Kino və teatrın sonuncu mogikanlarından biri
Yaşar Nuri alqışlarla
son mənzilə yola salındı
Azərbaycan xalq artisti,
Akademik Milli Dram teatrının aktyoru Yaşar Nuri dünən səhər saatlarında vəfat edib. Xalq artisti uzun müddət idi ağır xəstəlikdən
əziyyət çəkirdi.
2008-ci ilin mayında
Yaşar Nuri İstanbul klinikasında qara ciyərindən əməliyyat olunmuşdu.
Aktyor
2009-cu ilin sonu, 2010-cu ilin əvvəlində İstanbulun “Memorial” xəstəxanasında
müalicə alıb.
Ötən ilin noyabrında
onun səhhəti yenidən pisləşib.
Bu dövr ərzində
iki dəfə İstanbuldakı Amerikan xəstəxanasına yerləşdirilib,
Bakı Mərkəzi
Gömrük Hospitalında
müalicə alıb.
Xalq artistiylə vida mərasimi saat 13:00-da uzun illər unudulmaz rollarla səhnəsinə
çıxdığı Akademik Milli Dram Teatrında baş tutdu. Vida mərasiminə
aktyorun ailə üzvləri, dostları və ictimaiyyət nümayəndələri qatılmışdı.
Xalq artisti Habil
Əliyev Yaşar Nurinin onu bu
qədər sevən insanların gözünü
yaşlı qoyduğunu
deyir: “Yaşar gözəl sənətkarımız
idi, həm də gözəl insan idi. Yaşarın getməsi mədəniyyətimizə
çox ağır itkidir. Yaşar getməklə mənim
ölüm növbəmi
əlimdən aldı.
Gərək Yaşar yaşayaydı.
O, yaşamalı Yaşar
idi. Şeyx Sədinin belə
bir deyimi var ki, Allahın
elə işlərini
bilirəm ki, desəm qan düşər. Onun elə
biri də budur. Yaşarın getməsi bütün
xalqa təsir etdi. Çünki o, bütün xalqın
sevimlisi idi”.
Xalq artisti Amaliya
Pənahova Yaşar Nuri ilə bir
çox tamaşalarda,
filmlərlə tərəf-müqabil
olublar. “Yaşar
deyəndə gözümün
önünə onun gözəl obrazları gəlir. İstər komik, istər
dramatik obrazlar. Tərəf-müqabil kimi həmişə
ondan razı qalmışam. O, səhnədə
nə qədər gülüşə yol verirdisə, tamaşaçıları
bu gülüşlə
öz dərdlərindən
yayındıra bilirdisə,
həyatda bir o qədər də ciddi idi. Amma onun
özünün qəlbi
problemlərlə dolu
idi. Həyatdır, o bu dünyadan
köçsə də,
onun sənəti daim yaşayacaq. Nəsillər dəyişsə də, hər zaman onu yada
salacaqlar. Allah rəhmət eləsin”.
Mərhumun ən yaxın
dostlarından olan Firəngiz Mütəllimova
onun qarşısında
baş əydiyini dedi: “O çox gözəl sənətkar
idi. Mən onun qarşısında
baş əyirəm.
Onu heç kim, heç
vaxt əvəz edə bilməz”.
Firəngiz Mütəllibova Yaşar Nuri ilə bağlı danışarkən göz
yaşlarını saxlaya
bilmədi. Xalq artisti Rafiq Əzimov çıxışında
Yaşar Nurinin Azərbaycan kino və teatrının sonuncu mogikanlarından biri olduğunu söylədi.
Vida mərasimində xalq artistinin qızı Ülviyyə Nuriyeva toplaşanlara ailəsi adından təşəkkür
etdi: “Mən bu səhnəyə birinci dəfə deyil ki, çıxıram.
Uşaqlığım bu teatrda, bu səhnədə keçib. Atamla bura tez-tez gələrdim. Atamı itirmək,
onun yoxluğu bizim üçün çox ağırdır”.
Vida mərasimindən sonra Yaşar Nuri alqışlarla son mənzilə
yola salındı.
Ömrünün son gününə qədər fəaliyyət
göstərdiyi Akademik
Milli Dram Teatrına onunla vidalaşmağa axışan yüzlərlə
pərəstişkarı cənazə
küçəyə çıxarılanda
sevgilərini alqışları
ilə nümayiş etdirdilər.
Xalq artisti II Fəxri xiyabanda dəfn olundu.
Yaşar Nuri 1951-ci il sentyabrın
3-də Bakıda anadan
olub. Yaşar Məmmədsadıq oğlu Nuriyev Azərbaycan Dövlət İncəsənət İnstitutunun
dram və kino aktyorluğu fakültəsində
təhsil alıb.
Kurs rəhbərləri, tanınmış səhnə
xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan
aktyorluq sənətinin
incəliklərini öyrənib.
1974-cü
ildə Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub. O, Milli Dram Teatrında işlədiyi illərdə
repertuardan düşməyən
20-dən çox tamaşada
yaddaqalan obrazlar yaradıb.
Bunların sırasında Sərsəm Salman (“Dəli yığıncağı”),
Məşədi Oruc
(“Ölülər”, C.Məmmədquluzadə),
Əbdüləli bəy,
(“Sevil”, C.Cabbarlı),
Ağamusa Nağıyev
(“Mesenat”, Ə.Əmirli),
Kürən (“Xəcalət”,
H.Mirələmov) Rəhman
(“Fəryad”, B.Vahabzadə),
İsgəndərzadə (“Ah, Paris... Paris!..”, Elçin), Xandəmir (“Afət”, Hüseyn Cavid) və s. xüsusi yer tutur.
Teatr aktyoru kimi
görkəmli sənətkar
olan Yaşar Nuriyev həm də mahir kino
ustasıdır. Onun böyük
populyarlıq qazandığı
çoxlu ekran obrazları var. Vaqif Mustafayevin çəkdiyi
“Yaramaz” bədii filmindəki Maşallah roluna görə Azərbaycan Respublikasının
Dövlət mükafatı
laureatı adına
layiq görülüb.
Azərbaycan Dövlət Televiziyasında
hazırlanmış yüzdən
çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə
iştirak edib.
İstedadlı aktyor teatr
sənətində böyük
uğurlara görə
Azərbaycan Respublikasının
Lenin Komsomolu (1984), “Qızıl
dərviş” (1992 və
1996) mükafatları laureatıdır. Səhnədə və ekranda
yaratdığı parlaq
obrazlara görə
1981-ci ildə Azərbaycan
Respublikasının Əməkdar
artisti, 1989-cu ildə Xalq artisti fəxri
adlarına layiq görülüb. Bir neçə
gün əvvəl isə “Şöhrət” ordeni ilə təltif edilmişdi.
Ramin DEKO
Azadlıq.- 2012.- 23 noyabr.- S.13.