Qalatəpəningizlinləriüzə çıxır 

 

2500 yaşlı yaşayış məskəni

 

Ağcəbədi rayonu eneolit, tunc, antik dövrlərə orta əsrlərə aid yaşayış yerlərinin qalıqları ilə zəngindir. Kamiltəpə, Nərgiztəpə, Qaraköbər, Yantəpə, Qalatəpə Gavur arxı belə yerlər sırasına daxildir. Yaxın zamanlarda arxeoloqlar rayon ərazisində antik dövrə aid şəhər tipli bir yaşayış məskəni aşkar ediblər. Qədim şəhər rayonun Salmanbəyli kəndi yaxınlığında, Qarqar çayının sahilindəki təpə ərazisində yerləşir. Maraqlıdır ki, yerli əhali hansısa səbəblərdən bu sahəni Qalatəpə adlandırır.

Tikili Strabonun Uti vilayətində Ayniyana Ayanaki şəhərləri haqqındakı məlumatını, orta əsr ərəb müəlliflərinin dəfələrlə təkrar etdiyi Bərdə ilə Beyləqan şəhərləri arasında Yunan adlı şəhərin olması barədə məlumatını təsdiqləyir. Yerüstü materiallar arasında pullar var ki, XI-XII əsrlərdə burada qaynar şəhərin olmasından xəbər verir. Antik dövrə aid belə bir şəhər qalığının aşkar olunması Azərbaycan elminə böyük töhfədir”. Bunu Qazıntı işlərinə başçılıq edən Mil-Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri Təvəkkül Əliyev söyləyib. Onun sözlərinə görə, aşkar olunan yaşayış məskəninin 2500 il yaşı var.

Arxeoloqların gəldikləri ilkin rəyə görə, təpənin üst hissəsində bişmiş kərpicdən inşa olunan tikili orta əsrlərə, alt qatdakı çiy kərpicdən tikilən divarlar isə antik dövrə aiddir.

Mütəxəssislər bu qədim şəhərin yerləşdiyi məkanın da xüsusi əhəmiyyəti olduğunu önə çəkir. Qarqar çayının sahilində, Mil-Qarabağ düzənliklərinin kəsişməsində yerləşən coğrafi baxımdan da çay sulu arxlarla əhatə olunan şəhər strateji baxımdan mühüm əhəmiyyət kəsb edib.

2008-ci ildə Mil-Qarabağ düzündəki Qalatəpə şəhər yerində başlanan qazıntı işləri sonradan akademik I.Meşşaninovun rəhbərlik etdiyi ekspedisiya tərəfindən Gavurarx Qarqarçayın birləşdiyi sahədə davam etdirilmişdir. Burada Qızılvəng boyalı saxsı qablara oxşar keramika nümunələri toplanmışdır.

2009-cu ilin iyul ayından Mil-Qarabağ arxeoloji ekpedisiyası rəhbəri Təvəkkül Əliyev Salmanbəyli kəndi ərasizində Qalatəpə şəhər yerində tədqiqat aparmış altı kvadratda aparmış, qazıntı sahəsinin ümumi sahəsi xeyli genişləndirilmişdir. Qalatəpə antik dövr şəhər yerinin 150-200 m şimal-şərqindəki nekropolda 4 küp qəbir açılmış zəngin material - tunc bilərziklər, pasta muncuqlar, saxsı misdən durna çıraqları, saxsı bardaq küpələr aşkar edilmiş Tarix-diyarşünaslıq muzeyinə təhvil verilmişdir.

Qalatəpəyə olan maraq təqribən yarım əsr sonra arxeoloqların yenidən onamüraciətetməsinə səbəb olmuşdur. Hələ 1974-cü ildə isə F.Osmanov burada arxeoloji tədqiqat işləri aparmağa başlamışdır. Məlum olmuşdur ki, Qalatəpədə hələ eneolit dövründə (daş dövründən tunc dövrünə keçid mərhələsi, eramızdan VI-IV minilliklər) yaşayış olmuş, artıq eradan əvvəl birinci minillikdə şəhər tipli yaşayış məskənində sonralar isə orta əsr şəhərinə çevrilmişdir.

 

Söz açılan antik şəhər

 

Xarici görünüşünə görə Qalatəpə şəhər yerini iki hissəyə ayırmaq olar: 1,2 ha-a yaxın sahəsi olan içqala (narınqala) 7 ha-dan çox sahəsi olan bayır şəhər (rabad). Bu abidənin yerləşdiyi ərazi antik dövrdə erkən orta əsrlərdə qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının Uti vilayətinə daxil idi. Kür çayının sağ sahilində yerləşən bu vilayət qərbdə Iberiyaya qədər uzanırdı.

Cənubda şərqdə isə Albaniyanın digər vilayətləri olan Arsax Paytakaranla həmsərhəd idi. Antik yunan coğrafiyaşünası Strabon Uti vilayətində Aynian Eman şəhərinin adını çəkmiş, orta əsr ərəb müəllifləri isə (Istəxri, Müqəddəsi b.) bu ərazidə yerləşən Yunan adlı şəhər haqqında bəhs etmişlər.

