Gözlərin sirrini bilən böyük alim

 

Böyük elmi məktəbin yaradıcısı

 

Azərbaycanda tibb elminin inkişafına mühüm töhfələr vermiş məşhur alimimiz, oftalmoloq Nazim Əfəndiyevin adı bu gün respublikamızın sərhədlərindən kənarda da hörmətlə xatırlanır. Onun adı tibb tarixinə Azərbaycanda oftalmologiya üzrə elmi məktəbin yaradıcısı kimi düşmüşdür.

150-yə yaxın elmi əsərin, 3 monoqrafiyanın, 3 ixtiranın, 20-dən artıq metodik tövsiyə səmərələşdirici təklifin müəllifi olan görkəmli alimin yaradıcılıq fəaliyyəti böyük nailiyyətlərlə zəngindir. Məşhur oftalmoloqun elmi-tədqiqat işləri göz almasının şüşəvari cisminin klinik fiziki-kimyəvi dəyişikliklərinin problemi ilə məşğul olan elmi məktəbin yaradılması üçün əsas olmuşdur. Dəyərli alimin ideyalarını indi tələbələri uğurla inkişaf etdirirlər.

Mikrocərrahiyyə üzrə əməliyyatların yeni üsullarını işləyib hazırlayan alim, fəaliyyəti dövründə on minlərcə belə əməliyyat aparmışdır. Onun təcrübəsi sovet respublikalarındakı oftalmoloji müəssisələrdə tətbiq edilirdi. Böyük mütəxəssis alimin Azərbaycanda traxomanın kökünün kəsilməsində mühüm xidmətləri olmuşdur. 50-ci illər respublikamızda böyük bəlaya çevrilən bu xəstəliyə bəzi rayonlarda əhalinin 60%- rast gəlinirdi.

O dövrdə ölkə səviyyəsində bu xəstəliklə mübarizə planı hazırlanmışdı N.Əfəndiyevin rəhbərlik etdiyi qruplar rayonlarda ciddi şəkildə işə başlamışdı. Məhz dəyərli alimin qətiyyətli işi sayəsində o illər daimi korluğa səbəb olan bu xəstəliyin-traxomanın kökünü kəsmək mümkün olmuşdu.

Nazim Mirqasım oğlu Əfəndiyev 1926-cı il 7 iyun tarixində Qazax rayonunda dünyaya göz açıb. 1948-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirən gənc həkim, 1950-1952-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun aspiranturasında hazırlıq keçib. O, 1952-ci ildə bu institutun elmi işçisi olan N.Əfəndiyev 1957-ci ildən həmin institutun direktoru vəzifəsində çalışmağa başlayıb.

Bu dövrdən sonra görkəmli oftalmoloqun fəaliyyətində elmi nailiyyətləri başlayır. 1966-cı ildə N.M.ƏfəndiyevGöz almasının mühitlərinə kontuzion qansızmalar autoqanın eksperimental daxil edilməsindən sonra şüşəvari cismin bəzi biokimyəvi göstəricilərinin dəyişikliklərimövzusunda namizədlik, 1993-cü ildə isəEksperimental gözdaxili qansızma zamanı şüşəvari cismin struktur-funksional pozuntularında lipidlərin peroksidləşməsinin roluadlı doktorluq dissertasiyalarını müdafiə edir.

 

Əməliyyatları dünya səviyyəsində aparırdı...”

 

Həyat yoldaşı Həyat Əfəndiyeva: “Onun elmi işinin əsasıŞüşəvari cismin patologiyası"na aid idi. Namizədlik doktorluq dissertasiyası bu mövzuya həsr olunmuşdu. Böyük alimlər belə bu sahənin ona aid olduğunu söyləyirdilər. Böyük arzusu idi ki, şüşəvari cismin patologiyasındakı fəsadları müasir avadanlıqlarla əməliyyat etmək mümkünləşsin. Çapıqları, bitişmələri aradan qaldırmaq üçün cərraha belə avadanlıqlar lazım idi. Onun dövründə belə imkan yox idi. İndi isə ən müasir avadanlıqlarımız var gözəl əməliyyatlar aparılır. Çox sevinirəm ki, onun arzusu həyata keçdi. Mən bunun şahidiyəm. Onun işinə rəğbətim var idi. Əməliyyatları dünya səviyyəsində aparırdı...".

Görkəmli göz həkimi institutda işlədiyi müddətdə gözün müxtəlif strukturlarında katarakta, qlaukoma, iltihab xəstəlikləri, göz almasının travmatik zədələnmələri, anadangəlmə anomaliyalar, yenitörəmələr görmə üzvünün digər patologiyası ilə əlaqədar minlərlə cərrahi əməliyyatlar aparmışdır.

