Oxu tar, nəğməni su kimi alışan ruhuma çiləyim...”

 

Falaqqadan qaçdı, musiqiyə bağlandı...

 

Mirzə Mənsur Azərbaycanın görkəmli tarzənlərindən biri olmuşdur. O, musiqi tariximizdə həm gözəl tar müəllimi, həm də muğamların mahir bilicisi kimi tanınır. O, ömrünün 60 ilini musiqi sənətinə həsr etmişdir. Tarzən Mirzə Mansur Mirzə Sadıq Əsəd oğlunun ifaçılıq ənənələrindən bəhrələnmişdir. Mirzə Mansur “Rast”, “Şur”, “Segah”, “Mahur-hindi” və s. muğam dəstgahlarını ustalıqla çalmış, muğam nəzəriyyəçisi kimi tanınmışdır.

 

Mansur Məşədi Məlik oğlu Mansurov 1887-ci ildə Bakı şəhərində anadan olmuşdur. 11 yaşında ikən valideynləri onu mədrəsəyə qoyur və o, burada fars dilini mükəmməl öyrənir. Lakin kiçik yaşlarından musiqi Mansurun qəlbini fəth etmiş, sehrləmişdi. Bir gün dərs zamanı Mansur taxta parçasını tar kimi tutub, ağzında “Uzundərə” havasını yamsıladığına görə molla onu falaqqaya saldırmışdı. Bu hadisədən sonra Mansur mədrəsədən qaçır və bir daha geri qayıtmır. Beləliklə, Mansur birdəfəlik taleyini musiqiyə bağlayır. Bu da təsadüfi deyildi. Onun atası Məşədi Məlik musiqi aləmi ilə sıx bağlı olmuşdur. Mansur evlərində tez-tez keçirilən Bakı muğam məclislərində yetişmiş, musiqiçi olmaq qərarına gəlmişdir. Məşədi Məlikin təşkil etdiyi məclislərdən təkcə görkəmli musiqiçilər faydalanmamış, həm də Seyid Əzim, Xurşudbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev kimi məşhur şair və ədiblərimiz onunla yaxın əlaqədə olmuş, onun şəninə şeirlər yazmışlar. Bu məclislər XIX əsrin ikinci yarısında bir növ “Xalq konservatoriyası” rolunu oynayıb. Bu musiqi ocağı bir həyat məktəbi olub. Buradakı maraqlı söhbətlər, incə, şirin çalğılar balaca Mansurda da musiqiyə böyük həvəs aşılamışdır.

O, həm də kiçik yaşlarından atasının tar, kamança, tütək, böyük qardaşı Məşədi Süleymanın tar, anası Soltan Bəyimin isə saz çaldığını görmüşdü. Belə bir mühitdə böyüyən Mansurun musiqiyə böyük həvəsi təbii idi.

Mirzə Mansur özü sonralar uşaqlıq illərini xatırlayarkən deyirdi: “Mənim 15 yaşım olanda atam mənə bir qoltuq sazı aldı. Mən öz-özümə saz çalmağı öyrənir, qardaşım Süleymanın tarını da götürüb hərdən bir oyun havalarını çalardım. Atam musiqişünas, həm də qonaqpərəst olduğundan Bakıya gələn musiqiçilər bizim evimizə düşərdilər. Hacı Hüsü, Məşədi İsi, Mirzə Sadıq (Sadıqcan), Əbdülbaqi kimi məşhur sənətkarlar Bakıya toy məclislərinə dəvət olunanda həftələrlə bizdə qalardılar. Bizim evə Bakıda yaşayan xanəndə Baladadaş, tarzən Zeynal, Lazar, Mirzə Fərəc, kamançaçı Qosti və başqaları da tez-tez gələr, çalıb-çağırardılar. Mən hələ uşaq yaşlarından bu görkəmli sənətkarların çalıb oxumağını dinlərdim, bu getdikcə məndə musiqiyə olan həvəsimi artırardı. Mənim ilk tar müəllimim Mirzə Fərəc olmuşdu. Doğrudur, Mirzə Fərəc Sadıq, Lazar, Zeynal kimi məşhur çalan deyildisə də, musiqi elminə dərindən bələd idi. O mənə tar çalmağı öyrətməklə, həm də muğamların adları, onların mənası, hissə və şöbələri haqqında maraqla danışardı...”.

 

Tar sinfi üçün ilk muğam tədris proqramı...

 

1920-ci ildən sonra Mirzə Mansur Şərq konservatoriyasında, 1923-cü ildə isə Üzeyir Hacıbəyovun təşkil etdiyi Azərbaycan Dövlət Türk Musiqi Məktəbində tar dərsi demişdir. 1926-cı ildə musiqi texnikumu konservatoriya ilə birləşəndən sonra Mirzə Mansur konservatoriyaya dəvət edilmiş, burada 20 il, 1946-cı ilə qədər müəllimlik etmişdir. O, istedadlı bir tar müəllimi kimi musiqi kadrlarının hazırlanmasında yaxından iştirak etmişdir. Mirzə Mansur Üzeyir Hacıbəyovun təşəbbüsü ilə tar sinfi üçün ilk muğam tədris proqramını tam tərtib etmişdir.

