Görkəmli
yazıçımızı yetişdirən nəsil
Nəslin ulu babası Mirzə Haqverdi bəy
Azərbaycana bir çox görkəmli xadimlər bəxş etmiş soylar arasında Haqverdiyevlər nəsli də var. Şübhəsiz
ki, bu soyad
ilk olaraq hamıya böyük maarifçi və dəyərli yazıçımız Əbdürrəhim
bəy Haqverdiyevi xatırladır. Bəli, Əbdürrəhim bəy bu nəslin
parlaq simalarından biri olsa da,
onunla eyni familiyanı daşıyan
başqa mötəbər
şəxsləri tanımağa
da dəyər.
Haqverdiyevlərin ulu babaları Mirzə Haqverdi bəy Qarabağın adlı-sanlı mülkədarlarından
biri sayılırdı. Onun Şuşa şəhərində
imarəti, Kəbirli mahalında Mirzəhaqverdilər
adlı obası vardı. Bundan başqa, o, Mərzili,
Avşar obalarının
bir hissəsinin, Vərəndə mahalında
Ağbulaq adlı kəndin də sahibi idi.
Hazırda Kəbirli mahalında onun adını daşıyan “Mirzəhaqverdi
kəhrizi” adlı yurd yeri var. Mirzə Haqverdi bəy 1806-cı ildə İbrahimxəlil xanla bərabər güllələnib. Ondan sonra
bu nəslin nümayəndələri Haqverdiyev
soyadını daşıyırlar.
Mirzə Haqverdi bəyin oğlu Məhəmmədkərim
bəy də dövrünün tanınmış
şəxslərindən olub. O, 1779-cu ildə
Şuşa şəhərində doğulmuşdu.
İbtidai təhsilini
atasından alan
gənc sonra mükəmməl mədrəsə
təhsili görmüşdü.
Məhəmmədkərim bəy savadlı
və bilikli biri olduğundan, “mirzə” deyə çağrılırdı. Gözəl xətt sahibi olan Məhəmmədkərim
bəy həm də xəttat kimi tanınmışdı.
O, kitab üzü köçürürdü. Özünün də zəngin kitabxanası vardı.
Xəttat məşhur “Rövzəti-üş-şühəda”
əsərini köçürüb
övladlarına yadigar
buraxmışdı. O, Mehdiqulu xan Sarıcalı-Cavanşirin
sarayında xidmət etmişdi. Dövrünün mühüm vəzifələrindən
birini, divanxanada katib vəzifəsini tuturdu. Eyni zamanda, o, xanın
yaxın adamlarından
sayılırdı.
Mirzə Məhəmmədkərim bəyin
Əbdürrəhim bəy,
Əbdülkərim bəy,
Əbdüləzim bəy
adlı oğulları
vardı.
Haqverdiyevlər nəslinin məşhur
nümayəndələri arasında
şair Mirzə Əli bəy Qarabağinin də xüsusi yeri var. Mirzə Haqverdi bəyin ikinci oğlu olan Əli bəy Şuşa şəhərində
dünyaya gəlmişdi.
O da ibtidai təhsilini atasından aldıqdan sonra mükəmməl mədrəsə
təhsili görmüşdü.
Qardaşı kimi oxumuş
biri olduğundan, “mirzə” deyə çağrılırdı. O, dövrünün ən önəmli vəzifəlilərindən
biri, Şuşa
şəhərinin qazısı
olmuşdu. Əli bəyin gözəl
şairlik təbi vardı. Tarixçi
və təzkirəçi
Mir Möhsün Nəvvab
öz məşhur əsəri olan “Təzkireyi-Nəvvab”da yazırdı:
“Mərhum Mirzə Əli Mirzə Haqverdi oğlu Qarabağ vilayətinin əhalisindəndir. Qarabağın
Şuşa şəhərində birinci
qazı olmuşdur. Cənab xanlar xanı Mehdiqulu xan İbrahim
Xəlil xan Cavanşir oğlunun xanlığı zamanı
sağ idi.
1255-ci ildə vəfat
etmişdir (miladi
1839/1840-cı il). Tanınmış alim olub, tibb elmində də məharəti var idi. Deyilənə görə,
hərdəm şeir də demişdir...”.
Mirzə Əli bəyin Əbülqasim bəy, Haqverdi bəy, Əhməd bəy, Yusif bəy adlı oğulları vardı.
Şair Mirzə Haqverdi
Səfa
Mirzə Əli bəyin oğlu Mirzə Haqverdi bəy də öz qohumları səviyyəsində
mədrəsə təhsili
almışdı. O, 1805-ci ildə
Şuşa şəhərində doğulmuş
və zəmanəsinin
tanınan simalarından
olmuşdur. Mir Möhsün
Nəvvab onun haqqında yazır: “Mərhum Mirzə Əlinin oğludur ki, sabiqdə Şuşa qazisi idi. Mirzə Haqverdi ziyadə dəqiq və zərif bir vücud idi və əşarü kəlamından belə anlaşır ki, Şeyx Əttar və Şəms Təbrizi kimi böyük və fazil ədiblərin asari-cəlilələrindən feyzü kamalat əxz edib, onların tutduğu təriqü məsləkdə
müdavimət edib şeir deyərmiş və əşarının
çoxusu fars dilində yazılıbdır”.
O, şeirlərini əsasən
fars, ərəb
dillərində yazmışdı.
