Urmiyalı
diplomat Əsgər xan Əbdülməliki
Tarixi
hadisələrin iştirakçısı
Cənubi
Azərbaycan tarixində önəmli xidmətləri olan
şəxsiyyətlər sırasında Əsgər xan Əbdülməliki
Avşarın da xüsusi yeri var. O, XVIII-XIX əsrlərdə
Urmiya xanlığının sərkərdəsi, görkəmli
diplomatı və ilk framasonu olmuşdur. Əsgər xan Mirzə
Məhəmmədcəfər bəy oğlu Urmiya şəhərində
anadan olmuşdu. İmamqulu
xanın cilovdarı, sonra əmiraxuru olmuşdu.
Döyüşlərin birində yaralanan xanı qanlı
meydandan çıxarıb, Urmiyaya
çatdırmışdı. Əsgər xan sonra Məhəmmədqulu
xan Qasımlı-Avşara xidmət etmiş və əmiraxurluqdan
eşikağasıbaşı vəzifəsinə qədər
yüksəlmişdi.
O dövrdə
Məhəmmədqulu xanın sarayındakı çəkişmələr,
günahı olmayan adamların suçlanaraq ölüm
ayağına göndərilməsi Əsgər xanı narahat
etməyə başlamışdı. Əsgər xan bilirdi
ki, o və qardaşı Mirzə Əbülhəsən də
nə vaxtsa Məhəmmədqulu xanın qəzəbinə
tuş gələcək. Doğrudan da belə oldu və Məhəmmədqulu
xan Əsgər xanın qardaşı Mirzə Əbülhəsəni
saraya çağırtdırıb, həbs etdirdi. Əsgər
xan isə qaçıb, Salmasa sığınmağa məcbur
oldu. Məhəmmədqulu xan isə bundan qəzəblənərək,
Əbdülməliki tayfasının bütün
ağsaqqallarını və nüfuzlu adamlarını zindana
saldırdı, tayfanın başbilənləri Piran bəy, Kəhran
bəy, Qoca bəy, Əbdülməlik bəy tutulub
öldürüldü. Əsgər xanın evləri
uçuruldu, mal-mülkü müsadirə olundu.
Bu xəbəri
Əsgər xanı sarsıtdı. Qardaşı Mirzə Əbülhəsənin
də öldürülməsi Əsgər xanı daha da
sarsıtdı. Əsgər xan Məhəmmədqulu xana
qarşı mübarizəsini fəallaşdırdı.
Həmin
tarixi araşdıran tədqiqatçı Ənvər
Çingizoğlu yazır ki, o dövrdə İranda güclənən Ağaməhəmməd
xan Qovanlı-Qacar (1795-1797) müstəqil xanlıqları
bir-bir məğlub edib, bir bayraq ətrafında birləşdirirdi.
O, 1792-ci ildə Azərbaycana hücum etdi. Sərab
xanlığının hakimi Sadıq xan Şəqaqi məğlub
olub, Qarabağa, İbrahimxəlil
xanın yanına qaçdı. İbrahimxəlil xan Ağaməhəmməd
xanın qüdrətindən çəkinsə də, ona itaət
etmədi. Əsgər xan Ağaməhəmməd xana məktub
göndərib, Urmiyada baş verən hadisələri bildirdi.
Ağaməhəmməd xan Əsgər xanı Salmasdan
yanına dəvət etdi. Bu görüşün sədası
bütün Azərbaycana yayıldı. Bəzi Azərbaycan
xanları Ağaməhəmməd xanla yaxından əlaqə
qurmağa çalışdılar. O cümlədən,
Urmiyadan Hüseynqulu xan İmamqulu
xan oğlu Qasımlı-Avşar, Marağadan Əhməd xan
Müqəddəm, İrəvandan
Məhəmməd xan Ziyadlı-Avşar, Xoydan Hüseynqulu xan
Dünbüli və Naxçıvandan Kəlbəli xan Kəngərli
Mirzə Məhəmmədşəfinin görüşünə
gəldilər. Bu xanlar hamısı Əsgər xanı
müdafiə etdilər. Məhəmmədqulu xan Urmiya
hakimliyindən azad edildi və Qasım xan Ağaməhəmməd
xan Qacarın fərmanı ilə Urmiyanın hakimi təyin
edildi.
