Klassik poeziyamıza rəng qatan imzalar...
«Ona nəqş eyləmiş mehrin, dili-şeydayə göndərmiş...»
Klassik Azərbaycan ədəbiyyatında xüsusi
dəst-xətti olan bir neçə şair haqqında söz açmışdıq.
Budəfəki mövzuda
həmin silsiləni davam etdirmək və hamı üçün maraqlı
olan bir neçə fərqli imzadan söz açmaq istəyirik. Azərbaycan poeziyasında
imzası unudulmayan qələm sahibləri sırasında Şahnigar
Rəncur da var. Bu qadın şairimiz dövrünün tanınmış
imzalarından olub, Qazaxda “Mollaxanım” ləqəbi ilə tanınıb.
Şahnigar xanım Kazımağa qızı (Rəncur)
1850-ci ildə Qazax mahalının Ağköynək
kəndində anadan olub. İlk təhsilini qardaşı Hacı Məhəmməd
ağadan alan Şahnigar xanım klassik üslubda və janrlarda şeirlər yazmışdır.
O, münacat, mərsiyə,
qəzəl janrlarına
müraciət etmişdir.
Nəqşibəndi təriqətinə
mənsub olan Şahnigar xanım şeirlərinin çoxunu
müridi Hacı Mirhəmzə Əfəndiyə
(Seyid Nigariyə) xitabən yazmışdır.
Eyni zamanda, Şahnigar xanım Qiyasbəyova Qazax şairləri arasında zərif təbli yazarlardan biri hesab olunur.
Zəmanəsinin məşhur qələmlərindən
hesab olunan şair “Rəncur” təxəllüsü ilə
şeirlər yazmış,
vaxtının çoxunu
ibadətdə keçirmişdir.
Şahnigar xanımın təxminən
45-50 yaşlarında Qazaxda
vəfat etdiyi bildirilir.
O, Hacı Mirhəmzə Əfəndinin
müridlərindən olduğu
üçün şerlərinin
çoxunda onun mənəvi aləmindən
bəhs edir:
Yazıb bir şəqqəni şahim,
sərimə sayə göndərmiş,
Ona nəqş
eyləmiş mehrin, dili-şeydayə göndərmiş.
Nigaridir kərəm kani kərəm dəstini baz etmiş,
Nübüvvət gülşənindən bir
güli-həmrayə göndərmiş.
Mənim cürmi-kəbir içrə
pərişan olduğum
bilmiş,
Duayi-iltifatını
mənə pirayə göndərmiş.
Mirhəmzə Əfəndi Şahnigar xanıma cavabında yazmış:
Nigari-nazəninim fərşi-bəzmarayə göndərmiş,
Nigariş eyləmiş rəngi-tərin
şeydayə göndərmiş.
Yenə sövdayə düşmüş,
aşiqanə bir qəzəl yazmış,
Nigari bir
qəzəlnamə büti-zibayə
göndərmiş.
Şahnigar xanımın iki yüzə yaxın qəzəli olduğu göstərilir. Onun əlyazmaları olan dəftərdə şairənin
münacat və qəzəllərindən başqa
rübailəri, müxəmməs
və müsəddəsləri,
eyni zamanda saqinamələri
də var.
“Amandı tez yetirin cilvəgahı-Turə
məni...”
XIX əsr ədəbiyyatında imzası
seçilən şairlərdən
biri də Mirzə Əli Ləlidir. O, 1845-ci ildə
Təbrizdə anadan olsa da, ata-anası
əslən irəvanlı
olub. Təbriz mədrəsələrində təlim-tərbiyə
alan Mirzə Əli Ləli ərəb və fars dillərini də mükəmməl öyrənib. Təbrizdə
əttarlıq dükanı
açıb, bir müddət ticarətlə
məşğul olduqdan
sonra o, dövrünün
məşhur həkimlərindən
təbabət elmini öyrənib. Sonradan Tehranda tibbi biliklərini zənginləşdirən
Mirzə Əli Təbrizə qayıdaraq həkimlik etməyə başlamışdır. Mirzə
Əli İranın ən məşhur həkimlərindən biri
olub. O, Misirə, İstanbula, hətta Avropanın bəzi şəhərlərinə səfərlər
edib.
Təbrizdə böyük nüfuz sahibi olan Mirzə
Əli eyni zamanda şeirlər, həcvlər yazmışdır.
“Şəmsül-hükəma” ləqəbini almağa səbəb Müzəffərəddin
şahın Təbrizdə
vəliəhd olduğu
vaxtlarda onun yaxınlarından birini müalicə edərək
sağaltmış və
bunun müqabilində
ona vəzifə verilmişdir.
Mirzə Əli məddahlığa
nifrət etmiş, xarakter etibarilə azad bir insan
olub. Buna görə də dövrünün vəzifə və mənsəb adamlarını
tənqid edən həcvlər yazmışdır.
O, vaxtının çoxunu
səyahətdə, xüsusilə
Tiflisdə və İstambulda keçirmişdir.
Şairin çox gözəl qəsidələri, qəzəlləri,
dübeytləri və
növhələri var. Onun
farsca da bir sıra şeirləri
qalıb.
Gətirdi nəşeyi-mey,
saqiya, nə şurə məni,
Ki, şövqi-arizi-canan
çəkib hüzurə
məni.
