Gözəl xanəndə və ustad tarzən Malıbəyli Həmid

 

Bülbül səsli arabaçı oğlan

 

Musiqi xəzinəmizin zənginləşməsində böyük xidmətləri olan sənətkarlardan biri də məşhur xanəndə və tarzən Malıbəyli Həmid olub. Həmid İmamqulu oğlu Qurbanov 1869-cu ildə Şuşa yaxınlığındakı Malıbəyli kəndində anadan olmuşdur. Səfalı, gözəl mənzərəli bu kənd Qarabağın ən böyük kəndlərindən hesab olunur.

Malıbəyli kənd əhalisinin əksəriyyəti kimi Həmidin atası və babası da o zaman arabaçılıqla məşğul olmuşdular. Həmid də atası kimi Yevlax-Şuşa arasında tacirlərin mallarını daşımaqla dolanırdı. Bir xoş təsadüf Həmidi musiqi aləminə gətirib çıxarır.

Məşhur musiqişünas Firudin Şuşinski “Azərbaycan xalq musiqiçiləri” kitabında bu barədə belə yazır: “Günortadan bir qədər keçmiş ”Merdinli məhəlləsi"ndə Sadıqcanın evində gözəl bir məclis qurulmuşdu. Geniş, işıqlı və rahat qonaq salonunda canlanma vardı. Buraya adlı-sanlı musiqiçilər, xanəndələr toplaşmışdı. Sadıqcanın məclisində xanəndələrdən Məşədi İsi, Hacı Hüsü, Şahnaz Abbas, Dəli İsmayıl, Əbdülbaqi(Bulbülcan) və Cabbar Qaryağdı oğlu da əyləşmişdilər. Bir qədər sonra gənc arabaçı da gəlib çıxdı. Sadıqcan arabaçını mehribanlıqla qəbul edib qonaqlara təqdim etdi. Nahardan sonra məclisdəkilərə armudu stəkanlarda pürrəng çay verildi. Bu zaman Sadıqcan “sehrli tar”ını döşünə basıb məclisdə əyləşən xanəndələri bir-bir oxutdu. Hacı Hüsünün gözəl səsi, Əbdülbaqinin coşğun və sürəkli zəngulələri, Sadıqcanın əzəmətli çalğısı rəis qonağı heyrətə salmışdı. Məşhur xanəndələr oxuduqdan sonra Sadıqcan arabaçıya dedi:

- Oğlum, növbə sənindir. Bizim üçün bir şey oxu.

Bu sözləri eşidən gənc arabaçı özünü itirmişdi. O, məclisdə əyləşən xanəndələrin adlarını çox eşitmiş, onların bir neçəsini Malıbəyli kəndində məclislərdə, toylarda dinləmişdi. Usta xanəndələrin yanında oxumağı arabaçı ağlına sığışdıra bilmirdi. Necə oxusun? Məgər onların yanında oxumaq asandır?

Sadıqcan qonağın çəkindiyini hiss edib mehribanlıqla dedi:

- Bacıoğlu, hamımız sənin səsinə qulaq asmaq istəyirik, çəkinmə, oxu.

Sadıqcanın sözləri arabaçı gənci ürəkləndirdi, o, “Segah”dan başqa bir şey bilmədiyini söylədi. Sadıqcan tarı “Segah” üstündə köklədi. Arabaçı gəncin oxuduğu “Segah” məclisdəkilərə xoş gəldi, onu yer-yerdən alqışladılar. Məşədi İsi dedi:

- Bala, sən gəl bu arabaçılığı burax getsin, xanəndəlik sənətini özünə peşə et, gözəl səsin var, hayıfdır, Şuşaya gəl, bizimXanəndələr məclisi”ndə muğamatdan dərs al.

Sadıqcanın Məşədi İsinin xanəndəliyə təhrik etdiyi bu gənc sonralar Azərbaycanda məşhur xanəndə görkəmli tarzən kimi tanınan Malıbəyli Həmid idi...".

 

Xanəndələr məclisi”ndə

 

Malıbəyli Həmid Sadıqcanın evindəki qonaqlıqdan sonra Hacı Hüsünün təşkil etdiyiXanəndələr məclisi”nə daxil olur. O, burada məşhur sənətkarlardan, xüsusilə Hacı Hüsü Məşədi İsidən klassik şərq Azərbaycan muğamlarını öyrənir. Çox incə məlahətli səsi olan Həmid xanəndəlik sənəti ilə yanaşı eyni zamanda tar çalmağı da öyrənirdi. Onun ilk tar müəllimi Sadıqcan olmuşdur. Həmid tezliklə Şuşa məclislərində xanəndə kimi tanındı. O, Şuşada ilk dəfə Nəcəfqulu ağanın məclisində Hacı Hüsü, Məşədi İsi Sadıqcanla birlikdə çıxış etmişdir.

Atam mənə söyləyirdi ki, Nəcəfqulu ağanın qonaqlığında Həmid elə birRast" oxudu ki, hamı heyran qaldı. Hacı Hüsü dedi ki, gələcəyin oxuyanı bu Malıbəyli balası olacaq". Bu məclisdən sonra Həmidi tez-tez xalq şənliklərinə dəvət edirlər. Malıbəyli Həmid bir çox illər toy şənliklərində xalq məclislərində məşhur tarzənlərdən Cavadbəy Xənəzəyski, Məşədi Zeynal, Məşədi Cəmil Əmirov Qurban Pirimov ilə çalıb oxumuşdur..." (Xan Şuşinski).