Qarabağa doğru yürüşdə
Qasım
xan isə Urmiyanın vəkilliyini Əsgər xanın
qardaşı Mirzə Əbülhəsən bəyin oğlu
Mirzə Məhəmmədnəbiyə verdi. Əsgər xan
isə 1000 nəfərlik qoşun sərkərdəsi təyin
edildi. Ağaməhəmməd şahın ordusu Qaradağdan
Təbrizə gəldi. Xoyun hakimi Hüseynqulu xan
Dünbülini Azərbaycanın valisi təyin etdi.
1793-cü
ildə Ağaməhəmməd şah Qacar qoşun
yığıb, Lütfəli xan Zəndin üstünə
hücum etdi. Qoşuna sərkərdə Əsgər xan Əbdülməlikini,
Rəhim xan Qasımlı və Məhəmmədhəsən
bəy Mahmudlunu təyin etdi. Şiraz ətrafında qoşun
Lütfəli xanın gecə basqınına uğradı.
Avşar qoşunu müqavimət göstərərək,
Lütfəli xan Zəndi məğlub edərək
qaçmağa məcbur etdilər. Məhəmmədqulu xan
da 1793-cü ildə Ağaməhəmməd şahın
ordusunda Şiraza, Lütfəli xan Zəndin üstünə
yollandı. Lütfəli xan Zəndin məğlubiyyətindən
sonra isə o, Urmiyaya qayıtdı.
Əsgər
xanın evlərinin yenidən qurulmasına əmr verdi. Mahir memarlar vasitəsilə evlər bərpa
olundu. Bu evlər hələ də “Əsgər xan
darvazası” məhəlləsi kimi tanınır.
1797-ci ildə
Ağaməhəmməd şah Qacar Qarabağa ikinci
yürüş etdi. Urmiyaya çapar göndərib, Məhəmmədqulu
xana əmr etdi ki, Avşar qoşununu Mahmud xan Mömün xan
oğlu Qasımlının başçılığı
ilə Qarabağa göndərsin. Əsgər xan Əbdülməlikiyə
tapşırdı ki, Xoy dünbüli qoşununu kəm-kəsirsiz
hazırlayıb, görüş yerinə gətirsin.
Dünbililər Əsgər xanla dost olduğundan savaşa
getməkdən imtina etdilər. Əsgər xan şahın əmrini
yerinə yetirmədiyi üçün qorxuya düşüb
yenidən Salamasa getdi. Sonra isə kiçik bir dəstə ilə
Qarabağa yollandı və məlum oldu ki, Ağaməhəmməd
şah artıq Şuşanı alıb. Həmin gecə
Ağaməhəmməd şah Şuşada
öldürüldü və onun ölümündən sonra Əsgər
xan dəstəsi ilə Naxçıvan yolu ilə Urmiyaya
qayıtdı. Əsgər xan Fətəli şah
Qovanlı-Qacar tərəfindən ordunun bir bölməsinə
sərkərdə təyin edilərək üsyançı
Cəfərqulu xan Dünbüliyə qarşı vuruşdu.
Əsgər
xan Rus-İran savaşlarından əvvəl Qacar ordusunda,
Avşar hissəsinin komandanı idi. Fətəli şah Əsgər
xanı vəzifəsindən alıb, əvəzinə Mahmud
xan Mömün xan oğlu Qasımlı-Avşarı təyin
etdi. O, dəfələrlə işdən alınsa da hər
dəfə də ləyaqətinə görə yenidən vəzifəsinə
qayıtmışdı. Hüseynqulu xan onun işdən
çıxarılmasına çox rahatsız olmuşdu. Əsgər
xan onun dayağı idi. Urmiya əhli adından şaha
müraciət edib, onu doğma şəhərinə dəvət
etdi. Fətəli şah Əsgər xana ənam-ərmağan,
böyük oğlu Fərəculla sultana xan ünvanı
verib, Urmiyaya yol saldı. Abbas Mirzə Iran-rus savaşları
başlandığından, Əsgər xanı Avşar
qoşununun komandanı təyin etdi.
