Azərbaycan tarixinin səhifələri .

 

Sadıq xan Şəqaqi kim olub?

 

Azərbaycan tarixi uzaq keçmişdən bu günə keşməkeşli unudulmaz hadisələrlə doludur. Bu tarixi hadisələr xronologiyasında XVIII-XIX yüzillərdə baş verənlər xüsusi diqqət çəkir. Tarixin səhifələrində silinməz izlər qoyan bu dövr eyni zamanda Azərbaycanın cənubunda cərəyan edən bir çox savaşlarla əlamətdardır. Bu savaşlarda yer alan tarixi hadisələrdə mühüm rolu olan şəxslərdən biri Sərab xanlığının başçısı Sadıq xan Şəqaqi (1786-1800) idi.

Əsas etibarilə Azərbaycan türklərindən ibarət bu xanlığın banisi şəqaqi tayfasından olan Əli xan idi. O, xanlığın idarə sistemini nizama salmış, müdafiəsini təşkil etmişdi. Sonralar Əli xanı hakimiyyətdə Sadıq xan əvəz etdi.

Sadıq xan Şəqaqi Kərim xan Zəndin 1400 nəfərlik tüfəngçilərinin rəislərindən biri olan həmin Əli xanın oğludur. O, İran tərəfdən təhlükəni nəzərə alaraq, xan titulu verdiyi qardaşı Əli bəyi Zəncana hakim təyin etdi. Sadıq xan Təbrizi ələ keçirdi. Lakin Urmiya, Qarabağ başqa xanlıqlardan kömək alan Nəcəfqulu xan Dünbüli Sadıq xanı geri çəkilməyə məcbur etdi. Sərab xanlığının ərazisi Qacarlar dövlətinin tərkibinə qatıldı. O, 1790-cı ildə Ağa Məhəmməd şah Qacarın ordusuna qarşı ağır döyüşlər apardı. Lakin Ağa Məhəmməd şaha məğlub olaraq Qarabağa çəkildi. O, burada İbrahimxəlil xan Cavanşirə pənah apardıqda, onun xahişilə Ağa Məhəmməd xan tərəfindən bağışlanaraq cərimələrdən azad edildi.

Sonralar Ağa Məhəmməd şah yenidən Azərbaycana qoşun çəkdiyi zaman Sadıq xan onun dəstəsinə daxil olmuş, tədricən etimad qazanmış hətta onun bacarıqlı komandirlərindən biri olmuşdur. 1795-ci ildə kor Şahrux Ağa Məhəmməd şah tərəfindən hakimiyyətdən salındıqdan sonra Xorasan ələ keçirildi Ağa Məhəmməd şah İranın digər ərazilərini birləşdirmək məqsədilə Əfqanıstan Türkmənistana yola düşmək qərarına gəldi. O, əvvəllər İranın bir hissəsi olan həmin torpaqları geri almaq üçün Məşhəddə olarkən xəbər gəldi ki, ruslar Qafqaz Azərbaycan sərhədlərindədir. Ona görə İranın şərqində şimal-şərqində olan torpaqlarını azad etmək planını yarımçıq qoyaraq rusların qarşısını kəsmək, eyni zamanda, Qafqazın əmirlərini xanlarını birləşdirərək özünə tabe etdirmək qərarına gəldi. Lakin məlum olduğu kimi, İbrahimxəlil xan ona güclü müqavimət göstərdi. Bununla belə, Qacar şah ordusunun bir hissəsini Ədinəbazarda saxlayaraq, qalan o biri hissəsilə, o cümlədən Sadıq xanla Şuşaya daxil oldu.

 

Ağa Məhəmməd şah Qacarla Qarabağda

 

Bu zaman Ağa Məhəmməd şahın nökərlərindən üç nəfərinin günah tutduqları məlum oldu xan onların hər üçünün dərhal öldürülməsi barədə göstəriş verdi. Lakin Sadıq xan cümə günü olduğunu bildirdi onların səhər öldürülməsini israr etdi. Ağa Məhəmməd şah onun xahişini qəbul etdi, onları həbs etməkdənsə, azad buraxdı onlar da öz planlarını yerinə yetirdilər. Həmin günahkarlar şahı qətlə yetirdilər. Sonra da Sadıq xan Şəqaqini faciədən xəbərdar etdilər. Sadıq xan əvvəl onların dediklərinə inanmadı. Qatillər Ağa Məhəmməd şahın həmişə özü ilə gəzdirdiyi qiymətli əşyaları gətirib Sadıq xana təslim etdikdə, onu inandıra bildilər. Təbii, yenilməz zəhmli bir şahın adi nökərin əlilə qətlə yetirilməsi heyrət doğurmaya bilməzdi. Sadıq xan Şəqaqi yığdığı sərvəti götürərək hadisəni heç kəsə demədən Şuşadan çıxıb öz doğulduğu yerə üz tutdu. Səraba çatdıqda qardaşlarına öz işlərini icra etmək üçün tapşırıqlar verdi. Qardaşlarından birini - Cəfərqulu xanı Qaracadağ hakimi təyin etdi, digər qardaşı Məhəmmədəli Soltanı isə Təbrizin darğası qoydu. O, özü isə paytaxtı tutmaq üçün çoxsaylı ordu ilə Qəzvinə yola düşdü.

