Tiflis teatrının tanınmış simalarından biri

 

Həm gözəl aktyor, həm rejissor

 

Peşəkar Azərbaycan teatrının inkişafında XIX-XX əsr Tiflis mühitinin önəmli rolu olmuşdur. Bu dövrdə Tiflisdə fəaliyyət göstərən Azərbaycan aktyorlarının Bakı başqa şəhərlərdəki yaradıcı həmkarlarıyla yaxın əlaqələri vardı ki, bu da teatr sənətinin inkişafına böyük stimul verirdi.

 

Bu dövrdə Tiflis teatrının formalaşmasında mühüm rol oynayan şəxslərdən biri Həbib bəy Köçərli olub. Onun fəaliyyəti həm Tiflis, həm Şuşa teatrına böyük töhfələr vermişdir. Teatrşünas Abbas Hacıyev Həbib bəy Köçərlinin Tiflisdəki teatr fəaliyyətinin 1905-ci ildən başlandığını qeyd edərək yazır: “1905-ci il inqilabından sonra Tiflis Azərbaycan teatrı mündəricəsi, hər hansı əsərin təcəssümünü verə bilmək imkanın genişliyi ilə Zaqafqaziya teatrlarının çoxundan fərqlənirdi. Çünki bu teatrda güclü aktyorlar - Mirzəli Abbasov, Əşrəf Yüzbaşov, Mirseyfəddin Kirmanşahlı, Həbib Köçərli, Mustafa Mərdanov, İbrahim İsfahanlı, Göyərçin xanım, Əlibala Şahsabahlı, Əli Qurbanov, Ələkbər Seyfi, Əhməd Salahlı, Möhsün Sənani onlarca başqa səhnə vurğunları fəaliyyət göstərirlər. Onlar faciə, dram, komediya musiqili operettalarda eyni uğurla çıxış edir, ümumxalq məhəbbəti qazanırdılar”.

Amma mənbələrdə aktyorun səhnəyə çıxması ilə bağlı müxtəlif tarixlər göstərilir. Həbib Köçərlinin gimnaziya yoldaşı dostu, görkəmli ədəbiyyatşünas Əziz Şərif xatirələrində aktyorla bağlı maraqlı məqamları qeydə alıb. Əziz Şərifin sistemli şəkildə qələmə aldığı gündəliyində onun Həbib Köçərlini ilk dəfə səhnədə görməsi tarixi 1909-cu il oktyabrın 5-i olaraq qeyd edilmişdir. Aktyor həmin gün türk dramaturqu Namiq KamalınVətəndramında baş rolu oynamışdır. Əziz Şərifin xatirələrində oxuyuruq: “Eyni tamaşa bir ay sonra, noyabrın 7-də yenə Həbib Köçərlinin iştirakı ilə təkrar edilmişdi. Onun son dərəcə uğurla oynaması bu gün mənim yadımdadır. Həbib Köçərli, demək olar ki, səhnədə yaşayır təsvir etdiyi qəhrəmanları yaşadırdı”.

Ədəbiyyatşünas eyni zamanda, Həbib Köçərlinin Fəxrəddin (“Müsibəti-Fəxrəddin”) Fərhad (“Bəxtsiz cavan”) rollarını da böyük məharətlə oynadığını xüsusi qeyd etmişdir.

AktyorunOtellotamaşasında yaratdığı Yaqo obrazı da yüksək qiymətləndirilmişdir. Həmin tamaşada Həbib Köçərlinin tərəf-müqabili Otello rolunun ifaçısı - görkəmli aktyor Mirzəli Abbasov olmuşdur.

 

Səadət” dram cəmiyyətinin aparıcı aktyoru

 

1911-ci ildə göstərilənOtellotamaşasına o vaxtlar Tiflisdə müalicə olunan böyük şairimiz Mirzə Ələkbər Sabir baxmış xeyli təsirləndiyini söyləmişdi. “... Xəstə olmağına baxmayaraq, axıra kimi qalıb tamaşa etdi. Tamaşadan çox razı qaldı, hətta ayrı-ayrı aktyorları qucaqlayıb öpdü . Otello rolu barədə böyük şair dedi ki, Otellonu Mirzəli Abbasov çox yaxşı oynayır, amma bir cəhətə daha artıq fikir verməlidir. O da Şekspirin Otello surətinə münasibətidir. Şekspir qara irqə mənsub olan Otellonu sevir, onu irqə mənsub olan alçaq Yaqodan yüksək tutur. Otellonu oynayan bir aktyor rolun bu cəhətinə fikir verməlidir”. Bunu teatrşünas Abbas Hacıyev yazıb.

Həbib bəy Kərim bəy oğlu Köçərli 1890-cı ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa Real məktəbini bitirmiş, Tiflis gimnaziyasına daxil olub, 1913-cü ildə oranı tamamlamışdı. O, ali təhsilini Almaniyanın Leypsiq şəhərində Kommersiya institutunda təhsilini davam etdirmişdi.