Napoleonla görüşən elçi
Əsgər
xan İrəvan, Pənbək savaşlarında iştirak etmişdi.
Savaşlardan sonra Urmiyaya qayıtmışdı. Sisyanov
Bakıya hücum edəndə oranın hakimi Fətəli
şaha yardım üçün mürəciət etdi və
Fətəli şah Urmiya hakimi Hüseynqulu xana Avşar
qoşunu ilə Bakıya yardım etməyi
tapşırmışdı. Hüseynqulu xan isə qoşun
toplayıb, Əsgər xanı sərkərdə təyin
etdi və Bakıya göndərdi. Əsgər xan
qardaşı Əbdüssəməd xanla birlikdə
Bakıya gəldi. Sisyanov İran ordusunun işə
qarışdığını görüb sülh
bağladı və çox keçmədən Sisyanov
Bakıda öldürüldü. Əsgər xan onun
başını Məhəmmədhəsən bəy Mahmudlu
vasitəsilə Ərdəbilə, Abbas Mirzəyə göndərdi.
Əsgər
xan Hüseynqulu xanla birlikdə Tiflis səfərinə də
qatılmışdı. Bu qoşunun hərbi taktikası və
strategiyası da Əsgər xan və qardaşı Əbdüssəməd
xan tərəfindən hazırlanmışdı. Bu səfərdə
rus qoşunlarını darmadağın edilmiş, rus
toplarını ələ keçirib, öncə Gəncəyə,
Gəncədən İrəvana, oradan da İrana
aparmışdılar.
Əsgər
xan Fransaya elçi kimi də göndərilmişdi. O,
dörd il Parisdə yaşamış, Finkenşteyn müqaviləsini
imzalandıqdan sonra Napoleonun yanına yollanmışdı.
Əsgər
xan Azərbaycanın ilk framasonçusudur. Doktor Nəvai Əsgər
xanın framosonçu təşkilata necə
qovuşduğunu böyük alim və tarixçi Torinin
(Thoru) gündəlik yaddaşları əsasında belə
şərh edir: “O, masonçuluq təriqətinin nuruna qərq
olub, qaranlıq bir aləmdən işıqlığa qədəm
qoyduğu zaman dərhal tiyəsi abdar Dəməşq
poladından olan cəvahirə tutulmuş
qılıncını kəmərindən
çıxarıb, Loc ustadının stolunun üzərinə
qoyaraq bu sözləri söylədi: ”Qardaşlar, sərvərlər
və dostlar! Dostluq və yoldaşlıq, vəzifə borcunu
başa düşmək və əmanət, əxlaq fəziləti
və yenilikçilik xüsusiyyəti, səltənət məqamına
vəfadarlıq - bunları hamısı mənim beynimdə
özünə yer tutmuş və and içdiyim vəzifələrdir.
Lakin icazə istəyirəm ki, iyirmi yeddi il müharibədə
mənim vətənimin yolunda xidmət edən bu
qılıncı girov kimi dostlar və qardaşlarıma təqdim
edim və əgər bir gün lazım gəlsə, bu
müqəddəs yolda fəxr ilə xidmətə
qayıdıb, vətən və əlahəzrət
şahın xatirinə vuruşduğum bu qılıncla
döyüşə hazır olum".
Əsgər
xan Fətəli şahın qəzəbinə tuş gələrək
İrana
çağırılmış və öz doğulduğu
Urmiyaya getmiş, burada da vəfat etmişdir...
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir.
Azadlıq.- 2012.- 28 noyabr.- S.14.