AXC zabitinin repressiya olunan qardaşı

 

Qori Seminariyasının yetirməsi Əhməd ağa Gülməmmədov...

 

Keçən yazılarımızın birində Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli zabiti Osman ağa Gülməmmədov haqqında yazmışdıq. Budəfəki yazını da onun qardaşı, 37-ci il repressiyasının qurbanı Əhməd ağa Gülməmmədova həsr etməyi qərara aldıq. Çünki Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının ilk məzunlarından olan ömrünün 30 ilini xalqın maariflənməsinə sərf edən Əhməd ağanın həbsilə bağlı irəli sürülən ittihamlardan biri onun Türkiyəyə köçmüş qardaşı Osman ağa ilə əlaqə saxlaması idi...

 

Əhməd ağa Gülməmməd ağa oğlu Gülməmmədov 17 aprel 1878-ci ildə Qazax qəzasının Salahlı kəndində mülkədar ailəsində anadan olmuşdur. Öz dövrünün açıq dünyagörüşlü adamlarından biri olan Gülməmməd ağa Qarayazı qoruğunda meşəbəyi işləyirdi. O, övladlarına rus təhsili verməyi qərara almışdı. Əhməd ağa ibtidai təhsilini Salahlıda tanınmış ziyalı Əhməd ağa Mustafayevin müdir olduğu kənd məktəbində alır.

O zaman övladlarına yüksək təhsil vermək istəyən Gülməmməd ağa onların Tiflisdə oxumasına qərar verir. Tiflis Sünni Ruhani Mədrəsəsinin fondunda onun 1891-ci il tarixli ərizəsi saxlanılır. Bu ərizədə o, 9 yaşlı oğlu Əhmədin 8 yaşlı oğlu Mahmudun dövlət hesabına mədrəsəyə qəbul olunmasını xahiş edir. 1893-cü ildə Gülməmməd ağa dünyasını dəyişdikdən sonra Əhməd ağa öz böyük qardaşı Məmməd ağanın himayəsində böyümüşdür. Beləliklə, Əhməd ağa Tiflisdə müəyyən müddət oxuduqdan sonra 1897-ci ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının aşağı hazırlıq sinfinə qəbul olunur. O, 1902-ci ildə buranı bitirən 8 məzundan biridir. Əhməd ağa sonrakı həyatını bütünlüklə maarifçilik işlərinə sərf etmişdir.

Ziyalı bir müəllim kimi yetişən Əhməd ağa Gülməmmədov 1902-1904-cü illərdə Zaqatala qəzasının Balakən, Almalı, Car- Tala məntəqələrində müəllim işləmiş, az zaman içərisində bacarıqlı pedaqoq kimi yerli əhalinin hörmətini qazanmışdır. 1904-cü ildə ailə vəziyyətilə bağlı Salahlıya dönməli olan Əhməd ağa 1906-cı ilin yanvarından 1918-ci ilə qədər kənddə Mədinə xanım Vəkilovanın (Qiyasbəyli) açdığı qız məktəbində türk dilindən dərs deyir. O, qəzanın ən fəal müəllimlərindən biri olmuş, pedaqoji konfranslarda dəfələrlə maraqlı məruzələrlə çıxışlar etmişdi.

Sonralar Qori Seminariyası Qazaxa köçürüldükdən sonra Əhməd ağa Firudin bəy Köçərli, Əhməd ağa Mustafayev başqa tanınmış pedaqoqlarla çiyin-çiyinə burada çalışır. Seminariyada dərs deyərkən Səməd Vurğun, Osman Sarıvəlli, Möhsün Poladov, Əsgər Xasməmmədov, Məcid Şərifov, Osman Cəfərov, Hüseyn Nəsibov kimi şəxslər onun sevimli tələbələrindən olmuşdular. Əhməd ağa sovetləşmədən sonra Çaylı Orta Salahlıda açılan məktəblərdə müəllimlik etmiş, 1923-cü ildə yenidən Seminariyaya dəvət olunmuş, 1927-ci ilə qədər burada çalışmışdır.

 

Türkiyədəki zabit qardaşınhesabı

 

Vikipedia”da onun haqqında verilən məlumatdan bəlli olur ki, seminariyada dərs deyən Əhməd ağa 17 mart 1927-ci ildə həbs olunur. Ona qarşı sürülən ittihamda bildirilirdi ki, “1925-ci ildə gizli fəaliyyət göstərən anti-sovet Müsavat Firqəsinə üzv olmuşdur, Qarsda yaşayan qardaşı, keçmiş zabit Osman ağa qardaşı oğlu Gülməmməd ağa Gülməmmədovlarla yazışır”.

Osman ağa AXC-nin görkəmli zabitlərindən biri olmuş, bolşeviklərin Azərbaycanı işğal etməsindən sonra Türkiyəyə getmişdi. Türkiyədə o, cəsur bir hərbçi kimi ad çıxarmışdı. Beləliklə, Əhməd ağaAzÇKkollegiyasının 15 mart 1928-ci il tarixli qərarı ilə 3 il həbs cəzasına məhkum edilir.

O zaman QazaxÇK”sında Osman ağanın Gülməmməd ağanın şəxsiyyətinə ciddi maraq vardı. AzÇKonların Türkiyə vətəndaşlığına keçdiklərindən, orduya xidmətə qəbul olunduqlarından xəbərdar idi. 1 il 6 ay həbsdə yatan Əhməd ağa sonra ərizə yazıb 28 oktyabr 1928-ci ildə könüllü olaraq sürgünə yollanır. Moskvanın paylayıcı Butırka həbsxanasında onun üçün sürgün yeri Cənubi Uralın Şadrinsk şəhəri (indiki Kurqan vilayətində rayon mərkəzi) müəyyən olunur.

