Səhnəmizin əfsanəvi Məcnunu

 

Ölməz obrazlar ifaçısı Sarabski

 

XX əsr Azərbaycan milli musiqi mədəniyyətinin parlaq şəxsiyyətləri sırasında öz yerimövqeyi olan unudulmaz sənətkarlardan biriteatr xadimi Hüseynqulu Sarabski olub. Bütün ömrünü səhnəyə həsr edən Sarabski əsl sənət fədaisi, səhnəmizin əfsanəvi Məcnunu idi. O, 1908-ci ildən “Nicat” cəmiyyəti nəzdində “Müsəlman Opera truppası”nın yaradıcılarından birisolisti olmuşdur. Məcnun (“Leyli və Məcnun”), Şeyx Sənan (“Şeyx Sənan”), Kərəm (“Əsli və Kərəm”), Sərvər (“O olmasın, bu olsun”), Şah İsmayıl və başqa partiyaların ən yaxşı ifaçılarından biri olmuşdur.

 

Hüseynqulu Məlik oğlu Rzayev (Sarabski) 20 mart 1879-cu ildə Bakıda kasıb bir ailədə anadan olmuşdur. İki yaşında ikən atasını itirən Hüseynqulu çox ağır həyat keçirmişdir. O, əvvəllər papaqçı şagirdi, sonralar isə daşyonan, palçıq daşıyan və nəhayət, su satmaqla məşğul olmuşdur. Cəmi yarım il mədrəsədə oxumuş və bu qısa müddətdə yazıb-oxumağı öyrənmişdi.

Sarabski də bir müddət şəbihgərdanlıq etmişdir. Məlahətli səsi olan Sarabski məhərrəmlik mərasimində məsciddə ona dini havalar oxuyurdu. Gənclik illərini xatırlayan Sarabski sonralar yazırdı: “Mənim oxumağa o qədər həvəsim var idi ki, həm mərsiyə deyər, həm də minacat çəkərdim. Məhərrəmlik qurtarıb məscidlər bağlandıqdan sonra gedib oxuyan-çalana qulaq asıb çoxlu el mahnıları və muğamat öyrəndim. Bakıda o vaxtlar çox çayçı və dəllək dükanları var idi. Bekar adamlar, cahil uşaqlar işsizlikdən dəllək dükanına, çayxanaya yığışardılar. Gecələr fincan oynar, çalıb-oxuyardılar. Mənim də oxumağa həvəsim olduğundan gedib onlara qoşular, onlar üçün oxuyardım. Bakıda toylarda, qonaqlıqlarda, aşıq və dərviş oxutmaq bir adət idi. Mən də harada , orada baş idim...”.

Uşaqlıqdan musiqiyə böyük həvəsi olan Hüseynqulu 12 yaşında ilk dəfə teatr tamaşasına baxır. Bu tamaşa həvəskarların ifasında “Xan Sarabi” adı ilə qoyulmuş Mirzə Fətəli Axundovun “Sərgüzəşti-Vəziri-Xani-Lənkəran” komediyası idi. Əsl soyadı Rzayev olan Hüseynqulunun sonralar götürdüyü səhnə təxəllüsü - Sarabskibu güclü təəssüratın əks sədası olmuşdu. Elə bu gündən də teatrmusiqi Hüseynqulu Sarabskinin taleyində əbədi yer tutdu.

O vaxtlar Bakı milyonçusu Hacı Zeynalabdın Tağıyev Balaxanski (indiki Basin) küçəsində gecə kursu açmışdı. Burada Bədəlbəy Bədəlbəyəv, Həbibbəy Mahmudbəyov və Şükürbəy Əfəndiyev kimi qabaqcıl xalq müəllimləri dərs verirdilər. On səkkiz yaşlı Hüseynqulu da həmin kursda oxuyaraq, özünü çalışqan bir tələbə kimi göstərmişdi. O dövrdə teatrda oynamaq çox çətin idi, aktyorlar ciddi müqavimətlə qarşılaşırdılar. Lakin bu çətinliklərə baxmayaraq Bakıda yerli ziyalılar ayda-ildə biriki dəfə güc-bəla ilə teatr tamaşaları göstərirdilər. O dövrdə milli səhnədə H.Zərdabi, N.Nərimanov, N.Vəzirov, Ə.Haqverdiyev, M.Muxtar, S.M.Qəniyev, S.Zeynalov, B.Bədəlbəyli, H.Mahmudbəyov, M.Muradov kimi teatr həvəskarları fəaliyyət göstərirdilər.

