Azərbaycan tarixində iz qoyan Musabəyovlar

 

İrəvan Müəllimlər Seminariyasının məzunu Vahid bəy

 

Azərbaycan tarixində bir neçə görkəmli simanın adını yaşadan soyadlar arasında Musabəyovlar da var. Həmin şəxslərdən bizim üçün ən məşhur olanı, heç şübhəsiz, “Neft milyonlar səltənətindəəsərinin müəllifi İbrahim Musabəyovdur. Amma bu yazıda həmin tanınmış yazıçı ilə bərabər, soyun daha iki daşıyıcısı haqqında da söz açacağıq.  

Məşhur soyun nümayəndələrindən biri İrəvan Müəllimlər Seminariyasının məzunu Vahid Musabəyovdur ki, o, ömrünü bütünlükdə ölkədə maarifçiliyin yayılmasına savadsızlığın aradan qaldırılmasına həsr etmişdir.

Vahid Musabəyov 1864-cü il avqust ayının 1-də Qəbələ rayonunda (keçmiş Qutqaşen) kəndli ailəsində doğulmuşdur. İrəvan Müəllimlər Seminariyasında təhsil alan gənc burada  dünya Azərbaycan ədəbiyyatının məşhur nümayəndələrinin əsərlərini oxumuş yüksək təhsilli pedaqoq kimi yetişmişdir. Oxuduğu dövrdə Fonvizin, U.Şekspir, N.M.Karamzin, A.S.Puşkin, M.Y.Lermontov, N.V.Qoqol, M.F.Axundov, İ.S.Turgenev, L.N.Tolstoy digər tanınmış yazıçı şairlərin əsərləri ilə yaxından tanışlıq V.Musabəyovun dünyagörüşünə böyük təsir göstərmişdir. Tədqiqatçıların araşdırmalarına görə, Musabəyov seminariyanın ən istedadlı tələbələrindən biri olub. Seminariyada oxuduğu zaman çəkdiyi xəritələr digər əl işləri onun yaradıcı bir tələbə olduğundan xəbər verir. Həmin əl işləri Rusiyanın, Qafqazın, İspaniyanın, Portuqaliyanın, Italiyanın, Norveçin, İsveçin, Danimarkanın, Amerikanın coğrafi xəritələridir. Musabəyovun işlədiyi xəritələrdə seminariya müəlliminin qeydləri var.

1889-cu ildə seminariyanı uğurla bitirən gənc ibtidai sinif müəllimi statusu alır. Gənc müəllim Nuxa qəzasındakı doğma Qutqaşen kəndində 1 sinifli məktəbə müəllim təyin edilir. 1882-ci ildə açılan Qutqaşen kənd məktəbi Nuxa qəzasında ilk xalq məktəbi idi. Bu, 3 şöbədən ibarət birsinifli məktəb idi. Məktəbdə tədris Azərbaycan rus dillərində aparılırdı. Burada hesab, coğrafiya, tarix, təbiətşünaslıq rəsm fənləri tədris edilirdi. Həmin məktəbin ilk müəllimi onun müdiri Zaqafqaziya Müəllimlər Seminariyasının ilk məzunlarından olan maarifçi ziyalı Rəşid bəy Əfəndiyev idi. Məktəbdə rus Azərbaycan dili dərsləri səs üsulu ilə K.D.Uşinski A.O.Çernyayevskinin dərslikləri əsasında aparılırdı.

Vikipedia”nın yazdığına görə, V.Musabəyov 1925-ci ildə Nuxa dairəsindən Ümumrusiya müəllimlər qurultayına nümayəndə seçilmiş, 1931-ci ildə isə Azərbaycan müəllimlər qurultayının nümayəndəsi olmuşdur. Tanınmış pedaqoq Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 15 oktyabr 1932-ci il tarixli fərmanı iləƏmək qəhrəmanıadına layiq görülmüşdür.

13 may 1943-cü ildə 79 yaşında dünyasını dəyişmişdir.

 

Neft milyonlar səltənətindəəsərinin müəllifi

 

Azərbaycan ədəbiyyatında tanınmış imzalardan biri yazıçı İbrahim Musabəyovdur. O, Azərbaycan tarixində görkəmli yazıçı maarifçi kimi tanınmışdır.

İbrahim Mehdi bəy oğlu Musabəyov 1880-ci ildə Qəbələ rayonunda anadan olmuşdur. İlk təhsilini doğma Qutqaşında alan İ.Musabəyov 1898-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasına daxil olmuşdur. 1902-ci ildə oranı bitirən İbrahim bəy Şəki şəhərindəki üçüncü rus-tatar məktəbində müəllimliyə başlayır. 1911-ci ildə Bakıya gələn gənc pedaqoq birinci rus-tatar məktəbində boş olan müəllim yerini tutmaq üçün həmin ilin oktyabr ayının 6-da müəllimlər komissiyası qarşısında imtahan verir. Bu imtahandan uğurla keçən pedaqoq o vaxtdan müəllimlik fəaliyyətini Bakıda davam etdirir.

