Azıx mağarasını kəşf
edən “patriarx”
Sovet tarixçilərini susduran alim
Azərbaycan arxeologiya elminin tədqiqatçılarından söz düşəndə,
ağla gələn
ilk ad görkəmli alimimiz
Məmmədəli Hüseynov
olur. Onun arxeologiya sahəsində
gördüyü işlərin
dəyəri misilsiz və əvəzolunmazdır.
M.Hüseynov Azərbaycan arxeologiya
elmində paleolit məktəbinin banisi sayılır. Alimin ən
önəmli xidməti,
heç şübhəsiz,
Qarabağ bölgəsindəki
Azıx paleolit düşərgəsinin tədqiq
edilməsi olmuşdur.
Azərbaycanlı arxeoloq alimin mühüm tapıntılarına
qədər sovet tarixçiləri daş dövründə Azərbaycan
ərazisində həyat
olmadığını iddia
edirdilər. Bu sahənin
gənc tədqiqatçısı
kimi fəaliyyətə
başlayan M.Hüseynov
deyilənlərin cəfəngiyyat
olduğunu anlasa da, həmin iddiaları boşa çıxarmaq üçün
əsaslı dəlillər
tələb olunduğunu
da bilirdi. Beləliklə, gənc alim
ölkənin hər yerində daş dövrü insanlarının
izinə düşməyə
başladı. 1953-cü
ildə o, paleolit dövrü üzrə məşhur mütəxəssis
S.N.Zamyatinlə birlikdə
Şirvan və Qazax bölgələrində
kəşfiyyat axtarışlarına
qoşuldu. Gözlənilən
axtarışlar nəticəsini
verdi və
Qazax rayonu ərazisində Damcılı
paleolit düşərgəsi
üzə çıxarıldı.
Bu düşərgənin tapılması həmin əsassız iddiaları boşa çıxardı
və Azərbaycan arxeologiya elmində yeni bir səhifə
açdı. 1960-1986-cı illərdə M.Hüseynovun
rəhbərliyi ilə
Azıx qədim insan düşərgəsində
aparılan kompleks arxeoloci tədqiqatlar isə dünya miqyasında mühüm faktların aşkara çıxarılmasına əsas
verdi. Azərbaycanlı
alim ölkəmizin ərazisində qədim insan məskənləri tarixinin 1,2 milyon
ildən artıq olduğunu sübut etdi.
Məmmədəli Hüseynov 1922-ci il aprelin 3-də Qazax rayonunun Mollacəfərli kəndində
dünyaya göz açmışdır. Kənd orta
məktəbini gənc
Məmmədəli sonra
hərbi xidmətə
çağırılmış,
1941-1945-ci illərdə qanlı
döyüş meydanlarından
keşməkeşli bir
yol keçmişdir.
Müharibədən sonra M.Hüseynov Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunmuşdur
(1946-cı il). 1951-ci ildə universiteti
bitirərək Azərbaycan
Tarixi Muzeyində əmək fəaliyyətinə
başlamışdır.
Qədim əcdadlarımızın izinə doğru
Gənc
alim 1960-cı ildə
Tbilisidəki Arxeologiya,
Etnoqrafiya və Tarix institutunun Elmi Şurasında “Aveydağ paleolit düşərgələri” adlı
namizədlik dissertasiyasını
müdafiə edərək
tarix elmləri namizədi alimlik dərəcəsinə layiq
görülmüşdür.
Qarabağ ərazisindəki qədim
ərazilərin tədqiq
olunması gənc alimi hamıdan çox cəlb edirdi. Quruçayın sol sahilində yerləşən
Azıx mağarası
isə onun böyük ümid bəslədiyi ən önəmli obyekt idi. O, bu inamla da 60-cı illərin əvvəllərində
Azıx mağarasında
ilkin kəşfiyyat işlərinə başladı.
Ekspedisiya rəhbəri kimi,
o, axtarışlarının mütləq nəticə
verəcəyinə inansa
da, tədqiqat prosesləri uzanırdı.
Akademiya rəhbərliyi artıq ekspedisiyanı dayandırmağı
qərarlaşdırırdı.
Nəhayət, alimin gözlədiyi
baş verdi.
1968-ci ilin yayında
Məmmədəli Hüseynov
Azıx mağara düşərgəsindən daş
alətlər və daşlaşmış heyvan
sümükləri aşkara
çıxardı. Amma bunlar
növbəti tapıntının
yanında kölgədə
qalacaq bir şey idi. M.Hüseynovun buradan tapıb
çıxardığı ibtidai insanın alt çənə sümüyünün
bir hissəsi bütün dünyaya səs saldı. Həmin çənə sümüyünün
350-400 min əvvəl burada
yaşamış 18-22 yaşlı
qadına məxsus olduğu sübuta yetirildi. M.Hüseynovun Azərbaycan arxeologiya
elminin patriarxı adı alması da, əsas etibarı
ilə, bu unikal tapıntı ilə bağlıdır.