Firudin ŞuşinskininAzərbaycan xalq musiqiçilərikitabında oxuyuruq: “1934-cü ildə Üzeyir Hacıbəyovun Mirzə Mansura verdiyi xasiyyətnamə onun pedaqoji musiqiçilik fəaliyyəti haqqında aydın təsəvvür yaradır. Üzeyir Hacıbəyov yazırdı: ”Bununla mən təsdiq edirəm ki, Mənsur Mənsurov 1926-cı ildən indiyə kimi Azərbaycan Dövlət Konservatoriyasında tar müəllimi vəzifəsində çalışır. Bu dövr ərzində yoldaş Mansurov bir tar müəllimi kimi özünü ən işgüzar, ən yüksək ixtisas sahibi kimi göstərmişdir. Bundan əlavə, o, tələbələr tərəfindən muğamların bədii cəhətdən düzgün çalınmasına, kamil öyrənilməsinə böyük əmək sərf etmişdir. Yoldaş Mansurov eyni zamanda xalq çalğı alətləri üçün proqram tərtib edilməsində, tarın başqa alətlərin yenidən qurulmasında, onların gözəl səslənməsi tədbirlərində fəal iştirak etmişdir. Bütün müəllimlik fəaliyyəti illərində yoldaş Mansurov özünü fəal hörmətli bir pedaqoq kimi göstərmişdir".

Mirzə Mənsur professional bir tarzən kimi musiqi məclislərində, teatr tamaşalarında Şərq konsertləri”ndə çıxış etməmişdi, həmdə o, el şənliklərində həvəskar xanəndə olan tacir Ağa Səid oğlu Kəblə Ağa Balanı tarda müşayiət etmişdi.

Mirzə Mansurun ifasından 1930-cu illərin ortalarında gənc bəstəkarlar Tofiq Quliyev Zakir BağırovRast”, “DügahZabulmuğamlarını ilk dəfə nota salmışlar. 1940-cı ildə Mirzə Mansur Mansurova AzərbaycanınƏməkdar incəsənət xadimifəxri adı verilmişdir.

 

Böyük ustad tarzənin məktəbi

 

Azərbaycanın bir çox istedadlı bəstəkar musiqiçiləri - Səid Rüstəmov, Xurşid xanım Ağayeva, Ənvər Mansurov (Mirzə Mansurun oğlu), Rəşid Əfəndiyev b. Mirzə Mansurun yetirmələridir.

Mirzə Mənsur eyni zamanda şair ürəkli sənətkar idi, onun bir çox qəzəl qoşmaları da vardır. Yenə Firudin Şuşinskinin yuxarıda adını çəkdiyimiz kitabından: “Qocaman tarzən Mirzə Mansurun İçərişəhərdəki otağı musiqi muzeyini xatırladırdı. Otağın divarlarını adlı-sanlı sənətkarların şəkilləri bəzəmişdi. Son dərəcə mehriban, qonaqpərəst olan sənətkarın qapıları hamının üzünə açıq olardı. Gənc tarzənlər tez-tez onun yanına gələrdilər. Mirzə Mansur gənclik illərində olduğu kimi, qoca vaxtında daRast", “Bayatı-İsfəhanmuğamlarını özünəməxsus ustalıqla çalar, öz təcrübəsini gənclərə öyrədər, onlara məsləhətlər verərdi. O, “Mahur-hindimuğamını çalanda adama elə gəlirdi ki, tarı 30-35 yaşlarında olan bir tarzən sanballı mizrabları, iti barmaqları ilə dindirir. Xüsusilə, tarın singənə simlərində Sadıqcanın mizrablarını vuranda adamı məftun edərdi...".

Qeyd olunduğu kimi Mirzə Mansur Ü.Hacıbəyovun yaxın məsləkdaşı olmuşdur. O, 1925 ildə muğamat dərsləri üzrə ilk proqramın yaradılması prosesində yaxından iştirak etmişdir. Eyni zamanda, Mirzə Mansur Ü.Hacıbəyovun təşəbbüsü ilə tar alətini təkmilləşdirmişdir. Onun yeni quruluşda hazırladığı tar aləti Paris İstanbul incəsənət sərgilərində nümayiş etdirilmişdir.

Mirzə Mansurun oğlu Ənvər Mansurov atasının ən istedadlı tələbələrindən olub. Ənvər Mansurov Böyük Vətən müharibəsinin ilk günlərində Brest qalasının müdafiəçilərindən biri kimi qəhrəmanlıqla həlak olub.

Görkəmli tarzən müəllim olan Mirzə Mənsur 1967-ci ildə vəfat etmişdir.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 12 fevral.- S.14.