Xoreoqraf
Şəhriyar Cəfərov həyəcan təbili
çalır
«Milli folklor rəqslərimiz
uçurum astanasındadır»
Beynəlxalq
müsabiqələr laureatı, rəqqas, xoreoqraf
Şəhriyar Cəfərov “Azadlıq”a müraciət edib. Qəzetimizə
açıqlamasında Ş.Cəfərov
bu sənətlə bağlı son dərəcə maraqlı faktlar
açıqlayıb. Onun sözlərinə
görə, bu gün
Azərbaycanda xoreoqrafiya sənəti, milli və klassik rəqslərimizə
Mədəniyyət Nazirliyinin məmurları
biganə münasibət göstərir:
Milli rəqslərimiz məhv olur
“Folklor rəqslərimiz bu gün bərbad vəziyyətdə təqdim olunur. Bunun günahı da ansamblın, Balet
Teatrı və Filarmoniyanın rəhbərindədir.
Milli folklor rəqslərimiz uçurum
astanasındadır. Dövlət Rəqs Ansamblın baş baletmeysteri xalq artisti Afaq
Məlikovadır. Peşəkar baletmeyster
olaraq deyirəm ki, onun quruluşları sıfır səviyyəsindədir.
Çox böyük nöqsanlar var.
“Vağzalı-Mirzəyi” rəqsində xalq
artisti səhnəyə çıxanda onun ətrafında 20 nəfər rəqqas kişi olur. Bu xanımın hansı obrazda
olmasını sual edirəm. Əgər gəlin
obrazındadırsa, o, 20 nəfər kişinin ətrafında nə gəzir? Toyda olan bir
rəqqasəni təqdim edirsə, bizdə kişi
məclislərində qadın rəqqasə rəqs etməyib.
Bu fakt milli rəqslərimizi
düzgün təqdim etməməkdir. Üzeyir Hacıbəyovun musiqisinə
yazılan “Cəngi” rəqsi vətənpərvərlik mövzusunda, igidliyi tərənnüm
edən, qılınc-qalxanlarla olan,
kişilərin oynadığı bir rəqsdir.
Çünki bu rəqs
müsiqisinin dramaturji
xətti budur. Afaq
Məlikova, Dövlət Rəqs Ansamblı həmin rəqsi
tamaşaçılara oğlanlarla
qızların kütləvi bir bayram rəqsi kimi təqdim
edir. “Şaloxo” rəqsinin
daxilində slavyan mənşəli həqiqətlər
təqdim olunur. Belə yad
ünsurlər milli rəqslərimizə
xələl gətirir. Bir çox
dövlət tədbirləri və qastrol
səfərlərində bu rəqslər
bərbad, nöqsanlı quruluşlarda
göstərilir. Mədəniyyət Nazirliyinin
məmurları anlayır ki, bu quruluşlar səhvdir. Amma nə fayda. Nəticədə
milli rəqslərimiz məhv olur".
Şəxsi
ambisiyalara görə teatrın
repertuarını bərbad günə salıblar
Ş.Cəfərov
bildirib ki, hansısa səbəbdən
Mədəniyyət Nazirliyi milli rəqslərimizlə bağlı festival keçirməyə həvəsli görünmür: “Mədəniyyət Nazirliyi muğam, caz, Rastropoviç
adına musiqi festivalı keçirir,
lakin uzun illər ərzində
rəqslərə biganə münasibət göstərir. Niyə
bir dəfə də folklor
rəqs, klassik balet rəqs
müsabiqəsi keçirilməyib. Bunun
səbəbi Mədəniyyət Nazirliyinin
rəqs sənətinə barmaqarası baxmasıdır. Diqqət
edin, milli rəqslərimizin
banisi olan Əlibala Abdullayevin adına rəqs festivalı
keçirmək olmaz?! Eləcə də
Qəmər Almaszadə adına klassik balet müsabiqəsi keçirilsin.
