İrəvan xanlarının varisləri

   

Nəslin ən məşhurları

 

Azərbaycanın məşhur soylarından olan İrəvanskilərin kökləri İrəvan xanlığını təmsil edən görkəmli şəxslərin nəslinə gedib çıxır. Tarixdən məlum olduğu kimi, İrəvan xanları hələ lap qədimlərdən Naxçıvan xanları ilə qohum olublar. İrəvan xanı Hüseynəli xan Qacarın qızı Tükəzban xanım I Kalbalı xanın arvadı idi. Bəzi mənbələrdə səhv olaraq onu Məhəmməd xanın qızı kimi təqdim edirlər. Amma əsl həqiqətdə o, Məhəmməd xanın qızı deyil, bacısıdır.

Həmin faktları İrəvan xanlarının tarixi bioqrafiyasını əks etdirən qalın bir cild halında saxlananMəktublar”ından öyrənmək olar. Tədqiqatçı yazar Ə.Çingizoğlu qeyd edir ki, həmin mənbələrdə Məhəmməd xanın anasının Şadlı tayfasından olduğu göstərilib. İrəvanskilərin məşhur nümayəndələrindən biri Məmmədqulu xan Rusiya ordusunun kapitanı olub 1846-cı ildə vəfat edib. Hazırda Gürcüstanın mərkəzi tarix arxivində Məmmədqulu xanın şəxsi işi saxlanılır. Bu sənəddən məlum olur ki, onun oğlu Möhbalı xan da rus ordusunun giziri imiş. Sənəddə o da qeyd edilib ki, bu sülalənin, demək olar, əksəriyyəti bacarıqlı döyüşçülər kimi tanınmışlar.

Azərbaycanın tarixində önəmli yeri olan İrəvanskilərin babaları, Qacarların bir qolu olaraq uzun illər İrəvan xanlığını idarə etmişlər. Bu nəslin bir çox nümayəndəsi Şərur mahalında Naxçıvanda yaşayıb. Tədqiqatçılar etiraf edir ki, Tbilisi arxivlərində Şərurda yaşamış İrəvan xanları ilə bağlı hələ tədqiq olunmamış qovluqlar var. Bu qovluqlarda onların yaşadıqları kəndlər haqqında geniş məlumatlara rast gəlinir. 1828-ci ildən sonra İranın Marağa şəhərinə köçən xanların Rusiya çarına, sonralar isə Qafqaz canişininə yazılmış maraqlı məktubları da həmin qovluqlarda saxlanılır.

Bu soyun tanınmış simalarından bir olan Abbasqulu xan İrəvanskinin adı Naxçıvan tarixinin XIX yüzilliyin ikinci yarısından sonrakı dövrü ilə sıx bağlıdır. Bu dövrün əsas tarixi hadisələrində onun iştirakı ilə bağlı sonsuz faktlara rast gəlmək olar. Bu tarixdə Naxçıvanın müdafiəsində mühüm rol oynayan Abbasqulu xan İrəvanski bacarıqlı cəsur hərbçi olub. O, 1905-ci ildə xalqı başına toplayaraq erməni daşnaklarına qarşı vuruşub, müsəlmanların İrəvandan köçürülməsinin qarşısını alıb. Bundan başqa, Abbasqulu xan xalqın maariflənməsi işlərində hər zaman öz maddi yardımını göstərən şəxslərdən olub.

 

Abbasqulu xan İrəvanski

 

Tarixi mənbələrdə çıxan təxmini nəticələrə görə, Abbasqulu xan Möhbalı xan oğlu 1830-cu ildə İrəvanda doğulub. O hələ gənc yaşlarından İrəvan quberniyasında nüfuzlu şəxsiyyətlərdən biri olub. Həmin dövrün mətbuatına nəzər saldıqda da, 1860-cı ildən etibarən Abbasqulu xanın İrəvan şəhərində gördüyü işlər haqqında ətraflı məlumat əldə etmək olur. Abbasqulu xan dövrünün ziyalısı kimi tanınıb, 1865-ci ildə İrəvan Şəhər Dumasına üzv seçilib. 1865-ci ilə dair bir sənəddəki məlumata görə, o, İrəvan şəhərinin idarə üzvü, 1886-1899-cu illərdə şəhər dumasının qlasnısı, 1904-1906-cı illərdə İrəvandakı rus-tatar məktəbinin nəzarətçisi vəzifəsində işləyib. Onunla bağlı maraqlı məlumatlaraQafqazqəzeti Kafkazski kalendar”da daha çox rast gəlmək olar.