Əhməd ağa sürgün olunduğu yerdə rəsmi orqanlara - AzDSI prokuroruna, ÜRMIK sədri Mixail Kalininə ərizə yazaraq günahsız yerə həbs olunduğunu göstərir azad edilməsini xahiş edir. O göstərirdi ki, heç vaxt Müsavat Firqəsinin üzvü olmayıb. Qardaşı Osman ağa qardaşı oğlu Gülməmməd ağa barəsində 1920-ci ildən 1926-cı ilə qədər heç bir məlumatı olmayıb. 1926-cı ildə onlardan qəfildən məktub alıb, yazıb xahiş edirlərmiş ki, sovet orqanlarına müraciət etsin, Vətənə qayıtmaq istəyirlər, əgər icazə verilərsə, qayıdıb gələcəklər. Əhməd ağa bu məktubu götürüb lazımi orqanlara müraciət etməyə başlayır. Bu müraciət isə sonradan onun özünün əleyhinə çevrilir.

Beləliklə, Osman ağa qardaşı oğlu Vətəndən müsbət cavab gəlmədiyini görüb Türkiyə vətəndaşlığını qəbul etməli olurlar.

Sürgündə, Şadrinskdə Əhməd ağanın ərizəsini araşdıran Rıskin belə bir rəy verir ki, “...heç bir anti-sovet fəaliyyətini büruzə verməyib, siyasi fizionomiyasını üzə çıxarmayıb, qısa müddətdən bəri sürgündə olduğundan onu siyasi tərəfdən öyrənmək mümkün deyildi, ona görə vaxtından əvvəl azad edilmək vəsatətinə rədd cavabı verilsin”.

Bu müraciətlərindən sonra sürgün yerində Əhməd ağanın işinin üstünə üç il artırılır. Bu dəhşətli sürgün məşəqqətləri 1934-cü ildə bitir, o, xəstə, qocalmış zəifləmiş bir vəziyyətdə Aşqabada ailəsinin yanına gedir.

 

60 yaşlı müəllimə güllələnmə

 

Əhməd ağa həbs olunanda oğulluğu - müəllim işləyən Əhməd ağa Vəkilov ailəni (anasını bacısını) da götürüb təyinat yeri olan Lənkərana köçmüşdü. Bir müddətdən sonra o, fikrini dəyişir, ana-bacısını da götürüb Türkmənistana yollanır. Hər halda siyasi məhbusların ailəliklə sürgünə göndərilməsi təcrübəsi onu ehtiyatlı davranmağa vadar edib. Bununla o, anası Salatın xanımı azyaşlı bacısı Zəkiyyəni sürgün təhlükəsindən xilas etmiş olur.

Əhməd ağa ailəsinə qovuşduqdan sonra bir müddət Aşqabadda yaşamağa davam etir. Sonra burada şəhər məktəbində direktor işləyən oğulluğu Əhməd Vəkilov ali təhsil almaq üçün 1935-ci ildə Bakıya gəlib ADU-nun təzəcə açılmış riyaziyyat fakültəsinə daxil olduğundan, ailəliklə vətənə qayıtmalı olurlar.

Bakıda Əhməd ağa Gülməmmədov öz müəllim dostu, xalq maarif komissarının müavini, köhnə ziyalılara xüsusi rəğbəti olan Pənah Qasımovun köməyilə 46 saylı şəhər məktəbinə müəllim təyin edilir. Amma onu yenə rahat buraxmırlar. Tez-tez XDIK orqanlarına çağırıb Türkiyəyə məktub yazmasını, sürgündən qayıdanlardan xəbərçilik etməsini tələb edirlər, lakin o, bu təklifi qətiyyətlə rədd edir. Əhməd ağa onu rahat buraxmadıqlarını, tələblərinin məzmununu gizlicə Salatın xanıma deyirmiş.

Odur ki, o, 1937-ci il dekabrın 12-nə keçən gecəsürgündən qayıdan müsavatçılarla əlaqələrini bərpa edib anti-sovet böhtançı xarakterli söhbətlər aparırkimi şablon ittihamla yenidən həbsə alınmışdır. “Vay, köpək uşağı yenə gəldi!..” - gecəyarısı qapı döyüləndə həyat yoldaşına belə deyib.

Həbsin istintaq materiallarından da göründüyü kimi, dindirmələr zamanı bütün ittihamları rədd edir, heç kəsin əleyhinə ifadə vermir. Dekabrın 31-də XDIK xüsusi üçlüyünün qərarı ilə bu 60 yaşlı müəllim, ömrünün az qala 30 ilini maarifçiliyə həsr etmiş Əhməd ağaya güllələnmə hökmü çıxarılır. Ənənəvi olaraq, belə hökmlər çıxarıldıqdan bir-iki gün sonra yerinə yetirilirdi. Amma müəllim Əhməd ağa Gülməmmədov barəsində nədənsə ləngiməyə yol verilmiş, hökmü aradan bir müddət keçəndən sonra - yanvarın 16-da icra etmişlər... Görünür, onu arzuladıqları məktubu yazmağa razı salacaqlarına ümidlərini itirməyiblərmiş...

1956-cı ildə bir çox repressiya qurbanları kimi, Əhməd ağaya da bəraət verildi. Bu gecikmiş bəraət hökmü, sadəcə, gələcək nəsillər üçün tarixi bir ibrət kimi vacib idi...

 

 

Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2012.- 26 sentyabr.- S.14.