Dünya elm üstündə bərqərar olur...” .

 

Böyük ictimai xadim islam alimi

 

Türk millətinin dünyaya bəxş etdiyi simalar sırasında elə böyük şəxsiyyətlər var ki, onlar haqqında çox az şey bilirik. Bu şəxsiyyətlərdən bəziləri uzaq ölkələrdə ən yüksək mərtəbələrə qədər yüksəlmiş, tanınmış ya elm aləmində məşhurlaşmışlar. Belə görkəmli simalardan biri Şeyx Cəmaləddin Əfqani olmuşdur. O, XIX əsrdə Azərbaycan diasporunun xaricdə ən nüfuzlu nümayəndələrindən sayılmışdır. Müasirləri onuböyük bir müsəlman yaxudböyük bir şərqli”, “müsəlman dünyasının mümtaz simasıadlandırmışlar.

Cəmaləddin Əfqani (əsl adı Seyid Məhəmməd ibn Səfdər) 1838-ci ilin noyabr ayında Həmədan yaxınlığındakı Əsədabad kəndində doğulmuşdur. O, ərəb, fars türk dillərini mükəmməl bildiyinə görə sonralar hər üç dildə əsərlər yazmışdır. Alim fransız rus dillərinə bələd idi. Uzun zamanlara qədər onun hansı millətə mənsub olduğu dəqiq məlum deyildi mübahisə mövzusu idi. Elə mənbələr var ki, orada Əfqaninin ərəb olduğu yazılır. Hətta onun sevimli tələbəsi Şeyx Məhəmməd Əbdeh onun Hüseyn ibn Əli ibn Əbu Talib sülaləsi ilə peyğəmbər nəslinə mənsub olduğunu göstərir seyid titulunu da bununla əlaqələndirir. Amma müasirləri, xüsusən şagirdləri onun özündən milliyyət etibarı ilə türk olduğunu eşitmişlər”(Vikipedia). Bu faktı başqa əsaslı mənbələr təsdiqləyir. Onun haqqında Əhmədbəy Ağaoğlu öz gündəliyində yazır: “Cəmaləddin Əfqaniyə üç dəfə mülaki oldum. İkinci dəfə mülaqatımızda onun əsli haqqında məlumat istədim, verdikləri cavabı hüzurlarında dəftərimə köçürdüm. Sözlərini eynən nəql edirəm:” Mənin babam anam əslən Marağalıdır, fəqət sonra Həmədana köçmüşlər. Mən Həmədanda doğulmuşam. Həmədanda babamın işləri pozulduğundan Əfqanıstana hicrət etmək məcburiyyətində qalmışdır". Marağa Azərbaycanın türk şəhərlərindən biridir. Cəmaləddin Azərbaycan dilini ana dili olaraq konuşurdu".

Əfqaninin atası nüfuzlu bir din xadimi olduğuna görə, o, atasının sayəsində Kabildə mükəmməl dini təhsil almışdır. Bundan sonra o həmin dövrdə Əfqanıstanın suverenliyinə çalışan bir müddət buna nail olan Əmir Dost Məhəmmədin yanında xidmət etmişdir. Amma 1863-cü ildə Əmir vəfat etmiş, bir qədər sonra qəbilə vərəsə çəkişmələri başlanan zaman Əfqani oradan uzaqlaşdırılmışdır. Onun daşıdığı Əfqani təxəllüsü Əfqanıstanla bağlı idi. İran istibdadından onların təqibindən yaxa qurtarmaq üçün o özünü çox vaxt Əfqan təbəəsi kimi göstərirdi. Bir müddət Əfqanıstanın Baş naziri vəzifəsində işləmiş bu şəxs Misir Universitetinin professoru olmuşdur.

 

Elm yolu ilə dünya səyahəti

 

Onun haqqında doktor Şeyx Mustafa Əbdulrəzzaq yazır: “Seyid Cəmaləddinin əzəmətindən və böyüklüyündən danışarkən təkcə bunu demək kifayətdir ki, o, yeni Şərq tarixində insanları azadlığa çağıran birinci şəxs idi və bu yolda şəhid də o olmuşdur”.

Ömrünü əsasən səyahətlərdə keçirən Cəmaləddin Əfqani bir müddət Hindistanda və Misirdə yaşamışdır. Sonra o, Hindistana köçüb Heydərabadda məskunlaşmış, ingilislərin təkidi ilə oradan da uzaqlaşdırılmışdır. Əfqani bir müddət Tehranda yaşasa da, çox keçmədən Londona gedib ömrünün bir hissəsini də orada keçirmişdir.

Yazılı mənbələr göstərir ki, Əfqani Amerikada da olmuş, sonra Parisə qayıtmış, bir müddət publisistika və qəzetçiliklə məşğul olmuşdur. O hətta slavyanofillərin rəhbəri Katqovla görüşüb ona Hindistanın azadlığı uğrunda birgə mübarizə aparmağı təklif etmişdir. Bütün bunlar onu Qərb müstəmləkəçilərinə qorxulu və təhlükəli düşmən kimi tanıtmışdır.