Opera
və Balet Teatrının rəhbərliyi
teatrın daxilində düzgün
yaradıcı siyasət yürütmür.
Şəxsi ambisiyalarına görə teatrın
repertuarını bərbad günə salıblar. 25 il ərzində şəhidlər, Xocalı, Qarabağ mövzusunda bir dəfə də olsun balet tamaşası qoyulmayıb. Niyə?
Cəmiyyətə, ictimaiyyətə vətənpərvərlik mövzusu
lazımdır. Mən beş dəfə
şəhidlər mövzusuna müraciət
edən baletmeysterəm. Bunu da dövlət televiziyası çəkib. Bu mövzunu 20 Yanvar şəhidləri İlhamla Fərizəyə
ithaf etmişəm. Eləcə də
Xocalı faciəsini əks etdirən xoreoqrafik
kompozisiyasına mövzu olaraq
ilk dəfə mən müraciət
etmişəm.
Vətənpərvərlik
mövzusu olan “Babək”
baleti bu gün repertuarda yoxdur. Bu baletin
quruluşçusu Rəfiqə Axundova ilə Afaq Məlikovadır.
Teatrın direktoru Akif
Məlikov R.Axundovanın repertuarında olan
bütün baletləri silib.
Nazir Əbülfəz Qarayev
bu gün mədəniyyətlə
deyil, turizmlə məşğuldur. Mədəniyyət
onun müavini Ədalət
Vəliyevin əlindədir. O da Polad Bülbüloğlu
komandasının yetirməsidir. Opera və
Balet Teatrının rəhbəri şəxsi
ambisiyası üçün balet tariximizi zərbə
altına qoyub. Rəfiqə Axundova teatrdan gedəndən
sonra 13 il “Yeddi gözəl” də repertuardan
yığışdırıldı. Əbülfəz Qarayev nazir olandan
sonra yenidən həmin baletə müraciət
edildi. Moskvadan dəvət
edilən bir baletmeyster
ona quruluş verdi. Mən peşəkar kimi
həmin quruluşu tənqid edirəm. Bu gün milli
sərvətimiz olan “Humay”, “Nəsimi”,
“Məhəbbət əfsanəsi” və s.
baletlərimiz tamaşaya qoyulmur.
Bu barədə olan tənqidi
müraciətimə təhqirlə cavab
verirlər. Buna görə bir ildir Opera
və Balet Teatrı ilə məhkəmə
prosesim gedir. Məhkəmələr
isə sadə vətəndaşın deyil,
dövlət məmurların arxasında duraraq
onlara sərf edən qərarlar
çıxarır".
Rəqqaslarla
bağlı absurd əmr
Rəqqasın
sözlərinə görə, filarmoniyada
Murad Adıgözəlzadənin imzası
ilə absurd əmr imzalanıb: “Həmin əmrdə
deyilir ki, teatr rəqqaslarının əlavə olaraq işdə çalışmadan əldə
etdiyi gəlirin 20 faizini
teatra ödənməlidir. Bu, rəhbərlərin rəqqaslara ucuz, alçaldıcı münasibətinin
göstəricisidir. Mədəniyyət Nazirliyi
xaricdən baletmeyster dəvət edib dövlətin pulunu ona ödəyincə, istedadlı gəncləri
təkmilləşdirmə kurslarına göndərmək, kadr yetişdirmək olar. Bu gün gənc baletmeysterimiz yoxdur. Biganə münasibətə görə teatrın direktoru Akif Məlikovu, filarmoniya direktoru Murad Agıgözəlzadəni, Dövlət
rəqs ansamblının bədii rəhbəri Afaq Məlikova və Mədəniyyət Nazirliyinin incəsənətə cavabdeh məmurlarını
günahlandırıram. Folklor, milli klassik rəqslərimizi
qorumaq lazımdır, mənim mübarizəm
budur”.
Yazıda
adıçəkilən şəxslərin mövqeyini
də dərc etməyə hazırıq.
Azadlıq.- 2013.- 2 fevral.- S.11.