Görkəmli alimin sonrakı tədqiqat işləri də əsasən bu istiqamətə yönəldi. Ümumiyyətlə, burada kompleks
arxeoloji tədqiqatlar zamanı 10 arxeoloji təbəqə qeydə alınaraq tədqiq olunmuşdur. Axtarışlar
zamanı Azıx düşərgəsinin müxtəlif
təbəqələrdən 7 mindən artıq daş məmulatı və 900 mindən artıq heyvanlara məxsus sümük qalıqları tapılmışdır.
Azərbaycanlı alimin bu unikal
tapıntısı çoxlarını
narahat etmişdi. Xüsusən, o vaxt Moskvada bir
çox mühüm mövqelərdə çalışan
ermənilər alimin bu uğuruna kölgə salmaq üçün dəridən-qabıqdan
çıxırdılar. Elə buna görə də, onun bu
mövzuda yazdığı
doktorluq dissertasiyasının
müdafiəsi də
ləngiyirdi.
Başıbəlalı doktorluq işi
Alimin Azıx
tapıntıları ilə
əlaqədar işlədiyi
“Azərbaycanın qədim
paleoliti” adlı doktorluq dissertasiyası uzun zaman “müdafiəsiz”
qaldı. Bu barədə
xatirələrini yazan
tarixçi alim Qafar Cəbiyev deyir ki, müdafiə
işinin necə baş tutmasını arxeoloq Fazil Osmanovdan eşidib. Arxeoloqların Düşənbədə keçirilən Ümumittifaq
konfransında iştirak
edərkən F.Osmanov
paleolit dövrü üzrə çox yaxşı mütəxəssis
kimi tanınan Vadim Aleksandroviç Ranovla görüşüb.
O, M.Hüseynovu soruşub
və alimi Azıx mağarasına dəvət etmədiyinə
təəssüfünü ifadə edib. F.Osmanovun dediklərindən:
“Mən qəti etiraz etdim. Dedim
ki, elə şey ola
bilməz. Təki sən Bakıya
gəl, Məmmədəli
Hüseynovla birlikdə
mən özüm səni Azıxa apararam. Növbəti həftənin tamamında
Ranov artıq Bakıda idi. Biz Məmmədəli ilə
birlikdə Ranovu Azıxa apardıq, materiallarla tanış
etdik. İnanın, Ranov o qədər
sevinirdi ki, sanki dünyanı ona bəxş etmişdik. Bakıya dönərkən Ranov Məmmədəlidən
doktorluq işinin nə vəziyyətdə
olduğunu soruşdu.
Məmmədəli dinənədək
mən özüm Ranova cavab verdim:
“İş çoxdan
hazırdır, amma nədənsə ötür-ötürə
salaraq illəri bada verir. Ranov vəziyyətin
nə yerdə olduğunu dərhal anladı və israrla Məmmədəliyə
işi ona verməyi xahiş etdi. Axşamı İçərişəhərdə
- Karvansarayda birlikdə
şam etdik. Elə orada Məmmədəli doktorluq işinin əlyazmasını ona təqdim etdi. İki həftə sonra məlum oldu ki, Ranov Məmmədəlinin
dissertasiyasını oxuyub,
redaktə edib, yenidən makinada yazdırıb və müsbət rəylə birlikdə özünə
qaytarıb”.
Beləliklə, azərbaycanlı alimə
bu dəyərli işi müdafiə etmək də nəsib oldu. Həmin dövrdə
arxeologiya üzrə Bakıda müdafiə şurası olmadığına
görə, M.Hüseynov
doktorluq işi üçün Kiyevi seçdi. O, dissertasiya
işini Ukrayna Arxeologiya İnstitutunun müdafiə şurasına
təqdim etdi. Alimin dissertasiya işinin müzakirələrində iştirak
edən tarixçi alim Q.Cəbiyev bildirir ki, onun
dissertasiyasına Ukraynanın
görkəmli arxeoloqları
P.P.Toloçko, B.B.Boriskovski,
V.V.Qladilin və başqaları çox yüksək rəylər
vermişlər. Yeganə mənfi
rəy verən aparıcı müəssisə
- SSRİ Arxeologiya İnstitutunun
Leninqrad bölməsi
olub. Bunun da əsaslı
səbəbləri var
idi. Erməni diktəsi ilə
hərəkət edən
bir çox qurumlar kimi, burada da azərbaycanlı
alimə əngəl törətmək istəyirdilər.
Amma onların bu çirkin əməlləri
baş tutmadı.
Nüfuzlu Ukrayna arxeoloq alimi P.P.Toloçkonun xoş niyyəti nəticəsini
verdi. Müdafiə şurası onun rəyini və münasibətini əsas götürüb M.Hüseynovu
yekdilliklə müdafiə
etdi. Bununla, 1985-ci ildə Məmmədəli
Hüseynov layiq olduğu elmi dərəcəni, tarix elmləri doktoru alimlik dərəcəsini
ala bildi.
İki il sonra
isə ona professor dərəcəsi verildi.
Böyük alimin öz gərgin zəhməti sayəsində Azərbaycan
arxeologiya elmində açdığı cığır
yeni bir yolun başlanğıcı
oldu və onun ardıcılları tərəfindən uğurla
davam etdirilməyə
başladı.
Görkəmli arxeoloq alim 1994-cü ilin 5 iyulunda vəfat etmişdir.
Azadlıq.- 2013.- 13 avqust.- S. 14.