Cəfərqulu xan Nəvanın
və Qasım bəy Zakirin onunla bağlı həcvləri var. Mirzə
Haqverdi Səfa 1881-ci ildə vəfat edib.
Onun farsca yazdığı şeirlərdən birinin
tərcüməsi belədir:
Qara qarğa gül budağında yuva saldığından
Bizim xoş nəğməli bülbülümüz
susdu.
Sənin
qapında rəqibdən
başqa dadına yetən yoxdur,
Bizim gizli sirrimiz sənin qulağına nə vaxt çatar?!
Səfaya
yüz cəfa yetsə də, yüngüldür,
Bizim zəif
bədənimiz bəladan
başqa heç nə görməyib.
Mirzə Məhəmmədkərim bəyin
oğlu Əbdürrəhim
bəy isə görkəmli yazıçımız
Əbdürrəhim bəy
Haqverdiyevin babası olub. O, 1809-cu ildə Şuşa şəhərində
dünyaya gəlmiş,
ibtidai təhsilini atasından almışdı.
Dövrünün bir çox
savadlı şəxsləri
kimi, o da sonra mükəmməl mədrəsə təhsili
almışdı. Oxumuş kimi
“mirzə” adlandırılan
Mirzə Əbdürrəhim
bəy qəza idarəsində məmur işləmişdi. O, hüquqşünas
idi.
Onun Əsəd
bəy, Əbdülkərim
bəy, Cahangir bəy adlı oğulları vardı.
Soyun ən parlaq adı...
Nəhayət, bu nəslin ən parlaq yetişdirməsi görkəmli
yazıçımız Əbdürrəhim
bəy Əsəd bəy oğlu Haqverdiyevdir. Onun Azərbaycan ədəbiyyatı,
teatrı, mədəniyyət
tarixi sahəsindəki
xidmətlərini saymaqla
bitməz. Böyük istedada
malik qələm sahibi, dramaturq, pedaqoq, ədəbiyyatşünas
və incəsənət
xadimi olan Əbdürrəhim bəy
dövrünün maarifpərvər
ziyalı təbəqəsi
ilə öz adını tariximizə qızıl hərflərlə
yazdırmışdır.
O, 1870-ci il mayın
17-də Şuşa şəhəri
yaxınlığındakı Ağbulaq kəndində dünyaya gəlmişdir.
İbtidai təhsilini
1880-ci ildə Şuşada
Yusif bəyin müvəqqəti yay məktəbində alan gənc sonra Şuşa realnı məktəbində
almışdır (1881-1890). Daha sonra Tiflis realnı məktəbini bitirərək,
Peterburq Yol Mühəndisləri İnstitutunda
təhsil almışdır
(1891-1899). Tələbəlik dövründə azad müdavim kimi universitetin şərq fakültəsinin
dinləyicisi olmuşdur.
Gənclik illərindən ədəbi
fəaliyyətə başlayan
Haqverdiyev həm qələmini yazarlıqda
sınamış, həm
də yazdığı
əsərlərin teatr
tamaşaları kimi oynanması üçün
həvəskar teatr truppalarının təşkilində
yaxından iştirak etmişdir. O dövrdə ali təhsil
alıb Şuşaya qayıdan yazıçının
burada təşkil etdiyi tamaşaların sorağı hər yerə yayılmışdı.
Bundan başqa, Bakıda olan rəhbərliyi ilə Şərq konsertləri verilmiş və bu, istedadlı
musiqiçilərin tanınmasına
geniş imkanlar açmışdır (1902-1903). Haqverdiyev ilk hekayələrini
(“Ata və oğul”, “Ayin şahidliyi”) də burada “İki hekayət” adı ilə çap etdirmiş, gözəl dram əsərləri
olan “Yeyərsən qaz ətini, görərsən ləzzətini”
(1892) və “Dağılan
tifaq” (1896) əsərlərini
yazmışdır. “Dağılan tifaq’ (1899) Peterburqda nəşr edilmişdir. 1905-ci il inqilabdan sonra Gəncə quberniyasından Rusiya Dövlət Dumasına nümayəndə seçilən
yazıçı Peterburqa
getmişdir. 1908-ci il yanvarın 12-də
şərqin ilk operası
“Leyli və Məcnun" tamaşaya qoyulduğu zaman o, ilk Azərbaycan diricoru kimi xor və
orkestri idarə etmişdir.
Əbdürrəhim bəy Haqverdiyevin “Lağlağı”. “Mozalan”,
“Süpürğəsaqqal” və s. imzalarla “Molla Nəsrəddin” jurnalında yazdığı
hekayə və felyetonlar ədəbiyyatımızın
ən gözəl inciləri sırasına daxildir.
Ədibin
“Marallarım”, “Xortdanın
cəhənnəm məktubları”,
“Şeyx Şaban”, “Ac
həriflər”, “Bomba”,
“Mirzə Səfər”
kimi əsərləri
bu gün də sevilə-sevilə oxunan və dəyərini itirməyən
nümunələr sırasındadır.
Yazıçı həmçinin bədii
tərcümə ilə
məşğul olmuş,
rus və Qərbi Avropa ədəbiyyatından bir
sıra qiymətli tərcümələr etmişdir.
Onun əsərləri SSRİ və
xarici ölkə xalqlarının dillərinə
tərcümə olunmuşdur.
Ə.Haqverdiyev 1933-cü il dekabrın 11-də Bakıda
vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
Azadlıq.- 2013.- 20 avqust.- S. 14.