Cavanşirlər
soyundan iki sərkərdə
qardaş
Mehdiqulu xanın yenilməz
sərkərdələri
Azərbaycanın məşhur soylarından
biri olan Cavanşirlər adları
tariximizə əbədi
yazılan çox sayda şəxsiyyətlər
yetişdirmişdir. Bu soyadın daşıyıcılarından
olan Hacı Ağalar bəy və onun qardaşı
Rüstəm bəy də də zəmanəsinin tanınmış
şəxslərindən sayılırdı.
O, Pənahəli xanın
qardaşı nəvəsi,
Qasım bəyin dördüncü oğlu
idi.
1758-ci ildə Şuşa
şəhərində anadan
olan Ağalar bəy mədrəsə təhsili almış, gənc yaşlarından savaş sənəti ilə məşğul olmağa başlamışdı.
O, qardaşları Hacı
Bəylər bəy və Rüstəm bəylə bərabər
Mehdiqulu xana xidmət edirdi. Qardaşları çox sevən
Mehdiqulu xan onlara Qarabağ ərazisində böyük
imkanlar vermişdi.
Hacı Ağalar bəy Zabux, Şəki, Qarakilsə, Əngələvüd, Daşkənd,
Qubadlı, Yuxarı
Hal kəndlərinin, Hacıağalarbəyli,
Şükür-Muğanlı, Bərgüşadlı, Əliyanlı,
Tatar, Tatarlı, Xocamusaqlı,
Eyvazsərkarlı, Zodmanlı,
Çullu obalarının
sahibi idi. O, 1810-cu il hadisələrində
atası Qasım bəylə bərabər
Abbas Mirzənin qoşunlarına qarşı
göstərdiyi səylərə
görə kapitan rütbəsi ilə mükafatlandırılmışdı. Hacı Ağalar bəy xanlıq dönəmində
Sisyan, Tatev, Bərgüşad mahallarının
naibi, Zəngəzur ellərinin kələntəri
olmuşdu.
Cavanşirlər soyunun tədqiqatçılarından
olan Ənvər Çingizoğlu bu tarixi araşdırarkən,
Hacı Ağalar bəylə bağlı bütün tarixi faktları əhatəli şəkildə oxuculara çatdırmışdır. 1822-ci ildə sonuncu Qarabağ hakimi Mehdiqulu xan Cavanşir
İrana qaçandan sonra onun yaxınları
gözdən salındı.
Hacı Ağalar bəyi tutub Rusiyanın dərinliklərinə sürgün
etmək istədilər.
Lakin o bu dəfə xilas olmağı bacardı. 1826-cı ildə Hacı Ağalar bəy Şuşada ruslara qarşı qiyam qaldırıb, İrana keçdi. Abbas Mirzə ona
xan ünvanı verib, ordusunun bir dəstəsinə başçı qoydu.
Bundan sonra Hacı Ağalar xan ruslara qarşı bütün savaşların
başında durmağa
başladı. O, Qacar
ordusunda Qarabağ atlı dəstəsinin
sərkərdəsi idi. K.N.Smirnov yazır: “İsmayıl Mirzənin rusların üzərinə
hücumu Gorusun şərqindən oldu. Naxçıvan alayının süvariləri
Hacı Ağaların
(Qarabağ atlılarının
başçısı) başçılığı
altında Naxçıvan
yolu ilə irəliləyib, Xınzirək
və Gorus arasında rusları mühasirə etdilər.
Ruslardan
6 dağ topu və 1000 nəfər əsir götürdülər.
Hacı Ağalar xan başqa bir hücumda, Həkəri çayının yaxasında,
rus qoşununa xeyli ziyan vurmuş
və əsir götürmüşdü”.
Tarixi qaynaqlarda yazılanlar
Tarixçi Mirzə Yusif Qarabaği yazır: “O gecə bir nəfər
ruslardan üz döndərib, qızılbaşlarla
birləşən Hacı
Ağalar bəy Qarabağlının yanından
gəlib, rusların kənddən çıxıb
harasa naməlum bir tərəfə getdiklərini xəbər
verdi. Bu xəbərdən qızılbaş
qoşunlarının içərisinə
qorxu və həyəcan düşdü.
Qorxudan gecə qoşunun yerini dəyişdilər.
O yerlərdə olan Pirsəng təpəsində
səngər qazıb,
vuruşu gözləyirdilər.
Sübhə yaxın ayrı bir xəbər
gəldi ki, ruslar öz qoşunları ilə birləşmək üçün
Şuşa qalasına tərəf getdilər.
Abbas Mirzə
1826-cı ildə Azərbaycanda
yürüşdə olarkən,
Bərgüşad mahalında
Hacı Ağalar xangildə qonaq qalmışdı. Tarixçi Mirzə Yusif yazır: “Abbas Mirzə bu şad
xəbəri eşitdikdən
bir sonra ordunu ordaca qoyub,
Gorunruz kəndinə gəldi. Burda ölən və
əsir düşən
rusların başçıları
ilə birlikdə sayı 300 nəfər idi. Əsirlərin içərisində polkovnik Nazımov və mayor Kovalenski də var idi.
Abbas Mirzə onları Gorunruz kəndinə Hacı Ağaların yanına qonaq gətirdi”. Hacı Ağalar xan
torpaqlarının azad
olunmasını istəyirdi.
