“Alimlərin başçısı” Xacə Hümam Təbrizi

 

Ana dilli ədəbiyyatımızın ilk imzalarından biri

 

Ana dilli ədəbiyyatımızın ilk təmsilçilərindən görkəmli nümayəndələrindən biri XIII əsrdə yaşayıb yaratmış Xacə Hümam Təbrizidir. Dövrünün maraqlı şairlərindən xəttatlarından biri kimi tanınan Təbrizinin doğum tarixi dəqiq olmasa da, vəfat tarixi 1314-cü il olaraq göstərilir. Amma yazılı qaynaqlarda onun 116 yaşında dünyadan köçdüyü yazıldığına görə, doğum tarixinin 1198-1200-cü illərə təsadüf etdiyi söylənir. Təbrizinin şeirlər divanını çap etdirən İran alimi Rəşid Eyvazi isə sənətkarın təxminən 1238-1239-cu illərdə anadan olduğunu yazır. Araşdırıcıların fikrincə, bu tarix daha ağlabatan görünür.

 

Şairin əsl adı Məhəmməd, atasının adı Əla (Əlai), təxəllüsü Hümamdır. Doğulduğu yerin götürdüyü ləqəbdən Təbriz olduğu aydınlaşır. Əli İbrahim xan Sühufi-İbrahim təzkirəsində yazır: “Xacə ömrünün axırlarında dünyanı tərk edib, dünya malından dünya vəzifələrindən göz örtərək Şeyx Seyid Fərqaninin müridi olmuşdur. O, Məkkəyə gedib qayıdandan sonra guşənişin olmuş təsəvvüf təriqətini qəbul etmişdir. Xacə Hümam hicri qəməri 713-(1313), ya da 714 (1314)- ildə Təbrizdə vəfat etmişdir. Onu Təbrizdə özü tikdirdiyi xanəgahda dəfn etmişlər”.

Tədqiqatçılar mənbələrə əsaslanaraq Hümamın atası Əlanın arabir şeirlər yazdığı, onun ağıllı, elmli istedadlı bir oğlu da olduğunu vurğulayır. Xacə Hümam dövrünün ən tanınmış qabaqcıl şəxsiyyətlərindən biri olub. Dövlətşah SəmərqəndiTəzkirətüş-şüəra”da 20 ən məşhur sənətkar sırasında H.Təbrizidən söhbət açır. Təzkirə müəllifi Şeyx Sədi Şirazi (1203-1292) Porboha Cami kimi nüfuzlu şəxsiyyətlərin hicri VII əsrin sonlarında Təbrizə Hümamın görüşünə gəldiklərini qeyd edir. Həqiqətən , Xacə Hümam dövrünün bir sıra görkəmli dövlət, elm, mədəniyyət ədəbiyyat xadimləri ilə yaxın olmuş, onların bəziləri ilə mənzum mənsur şəkildə məktublaşmışdır. “Vikipedia”nın alimin bioqrafiyası ilə bağlı materialda bildirilir ki, tanınmış dövlət xadimi alim Şərafəddin Harun, istedadlı üləmalardan Nurəddin, İbrahim Həməvi, şair Qütbəddin Əmiqi belələrindən olmuşlar. Onun Elxani vəziri Fəzlullah Rəşidəddin vəzir, Elxanilərin nüfuzlu dövlət xadimi Sahib Divan Şəmsəddin Məhəmməd Cüveyni ilə yaxşı münasibətləri var imiş. Hətta F.Rəşidəddin hörmət əlaməti olaraq oğlanlarından birinə Hümamın adını qoymuşdur. Tarixi mənbələr onun 1277-78-ci illərdə Kiçik Asiyada baş verən qarışıqlıq zamanı oradakı hadisələri nizama salmaq üçün Abaqa xanın göstərişi ilə Osmanlı ölkəsinə gedən Sahib Divan Şəmsəddin Cüveyni ilə birlikdə olduğunu xəbər verir. Bu məlumatın həqiqiliyini şairin şeirləri təsdiq edir. Şair divanındakı şeirlərində həmin səfərdən danışır Ş.Cüveyniyə müraciətlə belə bir səmimi misra da işlədir: “Lütf edərək, Azərbaycandan Ruma gəldin”.

Hümam Təbrizi bir müddət Elxanilər dövlətində Azərbaycan vəziri kimi yüksək rütbəli dövlət vəzifəsində çalışmışdır. Xacə Rəşidəddinin Bağdad hakimi Əmir Əliyə məktubunda ömürlük dövlət təqaüdü təyin edilən alimlər sırasında Hümamın da adı çəkilir.

 

Nəsirəddin Tusinin tələbəsi

 

Xacə Hümam Nəsirəddin Tusidən dərs almışdı. Bir alim kimi elmi ictimaiyyətdə böyük nüfuzu var idi. Xacə Rəşidəddinin Quran təfsirinə aid Tozihat əsərinə rəy vermiş 200 qabaqcıl alimdən biri H.Təbrizi olmuşdur. XIII-XIV yüzilliklərin alimləri ondan danışarkən, adətən onu qüdvətül-üləma (alimlərin başçısı) adlandırmışlar. O, türk, ərəb fars dillərini mükəmməl bilmiş, hər üç dildə şeirlər yazmışdır. Poeziya sahəsindəki məharətinə görə o, Azərbaycan şeirinin Sədisi adını almışdır. Şairin fars dilindəki əsərləri bir neçə dəfə çap edilmişdir. Bu nəşrlər içərisində İran alimi Rəşid Eyvəzinin hazırladığı 1972-ci ildə geniş müqəddimə ilə çap etdirdiyi Təbriz nəşri xüsusi yer tutur. R.Eyvəzi H.Təbrizi irsinin öyrənilməsi nəşri sahəsində ən məhsuldar görən tədqiqatçıdır. Şimali Azərbaycanda şairin həyat yaradıcılığının öyrənilməsi, irsinin nəşri sahəsində az görülmüşdür. Onunla bağlı Q.Kəndli, Ə.Xaneqahi, T.Xalisbəyli M.Müsəddiqin məqalələri var. Hazırda H.Təbrizinin əlimizdə Azərbaycan türkcəsində yeganə bir şeiri, fars dilində divanı, ərəbcə bir neçə şeiri Söhbətnaməadlı poeması var. Qaynaqlar onun nəsr əsərləri yazdığını soraq verir. Bizə gəlib çatan az sayda nəsr məktubları da bunu sübut edir.