 

Böyük səhnəyə böyük addımlar

 

Sarabski bir çox tamaşalarda müxtəlif rollarda çıxış edərək getdikcə səhnəyə alışırdı. O, ilk dəfə 1902-ci ildə N.Nərimanovun “Dilin bəlası” komediyasında Rəsul rolunda çıxış etmişdi. H.Sarabski səhnədə təkcə aktyor deyil, eyni zamanda bir dramaturq kimi də qələmini sınamışdır. O, N.Vəzirov, Ə.Haqverdiyev, S.S.Axundov və N.Nərimanov kimi görkəmli ədib və dramaturqlarla yaxından dostluq edib və onların təsiri altında hələ 1906-cı ildə “Axtaran tapar”, “Cəhalət”, “Nə doğrarsan aşına, o da çıxar qaşığına” adlı üç dram əsəri yazmışdır. Bu pyeslər bir müddət teatr səhnələrində tez-tez oynanılırdı. H.Sarabski bu pyeslərində dövrün mənəvi qüsurlarını, ədalətsizliyi, nadanlığı, cəmiyyətin eybəcərliyini tənqid atəşinə tutmuşdu.

1907-ci ildə həvəskarlar Henrix Heynenin “Əlmənsur” tamaşasını göstərirdilər. Bu tamaşada ərəb rolunu oynayan H.Sarabski axırıncı pərdədə “Hicaz” oxuyur. O zaman tamaşa zalında əyləşən gənc müəllim Üzeyirbəy Hacıbəyov H.Sarabskinin lirik-tenor səsi və muğamı incə bir tonda məharətlə oxumasından xoşu gəlir və Hüseynqulu ilə yaxından tanış olur.

H.Sarabski həmin tanışlığı belə xatırlayır: “Bir gün Qubernski (indiki Nizami) küçədə, ”Nicat" cəmiyyətinə getdiyim yerdə Üzeyir bəy mənə rast gəldi və dedi:

“Nə gözəl ”Hicaz" oxudun, çox xoşuma gəldi. Mən birLeyli Məcnunoperası başlamışam. Dedim: Oynaram. O vaxtlar Üzeyir bəy sabiqİslamiyyəhotelində yaşardı. Adresini mənə verib dedi: İki gündən sonra yanıma gələrsən. İki gün sonra getdim. Yazdığı əsərin havalarından mənə oxutdurdu. Mən çox asanlıqla oxudum. Üzeyir bəy daha da həvəsləşdi. Ondan sonra hər gün onun yanına gedir. Məcnun roluna hazırlaşırdım".

Görkəmli musiqişünas Firudin ŞuşinskiAzərbaycan xalq musiqiçilərikitabında bu barədə belə yazırdı: “Nəhayət, bir çox maneə çətinliklərdən sonraLeyli Məcnun" operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyuldu. İlk tamaşanın rejissoru Hüseyn Ərəblinski, dirijoru Əbdürrəhimbəy Haqverdiyev idi. Üzeyir bəyin özü orkestrdə skripka çalırdı. Qurban Pirimov isə sədəfli tarı ilə tamaşanı müşayiət edirdi. İlk opera tamaşası haqqında xəbər hələ xeyli qabaq hər yana yayılmışdı. Operaya bir çox şəhərlərdən teleqraf vasitəsilə bilet üçün sifariş verirdilər. Hətta Tiflis, İrəvan, Şamaxı, Gəncə digər şəhərlərdən dəstə-dəstə tamaşaçılar Bakıya gəlmişdilər...".

