Azərbaycan ədəbiyyat və teatrına töhfələr vermiş 2 qardaş

 

Şair Nəcəfqulu bəy Şeyda...

 

XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşayıb-yaratmış bəzi qələm sahibləri var ki, onlar haqqında yazılı mənbələrdə çox az məlumat qalıb. Belə şəxslərdən biri də Nəcəfqulu bəy Şeydadır. Mənbələrdən məlum olduğuna görə, Nəcəfqulu bəy Mirzə Məhəmmədhəsən oğlu 1858-ci ildə Şuşa şəhərində anadan olub. O, Mirzə Vəli Baharlının nəvəsidir. İbtidai təhsilini Şuşada, molla yanında alan Şeyda sonra Bakıda Hacı Zeynalabdin Tağıyevin açdığı gecə kursunda oxuyub. O, “Məclisi-üns” və “Məclisi-fəramuşan” ədəbi məclislərinin fəal üzvlərindən olub.

O, klassik üslubda yazılmış şeirlər müəllifidir. Mir Möhsün Nəvvab özünün “Təzkireyi-Nəvvab” əsərində bütün Qarabağ şairlərinin həyat və yaradıcılığından bəhs etsə də, onun haqqında çox az məlumat verir: “Nəcəfqulu bəy Mirzə Məhəmmədhəsən bəy oğlu Baharlı Qarabağ vilayəti əhalisindəndir. Baharlı Şuşaya tabe olan kəndin adıdır. 33 yaşlı, düz əxlaqlı bir cavandır. Mirzə Vəli Vidadinin övladlarındandır. Bəzən şeir də yazır. Təxəllüsü Şeydadır. Baharlı oymağının tanınmış şəxsiyyətlərindən Mirzə Məmmədhəsən bəy Vəliyevin oğlu, Əbülfət Vəlinin qardaşıdır”. Nəcəfqulu bəy quberniya idarəsində 25 ilə yaxın tərcüməçi işləyib. Onun Balaxanı kəndində neft quyuları olub.

Şairin yaradıcılığını araşdıran alim-filoloq Paşa Kərimov şairin əsərlərinin əlyazmalarından ibarət olan dəftərin Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanıldığını deyir. Bu dəftərin 62 vərəqində 114 qəzəl, 2 müsəddəs, 3 qitə, 6 müxəmməs, 2 müstəzad, 86 rübai və müxtəlif məzmunlu digər şeirlər toplanıb. Dəftərdə, həmçinin nəzmə çəkilmiş müxtəlif hekayə və rəvayətlərə, geriliyi tənqid edən şeirlərə, “Tövbənamə”yə, Mövlana Cəlaləddin Rumi, Şeyx Sədi, Hafiz, Vəhşi kimi Yaxın Şərq şairlərinin əsərlərindən tərcümələrə, farsca bir neçə qəzələ və s. əsərlərə rast gəlmək olar.

Şeirlərin qeyd edilən ən əski tarixi 1886-cı il, ən son tarix 1936-cı ildir. Buradan belə nəticəyə gəlmək olar ki, Nəcəfqulu bəy ən azı 78 il yaşamışdır. Nəcəfqulu bəyin Məhəmmədhəsən bəy adlı oğlu, Səltənət xanım adlı qızı olub.

 

“Firqeyi-əhli-zəlalət” bolşevik partiyası...

 

Şeydanın şeirləri, xüsusilə də qəzəlləri dövrünün ədəbi məclislərində yazılan şeirlərdən çox da fərqlənmir. Amma onun zəmanəsinə, quruluşa qarşı etiraz ruhunda yazılmış şeirləri də var.

1936-cı ildə yazılmış şeirlərindən birində N.Şeyda ölkədə hakim olan bolşevik partiyasını “firqeyi-əhli-zəlalət” adlandırır, İslam dinini sıxışdıran Sovet rejimini ifşa edir. Müəllif əminliklə bildirir ki, “əhli-fəsad” nə qədər güclü olsa da, haqq batil olmayacaq, bir gün qələbə çalacaq:

 

Firqeyi-əhil-zəlalət eyləyir rəhbərlik,

Əhli-islamə, xudaya, nə zəlalət, nə sitəm?

Qüvveyi-cəbr ilə, Şeyda, olamaz həq batil,

Nə qədər əhli-fəsad yağdıra xəlq içrə zələm.

 

Araşdırmaçı Ənvər ÇingizoğluSavalan Fərəcovun ortaq məqaləsində əsaslandıqları başqa bir mənbədə yazıldığına görə, Nəcəfqulu bəy həm də teatr həvəskarı olub, aktyor kimi bir sıra tamaşalarda çıxış edib. 1923-cü ildə Bakıda nəşr olunan “Azərbaycan türk teatrının müxtəsər tarixçəsi” kitabında yazılıb: “1887-ci ildən sonra türk teatrı Bakıda getdikcə tərəqqi etdi. O vaxtın cavanlarından Sultanməcid Qənizadə, Həbib bəy Mahmudbəyov və Nəcəfqulu bəy Vəliyev başlarına teatr həvəskarlarını cəm edib tamaşa göstərməyə başladılar. Bu şəxslərin teatr yolunda çəkdikləri əzab, üzləşdikləri çətinliklər heç biri vəsfə gələsi deyildir”.

