Üzeyir bəy irsinin layiqli davamçısı
Görkəmli bəstəkar Aqşin Əlizadə...
Azərbaycan bəstəkarlıq məktəbi musiqi tariximizə bir çox görkəmli nümayəndələr bəxş
etmişdir. Bu gün
onların əsərləri
nəinki ölkəmizdə,
uzaq sərhədlərdə
də sevilə-sevilə
səslənir. Belə bəstəkarlamızdan
biri də Aqşin Əlizadədir.
Aqşin Əlizadə
Azərbaycan mədəniyyətinin
ən istedadlı, özünəməxsusluğu ilə seçilən tanınmış simalarından
biridir. Onun bəstəkar kimi formalaşmasında xalq musiqisini dərindən bilməsi, böyük sənətkarımız Cövdət
Hacıyevin sinfində
təhsil alması, əməksevərliyi, daim
öyrənmək həvəsi
böyük rol oynamışdır.
Aqşin Əlizadə Azərbaycan musiqisinin klassiki Üzeyir Hacıbəyov ənənələrinin
ən parlaq davamçılarından biridir. Bəstəkarın öz sözlərilə
desək, Üzeyir musiqisi onun canına
hopub, ona sənətdə yol göstərən ulduza çevrilib.
Aqşin Əliqulu oğlu Əlizadə 22
may 1937-ci ildə Bakıda
anadan olub. O, 1962-ci ildə Ü.Hacıbəyov
adına Azərbaycan Dövlət Konservatoriyasında Cövdət
Hacıyevin bəstəkarlıq
sinfini bitirib. 1963-cü ildən professordur. Tələbə vaxtı yazdığı
sonata Gənc Bəstəkarların
I Ümumittifaq Müsabiqəsində
I dərəcəli diploma (1962), sonra yazdığı Birinci simfoniya “Zaqafqaziya Baharı” festivalında I diploma layiq
görülüb.
Aqşin Əlizadənin yaradıcılığının ilk dövrünə aid iki əsərdə onun üslubunun əsas keyfiyyətləri artıq
görünür. Bu, üçhissəli
Kamera simfoniyası və müşayiətsiz
xor üçün “Bayatılar” əsərləridir.
“Bayatılar” 1969-cu ildə yazılmışdır.
Bu əsər Azərbaycan musiqisində müşayiətsiz xor üçün ilk silsilədir.
Lakin onun milli musiqimizdə
tutduğu şərəfli
yer yalnız xor sənətində yeni janrın təmsilçisi olmaqla bitmir. “Bayatılar”
müasir bəstəkar
yaradıcılığında xalq bədii təfəkkürünün, musiqi
sərvətlərinin imkanlarına
yeni mövqelərdən
baxışı, əldə
etdiyi təravətli,
yeni estetik-bədii nəticəsilə mərhələ
açan əsərdir.
Silsilənin adından göründüyü kimi,
bəstəkar xalq yaradıcılığının ən qədim və özünəməxsus
bir janrına - bayatılara müraciət
etmişdir. Öz-özlüyündə bu müraciət
60-cı illərin “xalqçılıq”
əhval-ruhiyyəsindən yaranmışdı.
Xalqdan qaynaqlanan musiqi
Əlizadənin əsərləri sanki xatırladır ki, nədən bayatını oxuyanda onun musiqisini də eşidirsən, nədən bayatıda xalq öz sevincini,
dərdini, kədər
və faciəsini, arzu və sevincini
səsləndirib. Axı nəğmələr, oxşamalar, laylalar, ağılar da bayatı üstündə
oxunur. O baxımdan
bəstəkarın məhz
xalq yaradıcılığının
bu janrını seçməsi heç də təsadüfi deyil. Elə onun əsərlərinin
belə asanlıqla ürəyə yatması
və uğur qazanması da bundan irəli gəlir.
A.Əlizadə bayatını təkcə şeir forması kimi yox, özündə musiqi ahəngini, əlaqədar olduğu musiqi janrlarının da əlamətlərini, ənənəvi təcəssüm
formalarını gəzdirən
çoxmənalı forma kimi
götürərək, onların
müəllif təxəyyülündəki
musiqisini “eşitmək”,
el bayatılarını müasir
kökdə və üslubda səsləndirmək
istiqamətində uğurlu
addım atmışdır.
Aqşin Əlizadənin musiqisində insanı cəlb edən gözəlliyin, səmimilik
və həyatiliyin sirri məhz onun xalq musiqi
sənətinə bağlılığındadır. Onun musiqisində müdrik
muğamlarımızın təsirli avazı, döyüşkən cəngilərin
harayı, həzin nəğmələrimizin ahəstə
zümzüməsi, odlu
rəqslərin oynaq ritmləri, aşıq musiqisinin həyatsevər ruhu yaşayır, səslənir.
