Repressiya olunan maarifçi Cabbar bəy Baharlı 

 

Böyük nəslin böyük siması

 

Azərbaycanı qara qasırğa kimi ağzına alan 37-ci illərdə repressiya olunan görkəmli ziyalılardan bir Qarabağın məşhur soyadlarından birinin daşıyıcısı Cabbar bəy Vəlibəyov Baharlıdır. Baharlılar Qarabağda böyük bir nəslin soyadının davamçılarıdır. Cabbar bəyin XV əsrdə yaşamış ulu babası Əlişəkər bəy Baharlı uzun illər Həmədan hakimi olmuşdur. O dövrdə Əlişəkər bəyin yaxın qohumu Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqi hakimiyyətdə idi.

Cabbar bəy Vəlibəyovun ulu babası Bayram xan da Qarabağ xanlığının ictimai-mədəni həyatında yaxından iştirak etmiş bir şəxs olub. Bayram xanın oğlu Mirzə Vəli bəy Qarabağ xanı İbrahimxəlil xanın vəziri idi o, xanlığın ictimai-siyasi həyatında, daxili xarici siyasətində aparıcı rol oynamışdır. Mirzə Vəli bəy İbrahimxəlil xanın inandığı, arxalandığı, təcrübəli dövlət adamlarından hesab olunurdu. Xanlığın bütün məsələlərinin həllində onun verdiyi ağıllı məsləhətlər əsas rol oynayırdı. Elə bu istedadına, etibarına görə o, Qarabağ xanlığının vəziri rütbəsinə qədər yüksəlmişdir. İbrahimxəlil xanın vəziri kimi o, bir sıra diplomatik danışıqlarda Qarabağ xanlığını layiqincə təmsil etmişdir. Bəzi mənbələrə görə, Molla Pənah Vaqifi Mirzə Vəli bəy Baharlının təklifi ilə saraya dəvət etmişdilər. Mirzə Vəli bəyin gözəl şeir yazmağı da vardı. Onun faciəli ölümündən sonra davamçı nəsli babalarının adını yaşatmaq üçün Vəlibəyov, Vəliyev, Vəlizadə, Vəlili soyadlarını daşımışlar.

Baharlılar nəslinin araşdırıcısı Orxan Zakiroğlunun yazdıqlarından məlum olur ki, Mirzə Vəli bəy Baharlının Mirzə Haşım bəy Zərrinqələm, İbrahim Baharlı, İmamverdi bəy, Hacı Həsənəli bəy adlı dörd oğlu olmuşdur. İbrahim bəy Baharlının da Rzaqulu bəy, Mirzə İsmayıl bəy, Məmmədqulu bəy adlı üç oğlu olmuşdur.

Mirzə İsmayıl bəy Vəliyevin (Baharlı) altı oğlu olmuşdur ki, Adıgözəl bəy onun beşinci oğludur. Adıgözəl bəyin Nəcəfqulu bəy, İsmayıl bəy, Salatın, Səlbi adlı övladları olmuşdur. Cabbar bəy Vəlibəyov (Baharlı) Mirzə İsmayıl bəyin nəticəsi, Adıgözəl bəyin nəvəsi, İsmayıl bəyin oğludur.

Bu məşhur bir çox şəxsiyyətlər yetirmiş tayfanın tanınmış nümayəndəsi Cabbar bəy İsmayıl bəy oğlu Vəlibəyov 1893-cü ildə Şuşa qəzasının I Baharlı kəndində (indiki Ağdamın I Baharlı kəndi) anadan olmuşdur. Atası İsmayıl bəy Adıgözəl bəy oğlu Vəlibəyov, anası Xanım Qasım qızıdır.

 

Öz evində məktəb

 

İlk təhsilini ruhani məktəbində alan, ərəb, fars dillərini, şəriət elmlərini öyrənən Cabbar bəy sonralar Şuşaya gedərək, orada dörd illikRealnıməktəbini bitirmişdir. Bu məsələdə ona zəmanəsinin açıq fikirli adamlarından biri olan dayısı Məşədi Məhəmməd dəstək vermişdir.

