Çayçılığın inkişafına mühüm töhfələr verən alim

 

Üsyankar professorun azərbaycanlı tələbəsi

 

Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan alimlərimiz sırasında bioloqlarımız da önəmli yer tutur. Ölkəmizdə biologiya elminə gözəl töhfələr verən görkəmli bioloqlarımızdan biri professor Mirzəağa Əlizadə olub. Alimin elmi fəaliyyətində çayçılığın inkişafı ilə əlaqədar önəmli araşdırmaları var. Onun çay kolunun fiziologiyası sahəsində tədqiqatlar xüsusi yer tutur. Alim çay kolu ilə əlaqədar apardığı tədqiqatlarının nəticələrini sistemləşdirərək öz doktorluq dissertasiyasını yazmışdır. O, elmi işini 1959-cu ildə Moskva şəhərində SSRİ EA Fiziologiya İnstitutunda müvəffəqiyyətlə müdafiə edilmişdir.

Mirzəağa Hacıbala oğlu Əlizadə 1910-cu il mart ayının 15-də Bakının Əmircan kəndində doğulmuşdur. 1931-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirən gənc 1936-1940-cı illərdə Moskva şəhərində Gübrə Aqrotorpaqşünaslıq İnstitutunda aspiranturada oxumuşdur. Burada onun rəhbəri bitki fiziologiyası sahəsində görkəmli rus alimi professor Dmitri Anatolyeviç Sabin olmuşdur. Azərbaycanlı tələbə burada paxlalı bitkilər tərəfindən molekulyar azotun fiksasiyası prosesinə həsr olunmuş namizədlik dissertasiyasını müdafiə etmişdir. Dmitri Sabin o illərdə çox məşhur biri idi. O digər məşhur rus akademiki, Stalin repressiyası illərində Saratov həbsxana xəstəxanasında həlak olmuş Nikolay İvanoviç Vavilov (1887-1943) ilə birgə biologiya elmində ideoloji üsulları tətbiq etmiş akademik Trofim Lısenkonun (1898-1976) elmi əleyhdarlarından idi. Bu elmi münaqişələr əsnasında alim 1951-ci ildə Gəlincik şəhərində intihar dərəcəsinə çatdırılmışdır. Gənc azərbaycanlı Mirzəağa Əlizadə belə bir şəxsin tələbəsi idi elmi fəaliyyətini SSRİ- hökm sürən belə gərgin şəraitdə aparmalı olmuşdu. Çox gərgin bir vəziyyət yaranmışdı təbii, həmin illərin cəza tədbirləri hər an ona da toxuna bilərdi.

Daha sonralar Əlizadə öz sevimli elmi rəhbərini unutmamış, onu xoş xatirələrlə anmışdır. Əlizadə öz müəllimi professor Dmitri Sabin haqqındakı xatirələriniMüəllim gənclərin dostuadı altında qələmə almışdır. Həmin xatirələr toplusu 1981-ci ildə akademik Mirzəağa Əlizadənin ölümündən bir qədər sonra nəşr olunmuşdur.

 

Çayçılıqda ilk suvarma təcrübəsi

 

İkinci Dünya müharibəsi illərində bir çox elm adamları kimi Mirzəağa Əlizadə elmi fəaliyyətindən ayrılmaq məcburiyyətində qalmışdır. O, 1941-ci ilin iyun ayından 1943-cü ilin dekabrına kimi ordu sıralarında olmuş, Krım uğrunda gedən ağır döyüşlərdə iştirak etmişdir. Əlizadə 1944-cü ilin əvvəllərində kənd təsərrüfatı mütəxəssisi kimi ordudan tərxis olunmuşdur. O, cəbhədən qayıtdıqdan sonra dərhal elmi işlərinin başına qayıtmışdır. Alim ordudan döndükdən sonar Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutuna direktor müavini təyin edilmişdir. O, 1948-ci ildən başlayaraq, bir çox elmi tədqiqat institutlarında laboratoriya rəhbəri, Lənkəran Bölgə-Təcrübə Stansiyasının direktoru, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Elm İdarəsinin rəisi kimi vəzifələrdə çalışmışdır.

