“Tapdı İqbal ilə şöhrət bu cahanda musiqi...”

 

«İqbal-Soltan» - Əbülhəsən xan Azər İqbal

 

Görkəmli Azərbaycan xanəndəsi Əbülhəsən xan Azər İqbal XIX əsrin sonu və XX əsrin birinci yarısında Cənubi Azərbaycanda böyük sənətkar kimi şöhrət qazanmışdır. İqbal musiqi mədəniyyəti tariximizdə böyük iz qoymuş sənətkarlardan biri olub.

Əbülhəsən xan Azər İqbal 1871-ci ildə Təbrizdə anadan olub.  Atası Molla Musa dövrünün tanınmış alimlərindən sayılırdı. 7 yaşında atasını itirən Əbülhəsən xan erkən yaşlarından ailə qayğıları ilə üzləşib. O, yeddi yaşında ikən atası vəfat edir. Sonradan ailəsi ilə birlikdə Qəzvinə köçən Əbülhəsən xan ilk musiqi təhsilini də burada qəzvinli məşhur musiqişünasböyük ustad Hacı Molla Kərimdən alır. Gənc yaşlarından xalq arasında tanınan Əbülhəsən xan bir neçə dəfə Təbrizə dəvət olunurburada böyük şöhrət qazanır.  Vəliəhd Məhəmmədəli Mirzə onu saraya dəvət ediro, bir müddət sarayda qalır. Müzəffərəddin şahın vəfatından (1906) sonra isə o, vəliəhdlə birlikdə Tehrana gedirburada “Dövlət təkiyəsinin baş xanəndəsi” yerini tutmaq üçün müsabiqədə birinci yeri tutub, şah sarayında xanəndə olmaq hüququ qazanır. Məhəmmədəli şah hakimiyyətdən salındıqdan sonra Əbülhəsən xan Səttarxanın dəvəti ilə yenidən Təbriz şəhərinə qayıdır. Əbülhəsən xanaİqbal-Soltan” ləqəbi Əhməd şahın hökmranlığı (1909- 1920) dövründə verilmişdi.

1909-cu ildən sonra Əbülhəsən xan Təbrizdə vəliəhd Məhəmmədhəsən Qacarın xüsusi xanəndəsi olur. O, saray məclislərində oxumaqla yanaşı, məhərrəmlik təziyələrində də mərsiyəxan kimi çıxış edərdi. Ancaq Əbülhəsən xan təkcə saray müğənnisi və ya mərsiyəxan deyildi, sözün həqiqi mənasında xalq sənətkarı idi. O, məşhur tarzən Dərviş xan və kamançaçı Bağır xan ilə uzun müddət Təbrizin toylarında, xalq şənliklərində bir xanəndə kimi çalıb-çağırmışdır.

1914-cü ilin mart ayında Əbülhəsən xan Avropaya qastrol səfərinə çıxarkən əvvəlcə Tiflis şəhərinə gəlir. Əbülhəsən xan hələ Tiflisə gəlməmişdən xeyli əvvəl şəhərin görkəmli yerlərində reklamlar asılmış, teatr və klubların qapılarına iri və rəngarəng afişalar vurulmuşdu. Əbülhəsən xanın Tiflisə gəlişi barədə qəzetlərdə xüsusi xəbərlər çap edilmişdi. O zamanZakavkazskaya reç” qəzetində dərc  olunmuş xəbərlərin birində deyilirdi: “Avropaya gedərkən İran şahının saray müğənnisi Əbülhəsən xan Tiflisdə qonaq olacaqdır. Yerli müsəlman cəmiyyətinin arzusu ilə o, Tiflisdə bir neçə konsert vermək fikrindədir. Onu da qeyd edək ki, Əbülhəsən xan hələ heç bir vaxt böyük tamaşaçı kütləsi qarşısında çıxış etməmişdi. Xanəndənin səsi olduqca güclü, məlahətli, həm də yüksək tembrli səsdir. Hərəkətləri çox incədir, səhnədə əllərini döşünə qoyub ayaq üstündə  oxuyur. Görkəmi məğrur və əzəmətlidir”. 

 

Tiflisdə muğam rüzgarı əsdirən sənətkar...

 

Əbülhəsən xanın Tiflisdə ilk konserti 1914-cü ilin mart ayının 26-da “Kazyonnı teatrda Şərqin məşhur sənətkarları xanəndə Tahirzadənin, tarzən Dərviş xanın, kamançaçı Bağır xan və zərb vuran Abdulla xanın iştirakı ilə olmuşdur. Bu konsert böyük müvəffəqiyyətlə keçmiş, Tiflis musiqi ictimaiyyətini valeh etmişdi.

O zaman Tiflisdə yaşayan məşhur müğənni Seyid Şuşinski Əbülhəsən xanın konsertlərində yaxından iştirak etmiş və konsertlərin təşkilində köməklik göstərmişdir.

