Yoxdur bu rüsvalığın dərdinə dərman, ey təbib!”

 

Tibbin sirrini bilən qədim təbiblərimiz

 

Azərbaycanda tibb elminin tarixi çox qədimlərə gedib çıxır. Hələ çox qədimlərdən bu ərazidə tibbin sirlərinə bələd olan məşhur təbiblər vardı ki, onlar təbii yollarla insanları müalicə edir, şəfalı bitkilərin başqa maddələrindilinigözəl bilirdilər.

Qədim tibb tarixini araşdıran tarix elmləri doktoru Fərid Ələkbərli o zaman uzaq ölkələrdə yaxşı tanınan onlarla görkəmli Azərbaycan təbibinin həyat fəaliyyəti haqqında məlumat verir. Bu alimlər arasında indi xalq arasında adları xeyli məşhur olan şəxslərdən başqa, az tanınan, amma elmi irsi onlardan çox geri qalmayanları da var. Təbabəti, az qala, müasir həkimlər səviyyəsində bilən bu şəxslərin günümüzə gəlib çıxan əsərləri sübuta yetirir ki, onlar, həqiqətən, yüksək dərəcədə bilgili alimlər olmuşlar.  

Ərəb fars dilini mükəmməl bilən Azərbaycan həkimləri, Bağdad, Dəməşq, Qahirə kimi Xilafətin müxtəlif şəhərlərinə səfər edir, orada təhsil alır işləyirdilər. Əcnəbi müəlliflərin kitabları da Azərbaycana yol tapırdı. Bu dövrdə Azərbaycanda Əbu Osman Müvəffəq əl-Hərəvinin farmakoloji ensiklopediyası yayılırdı. Əbu Osman Xəsrdə İranın Herat vilayətində yaşayıb yaratsa da, onun kitabları bütün Müsəlman Şərqində, o cümlədən Azərbaycanda, məşhur idi. Dərman bitkiləri haqqında məlumat toplamaq üçün, Əbu Osman bütün dünyanı gəzmiş bir çox xalqların, o cümlədən azərbaycanlıların, tibbi ənənələri ilə tanış olmuşdu. Dahi Əbu Əli İbn Sina (980-1037) da dəfələrlə Azərbaycanda olmuş buradan tibbi məlumatlar toplamışdı. O, “Qanun fit-Tibb” (“Tibb qanunları”) əsərində Azərbaycanın Səburxast qəsəbəsinə səfərindən bəhs edir. İbn Sina uzun müddət Azərbaycanın hüdudlarında yerləşən Həmədan şəhərində yaşamışdı Tibb qanunlarıəsərinin böyük hissəsini orada yazmışdı" (F.Ələkbərov).

Şübhəsiz ki, o dövrün salnaməçiləri daha çox təbabət elminin dahisi İbn Sinanın yaradıcılığına daha çox maraq göstərirdilər. XI əsrdə yaşamış azərbaycanlı müəllif İsa ər-Raqi Tiflisi İbn SinanınQanun fit-Tibb” (“Tibb qanunları”) əsərinə şərhlər yazmışdı. Bundan başqa, İbn Sinanın tələbəsi olan Azərbaycan alimi Bəhmənyar da fəlsəfəyə aid “ət-Təhsil” (“İdrak”) əsərində bir sıra tibb məsələlərindən söz açmışdır. Müəllif Əbubəkir İbn Zəkəriyyə Razinin, Əli İbn Abbasın, Əbu Reyhan Biruninin, əl-Kindinin Şərqin başqa böyük alimlərinin tibbi əsərləri ilə yaxından tanış idi.

 

Müasir həkimlər qədər elmli...

 

Vikipedia”dan haqqında bioqrafik məlumat aldığımız XIII əsr görkəmli həkimlərindən biri Əbdül Məcid Təbib olmuşdur. O, Marağada yaşamış Şərqin böyük astronom riyaziyyatçısı Nəsir əd-Din Tusinin yaratdığı rəsədxanada çalışmışdır. Əbdül Məcid Şərqdə geniş yayılmışKitabüt-tibbadlı kitabın müəllifidir. Tədqiqatçılar adına, materialların yerləşməsinə bəzi şərhlərinə görə bu əsəri Mahmud ibn İlyasınElmi təbabət kitabı”na  bənzədirlər. Amma mahiyyət baxımından onlar tam fərqli əsərlərdir. Əbdül Məcidin əsərində həm diaqnostika, həm , əsəblə bağlı bir çox xəstəliklərin müalicəsinə dair orijinal fikirlər var. Amma danmaq olmaz ki, Əbdül Məcid öz əsərini yazarkən Mahmud ibn İIyasın kitabının təsiri altında olmuşdur, bəlkə hətta onlar tanış idilər. “Kitabüt-tibb”1275-1280-ci illərdə, Mahmud ibn İlyasın ölümündən bir qədər əvvəl yazılmış 1307-ci ildə işıq üzü görmüşdür. Elə bu faktdan çıxış edərək, onların görüşdükləri ehtimalı da böyükdür. Bu əsər monqol hökmdarı Orqan xana həsr olunmuşdur 49 hissədən ibarətdir. Kitab diaqnostika müalicəyə dair az qala bütün məsələləri əhatə edir. Əsərdə müalicəsindən bəhs edilən xəstəliklər içində astma, göz xəstəlikləri, zəhərlənmə s. var.