Leyli Məcnunoperasının ilk tamaşasını Sarabski belə xatırlayır: “Axşam teatra gələndə gördüm qapının qabağında o qədər adam var ki, içəri keçmək mümkün deyil. Dal qapıya keçdim, gördüm ora bundan betərdir. O gecə binanın dörd tərəfi camaatla dolu idi. Teatr qapılarında foyedə səs-küydən qulaq tutulurdu. Biletlər saat 4-də qurtardığına görə camaat biletsiz içəri dolmuşdu...”.

 

Sənətə həsr olunmuş 40 möhtəşəm il

 

Leyli Məcnunoperasının ilk tamaşası böyük müvəffəqiyyətlə keçmişdi. Məcnun rolunu böyük məharətlə oynayan gözəl oxuyan H.Sarabski hamını heyran etmişdi.

Hüseynqulu Sarabski ömrünün 40 ilini teatr sənətinə həsr etmişdir. Opera sənətinin fədailərindən biri olan H.Sarabski təkrarolunmaz məharətlə yaratdığı Məcnun obrazından sonra Azərbaycan musiqili teatrının bütün sonrakı tamaşalarında Şeyx Sənan, Şah Abbas, Söhrab, Kərəm, Aşıq Qərib, Şah İsmayıl, Mərcan bəy, Sərvər, Əsgər kimi baş qəhrəmanların maraqlı obrazlarını yaratmışdır. H.Sarabski opera tamaşaları ilə yanaşı dram teatrında da yorulmadan çalışmışdır. O, Azərbaycan Dram Teatrının səhnəsində aktyor kimi uğurla çıxış etmiş, eyni zamanda bir sıra pyeslərə isə rejissorluq etmişdi.

Sarabski Məcnun Kərəm obrazları kimi, Zülfüqar HacıbəyovunAşıq Qəriboperasında Qərib, Müslüm MaqomayevinŞah İsmayıloperasında Şah İsmayılın obrazlarını böyük uğurla yaratmışdır.

Böyük sənətkar aktyorluq müğənniliklə yanaşı pedaqoji fəaliyyət göstərmişdir. O, uzun illər Azərbaycan Dövlət Konservatoriyasında muğamatdan dərs demiş, Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində isə vokal sinfinə başçılıq etmişdir.

Sarabski bir opera müğənnisi kimi sonuncu dəfə 1941-ci ildə Məcnun rolunda oynamışdır. Tamaşanın sonuncu pərdəsində Məcnunun ariyasını son dərəcə kədərli oxuması onun mehriban tamaşaçıları ilə vida mahnısı kimi səslənmişdir.

1945-ci il fevralın 16-da ölüm yatağında olarkən sənət dostları Qurban Pirimov Leyli rolunun ifaçısı müğənni Həqiqət Rzayevanı yanına çağırmış gözlərini Qurbana dikərək titrək səslə demişdir:

- Qurban çal, son dəfə Leylini dinləmək istəyirəm.

Qurbanın tarını, Həqiqətin səsini eşidən müğənni əbədi olaraq gözlərini yummuşdu...

Üzeyir Hacıbəyov öz dostunun məzarı başında çıxış edərkən demişdir: “Aktyorluq dərsi oxumamış, obraz yaratmaq sənətini keçməmiş, məktəb darülfünun bitirməmiş olan Hüseynqulu Sarabski olduqca çətin mürəkkəb bir faciə təmsil edən Məcnun obrazını yaratmaq sahəsində öz-özündən elə bir məharət göstərdi ki, sair artistlər üçün bir nümunə, tam bir məktəb oldu”.

Azərbaycan opera səhnəsinin ulduzlarından biri olan Hüseynqulu Sarabski ifaçılıq sənətimizin tarixində silinməz iz qoyub getmişdir...

 

Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 19 aprel.- S.14.