Aqşin Əlizadə təbiəti, təfəkkür
tərzi baxımından
lirik bəstəkardır. Onun əsərlərində dolğun, lirik melodiyaların bolluğunu,
təbiət lövhələrinə
böyük yer verilməsini də bununla izah etmək
olar.
Aqşin Əlizadənin əsərləri Azərbaycan
xalqının qəhrəmanlıq
tarixinin səhifələrini
canlandırır, füsünkar
vətən təbiətini
vəsf edir, sadə, qonaqpərvər,
məğrur insanlardan
söhbət açır. Kamera orkestri
üçün şux,
oynaq “Aşıqsayağı”,
odlu nəfəsli “Cəngi”, fortepiano üçün
yazılmış müdrik
düşüncəli “Dastan”,
əziz xatirə səhifəsi olan “Qoca xanəndə” orqan pyesi, xor
üçün xalq poeziyasının gözəlliyini
tərənnüm edən
“Bayatılar” silsiləsi,
vətənə sonsuz
sevgi və vurğunluq hissi ilə aşılanmış
“Kənd süitası”,
musiqisində ağrılı-acılı
keçmişimizin, mübarizəmizin
nəfəsini duyduğumuz
Üçüncü, Dördüncü,
Beşinci simfoniyalar,
XX əsr Azərbaycan
musiqisində tarixi bir əsər - ilk milli qəhrəmanlıq baleti - “Babək” Aqşin Əlizadə yaradıcılığının nümunələridir.
Dünya səhnələrində
səslənən əsərləri
2002-ci ildə Azərbaycan Dövlət Opera və Balet teatrının səhnəsində bəstəkarın
ikinci baleti - “Qafqaza səyahət” tamaşaya qoyulmuş və böyük uğur qazanmışdır. Azərbaycan haqqında bu
lirik-poetik hekayəti bəstəkar böyük
fransız yazıçısı
A.Dümanın dilindən
söyləyir. Məlum olduğu
kimi, XIX əsrdə Şərq ölkələrinə
səyahətə çıxmış
A.Düma Qafqazı gəzmiş, Şuşada,
Bakıda, Şamaxıda
gördüklərini qələmə
almışdır. Macəra
romanlarının ustasını
Azərbaycan xalqının
qonaqpərvərliyi, incəsənəti,
səfalı təbiəti,
tanış olduğu insanlar heyrətə gətirmişdi.
A.Əlizadə Dümanın təssüratlarını
baletin üç iri səhnəsində canlandırır.
Müxtəlif illərdə Y.Məmmədəliyev adına Naxçıvan
universitetində və
Türkiyənin Van şəhərindəki
“Yüzüncü Yıl”
universitetində pedaqoji
fəaliyyət göstərən
bəstəkarın gənc
musiqiçilər nəslinin
yetişməsində böyük
xidmətləri var.
A.Əlizadə 1979-1985-ci illərdə
Azərbaycan Bəstəkarlar
İttifaqı İdarə
heyətinin katibi,
1985-1990-cı illərdə isə Birinci katibi olub. Azərbaycan bəstəkarlarının sonuncu VIII qurultayında
(2007) o, İttifaqın katibi
seçilib. Bəstəkarın əsərləri yalnız
ölkə daxilində
səslənməklə qalmır,
uzaq sərhədləri
də aşıb keçir. Onun əsərləri ABŞ, İngiltərə, İsveçrə,
Kuba, Fransa, Türkiyə, keçmiş
SSRİ-nin bir çox respublikalarında
da ifa olunub.
“Babək” baleti, “Natəvan” baleti, 5 simfoniya, xor üçün “Bayatı”,
“Pastoral”, “Aşıqsayağı”, “Cəngi”, “Kənd süitası”, “Dastan”, “Qədim oyunlar”, “Portret”, xoreoqrafik simfoniya və s. bəstəkarın məşhur
əsərlərindəndir. O, 40-dan çox filmə və tamaşaya musiqi yazmışdır.
1988-ci ildən o, “Unudulmuş qəhrəman” (2005); “Bağ
yerində” (2007); “Məhkumlar”
(2007); “Təxəllüsü Mixalyo” (2008) və s. filmlərin musiqisini bəstələmişdir.
Aqşin Əlizadə 1997-ci ildə “Şöhrət”
ordeni, 2012-ci ildə isə “Şərəf” ordeninə layiq görülüb.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər
Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.-
2012.-11-12 noyabr.- S.14.