TozqoparanQarapiri bəy                                  

 

Səfəvilər dövlətinin tarixində mühüm şəxslərdən biri

 

Tarixdə öz ağlı, döyüş hünəri, bacarığı cəsurluğu ilə əfsanələşmiş çoxlu şəxsiyyətlər var. Belə şəxsiyyətlər sırasında mənşəcə Azərbaycan türklərindən olan yenilməz sərkərdə dövlət xadimi Qarapiri bəy Qacarın adı da yer alır. I Şah İsmayılın ən cəsur sərkərdələrindən biri olan bu şəxsin haqqında tarixi salnamələrdə qısa, amma qeyri-adi hekayətlər var. Qəhrəmanlığına, çeviklik qətiyyətinə görə, onaTozqoparanləqəbi vermişdilər.

Azərbaycan-türk sülaləsi olan Qacarlar monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmış, Səfəvi sülaləsini Azərbaycanda İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-türk tayfalarından biri olmuşlar.

Qarapiri bəy Səfəvilər dövlətinin tarixində mühüm rol oynamış şəxslərdən biri sayılır. Tarixdən məlum olduğu kimi, I Şah İsmayılın atası Şeyx Heydərin üç oğlu vardı - Sultanəli, İbrahim İsmayıl. Demək olar ki, igid Qarapiri bəyin bütün həyatı bu üç qardaşın yanında keçib. Cəsur sərkərdə dövlət xadimi əvvəlcə onları himayə tərbiyə etmiş, sonra isə onların hakimiyyətinə xidmət etmişdir.

XV əsrdə Azərbaycanda Əmir Teymurun varisləri ilə Ağqoyunlu  Qaraqoyunlu padşahları arasında hakimiyyət uğrunda gərgin mübarizə gedirdi. Zamanla Ağqoyunluların ən görkəmli hökmdarı  Uzun Həsən öz mübarizəsində Ərdəbil hökmdarı Səfəvi hərbi-sufi təriqətlərindən səfəviyyənin başçısı Şeyx Cüneydə arxalanmaq istəyir. O, əvvəlcə öz bacısı Xədicə bəyimi ona verir, sonra isə qızı Teodora-Aləmşahbəyimi Şeyx Cüneydin oğlu şeyx Heydərə verir.

Tarixdən məlum olduğu kimi, Şeyx Heydər Şirvan üzərinə yürüş zamanı ölür. Onun ölümündən sonra Uzun Həsənin varisi Yaqub bəy Ağqoyunlu  səfəvilərin get-gedə artan nüfuzu hərbi gücü qarşısında qorxuya düşərək, Ərdəbili tutur. O, Şeyx Heydərin azyaşlı oğlanlarını əsir götürür. Sonralar 1490-cı ildə hakimiyyətə Uzun Həsənin digər oğlu Baysunqur gəlsə , bircə il sonra əmisi oğlu Rüstəm şah Ağqoyunlu  tərəfindən devrilir. Şirvanşah Fərrux Yasarın qızlarından birinə evlənmiş Baysunqur onun yanına qaçır. Rüstəm şah Şeyx Heydərin oğlanlarını azad edir Ərdəbili onlara qaytarır. Rüstəm bəy Səfəviyyə şeyxi olan Sultanəli bəydən Baysunqur onu himayə edən şirvanşahlara qarşı mübarizəsində ona kömək göstərməsini xahiş edir. Beləliklə, Sultanəli bəy həmin yürüşdə iştirak etməyə söz verir. Qarapiri bəyin adı ilk dəfə bir sərkərdə kimi tarixdə Rüstəm şahla Baysunqurun apardığı döyüşlə əlaqədar xatırlanır. Ağqoyunlu Rüstəm şah Sultanəli bəyin dəstələrini öz qoşununa qatır bu dəstələrdən birinə Qarapiri bəy Qacar başçılıq edir. Bu yürüşdə Sultanəli bəy onun dəstələri görünməmiş igidlik cəsarət nümunələri göstərirlər. Gərgin döyüşlərdə Baysunqur məğlubiyyətə uğrayır. Sultanəli bəy isə bu döyüşdə iti ağıl, mərdlik sərkərdəlik hünəri nümayiş etdirməklə özü öz qətlinə fərman vermiş olur.

 

Müstəqil Azərbaycan dövlətinə doğru

 

1494-cü ildə Sultanəli bəy igidliyindən təşvişə düşüb onu rəqib gözündə görən müttəfiqi Rüstəm şah qoşunlarını onun üzərinə yeridir. O, Ağqoyunlu Rüstəm şahın dəstələri ilə döyüşdə həlak olur, ancaq ölümündən azca əvvəl kiçik qardaşı İsmayılı səfəviyyə təriqətinin şeyxi təyin etməyə imkan tapır.