Bolşevik işğalından əvvəl Cabbar bəy Vəlibəyov Baharlı kəndində böyük torpaq sahibi idi. 1913-cü ildə təhsilini başa vurub doğma kəndinə qayıdan ziyalı öz evində məktəb açaraq, müəllimlik fəaliyyətinə başlamışdır. O, şagirdlərə ərəb rus dilləri, tarix, riyaziyyat, Azərbaycan ədəbiyyatı ilə bağlı dərs deyirdi. Vəlibəyov yoxsul uşaqların dərsə marağını artırmaq məqsədilə özü onları məktəb ləvazimatı ilə təmin etmişdir. Maarifçi ziyalı bununla da, Baharlı kəndində yeni tipli məktəbin əsasını qoymuşdur. Onun əsasını qoyduğu bu məktəbdə ilk addımlarını atan gənclərdən sonralar Azərbaycanın müxtəlif sahələrində fəaliyyət göstərən gözəl mütəxəssislər yetişmişdir.

Yaşadığı bölgədə məşhur bir maarifçi kimi tanınan Vəlibəyov əhalinin savadsızlıq içində olduğu bir dövrdə böyük işlər görmüşdür. O, gənclərin təhsil alması, dünyagörüşünün inkişafı irəli getməsi üçün əlindən gələni etməyə çalışmışdır. Ömrü boyunca müəllimlik peşəsi ilə məşğul olan Cabbar bəy Vəlibəyov pedaqoji fəaliyyətini Ağdamın Baharlı, Qiyaslı, Güllücə b. kəndlərində davam etdirmişdir. Bu illərdə o, onlarla gəncin gələcəyi üçün işıqlı qapı açmış, onlara elm yolunu göstərmişdir. Onun çox gözəl rəssamlıq qabiliyyəti olmuşdur. Rus işğalından sonra, Azərbaycanın müstəqilliyinə son qoyulduğuna görə, kollektivləşmə adı altında Vəlibəyovun varidatı, torpaqları, mal-qarası müsadirə edilmişdir.

Tufanlı 37-ci illərdə minlərlə ziyalılarımız kimi, Cabbar bəy hədəfdən yayına bilməmişdir. 12 oktyabr 1937-ci ildə Vəlibəyovun evində axtarış aparılarkən, onun zəngin kitabxanası müsadirə olunmuş, özü isə 19 oktyabr 1937-ci ildə xalq düşməni kimi həbsə alınaraq Sibirə sürgün edilmişdir. Görkəmli ziyalı 19 noyabr 1941-ci ildə Sibirdə vəfat etmişdir.

 

Sürgündə bitən ömür

 

Cabbar bəy repressiyaya məruz qaldığına görə, ailənin ağırlığını xanımı Hüsnü Murtuza bəy qızı Məmmədbəyli çəkmişdir. Qeyd edildiyi kimi, Vəlibəyov Sibirə sürgün edilərkən evindəki bütün sənədlər kitablar müsadirə olunduğundan, oğlu Zakirin şəhadətnaməsi itmişdir. Bu ailə faciəsi onunla nəticələnmişdir ki, evin övladına sonralar kənd soveti tərəfindən 1939-cu ildə doğulması haqqında şəhadətnamə verilmiş o, anasının soyadına keçirilmişdir.

Baharlı nəslinin böyük siması Cabbar bəy Vəlibəyov 29 noyabr 1957-ci ildə bəraət almışdır.

Bir zamanlar doğulub boya-başa çatdığı I Baharlı kənd məktəbi Cabbar bəy Vəlibəyovun adını daşıyır. Görkəmli şəxsin anadan olmasının 100, yaratdığı məktəbin 80 illiyi müxtəlif tədbirlərlə qeyd edilmişdir.

Cabbar bəy Vəlibəyovun Baharlıdakı məktəbini bitirən şəxslər sırasında bir çox görkəmli simalar var. Onun şagirdlərindən biri mərhum şərqşünas alim Sulduz Rüstəmov idi. Tanınmış alim hər zaman öz müəlliminin xatirəsini əziz qiymətli tutmuş, ilk müəllimini hər yerdə hörmətlə xatırlamışdır.

Ömrü arzuları yarımçıq qalan Cabbar bəyin işıqlı yolunu təkcə şagirdləri deyil, öz övladı da layiqincə davam etdirmişdir. AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, mərhum professor Zakir Məmmədov Cabbar bəy Vəlibəyovun oğludur. Böyük alim Z.Məmmədov Şihabəddin Yəhya Sührəvərdinin fəlsəfi irsinin yeganə tədqiqatçısı olmuş filosofun bir çox əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. O, filosofunİşıq heykəllərikitabını Azərbaycan dilinə tərcümə etmiş şəxsi vəsaiti hesabına ilk dəfə 1989-cu ildə, ikinci dəfə 1999-cu ildə nəşr etdirmişdir.

 

Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 15 fevral.- S.14.