Həbib bəy Tiflis teatrında həm rejissor, həm aktyor kimi fəaliyyət göstərmişdi. Aktyor Tiflisdə teatr tarixinə parlaq hərflərlə yazılan tamaşalar hazırlamış, teatrın şöhrətini ölkə hüdudlarından kənara yaymışdı.

Məlum olduğu kimi, həmin illərdə Tiflisdəki Azərbaycan teatrının öz binası yox idi. Azərbaycanlı aktyorların hazırladığı tamaşalar ayrı-ayrı teatrlara məxsus binalarda göstərilirdi. Bu da teatrın inkişafına mənfi təsirini göstərirdi. Beləliklə, yerli ziyalılar şəhərin azərbaycanlılar yaşayanŞeytanbazarməhəlləsində teatr üçün xüsusi bina ayrılmasına səy göstərirdilər. Bu ideya 1912-ci ildə reallaşdı - elə həmin məhəllədə teatr üçünAuditoriyaaçıldı.

Auditoriya”nın təntənəli açılış mərasimi həmin il aprelin 1-də olmuşdur. Bu mərasimdə görkəmli Azərbaycan ziyalıları, digər xalqların nümayəndələri iştirak etmişlər. Onların sırasında Həbib Köçərli vardı. Auditoriyaaçıldıqdan sonra Mirzəli Abbasovun rəhbərlik etdiyi “Dram cəmiyyətiilə Həbib Köçərlinin başçılıq etdiyiSəadətteatr cəmiyyəti birləşdilər. Nəticədə daha səriştəli teatr truppası yarandı.

 

Azərbaycan ədiblərinin ən məşhur əsərlərində rol alıb

 

1912-ci ildə Tiflisdə teatr üçün xüsusi bina - “Auditoriya”nın açılış mərasiminin hazırlanması keçirilməsində Əbdürrəhim bəy Haqverdiyev, Firidun bəy Köçərli, Hüseyn bəy Mirzəcamalov, Həbib bəy Köçərli başqa ziyalılarla birlikdə İsmayıl Həqqi yaxından iştirak etmişdir. Məhz həmin ilAuditoriya”nın səhnəsində, şəhərin digər teatrlarının binalarında çoxsaylı tamaşalar göstərilmişdir.

Professor Əziz ŞərifinKeçmiş günlərdənkitabından: “Səhnədə birpərdəli gülməli komediya, vodevillərlə yanaşı, ”Yağışdan çıxdıq, yağmura düşdük", “Hacı Qara”, “Müsyö Jordan Dərviş Məstəli şah”, “Pəhləvanani-zəmanə”, “Bəxtsiz cavan”, “Zorən təbib”, “Tamahkarlıq düşmən qazanar sair bu kimi iri əsərlər göstərilirdi ki, bu tamaşalarda əsas iştirakçılar Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı, Həbib Köçərlinski, Sadıqbəyov, İsmayıl Həqqi, Mirzəxan Quliyev başqalarından ibarət idi...".

Tiflis Azərbaycan teatrı 1913-1914-cü illər mövsümü türk dramaturqu Namiq Kamalın “Zavallı cocuq”, “Vətən” və “Akif bəy” əsərlərinin tamaşaları ilə başlamışdır. Həmin səhnə əsərlərində Mirseyfəddin Kirmanşahlı, Həbib bəy Köçərli və Əbülfət Vəli və İsmayıl Həqqi də iştirak etmişdir.

Teatrşünas Abbas Hacıyev yazıb: “Həbib bəy Köçərli Tiflisdə aktyor və rejissor kimi böyük şöhrət tapmışdı. O, savadlı, dünyagörüşün genişliyi, həyata, bədii əsərə, onun səhnə təcəssümünə orjinal baxışı, incə zövqü və həssaslığı ilə Tiflis Azərbaycan artistlərinin çoxundan fərqlənirdi. O, rus, gürcü, tatar və erməni aktyorları ilə əlaqə saxlayır, realist-romantik təcrübəni yayır, müxtəlif səpkili əsərlərdə bacarıqla, özünəməxsus üslubla oynaya bilir və onun təbini, səhnə istedadı ədəb mühit tərəfindən qiymətləndirilirdi”.

Sonralar 1913-cü ildə Tiflis Azərbaycan teatrının kollektivində müəyyən qədər dəyişiklik yarandı. Hüseyn bəy Mirzə Camalov və Həbib Kərimov (Köçərli) Tiflis Azərbaycan teatrından ayrılaraq, ali təhsil almağa getdilər.

Köçərli qələmini bədii yaradıcılıqda da sınamışdır. “Yeni həqiqət” 1911-ci ildə onun bir opera yazdığını xəbər vermişdi: “Tiflis müsəlman səhnəsində oynayan, ”Səadət" dram cəmiyyətinin baş artisti məşhur Köçərli bütün varidatı cəmiyyətinin xeyrinə olmaqla bu yaxın zamanda bir müsəlman operası yazıb qurtarmışdır. “Mehr və Mah” adlanır. Rusca “Ruslan və Lyudmila” operasından iqtibas etmişdir. Səhnədə oynanılmasına senzor icazə vermişdir".

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 13 fevral.- S.14.