Respublikanın xalq artisti Mustafa Mərdanov xatirələrinin birində yazırdı: “Şərqin məşhur xanəndələrindən sayılan Əbülhəsən xan öz dəstəsi ilə Tiflisə konsert verməyə gələndə, birinci növbədə Seyid Şuşinskinin görüşünə getdi. Iki sənətkar çox səmimi görüşdülər. Seyid Şuşinski Cənubi Azərbaycandan gəlmiş qonaqlara öz xərci ilə frak tikdirib səhnəyə çıxartdı. Əbülhəsən xan ürəkaçan gözəl bir səslə

“Bayatı-Şiraz” və “Rast” dəstgahı oxudu. O, dinləyiciləri valeh etdi. Bu konsertdə iştirak edən Gürcüstan opera sənətinin banisi Vano Saraçaşvili Əbülhəsən xanın sənətkarlığını yüksək qiymətləndirərək dedi: “Əbülhəsən xanın nəyi Karuzodan əskikdir”. O, sonra səhnəyə çıxıb Əbülhəsən xanı bağrına basıb öpdü.

Əbülhəsən xanın konsertlərinin təşkilinə Seyid Şuşinski ilə birlikdə biz də kömək edirdik. Istəyirdik ki, qastrol səfərindən onlar öz vətənlərinə xoş təəssüratla getsinlər".

İqbal-Soltan Tiflisdə olarkən tarzən Dərviş xanın müşayiəti ilə bir çox muğam və təsnifləri oxuyub qrammofon vallarına yazdırır. Bu vallardan birində isə o, Seyid Şuşinskiyə hörmət əlaməti olaraqHumayun" oxumuş və valın üstündə  Seyid Şuşinskiyə Əbülhəsən xandan hədiyyə” sözlərini yazdırmışdı. Əbülhəsən xanı Tiflisdə hörmətlə qarşılayanlardan biri də mütəfəkkir yazıçı Cəlil Məmmədquluzadə olmuşdur. Seyid Şuşinski xatirələrində qeyd edir ki, Cəlil Məmmədquluzadə Əbülhəsən xanı hörmətli bir qonaq kimiMolla Nəsrəddin” jurnalının redaksiyasına dəvət etdi. Böyük qonaqlıq oldu. Ziyafətdə Əbülhəsən xanın xahişi  ilə mən də oxudum. Axırda İqbal-Soltan elə birKürdü-Şahnazoxudu ki, o gecə mən aldığım təəssüratdan səhərəcən yata bilmədim. Seyid Şuşinski haqlı idi. Əbülhəsən xanın və başqa Azərbaycan müğənnilərinin qiymətli valları da bu fikirləri təsdıq edir. Onların ayrı-ayrılıqda oxuduqları “Kürdü-Şahnaz” muğamını dinlədikdə Əbülhəsən xanın oxuduğu “Şahnaz”ın daha səlis, daha təsirli və gözəl səsləndiyinin şahidi oluruq. Əbülhəsən xanın oxuduğuKürdü-Şahnaz  həqiqətən müğənnilər üçün nümunə olmuşdu" (Firudin Şuşinski).

 

İqbal ötər bülbüli-şeyda olub...”

 

1944-cü ildə bir qrup sovet incəsənət nümayəndəsi Təbrizə qastrol səfərində olarkən o zaman Təbriz bələdiyyə idarəsinin məmuru olan Əbülhəsən xan Şimali Azərbaycandan gəlmiş artistləri olduqca səmimi və mehribanlıqla qarşılamış, onların konsertlərinin uğurlu keçməsi üçün əlindən gələni etmişdi. O, Azərbaycan incəsənət ustalarının, xüsusən Xan Şuşinskinin ifaçılıq məharətinə yüksək qiymət vermişdi.

Əbülhəsən xan İqbal-Soltan Azərbaycan vokal məktəbinin bütün incəliklərini mükəmməl surətdə öyrənmiş böyük xanəndə olmuşdur. Əbülhəsən xan İqbal da Cabbar Qaryağdı oğluSeyid Şuşinski kimi heç bir zaman musiqidən uzaqlaşmamış, qoca vaxtında belə dinləyicilər qarşısında çıxış etmişdir.

Cənubi Azərbaycan vokal sənətinin tam bir nəsli Əbülhəsən xan İqbal Azərin ifaçılıq məktəbinin yetirməsidir. Rzaqulu Mirzə Zili, İbrahim Buzəri və başqaları da böyük xanəndənin şagirdləri olmuşlar. Görkəmli Azərbaycan şairi Şəhriyar Əbülhəsən xan Azərə həsr etdiyi qəzəlində onu görkəmli sənətkar kimi səciyyələndirmişdi.

 

Tapdı İqbal ilə şöhrət bu cahanda musiqi,

Gül üzün gördü, gül açdı gülüstanda musiqi,

Sanki sənət zirvəsindən bir şəlalə yollanır,

Coşğun avazı ilə həmahəng olanda musiqi. 

Şaxta vurmuşsa hünər gülzarını, İqbal ötər Bülbüli-şeyda olub fəsli xəzanda musiqi.

Güzgüdür saf qəlbi, onda əks edər öz hüsnünü,

Nalətək rüxsarini seyrə dalanda musiqi...

 

Şərq vokal sənətinin görkəmli nümayəndəsi Əbülhəsən xan İqbal 1970-ci ildə, 99 yaşında Təbrizdə vəfat etmişdir.

 

Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 21 fevral.- S.14.