M.Əlizadənin çayçılıq sahəsindəki araşdırmaları bu sahənin inkişafı üçün qiymətli nəticələr vermişdir. Alimin təklif etdiyi yeniliklər o dövr üçün məhsuldarlıq üçün mühüm uğur əldə etmək demək idi. Beləliklə, məşhur bioloq araşdırmalarını inkişaf etdirməklə, çoxillik tədqiqatlarının nəticəsi olaraq, çayçılıq təcrübəsində ilk dəfə çay tarlalarının süni suvarılması üçün tədbirlər sistemini işləyib hazırlamışdır. Bu üsul yaşıl çay yarpağı məhsuldarlığının 2-2,5 dəfə artırılmasına imkan verirdi. Nəticədə, həmin üsul tədbir çay kollarının becərilməsi üçün tərtib olunmuş aqro göstəriciyə daxil edilmiş Azərbaycanın çay becərilən rayonlarında geniş tətbiq edilmişdir. Bundan başqa, bitkilərdə genomun qeyri sabitliyi baxımından bu məsələnin çox böyük nəzəri əhəmiyyəti var. Elə buna görə , azərbaycanlı alimin elmi araşdırmaları nəticəsində gəldiyi qənaətlər bir çox dünya alimlərinin diqqətini cəlb etmişdir. Bu faktın əsasında hibridlərdə heterozisi təyin etmək üçün yeni effektli metod təklif edilmişdir ki, bu da seleksiya prosesinin xeyli intensivləşməsinə yardım edir. M.Əlizadə elmi tədqiqatlarında genetik proseslər zamanı nuklein turşularının xüsusilə, DNT quruluşunda baş verən dəyişikliklərin öyrənilməsi, bu prosesə stimuledici ləngidici amillərin, həmçinin fiziki kimyəvi mutagenlərin təsiri istiqamətlərində işlər aparmışdır. Onun bu istiqamətdəki işləri tələbələri həmkarları tərəfindən davam etdirilməkdədir.

 

Elmə fəda olunmuş bir ömür

 

M.Əlizadənin elmi dərəcələri mükafatları dəyərli bir ömür yaşayan elm xadiminin keçdiyi layiqli yolun sonunda qazandığı parlaq nəticələrdir. 1959-cu ildə biologiya elmləri doktoru, 1962-ci ildə professor, 1968-ci ildə AMEA-nın müxbir üzvü, 1980-ci ildə AMEA-nın həqiqi üzvü dərəcələrini almışdır. Alim fəaliyyəti dövründə SSRİ-nin ikiŞərəf  Nişanıordeni (1946 1966) müxtəlif medalları ilə təltif edilmişdir. M.Əlizadə 1962-ci ildən ömrünün sonuna qədər Azərbaycan EA Genetika Seleksiya İnstitutunda Bitkilərin Fizioloji Genetikası Laboratoriyasına rəhbərlik etmişdir. Sözün həqiqi mənasında, Azərbaycan biologiya elminin inkişafında M.Əlizadənin əməyi çox böyükdür. Onun zəngin elmi irsi gələcək üçün misilsiz bir xəzinədir. Məşhur bioloq 200-dən artıq elmi məqalənin, monoqrafiya dərsliklərin müəllifidir. Onun rəhbərliyi altında 15 elmlər namizədi 4 elmlər doktoru dissertasiyası müdafiə edilmişdir. Görkəmli alimin elmi nailiyyətləri indi davamçıları tərəfindən uğurla davam etdirilir elmimizin inkişafında yeni səhifələr açır.

Akademik M.A.Əlizadənin Azərbaycan neft sənayesinin görkəmli nümayəndəsi Murtuza Muxtarovla qohumluq əlaqələri olmuşdur. O, fəaliyyəti dövründə bir çox görkəmli alim ictimai xadimlərlə, o cümlədən Vəli Axundov, İdris Axundzadə, Mirəli Axundov, Əbdürrəhman Güləhmədov, Validə Tutayuq başqa nüfuzlu şəxslərlə dostluq münasibətləri saxlamışdır.

Mirzəağa Əlizadə 1981-ci il may ayının 5-də Bakıda vəfat etmiş, Əmircan kəndində dəfn olunmuşdur.

 

Azadlıq.- 2013.- 3 avqust.- S. 14.