Sənətkarın şeirləri onun ölümündən sonra vəzir Xacə Rəşidəddinin göstərişi ilə toplanıb divan şəklinə salınmışdır. Hümamın Azərbaycan dilində bizə gəlib çatan şeiriCümə günürədifli bir mürəbbesidir. Həmin şeiri ədəbiyyatşünas alimlərimizdən T.Xalisbəyli M.Müsəddiq AR EA-nın Əlyazmaları İnstitutunda saxlanılan bir cüngdən tapıb Hümam Təbrizi adlı ön sözlə birlikdə çap etdirmişlər. Lakin onlar çox haqlı olaraq şeirin, həqiqətən H.Təbriziyə aid olub-olmamasına bir qədər ehtiyatlı yanaşaraq, onu oxucuların istifadəsinə onların müzakirəsinə verməyi lazım bilmişlər. Amma şeiri H.Təbriziyə aid etmək üçün ciddi əsas var. Birincisi, şeir Hümam təxəllüsü ilə yazılmışdır, bu, sənətkarın fars dilində yazdığı əsərlərdə tez-tez işlədilən təxəllüsdür. İkincisi, mənbələr şairin türk dilində şeirlər yazdığını da xəbər verir. Üçüncüsü, şeirin dil üslub əlamətləri XIII-XIV əsrlərin poeziya nümunələrini xatırladır. Üç bəndlik şeirin ilk bəndi belədir:

 

Aşiqi-sadiq olanın tərki dünyadır işi,

Mömün oldur dünyada rast gəlmən işi.

Həqq buyurdi bizə layiq işlər isə işi,

Bir səvab bin yazılur ol mübarək cümə günü.

 

Şair deyir ki, sadiq aşiqin işi tərki-dünya olub haqqa layiq işlər görməkdir. Həm könlündə ilahi sevgi olan mömin insan da, maddi varlıq da işinin tənəzzül etməsi üçün nigaran məyus olmamalıdır. Çünki həqiqi möminlərin işi bu dünyada rast gətirməz. Ona görə ki, o dünya ilə bu dünyanın təbiəti bir-birindən tamamilə fərqlidir.

 

Ölməz əsərləri

 

Qaynaqlar Hümamın ömrünün sonlarına doğru güşənişin olduğunu sufi məsləkini seçdiyini qeyd edir. Hümamın yaradıcılığında eşq vətəni tərənnüm edən çoxlu sayda şeirlər var. Məşhur mənbələrdə tez-tez xatırlanan bir rübaisində sənətkar Təbrizin onun sakinlərinə heyranlığını belə ifadə edir: “Təbriz gözəldır, hər ki, orada vardır, o da gözəldir. Onun sakinləri yüksək fikir sahibləridirlər. Onlar müxaliflərin fikri ilə müvafiq olmazlar. Məlaikə divlə heç vaxt dost ola bilməz”. Şair həyatı boyunca zülmə, ədalətsizliyə, haqsızlığa etiraz etmiş, mənəvi cismani sərbəstliyin, haqq ədalətin tərəfində dayanmışdır. Onun ictimai məzmunlu əsərləri içərisində Elxanilər dövlətinin vəziri Xacə Şəmsəddin Məhəmmədin irticaçı qüvvələrin təhriki ilə edam etdirilməsi münasibətilə yazdığı tərcibəndi diqqəti xüsusilə cəlb edir. Şəxsi dostu görkəmli dövlət adamı olan Xacə Şəmsəddinin ölümü şairi qəzəbləndirir, kədərləndirir. Şeirdə bu haqsız edamın günahkarlarına nifrət ifadə edilir, zülmün tüğyanından ədalətin yoxa çıxmasından danışılır: “Zülm dovşanı elə hakim olmuşdur ki, ədalət şirinin dırnaqları sınmışdır”.

Sədi Şirazi Təbrizə gələrək Hümamla görüşmüş, bundan sonra onlar arasında möhkəm dostluq əlaqəsi yaranmış onlar bir-birinə müraciətlə şeirlər yazmışlar. Məlumata görə, Sədi ilə Hümam arasında belə bir şeirləşmə olmuşdur.

Hümam Azərbaycan ədəbiyyatında Nizami ənənələrini davam etdirən bir şair kimi tanınır. Onun Nizaminin təsiri ilə yazılmış bir sıra şeirləri var. Sənətkarın yaradıcılığında mühüm yer tutanSöhbətnaməməsnəvisi NizamininSirlər xəzinəsipoemasının ənənəsinə uyğun olaraq qələmə alınmışdır. Fars dilində yazılmışSöhbətnaməpoeması əxlaqi-didaktik mövzudadır. Poema Sahibdivan Xacə Şəmsəddin Cüveyninin oğlu Şərəfəddin Harun ibn Şəmsəddinin adına nəzmə çəkilmişdir.

 

Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir.

 

 

Azadlıq.- 2012.- 22 noyabr.- S.14.