Fətəli şah Sadıq xan Şəqaqinin qarşısını kəsmək üçün onun üzərinə qullarağası vəzifəsində olan (Rəisi-qulaman) Hüseyn xan Qacarın sərkərdəliyi ilə ordu göndərdi. Özü qoşunla onun ardınca getdi. 1797-ci ilin oktyabr ayında - Ağa Məhəmməd şah Qacarın qətlindən 3 ay sonra Qəzvin yaxınlığındakı Əli torpağı adlanan yerdə iki qoşun arasında qızğın döyüş baş verdi. Bu döyüşdə Sadıq xan Şəqaqinin 25 min nəfərlik ordusu məğlub oldu, öldürüldü, əsir alındı, özü isə Səraba qaçdı.

Fətəli şah onun ardınca Azərbaycana üz tutdu, lakin Zəncan şəhərində o tərəflərdə taun xəstəliyi olduğunu eşidəndə, əlacsız Tehrana qayıtmalı oldu. Sadıq xan Qəzvində məğlub olduqdan sonra Sərabda öz vəziyyətini düşündü etiraf etməyə məcbur oldu ki, Fətəli şahın qüdrəti qarşısında acizdir. Ona görə tabe olmaqdan başqa bir yol görmədiyi üçün özündə olan ləl-cəvahiratı götürərək Fətəli şahın yanına gəldi. Bundan sonra o, Sərab Gərmrud hakimi təyin olundu. Həmin il Sadıq xanla Xoy Təbriz hakimi Cəfərqulu xan Dünbüli arasında münaqişə yarandı. Onlar arasında döyüş baş verdi Sadıq xan məğlub edilib, Muğana, oradan da Şirvana çəkildi. O, bir müddət keçdikdən sonra Urmiya hakimi Məhəmmədqulu xanı özünə həmrəy edib onunla birləşdi. Tarixçi Rzaqulu xan HidayətRövzətus-səfaəsərinin 9-cu cildində yazır ki, Məhəmmədqulu xan Əfşar Urməvi şahlıq iddiasında idi.

 

Son döyüş son xəyanət...

 

O, Sadıq xanla Cəfərqulu Xan Dünbülini öz məqsədinə xidmət etdirmək istəyirdi. Fətəli şah onları dəf etmək üçün öz sərkərdəsi Məhəmmədəli xan ərəb Bəstamini Məhəmmədqulu xan Avşarın qardaşı oğlu Hüseynqulu xanı onların qarşısına göndərdi. Çox ziddiyyətli bir şəxsiyyət olan Sadıq xan müqavimət göstərə bilmədiyi üçün öz havadarı Süleyman xan Qacarı (Etizadüddövlə) vasitəçi etdi bu dəfə onun köməyi ilə əfv olundu. Fətəli şah onu ordu başçısı təyin etdi.

Fətəli şah 1798-ci ildə Xorasana yola düşdü, məqsəd Məşhədi tutmaq Şahrux şahın oğlu Nadir mirzəni aradan götürmək idi. O, Sadıq xan Şəqaqini özü ilə apardı. O, yolda Sadıq xanla Hüseyn xan qullarağasını Çinaran adlanan məkanı tutmaq onun hakimi Məmiş xan Kürd Zəfəranlunu məğlub etmək üçün göndərdi. Sadıq xan burada da Fətəli şaha xəyanət etdi. O, Hüseyn xanı arxada qoyaraq tez irəli keçdi xəlvətcə, təklikdə Məmiş xanla danışdı, onu Nadir mirzənin tərəfində durmağa razı saldı özünə tabe etdirdi. Məmiş xan isə Fətəli şahın havadarı rolunu oynayaraq, ona sədaqətini sübut etmək məqsədilə, xəlvətcə Sadıq xanın məramını kiçik bir kağıza yazaraq, şaha çatdırdı. Fətəli şah bu məsələyə dərhal reaksiya vermədi Sadıq xanın xəyanətini üzə vurmadı. O, göstəriş verdi ki, Sadıq xan Canməhəmməd xan Qacar Dəvəlunun dəstəsinə birləşsin, bir-birilə ittifaqda Məşhədin mühasirəsinə başlasınlar. Sadıq xan isə hər şeydən xəbərsiz Fətəli şahın əmirlərinə qarşı nifaq ziddiyyət yaradırdı.

Fətəli şah 1799-cu ildə Sadıq xanı həbs etdirərək, hava daxil olmayan, qapalı bir yerə saldırdı. O, acından havasızlıqdan öldü. Fətəli şah onun vəzifəsini əmlakını qardaşları oğulları arasında böldü.

Sadıq xan Mehrəli bəy Sarıcalı-Cavanşirin qızı ilə ailə qurmuşdu. Cahangir xan, Kərim xan, Vəli bəy adlı oğlanları vardı .

 

Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir.

 

 

Azadlıq.- 2012.- 18-19 noyabr.- S.14.