə nümunələrə Naxçıvanın Şahtaxtı kəndindəki kürə formalı qab, Xocavənd rayonunun Dolanlar kəndində ikibaşlı maral fiquru, Gədəbəydə üzərində 5 fantastik heyvan təsviri cızılmış tunc qab, Urmiya gölü yaxınlığında Həsənli təpəsindəki qızıl cam, Mil, Qarabağ düzlərindən tapılmış, e.ə. VIII-VII əsrlərə aid keramik qablar öz zərifliyi ilə seçilir. Mingəçevirdən, Şamaxıdan tapılmış müxtəlif tipli formalı bədii şüşə məmulatı nümunələri - dekorativ qablar, piyalələr, qadın bəzəkləri Azərbaycanda şüşə istehsalının da mövcud olduğunu göstərir.

 

Yeni mərhələ - həkkaklıq heykəltəraşlıq

 

Albaniya (Qafqaz) dövrünü əks etdirən sənət aləmində həkkaklıq heykəltəraşlıq nümunələri geniş yayılmışdır. Albaniya dövrü heykəltəraşlığının ən kamil nümunələrinə Mingəçevir məbədinin (5-6 əsrlər) daş kapitelinin səthində müqəddəs dirilik ağacının sol sağında üz-üzə dayanmış iki tovuz quşunun qabartma təsvirini göstərmək olar.

Plastik formalara bədii metal məmulatlarının tərtibində tez-tez təsadüf edilir. Illər öncə Mingəçevir, Torpaqqala s. yerlərdən tapılmış gümüş camların, tuncdan hazırlanmış su qablarının üzərində maral, şir, tovuz quşu, buta təsvirləri verilmişdir. Bu dövrün dairəvi qabartma heykəltəraşlıq nümunələrində insan heyvan təsvirləri, məişət, ov dini ayinlərlə bağlı səhnələr üstün yer tutur. Azərbaycan ərazisində VII əsrdən başlayaraq Islam dininin yayılması ilə bağlı qədim şəhərlərdə - Qəbələ, Naxçıvan, Şamaxı, Bakı, Bərdə, Gəncə, Beyləqan, Təbriz, Marağa Ərdəbildə memarlıq kompleksləri, saray, qəsr, məscid türbələr inşa edilirdi. O binaların dekorativ tərtibatında kalliqrafiya - kitabə, ornament, kaşı qabartma elementlərindən geniş istifadə olunmuşdur. Şirvan-Abşeron memarlıq məktəbinə mənsub olan binalarda daş üzərində oyma sənəti nümunələri, həndəsi nəbati naxışlar, Naxçıvan memarlıq məktəbini təmsil edən binaların dekorativ bəzəklərində isə şirli kərpicdən kaşı bəzəklərindən ibarət ornament motivləri başlıca yer tutur.

XIII əsrdə Bakı limanında tikilmiş ŞirvanşahlarınBayıl qəsri”, yaxudSəbayeladlanan memarlıq abidəsi heykəltəraşlıq sənətinin ən məşhur nümunələrindəndir. Üzərindəki yazı qabartma təsvirləri binanın dekorativ tərtibində həlledici rol oynayır. Bayıl daşlarındayazılarla birlikdə insan heyvan (pələng, dəvə, at, öküz, quş) təsvirləri dərin oyma üslubunda işlənmişdir. Bayıl daşlarıvaxtilə quruda yerləşən möhtəşəm memarlıq abidəsinin dekorativ elementini təşkil etmişdir.

Təsviri sənət nümunələrinin inkişafı ilə Azərbaycan monumental boyakarlığının zəngin ənənələri Irəvanda Sərdar Sarayının, Şuşada bir sıra evlərin rəsmlərində davam etdirilmişdir. Azərbaycan dəzgah boyakarlığının təşəkkülü Mirzə Qədim İrəvaninin adı ilə bağlıdır. O, portret janrı sahəsində daha səmərəli fəaliyyət göstərmiş, “Rəqqasə”, “Dərviş”, “Pəhləvan”, “Süvarikimi bədii cəhətdən kamil portretlər yaratmışdır.

 

Kitab jurnalları bəzəyən nümunələr

 

Azərbaycanın mədəniyyəti tarixində istedadlı şair, musiqi nəzəriyyəçisi xəttat kimi tanınmış Mir Möhsün Nəvvab rəssamlıq nəqqaşlıq sahəsində fəaliyyət göstərmişdir. Onun əsərlərində təbiət motivləri, güllərin, quşların təsviri əsas yer tutur. Bu dövrdə şair Xurşidbanu Natəvanın yaratdığı mənzərələr, gül-çiçək təsvirləri dekorativ-tətbiqi sənət nümunələri diqqəti cəlb edir.

XX əsrin əvvəllərində Bakıda inqilabi hərəkatın yüksəlişi qabaqcıl Azərbaycan ziyalıları arasında demokratik fikrin inkişafına səbəb oldu. Həmin illərdə Peterburqda Moskvada nəşr olunan satirik jurnalların timsalında 1906-cı ildə Azərbaycan dilində şəkilli satirik jurnalın - “Molla Nəsrəddin”in birinci nömrəsi çapdan çıxdı. Həmin jurnal yaradıcı ziyalıların nümayəndələrini öz ətrafına topladı, xüsusilə müasir Azərbaycan təsviri incəsənətinin baniləri olan Əzimzadənin Kəngərlinin yaradıcılıq axtarışlarının istiqamətini müəyyən etdi. Bəhruz Kəngərli Azərbaycanın hüdudlarından uzaqlarda şöhrət qazanmış, zəngin bir irs qoyub getmişdir. Rəssamın sulu boya ilə çəkilmiş çoxlu rəsm əsəri vətənə, xalqa hədsiz məhəbbətin ifadəsidir. Kəngərlinin doğma Naxçıvanda yaratdığı realist portretlər qalereyası xüsusilə qiymətlidir.

Molla Nəsrəddin digər jurnalların, eləcə kitab nəşri ilə əlaqədar olaraq, satirik qrafika illüstrasiya janrları yaranır. Molla Nəsrəddinjurnalının rəssamları O.Şmerlinq, İ.Rotter, Ə.Əzimzadə X.Musayev dövrün ictimai-siyasi problemlərilə səsləşən realist qrafika sənəti sahəsində geniş fəaliyyət göstərirlər. Azərbaycan satirik qrafikasının banisi Ə.Əzimzadə ictimai bərabərsizliyi, cəhaləti, fanatizmi, çarizm zülmünü ifşa edən kəskin karikaturalar, şarjlar yaradır. MəşhurYüz tip” rəsmlər seriyası, qadın azadlığı, ateizm siyasi motivlərə həsr olunmuş akvarelləri aktuallığı, milli koloriti ilə fərqlənir. 1914-cü ildə M.Ə.SabirinHophopnaməəsərinə çəkdiyi illüstrasiyalar Ə.Əzimzadənin ən uğurlu işlərindəndir.

 

 

Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2012.- 12 may.- S.14.