Ötən il Qalatəpədə aparılan ilkin tədqiqatlar bu abidənin həmin şəhərin qalıqları olduğunu söyləməyə imkan verdi.

2009-cu ildə Qalatəpə şəhər yerində I II kvadratlara isə 2,3 m qalınlığında mədəni təbəqə tədqiq olunub, 0,7 metrlik üst təbəqənin XI-XIII əsrlərə aid olduğu müəyyənləşdirilib. Burada aşkar olunan döşəmənin üzərinə gəc məhluldan suvaq çəkilmişdir. Otağın şərq hissəsində bişmiş kərpiclərdən tikilmiş bucaq qurğusu aşkar olunmuşdur. Orta əsrlərə aid üst təbəqədən şirli şirsiz saxsı qab nümunələrinə (küpə, bardaq, nimçə, qazan,qapaq s.) metal şüşədən əşya qırıntılarına rast gəlinmişdir. Iki ədəd yerüstü-təsadüfi tapılan sikkələrdən birinin bu dövrə aid olduğunu güman etmək olar.

Qalatəpənin 0,7-6,1 m dərinlikdə açılan təbəqəsi antik erkən orta əsrlərə aiddir. Bu təbəqədə qala divarı bürcə, kvadrat şəkilli böyük bir otağa, yan divarları 2,3 m hündürlükdə çiy kərpiclə hörülmüş, küçə qalıqlarına başqa tikililərə təsadüf edilmişdir. Tikintidə istifadə olunmuş çiy kərpiclərin ölçüləri çox böyükdür. Bütün bunlar qədim Azərbaycanda gil kərpic memarlığının yüksək inkişafından xəbər verir. Antik dövrə aid alt qatlarda bişmiş kərpiclərə tez-tez rast gəlinir. Bəhs edilən təbəqənin tapıntıları arasında üzərinə al-qırmızı boya ilə həndəsi naxışlar çəkilmiş keramika nümunələri üstünlük təşkil edir. Seyrək halda daş əmək alətlərinə, metal əşyaların qalıqlarına təsadüf olunur.

 

Küp qəbirlərin hekayəti

 

Qalatəpədən 150-200 m şərqdə 4 ha-a yaxın bir sahədə antik dövrə aid küp qəbirlərindən ibarət nekropol yerləşir. Bəhs olunan şəhər yeri ilə onun əlaqəsini öyrənmək məqsədilə burada qazıntı işi aparılmış 4 küp qəbir aşkar edilmişdir. Vəfat etmiş şəxslər küplərdə müxtəlif istiqamətlərdə, lakin eyni vəziyyətdə - sol böyrü üstə bükülü dəfn olnmuşlar. Küplərin ətrafı nəfis hazırlanmışdır, üzərinə qırmızı boya ilə həndəsi naxışlar çəkilmiş müxtəlif ölçülü saxsı qablar düzülmüşdür. Dəfn küpünün içərisinə isə kiçik küpə, cam, dolça, mərhumun üstündə dəmirdən qılınc, tuncdan sancaq, zınqırov, üzük, quş maral fiqurları, pastadan müxtəlif daşlardan çoxlu muncuqlar qoyulmuşdur.

Maraqlıdır ki, küplərdən birinin üst hissəsində torpaq qəbirə rast gəlinmişdir. Burada mərhum baş tərəfi cənuba tərəf olmaqla, arxası üstə uzadılmış vəziyyətdə dəfn olunmuşdur. Qəbir avadanlığı arasında gil qablar, bəzək əşyaları s. ilə yanaşı I əsrə aid üfürülmə üsulu ilə hazırlanıb üzərinə emal çəkilmiş şüşədən kolba şəkilli ətir qabı diqqəti cəlb edir.

Mil düzü arxeoloji dövr etibarilə rəngarəng olmasına abidələrin zənginliyinə, müxtəlifliyinə görə Azərbaycan rayonları arasında xüsusi yer tutur. Bu abidələrin böyük bir qismi Ağcabədi rayonunun ərazisində, Azərbaycanın ən qədim böyük suvarma kanallarından olan Gavurarxın kənarlarında yerləşir.

Ağcabədi rayonunda müxtəlif dövrlərə aid başqa abidələrin geniş tədqiqata ehtiyacı var. Bunlara Üzeyirkənd ərazisində Qaraköbər, “Arazkolxozunda Əmirəhmədtəpəsi, rayon üzümçülük sovxozunda Qurdtəpəsi yaşayış məskənlərini, Salmanbəyli kəndi yaxınlığında Misir ehramlarını xatırladan Üçtəpə kurqanlarını başqalarını misal göstərmək olar. 1960-cı ildə Üçtəpə kurqanlarından biri qazılıb açılaraq tədqiq olunmuşdur. Buradan Kür-Araz Maykop mədəniyyətləri üçün xarakterik keramika nümunələrinin tapılması bu kurqanın tarixini (təqribən 5000 il) aydınlaşdırmağa imkan vermişdir.

 

 

Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu

 

KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2012.- 19 yanvar.- S.14.