İsmayıl həddi-buluğa çatana qədər Rüstəm şahdan gizlənməli olur. Bu işdə ona öz hamiləri tərəfdarları kömək edirlər. Qarapiri bəy isə daim onun yanında olur. Nəhayət, İsmayıl 13 yaşına çatanda fəal hərəkətə keçir. Qarapiri bəy , başqa lələləri onun qərarını müdafiə edirlər. Qoşun toplanışı müttəfiqlər axtarışına başlanılır. Qərar əsasında ilk yürüşü Şirvana, Fərrux Yasarın üzərinə təyin edirlər. İsmayılın babası atası Şirvan uğrunda həlak olduqlarından, cavan şeyx ilk qələbəsini məhz burada qazanmaq istəyir. 1500-cü ilin sonlarında Gülüstan qalası yaxınlığında İsmayılın gələcək Səfəvi dövlətinin taleyini həll edən məşhur döyüş baş verir.

Bu barədə tarixi məlumatlara istinad edənVikipediayazır ki, həmin döyüşdə öz ömür-günlərini İsmayılla bağlamış ona sədaqətinə görədövlətin sütunlarıadını almış qızılbaş tayfa başçılarının hamısı iştirak edirlər. İsmayılın layiqli hərbçi hökmdar kimi yetişməsində böyük rol oynamış Qarapiri bəy digərsütunlarkimi bu döyüşdən qalibiyyətlə çıxmaq üçün ciddi səylər göstərir. Şirvanşahın yetərincə güclü sayca çoxluq təşkil edən qoşunu hələ 14 yaşı tamam olmamış cavan bir sərkərdənin qarşısında dayana bilmir. Sağ qalan şirvanlılar Gülüstan qalasında (Şamaxı) gizlənirlər. İsmayıl Bakı ÿüzərinə uğurlu yürüşündən sonra Gülüstan qalasının mühasirəsini davam etdirir. Bu zaman o,Təbrizdən narahatlıq doğuran xəbərlər alır buna görə sütunlarıyanına çağırıb soruşur: “Siz nəyə üstünlük verirsiniz, Azərbaycan taxt-tacına, yoxsa Gülüstan qalasına?”. Onlar da bir səslə Azərbaycanı istədiklərini bildirirlər. Təbriz mütləq Ağqoyunlu hakimiyyətindən qurtulmalıdır.

 

Ən önəmli döyüşdəki ən önəmli zərbə...

 

Elə bu zaman Azərbaycan hakimi Ağqoyunlu Əlvənd Mirzə İsmayılın qarşısına çıxmaq üçün Naxçıvana gəlir. Qarapiri bəy Qacar qızılbaş qoşunlarının Kürdən keçməsini təmin edir. O, həm İlyas bəy Halvaçı oğlu ilə Naxçıvana girən İsmayılın qoşunlarının ön cinahında dayanır. Onlar qızılbaşların qarşısını almaq üçün göndərilmiş dəstələri darmadağın edərək, Naxçıvana yolu açırlar.

1501-ci ildə Əlvənd Mirzə 30 minlik ordusu ilə  Şərur düzündə İsmayılın 7 minlik qoşununa hücum çəkir. İsmayıl qoşunun ortasında qərar tutur. Qarapiri bəy cinahlardan birində dayanır. Qazanılan parlaq qələbədən sonra İsmayıl Təbrizə girərək, tac qoyur şah taxtına əyləşir.

İsmayıl öz ordusunu elə həmin il İraq üzərinə göndərir. İsmayılın İraq  sultanı Muradın qoşunları 1503-cü ilin  21 iyununda  Həmədan  yaxınlığında qarşılaşırlar. Qarapiri bəy 1500 süvari ilə ehtiyatda qalır. Sultan Muradın ön cinahında qərar tutan  Qum hakimi İslamiş bəy qızılbaşların hücumunu dəf edərək qoşunun içərilərinə doğru soxulmağa cəhd göstərir. O, Şah İsmayılın qoşunun içərilərində olduğunu bildiyindən, bu cəhdlərini artırırdı. Şah İsmayılın da, döyüşün taleyi təhlükə altına düşür. Elə bu zaman Qarapiri bəy gizləndiyi yerdən çıxaraq, döyüşə qoşulur. İslamiş bəyin qoşunu tamamilə darmadağın olunur, onun özü isə əsir düşür. Sultan Muradın bu hücumdan sonra düşkün bir mənəvi duruma gətirilmiş qoşunu dağılır I Şah İsmayıl İraqi-Əcəmə Farsa sahib olur.

Təəssüf ki, “tozqoparanləqəbli sərkərdə döyüşçü Qarapiri bəy Qacar haqqındakı məlumatlar çox azdır. Amma tarix salnamələrindəki bu qısa məlumatlar da onun əsl sərkərdəlik hünərlərindən xəbər verir. Bu faktlar onun I Şah İsmayılın həyatında  Səfəvilər dövlətinin yaranmasında əvəzsiz xidmətlər göstərməsini sübuta yetirir.

 

Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 21 aprel.- S.14.