Həmin illərdə XX əsrin demokratik əqidəli müəllimləri yazıçıları Qafur Rəşad Mirzəzadənin redaktorluğu ilə çıxanMəktəbjurnalında şeir, hekayə məqalələrlə tez-tez çıxış edirdilər. Jurnalın müəllifləri arasında Nəriman Nərimanov, Süleyman Sani Axundov, Şəfiqə Əfəndizadə, Abdulla Şaiq, Rəşid bəy Əfəndiyev, Əli Fəhmi, Əlicabbar Orucəliyev başqa tanınmış simalar vardı.

Bu dövrdə, 1913-cü ildən ədəbi fəaliyyətə başlayan İ.Musabəyov da öz hekayələriniMəktəbjurnalında, iri həcmli əsərlərini isə müxtəlif nəşriyyatlarda kitabça şəklində çap etdirirdi.

İ.Musabəyovun əsərləri arasında ideya məzmun baxımından diqqəti daha çox cəlb edən bu gün aktuallığını itirməyən əsəriNeft milyonlar səltənətindəpovestidir. Əsər ilk dəfə 1916-cı ildə kitab şəklində çap olunmuşdur. Povest inqilaba qədərki neft sənayesi sahiblərinin, pul hakimiyyətinin Azərbaycan mənzərəsini yaradan əsərlər içərisində xüsusi yer tutur.

Müəllifin bu əsəri nəşr olunduqdan sonra geniş çevrənin diqqətini cəlb edir. 1916-cı ildə həmin povest əsasında A.D.Panova-Potyomkinanın ssenarisi üzrə "Filma" adlı fransız kino şirkəti dörd seriyadan ibarət kinofilm çəkir. Burada rus kino ustaları ilə yanaşı, məşhur Azərbaycan aktyoru Hüseyn Ərəblinski, xanəndə Cabbar Qaryağdı oğlu, tarzən Qurban Primov, Mirmahmud Kazımovski iştirak etmişdilər. Bundan başqa, Musabəyovun daha bir əsərinin motivləri əsasında 1980-ci ildəQızıl uçurumfilmi çəkilmişdir.

İbrahim Musabəyov Qazağıstanın Qaraqanda şəhərinə sürgün edilmiş 1942-ci ildə orada vəfat etmişdir.  

 

Məşhur tibb alimi Ümnisə xanım

 

Qəbələ torpağının yetişdirdiyi parlaq bioqrafiyalı Musabəyovlər sırasında Azərbaycanın görkəmli elm xadimi, oftolmoloq  Ümnisə xanımın da adı var.

Ümnisə xanım Süleyman qızı Musabəyova 1902-ci ildə Qəbələ rayonunda anadan olmuşdur.

Ali tibb təhsili alan Ümnisə xanım 1936-cı ildə tibb elmləri doktoru adına, 1943-cü ildə professor adına, 1957-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, əməkdar elm xadimi adına layiq görülmüşdür. Görkəmli alim 1945-ci ildən ömrünün sonunadək indiki Azərbaycan Tibb Universitetinin göz xəstəlikləri kafedrasına başçılıq etmişdir. O, traxoma, qlaukoma xəstəlikləri, görmə sinirinin patologiyası ilə bağlı elmi tədqiqatlar aparmış bir çox əsərlər yazmışdır. Alim xanım ayrı-ayrı illərdə müxtəlif dünya miqyaslı toplantı konqreslərdə iştirak etmiş, geniş ictimai fəaliyyətlə məşğul olmuşdur. 1958-ci ildə Brüsseldə keçirilən Ümumdünya oftalmoloqlar konqresinin iştirakçısı, Sovet Sülhü Müdafiə Komitəsinin (1955-1974), Sovet Qadınları Komitəsinin (1963-1974) üzvü, Azərbaycan Oftalmaloqlar Cəmiyyətinin sədri (1957-1974) olmuşdur. SSRİ Ali Sovetinə (5-6-cı çağırış), Azərbaycan SSR Ali Sovetinə (4-cü çağırış) deputat seçilmişdir. Görkəmli alim “Lenin” ordeni müxtəlif medallarla təltif olunmuşdur.

Ümnisə xanım Musabəyova 1974-cü ildə vəfat etmişdir.

 

Azadlıq.- 2013.- 8-11 avqust.- S. 14.