Malıbəyli Həmid qüdrətli xanəndə, eyni zamanda gözəl tarzən istedadlı aktyor olmuşdur. O vaxtlardan qalan afişa proqramlardan məlum olur ki, xanəndə bir neçə tamaşada iştirak etmiş opera artisti kimi şöhrət qazanmışdı. 1913-cü il avqust ayının 7-də o, Üzeyir bəy Hacıbəyovun Şuşa səhnəsində tamaşaya qoyulmuşLeyli Məcnunoperasında baş rolların birini oynamış, sənət yoldaşları Əbülfət Vəli, Hüseynqulu Sarabski, Zabul Qasım, Xanlıq Şükür, Məşədi Cəmil Əmirov başqaları ilə birlikdə yüksək səviyyədə çıxış edərək tamaşaçıların rəğbətini qazanmışdı. Bundan başqa, o, Məşədi Cəmil Əmirovun Şuşada, Gəncədə, Tiflisdə dəfələrlə səhnədə oynanılmışSeyfəl-mülkoperasında da əsas rollardan birini ifa etmişdi.

Malıbəyli Həmid xalq şənliklərində, məclislərində çox vaxt özü çalıb, həm oxuyardı. Görkəmli xanəndə Seyid Şuşinski öz xatirələrinin birində bu barədə yazır: “Mən Həmid ilə üç dəfə məclisdə çıxış etmişəm. Onun çalğısına söz yox idi.

Həmiddə gözəl xallar, guşələr çox şirin barmaqlar vardı. O, xanəndəni elə ustalıqla müşayiət edirdi ki, müğənni onun çalğısından həzz alırdı".

O, bütün muğamları tarda ustalıqla ifa etsə , əslində əsl xanəndə idi. Onun xüsusi bir zövqlə oxuduğuRastSegahmuğamları təkcə Azərbaycanda deyil, bütün Qafqazda böyük maraqla dinlənilmişdi. Malıbəyli HəmidSegah”ı şirin bir üslubda yanıqlı oxuması ilə o dövrün xanəndələrindən fərqlənirdi. O, “Yetim Segah”ı Orta Segah”ı daha gözəl, özünəməxsus orijinal bir şəkildə ifa edərmiş.

 

40 il Azərbaycan musiqisinin xidmətində

 

F.Şuşinski yazır: “Belə nəql edirlər ki, HəmidOrta Segah" oxuyanda dəstgahı tarın sarı simlərindəMüxalifhissəsindən başlayır, bir qədər gəzişdikdən sonra muğamınHasarşöbəsinə keçirdi. O, “Hasarüstündə elə nəfəslər, zərif xallar, həzin guşələr vurardı ki, hamı onu məftunluqla dinlərdi. “Müxalif”dənHasar”a keçmək HəmidinSegahmuğamına gətirdiyi yenilik idi. Buna xanəndələr arasındaHəmid Segah”ı deyərdilər. O, eyni zamandaRastifaçısı kimi daha məşhur idi...".

Malıbəyli Həmid XX əsrin əvvəllərində ailəsi ilə birlikdə Gəncə şəhərinə köçür.

Burada Məşədi Cəmil Əmirovla yaxından tanış olur onlar uzun müddət əməkdaşlıq edirlər. Məşədi Cəmil tar çalmaqda Həmidin ən yaxşı müşayiətçisi idi. Maraqlı burasıdır ki, Məşədi Cəmilin oxumaq tərzinə daha yaxın bələd olan Malıbəyli Həmid Məşədi Cəmili tarda müşayiət etmişdir. Hər iki istedadlı sənətkar Gəncə, Şəmkir, Qazax Tiflis şəhərlərində onların ətraf rayonlarında toy məclislərdə birlikdə çıxış etmişlər.

Həmin vaxtlar görkəmli xanəndə kimi məşhur olan Malıbəyli Həmid dəfələrlə İranın Rəşt, Ənzəli şəhərlərinə dəvət olunmuşdur. Malıbəyli Həmid qardaşı Əsgər Qurbanov kamançaçı Böyükkişi Əliyevlə birlikdə bir çox illər çalıb-oxumuşdur.

Malıbəyli Həmid ömrünün 40 ilini Azərbaycan milli musiqi mədəniyyətinin inkişafına həsr etmişdir. “Qrammafonşirkətinin dəvəti ilə Malıbəyli Həmid 1910-cu ildə Riqa şəhərinə getmiş səsini vala yazdırmışdır. O, “Şur”, “Rast”, “Yetim Segah”, “Humayun bir çox təsnifləri el mahnılarını oxumuşdur. Tarı Malıbəyli Həmidin özü çalmışdı. Xanəndənin qardaşı Əsgər Qurbanov da bir neçə muğamı onun müşayiəti ilə oxumuşdur.

Yaradıcılığının ən səmərəli vaxtında Malıbəyli Həmidin səsi batmış, lakin o ruhdan düşməmiş tar çalmaqla ciddi məşğul olmağa başlamışdır.

Qarabağ məclislərində, Gəncə toylarında Tiflis şəhərində verilən konsertlərdə Malıbəyli Həmid Keçəçi oğlu Məhəmmədi, Zabul Qasımı, Musa Şuşinskini, İslam Abdullayevi, Məşədi Məmməd Fərzəliyevi, Məmmədqulu Şuşinskini, Bülbülü tarda müşayiət etmişdir. Malıbəyli Həmid xalq arasındagözəl tarzənkimi məşhurlaşmışdır.

Malıbəyli Həmid 1922-ci il mart ayının 22-də Ağdamda vəfat etmişdir.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 24-25 fevral.- S.14.