N.Əfəndiyevin təşəbbüsü təşkilatçılığı sayəsində institutda oftalmoloji yardımın elmi-praktiki mərkəzi kimi Respublika Oftalmoloji Lazer Mərkəzi yaradılmışdır. Bundan başqa, institutda gözün patologiyası zamanı biokimyəvi, histokimyəvi, elektron-mikroskopik, immunoloji, ultrasəs, elektrofizioloji, kontrast diaqnostika metodlarını kütləvi şəkildə tətbiq etməyə imkan verən müxtəlif laboratoriyalar da təşkil edilmişdir.

Əfəndiyev əvəzsiz göz mütəxəssisi olmaqla bərabər, elmi kadrların hazırlanmasında da mühüm rol oynamışdır. Alimin rəhbərliyi dövründə institutda 11 doktorluq, 65 namizədlik dissertasiyası müdafiə olunmuşdur. Onun təşəbbüsü rəhbərliyi altında 1976-cı ildən institutda göz almasında mikrocərrahiyyə əməliyyatlarının müasir metodlarına yiyələnmiş mütəxəssislər hazırlanmışdır.

 

Sevdiyi şairlərdən şeirlər söyləməyi sevərdi...”

 

Tibb elmləri namizədi Misirxan Ağayev: “...Təqribən 80-ci illərdə avtomobillə İrəvana konfransa gedirdik. Kərəm həkim, həyat yoldaşı Həyat xanım da bizimlə idi. İcevan yolu ilə gedəndə dayanmadan bizə o qədər şeirlər söylədi ki, Irəvana vaxt çatdığımızı bilmədik. Səməd Vurğundan digər sevdiyi şairlərdən şeirlər söyləməyi sevərdi.

Həftədə iki gün əməliyyat günü idi. Həftədə bəzən 8-9 əməliyyat edirdi. 1976-cı ildə Azərbaycanda mikrocərrahiyyənin əsasını o qoyub. Onun kəşfinə qədər makrocərrahiyyə əməliyyatı aparılırdı. Yəni xəstə əməliyyatdan bir həftə sonra xəstəxana çarpayısında arxası üstə uzanırdı. Mikrocərrahiyyədən sonra xəstə həmin gün axşam durub gəzirdi. Bir-iki gündən sonra isə evə buraxılırdı. Mikrocərrahiyyə əməliyyatından sonra görmə qabiliyyəti makrocərrahiyyədən dəfələrlə yüksək olurdu. Onun kəşfindən sonra ölkəmizdə lupa ilə deyil, mikroalətlərlə gözün içində əməliyyatların miqyası böyüdü. Azərbaycanın digər göz xəstəlikləri şöbələrində, rayonlarda bu cür əməliyyatlar edildi.

Hətta o vaxtlar 12 türk həkim Almaniyada deyil, məhz Bakıda mikrocərrahiyyə əməliyyatını öyrənməyə gəldi. 6 aydan sonra onlara sertifikat verdik. Bundan başqa, İrandan, Türkiyədən, digər yaxın ölkələrdən pasiyentlərimiz olurdu. Dəmir pərdədönəmi olduğundan onların sayı az idi, amma gəlirdilər".

N.Əfəndiyev 25 ildən artıq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş oftalmoloqu, oftalmologiya üzrə respublika Attestasiya Komissiyasının sədri olub. Bundan başqa, o, 1969-1973-cü illərdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisaslaşdırılmış şuranın üzvü, 1993-cü ildən N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetində ixtisaslaşdırılmış şuranın üzvü, 1996-cı ildən isə oftalmologiya üzrə İxtisaslaşdırılmış şuranın sədri vəzifəsində çalışmışdır.

Görkəmli alim fəaliyyəti dövründə bir sıra dövlət mükafatlarına layiq görülüb. Bu mükafatlar siyahısınaŞərəf nişanı”, “Əmək veteranımedalı, “Səhiyyə əlaçısıdöş nişanı, Səhiyyə Nazirliyinin Fəxri fərmanı, Səhiyyə Nazirliyinin Tibb işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri fərmanı aid edilə bilər. N.Əfəndiyev 1989-cu ildə Azərbaycan Respublikasının əməkdar həkimi Fəxri adına layiq görülmüş, 1991-ci ildə Türkiyə Hərbi-Tibb Akademiyasının fəxri döş nişanı ilə mükafatlandırılmışdır.

Böyük alim həkim N.Əfəndiyev 1998-ci ilin 5 yanvar tarixində vəfat etmişdir.

 

Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 2 fevral.- S.14.