Cəmali-şahidi-qeyb
istərəm Kəlimasa,
Amandı tez yetirin cilvəgahı-Turə
məni.
Zəmirim olmadı biganə məşrəbindən saf,
Qıl aşina genə bir sağəri-bülurə
məni.
“Dil yarəsinə
məlhəm ol müşki-Xütən olmaz...”
Bu dövrün tanınmış qələm
sahiblərindən biri
də Əbülhəsən
Vaqifdir. O, 1845-ci itdə
Salyan şəhərində
bərəçi ailəsində
doğulmuşdur. İlk
təhsilini Salyanda mədrəsədə alan
şair fars dilini və
klassik ədəbiyyatı
öyrənmişdir. Maddi
çətinlik ucbatından
təhsilini davam etdirə bilməyən Vaqif mədrəsədən
çıxaraq atasının
yanında işləmişdir.
Yalançı ruhanilər
əleyhinə tənqidi
şeirlər yazdığına
görə təqib olunan şair 1888-ci üds Salyanı tərk edərək Bakıya köçmüşdür.
Bakıda yaşadığı
illərdə Əbülhəsən
Vaqif “Məcməüş
şüzra” ədəbi
məclisinin yığıncaqlarında
iştirak etmiş, Əbdülxaliq Yusif, Cənnəti, Seyid Zərgər və başqa şairlərlə
yaxından dostluq etmişdir.
Əbülhəsən
Vaqif 1914-cü ildə
Bakıda vəfat etmiş və Şıx (Bibiheybət) qəbristanlığında dəfn
olunmuşdur.
Əbülhəsən
Vaqif ilk şeirlərini
gənclik illərində
yazmış, onun bəzi qəzəlləri
XX əsrin əvvəllərində
mətbuat səhifələrində
çap olunmuşdur.
Əsərləri tam şəkildə əldə
olmasa da, ədəbiyyatşünas-alim Cənnət
Nağıyeva şairin
boyük zəhmət
bahasına ələ
gətirə bildiyi əsərlərini toplayaraq
2000-ci ildə Bakıda
nəşr etdirmişdir.
Aşağıdakı qəzəl
də həmin kitabdan götürülmüşdür.
Ey qönçədəhan,
sən kimi qönçədəhən olmaz,
Gülşəndə
üzüntək gülü
bərgü səmən
olmaz.
Sordum nə
qədər sirri-dəhanın
ürəfadan,
Böylə dedi: get-get belə rəmzi bilən olmaz.
Çin-çin eləyib tökmə üzə zülfi, xətadır,
Dil yarəsinə
məlhəm ol müşki-Xütən olmaz.
Ey sərvqədim,
gülşəni-hüsnün gül açıbdır,
Gülzari-behişt
içrə bü sərvü çəmən
olmaz.
Zərif lirik qəzəlləri ilə Şirvan mahalında məşhur olan Məşədi Mirzə Məhəmmədsadıq oğlu
Şəhriyar Şirvani
də klassik poeziyamızda öz yeri olan şairlərdəndir.
O, 1852-ci ildə Şamaxıda
anadan olmuşdur. Şair də dövrünün bir sıra tanınmış
şəxsləri kimi
öz zəmanəsinə
görə mükəmməl
təhsil alanlardan sayılırdı. O, gənc
vaxtlarında altı il Teymurxanşurada yaşamış, sonra İrana getmiş, Raşt, Qum, Qəzvin şəhərlərinə səyahət
etdikdən sonra Tehrana qayıdaraq orada tibb elmini
öyrənmişdir. Şəhriyar
Şirvani on səkkiz
il İranda qalmışdır. Şair
vətəninə qayıtdıqda
Şamaxıya getməyib,
əvvəl Gəncədə,
sonra isə Ağdaş va Göyçayda təbiblik
etmişdir. O, “Hacı
Həkim” ləqəbi
ilə məşhur olmuşdur.
Şəhriyar Şirvani 1915-ci ildə Göyçayda vəfat etmiş, vaxtilə Göyçay-Ucar yolunun üstündə olan şəhər qəbiristanlığında
dəfn olunmuşdur.
O, Ağdaş ədəbi dərnəyinin
iştirakçılarından olmuş, bəzi cünglərdə bir neçə şeri qalmışdır. Bu qəzəli
də “Poetik məclislər” (1987) kitabından
götürülmüşdür.
Keçə bu fəsli-xəzan, mövsümi-baharım ola,
Bahar bülbülü
tək gülşənə
güzarım ola.
Müyəssər ola əzadan çəməndə bəzmi-xas,
Gülü mülü meyü bülbül, mənü nigarım ola.
Nigar ola,
gül ola, gül müqabili-lalə,
Güli nigara tərəf qəlbi-dağidarım ola.
Bir əldə
dəsti-nigarım misali-çəng
tutam,
Bir əldə
zülfı-mütərrasi rəngi-tarım ola.
Nəvayı-eşqə
çəkəm şur
ılə ərşə
nazın,
Müxalifı-qəmə
mənsurdə hisarım
ola.
“Azadlıq”ın Araşdırmaçı
Jurnalistlər Qrupu
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilir
Azadlıq.-
2013.- 4 iyul.- S.14.