Burada daha bir yenilik diqqət çəkir. Orta əsrlərdə tibbə dair əsər yazmış müəlliflərin hamısından fərqli olaraq, Əbdül Məcid mamaçalıq sənətinə toxunmuşdur. O, əsərində hamiləlik məsələsinə ayrıca fəsil ayırmışdır.

Kitabda psixiatriyaya dair məsələlərə xüsusi diqqət yetirilib. Təbibdəlilik", “qarabasmalar” (“kabusi”), baş ağrısı, müxtəlif növlü qorxmalar, yayğınlıq s. haqda bəhs edir. İ.K.Əfəndiyevin yazdığı kimi, Əbdül Məcid belə hesab edir ki, insanın psixi fəaliyyətinin mərkəzi baş beyindir. İnsanı ətraf aləmlə qovuşduran vəsilə isə hissiyyat üzvləridir. Bunların vasitəsilə təəssüratlar yaranır. Təəssüratlar mənfi müsbət ola bilir. Birincilər nikbinlik, sevinc, ikincilər isə sıxıntı doğurur. həkimin vəzifəsi bundan ibarətdir ki, insanı mənfi təəssüratlardan çəkindirsin, çünki bunlar üst-üstə yığılanda ruhi əzab (sıxıntı) yaradır. Mütəmadi mənfi təəssüratların ağırlığı altda ruhi cəhətdən sıxıntı keçirən insan son nəticədədəliola bilər. Əbdül Məcidinqızğın dəli”lər barədə fikirləri orijinaldır. O belə hesab edir ki, mənfi təəssüratlar insana iki cür təsir edir: bir növü tam ruhi sıxıntı (depressiya) yaradır, ikinci növü isə qızğınlıq doğurur. Qızğınlıq o zaman baş verir ki, hissiyyat üzvləri tərəfindən verilən mənfi təəssüratlarbaşdatəhrif olunur, “qarışdırılır insan onların öhdəsindən gəlmək qüdrətində olmur, “ağıl başdan çıxır insan özünü ələ ala bilmir”(Vikipedia).

Bəhs edilən məsələlərə nəzər salan istənilən həkim etiraf edə bilər ki, Əbdül Məcid hələ müasir həkimlərdən çox-çox əvvəl mənfi stresslərin insane psixikasına ağır təsir göstərdiyini anlamış bunun aydın izahını vermişdir.

 

Azərbaycan tibbinin bələdçiləri...

 

Bundan başqa, XIII əsr Azərbaycan alimi Nəcməddin Əhməd Naxçıvani İbn Sinanın tibb fəlsəfə üzrə əsərlərinə şərh haşiyələr yazmışdı. Təbriz şəhərində yaşayıb yaratmış məşhur həkim Əbu Əbdulla Məhəmməd ibn Nəmvar Təbrizi (1194-1245) “Ədvarül-həmmiyyat” (“Ən mühüm dərmanlar”) əsərinin müəllifidir.

F.Ələkbərlinin araşdırmalarında adı keçən qədim tibb alimlərindən biri İbn Kəbir təxəllüsü ilə məşhurlaşmış Yusif ibn İsmayıl Xoyidir. O, Azərbaycanın ümumiyyətlə, müsəlman Şərqinin ən görkəmli əczaçılarından biri olmuşdur. Onun 1311-ci ildə yazdığı “Cameyi-Bağdadi” (“Bağdad toplusu”) əsəri bütün Şərqdə dərmanşünaslıq üzrə ən mükəmməl əsərlərdən biri sayılırdı. Ümumiyyətlə, o, XIII-XIV əsrlərin ən tanınmış əczaçı alimlərindən biri idi. Alim Cənubi Azərbaycanın Xoy şəhərində anadan olmuş, orada tibb üzrə təhsil almış və bir müddət əczaçı işləmişdi. Sonralar o, doğma şəhərini tərk edib, Bağdada üz tutmuş xəlifələrin saray həkimi olmuşdu. Ərəb dilində yaradılmış “Cameyi-Bağdadi” əsəri ən məşhur əczaçılıq ensiklopediyalarından biri idi. Onun başqa adı “Mə lə yəsəüt-təbib cəhləhu” (“Savadsız həkimlər üçün lazım olmayan kitab”) olmuşdur. Bu ensiklopedik əsərdə bir neçə min dərman bitkisindən, mineral və tibbdə istifadə olunan heyvanlardan bəhs olunur. Azərbaycanlı alimin bu kitabı faktlarla zəngin olmaqdan başqa, sistemli və yığcam, sadə üslubda yazılmış əsərdir. Bu qiymətli əsərdən sonra yaradılmış əczaçılıq ensiklopediyalarının əksəriyyətində Yusif ibn İsmayıla istinad edilirdi.

Adları çəkilən alimlər qədim dövrdə fəaliyyət göstərən tibb bilicilərindən yalnız bir neçəsi idi. Öz zəmanəsinin mükəmməl biliklərini mənimsəmiş və tibbin sonrakı inkişafına yol açmış onlarla dəyərli təbiblərimiz var ki, onların irsi haqqında da geniş söz açmağa dəyər.

 

Azadlıq.- 2013.- 21 avqust.- S. 14.