C.Əfqani ilk siyasi fəaliyyətinə doğma vətəni İranda başlamışdı. O, dəfələrlə Tehrana gəlib buradakı qabaqcıl adamlarla görüşmüş, çoxlu həmfikir toplamış, İranın acınacaqlı vəziyyəti, gələcək taleyi haqqında elmi və siyasi məsələlər ətrafında fikir mübadiləsi aparmışdır.

O, dini təhsil görmüş olsa da, dünyagörüşü dünyəvi elmlərlə birgə formalaşmış, bəşəriyyətin tərəqqisinə kömək edən elmlə bağlı idi. Əfqani yazırdı: “Bütün var-dövlət, sərvət əsasən elmin məhsuludur. Dünya elm üstündə bərqərar olur. Elmi bəşəriyyətin əlindən alsan, daha dünyada insanlıqdan əsər qalmaz. Elm bir nəfərin gücünü on nəfərə, min və on min nəfərə bərabər edir”.

“Vikipedia” yazır ki, Cəmaləddin Əfqani bir müddət Türkiyədə olduğu zaman, 1878-ci ildə elm və tədris ocaqlarında oxuduğu antiimperialist xarakterli mühazirələrinə görə ölkədən qovulur. Amma Sultan Əbdülhəmid onu 1892-ci ildə yenidən Türkiyəyə dəvət edir. O, ikinci dəfə İstanbula gəlir və ömrünün axırına, yəni 1897-ci ilə qədər burada yaşayır. Vəfatından uzun illər sonra, 1944-cü ildə məzarı Əfqanıstana aparılmış və Kabildə dəfn olunmuşdur.

Tarixdən məlum olduğu kimi, müsəlman Şərqi Monqol istilasından sonra tənəzzülə uğradı. Geniş xalq kütləsi dünyəvi elmlərdən uzaqlaşdırıldı. Cəmaləddin Əfqani isə bütün elmi mübahisələrdə qətiyyətlə deyirdi ki, “elmə və mədəniyyətə ən yaxın və ən doğma din islam dinidir”.

 

“Dünyanın sultanı elm...”

 

Cəmaləddin Əfqani hələ 1872-ci ildə Kəlküttədəki ingilis məktəbində oxuyan müsəlman gəncləri qarşısında çıxış edərək deyirdi: “Qəribə burasıdır ki, müsəlman üləmaları elmi iki yerə bölmüşlər: müsəlman elmləri və Avropa elmləri. Bununla da onlar müsəlman xalqını faydalı elmləri mənimsəməkdən çəkindirirlər. Onlar başa düşmürlər ki, insanı şərafətli edən elm ayrıca heç bir xalqa mənsub deyil, kim ona yiyələnsə onundur”.

Böyük alim həmin çıxışında belə bir maraqlı məsələyə də toxunurdu: “Təəccüblü burasıdır ki, müsəlmanlar Aristoteli o qədər rəğbətlə oxuyurlar ki, elə bil o əsl müsəlmandır. Amma Nyutonu, Qalileyi, Kepleri kafir hesab edirlər. Elmin atası-anası və sübutu dəlildir. Burada əsas Aristotel, yaxud Qaliley deyildir, haqqı, həqiqəti sübut edən elmi bizim üləmalar qadağan edirlər, elə bilirlər ki, bununla islamı qoruyub saxlayırlar. Belə adamlar əslində islamın düşmənləridir”.

C.Əfqani 1891-ci ilin dekabrında İngiltərənin “Mançestr qardian” qəzetinə verdiyi müsahibəsində də bu məsələdən bəhs edərək deyirdi: “İranda indiki cəhalətin islam qanunlarına qətiyyən dəxli yoxdur. Bunlar nadan və cahil təfsirçilərin islama etdikləri əlavələrin nəticəsidir. Tarixi təkamül və inkişaf onların bu səhvlərini üzə çıxarıb islah edəcəkdir”.

Odur ki, Cəmaləddin Əfqani başqa din xadimlərindən fərqli olaraq tərəqqinin, təkamülün əsasını elmdə görür və deyirdi: “Dünyanın sultanı həmişə elm olmuş, elmdir və elm olaraq qalacaqdır. Hələ heç kəs bu sultanı elm sarayından qova bilməmişdir. Dünyanın həqiqi hökmdarı olan elm ancaq vaxtaşırı paytaxtını dəyişmiş, gah Məşriqdən Məğribə, gah da Məğribdən Məşriqə getmişdir”.

Əhməd Ağaoğlu deyirdi: “İttihadi-islam Quranın təbiətindən doğsa da, o, siyasi bir cərəyan kimi ancaq Seyid Cəmaləddin Əfqaninin zühuru ilə dünya üzü gördü. Çünki Cəmaləddin Allah kəlamlarına başqa yöndən yanaşır, dövrün tələblərindən və Quranın təbiətindən çıxış edərək ciddi islahatlar irəli sürür və ittihadi-islama Şərq xalqlarının nicatı kimi baxırdı”.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir.

 

 

Azadlıq.- 2012.- 25-26 noyabr.- S.14.