O inanırdı ki, Abbas Mirzə Qarabağı ruslardan təmizləyib, xanlığı
bərpa edəcək.
Ümumiyyətlə, Cavanşir elinin
Sarıcalı oymağının
Behbudalılar tayfası
həmişə Qarabağ
xanlarını dəstəkləmişdilər.
Mehdiqulu xanın ən inandığı adamlar bu tayfadan çıxmışdılar.
Xan İranda olarkən qardaşlarından çox
Hacı Ağalar xanın ruslar tərəfindən dustaq edilmiş kiçik qardaşı Rüstəm
bəyi arzulamışdı.
Qarabağın adlı-sanlı bəylərindən
tarixçi Mirzə Adıgözəl bəy Abbas Mirzənin əlində əsir olarkən həyatına qarşı Rüstəm bəyi zamin göstərmişdi. Hətta Mehdiqulu
xana hədə dolu məktub da göndərmişdi.
Məktubda yazılırdı:
“...Xan, mən bu zəncirə düşəndən özümü
ölmüş bilirəm.
Lakin bu qədər var ki, mən
burada ölən kimi, ruslar da
Qalada dustaq olan bəyləri öldürəcəklər. İstəmirəm ki, mənə
görə o qədər
bəylər ölsün.
Xüsusilə Rüstəm bəy”.
Mehdiqulu xan bu məktubu
alıb, oxuyandan sonra Hacı Ağalar xanı çağırtdırıb, Kərim
xanla bir yerdə Naibəssəltənənin
yanına yollamışdı.
Abbas Mirzə Hacı Ağalar xanı dinləyib, Mirzə Adıgözəl bəyi
öldürməkdən vaz
keçmişdi. Mirzə Adıgözəl
bəy qaçmaq fikrinə düşəndə
onu dardan Hacı Ağalar bəy qurtarmışdı.
Hacı Ağalar xan 1834-cü ildə İranda vəfat etmişdir. Hacı Ağalar
xanın törəməsi
Qarabaği soyadını
daşıyır.
Mayor rütbəli
Rüstəm bəy
Hacı
Ağalar xanın qardaşı Rüstəm
bəy də dövrünün tanınmış
simalarından biri olmuşdur.
Qasım
bəyin yeddinci oğlu Rüstəm bəy də Şuşa şəhərində
dünyaya göz açmış, mədrəsə
təhsili almışdı.
O, Mehdiqulu xanın sevimli bəylərindən
sayılırdı. Xanın getdiyi
hər yerdə Rüstəm bəy də vardı. O, divanxanada möhrdar vəzifəsin icra edirdi. Rüstəm bəy görkəmli
sərkərdə idi.
Ruslar Qarabağı ələ keçirəndən sonra
Mehdiqulu xanın yaxın adamlarına hərbi rütbələr
vermişdilər. Onlar Rüstəm
bəyə kapitan rütbəsi versələr
də, öz tərəflərinə çəkə
bilməmişdilər. 1822-ci ildə xan
İrana qaçandan sonra Rüstəm bəyi tutdular. Amma sonra da azad
etdilər. Rüstəm bəyin başı qardaşlarına görə
də çox bəlalar çəkmişdi.
Öncədən İrana qaçan
qardaşları Feyzi bəy, Fərzi bəy, Baxşalı bəyin üstündə
xain damğası vardı. 1826-cı ildə də digər qardaşları Hacı Ağalar bəylə Hacı Bəylər qiyam qaldırıb, Arazın o
tayına qaçdılar.
Rüstəm bəyi tutub
zindana saldılar.
Rüstəm bəy Şuşa zindanında
dustaq yatarkən qardaşları İran tərəfindən ruslara
qarşı vuruşurdular.
Rüstəm bəy 1826-cı ildə Bakı şəhərinə sürgün
olunmuşdu. 1827-ci ildə Mehdiqulu xan qayıdıb, Qarabağa gəldi. Bütün tərəfdarları kimi Rüstəm bəy də bağışlandı.
Rüstəm bəyə bağlı
torpaqlar alınıb,
dövlət (xəzinə)
hesabına keçirilmişdi.
Sonralar ümumi bağışlanmada
torpaqların bir hissəsi sahiblərinə
qaytarıldı. Bu zaman Rüstəm bəy Gülablı, Keşişkənd, Gorunzur,
Edilşahlı, Süleymanlı,
Qazıyan adlı kəndlərin, Mollagülüsərkarlı,
Hüsənsərkarlı, Şahverdisərkarlı, Qaraçı-Türkman,
Hacılar və Əhmədli obalarının
sahibi idi. Rüstəm bəy mayor rütbəsi ilə Qarabağ atlı
alayında xidmət etmişdi. Sonra o, Zəngəzur qəzasına naib təyin edilmişdi.
Tarixi faktlara görə, Rüstəm bəy Şuşa
şəhərində daim
bir-biriylə mübarizə
aparan iki qrupdan birinin, Cavanşir qrupunun başçısı idi.
Əks tərəfə, Kəbirli
qrupuna Mirzalı bəy Hacı Hüseynəli bəy oğlu başçılıq
edirdi.
Rüstəm bəyin törəmələri
hazırda Rüstəmbəyov
soyadını daşıyırlar.
Azadlıq.- 2013.- 12 avqust.- S. 14.