Abbasqulu xanın evləndiyi xanımlardan biri Kəngərlilər nəslindən olduğuna görə, onun əsas həyat fəaliyyəti Naxçıvanla çox bağlı olub. Arxiv sənədlərində nəzər salındıqda, onun bu nəsildən 2 xanımı olduğu yazılıb: Tərlan xanım Zərrintac xanım. Azərbaycanlı tədqiqatçılar isə onun iki həyat yoldaşının Bilqeyis xanım Tərlan xanım olduğunu qeyd ediblər: Rusiya Dövlət Hərbi Tarix Arxivində general-leytenant Maqsud Əlixanovun şəxsi işində yazılanlardan isə məlum olur ki, Zərrintac xanımın əvvəlki həyat yoldaşı Abbasqulu xan olub.

 

Böyük xan övladları

 

Bu nəslin tanınmış şəxslərindən biri Abbasqulu xanın oğlu Böyük xandır. Abbasqulu xan oğluna babası Məmmədqulu xanın adını qoyduğu üçün, onuBöyük xandeyə çağırmışlar. Elə arxiv sənədlərində çox vaxt onun adı Böyük xan yazılıb. Böyük xan İrəvanski Naxçıvan xanlarından Bəhman xan Naxçıvanskinin qızı Tovuz xanımla ailə qurmuş, bu nikahdan onların Nazxanım, Yəməntac, Əfşan, Allahyar, Davud, Nəcəf Mehdiqulu adında övladları dünyaya gəlmişdir. Ailənin ilk qızı Nazxanım 1912-ci ildə Maku xanı Midhət xanın ömür-gün yoldaşı olmuşdur. Nazxanım Cəmşid Naxçıvanskinin dayısı qızıdır. Onun anası Tovuz xanım tam süvari generalı İsmayıl xanın oğlu Bəhman xan Naxçıvanskinin qızıdır. Bəhman xanın həyat yoldaşı isə general-mayor II Kalbalı xan Naxçıvanskinin qızı Çimnaz xanımdır. Nazxanım 1972-ci ildə Tehranda vəfat edib. İkinci qız Yəməntac xanım isə Bakıda H.Z.Tağıyevin qız gimnaziyasında oxumuşdu. Onun ömrünün çox hissəsi İrəvanda Naxçıvanda keçmişdir. Üçüncü qız Əfşan xanım da H.Z.Tağıyevin qız gimnaziyasında oxumuşdu. Onun qızı İsmət xanım yazıçı Sabit Rəhmanın həyat yoldaşı olub. Ailənin oğlan övladı Allahyar xan 1919-cu ildə Naxçıvanın müdafiəsində iştirak etmişdir. O, çar hökuməti zamanında Sankt-Peterburqdakı Tibb İnstitutunu bitirmişdi, mahir cərrah şərqşünas idi. Onu da bir çox Azərbaycan ziyalıları kimi, 1937-ci ildə güllələdilər. Digər qardaşlar Nəcəf xan Moskvada təhsil almışdı, Davud xan da ali savadlı idi. Böyük xanın üçüncü övladı Mehdiqulu xan qədim dünya tarixi üzrə görkəmli alim olub.

Rəsmi mənbələrdə saxlanan arxiv sənədlərinə görə bu nəslin adlı-sanlı şəxsləri sırasında Abbasqulu xanın əmisi oğlu Əli xan İrəvanski var. Tarixi faktlara görə, Əli xan İrəvanski 1853-1856-cı illərdə Krım müharibəsində iştirak edib. Yazılı sənədlərdə olan məlumata görə, Əli xan İrəvanski Kərbəlayi Qurbanəlinin qızı ilə evlənib.

Yuxarıda qeyd olunduğu kimi, Azərbaycanın ictimai-siyasi həyatında önəmli rol oynayan bu nəsil haqqında açılmamış arxiv sənədləri tədqiqatçıların yolunu gözləyir. Şübhəsiz ki, bu sənədlər tam tədqiq olunduqdan sonra həmin dövrlə bağlı tarixin qapalı səhifələri xeyli aydınlanacaq. O zaman məşhur soyun görkəmli simaları haqqındakı faktlar da artacaq dəqiqləşəcək. Bu faktların gün işığına çıxarılması, şübhəsiz, hər şeydən əvvəl Azərbaycanın tarixi gerçəklərini əks etdirmək baxımından mühüm önəm daşıyır.

 

 

Azadlıq.- 2013.- 19 avqust.- S. 14.