Nəcəfqulu bəy Şeyda haqqındakı məqalədə Ə.Çingizoğlu və S.Fərəcov onun qardaşı Əbülfət bəy Vəliyə də xüsusi yer ayırıblar. Teatr sənəti ilə sıx bağlı olan Əbülfət bəy 1871-ci (bəzi mənbələrdə 1867) ildə Şuşada doğulub. Şuşa realnı məktəbini bitirib. Gənc yaşlarından elmə, mədəniyyətə xüsusi maraq göstərib. Gənclik çağlarından el şənliklərində yaxından iştirak edib. Bu maraqla sonralar istedadlı, mütərəqqi fikirli aktyor, rejissor və bacarıqlı teatr təşkilatçısı kimi yetişib.

 

Aktyor, rejissor Əbülfət bəy Vəli...

 

Əbülfət bəy XIX əsrin sonlarından 1918-ci ilə qədər bir çox teatr tamaşalarında çıxış edib. O illərin dövri mətbuat səhifələrində yazıldığına görə, o, səhnə əsərlərində müxtəlif xarakterli obrazlar yaradıb. Aktyor Həbib bəy Mahmudbəyovun Sultanməcid Qənizadənin hazırladıqları həvəskar tamaşalarında kiçik, epizodik, həm əsas rollarda çıxışlar edib. Bundan başqa, o, “Müsəlman Artistləri Cəmiyyəti”, “Nicat, ”Səfa" teatr truppalarında aktyorluq rejissorluq edib. Onun təşkilatçılığı sayəsində bir qrup aktyor İrəvan, Tiflis, Batum, Suxumi, İstanbul, Sevastopol, Yalta şəhərlərində qastrolda olub. Əbülfət bəy bir neçə dəfə Üzeyir bəy Hacıbəyli, Süleyman Sani Axundov Mehdi bəy Hacınski iləNicatcəmiyyətində ədəbiyyat teatr komissiyasının üzvü seçilib.

Səhnələrdə məşhurlaşan aktyor Mirzə Fətəli AxundzadəninHacı Qarakomediyasında Xəlil yüzbaşı, Nəcəf bəy VəzirovunMüsibəti-Fəxrəddinfaciəsində Cahangir bəy Fəxrəddin, Əbdürrəhim bəy HaqverdiyevinBəxtsiz cavanəsərində həkim, “Dağılan tifaq”da Əbdül rollarında dəfələrlə səhnəyə çıxıb. O, ictimaiyyət arasında Qafqazın ən istedadlı aktyorlarından biri kimi qəbul olunub. O dövrün müxtəlif mətbuat səhifələrindəbacarıqlı oyunu”, “istedadlı ifası”, “qüvvətli çıxışıhaqqında yazılar dərc olunub.

Əbülfət bəy Vəlinin rejissor kimi fəaliyyət göstərdiyi məlum olur. O, Mirzə Fətəli AxundzadəninHacı Qara”, Nəriman Nərimanovun “Nadir şah”, Nəcəf bəy VəzirovunMüsibəti-Fəxrəddin”, Əbdürrəhim bəy HaqverdiyevinDağılan tifaq”, Üzeyir bəy HacıbəylininMəşədi İbadəsərlərinə səhnə quruluşu verib. Bundan başqa, o, gənc həvəskar aktyorların yetişməsinə öz töhfəsini verib. Görkəmli aktyor Hüseyn Ərəblinskinin istedadının üzə çıxmasında onun böyük rolu olub.

1911-ci ildə Əbülfət Vəlinin səhnələşdirdiyi “Nadir şahtamaşasında Nadir şahı Hüseyn Ərəblinski, Cavadı isə Cahangir Zeynalov oynayıb. Bu, onun quruluş verdiyi ən yaxşı tamaşalardan biri idi. Həmin tamaşada Əbülfət Vəlinin sənətkarlığı, bacarığı daha qabarıq özünü göstərib. Əbülfət Vəli 1911-ci ildə müvəqqəti olaraqNicatcəmiyyətinin teatr truppasından ayrılır. Özü ayrıcaMirat” (“Güzgü”) adlı dram dərnəyi yaradır. Burada o, əsasən kiçik həcmli pyeslər tamaşaya hazırlayır. Aktyor həmin il dolanışığın çətinliyindən səhnəni atır. Daşkəndə getmək istəsə , bu səfəri baş tutmur. Qafqazın müsəlmanlar yaşayan bölgələrinə qastrola çıxır.

Öz maraqlı qaynar həyatını bütünlükdə teatr mədəniyyətinin inkişafına həsr edən Əbülfət Vəli 1918-ci il dekabrın 3-də Göyçayda vəfat edir.

Azərbaycanda ədəbiyyatın teatr mədəniyyətinin inkişafına mühüm töhfələr vermiş iki istedadlı qardaşın irsi, demək olar ki, indiyədək yetərincə araşdırılmayıb. Onlar haqqında daha çox araşdırmaya nəşrlərin buraxılmasına ehtiyac var.

 

 

Azadlıq.- 2012.- 25 sentyabr.- S.14.