Ədəbiyyatımızda, teatrımızda, kinomuzda qalan imza

 

Folklorşünas alim Məmmədhüseyn Təhmasib

 

Azərbaycan ədəbiyyatının unudulmaz simaları arasında məşhur folklorşünas alim Məmmədhüseyn Təhmasib xüsusi yer tutur. Ədəbiyyatımızın inkişafına mühüm xidmətlər göstərən M.Təhmasib folklorşünaslığın əsasını qoymuş alimimizdir.

 

Uzun illər ali məktəblərdə dərs deyən alimin şifahi xalq ədəbiyyatının tədqiqində böyük xidmətləri olub. O, mövsüm və mərasim nəğmələrinin toplanıb tədqiq edilməsində önəmli rol oynamış, “Kitabi Dədə Qorqud”, Azərbaycan xalq dastanları, Cabbarlının, Nəsiminin, Nizaminin şifahi xalq ədəbiyyatı ilə bağlılığı, Molla Nəsrəddin lətifələri haqqında elmi əsərlər yazaraq folklorumuzu zənginləşdirmişdir.

Təhmasib Məmmədhüseyn Abbasqulu oğlu 1907-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1927-ci ildə Bakı pedaqoji texnikumunu bitirən M.Təhmasib 3 il Naxçıvan şəhər orta məktəbində müəllimlik etmiş, sonradan isə Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim, dosent, Azərbaycan Elmlər Akademiyası Dil və Ədəbiyyat Institutunda xalq yaradıcılığı şöbəsinin elmi əməkdaşı, 1944-cü ildən vəfatına qədər isə burada şöbə müdiri işləmişdir.

Ədəbi yaradıcılığa 1934-cü ildən başlayan M.Təhmasib  1938-ci ildə  Qaçaq Nəbi” adlı ssenarisini yazmış və “İnqilab və mədəniyyət” jurnalında çap etdirmişdir. OnunBir qalanın sirri” (1960), “Onu bağışlamaq olarmı?” (1960) ssenariləri əsasında eyni adlı filmlər çəkilmişdir, eyni zamandaBahar” (1938), “Aslan yatağı” (1941), “Çiçəklənən arzular” (1951), “Hind nağılı” (1956), “Rübailər aləmində” (1968) və b. pyes-nağılları respublikanın teatr səhnələrində müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur.

Məmmədhüseyn Təhmasib 1941-1945-ci illərdə ədəbi işçi, eyni zamanda diktor  kimi Azərbaycan radiosunda çalışmış, aydın diksiyalı səsi ilə Azərbaycanın “Levitanı” adını almışdır.

Böyük yaradıcılıq eşqi və həvəsi ilə yaşayan M.Təhmasib radioda çalışmaqla yanaşı, bayatı və başqa folklor nümunələri toplamağa davam etmişdir. Onu daha çox Nizami əsərlərinin təsiri ilə yaradılmış el ədəbiyyatı nümunələri maraqlandırmışdır.

Alimin araşdırmaçı kimi ilk uğuruNizami əsərlərinin el variantları” olmuşdur. “Nizami əsərlərinin el variantları” adlı 20 çap vərəqi həcmində kitab mütəfəkkir şairin 800 illik yubileyi münasibətilə Hümmət Əlizadə ilə Məmmədhüseyn Təhmasibin birgə toplayıb tərtib etdikləri dəyərli mənbə idi. Məşhur tədqiqatçı alimlər milli folklordan qaynaqlanan şairin əsərlərinin təsiri ilə yaradılmış, xalq tərəfindən maraqla qarşılanaraq populyarlaşan, folklorlaşmış əfsanə, nağıl və dastanları yaddaşlardan yazıya köçürməklə folklorşünaslıq elmi üçün yeni tədqiqat mənbəyi ortaya qoydular.

 

Folklorumuzun söz sərrafı

 

M. Təhmasib Azərbaycanı kəndbəkənd gəzmiş, qədim əlyazmaların haşiyələrindəki, cüng və yaddaşlardakı müxtəlif  janrlı el sənəti nümunələrini yazıya alaraq nəşr etdirmişdir.

Professor M.Təhmasib şifahi ədəbiyyatımızın qədim, zəngin və möhtəşəm canrı olan dastanların toplanılması sahəsində də ciddi işlər görmüşdür. Onun yaxından iştirakı və köməyi ilə çoxsaylı dastanlarımızın müxtəlif variantları yazıya alınmış, müqayisələr aparılmış, daha geniş yayılmış variant əsas götürülərək 5 cildlik “Azərbaycan dastanları” 60-cı illərdə işıq üzü görmüşdür. M.Təhmasibin həmin nəşrə yazdığı geniş müqəddimədə dastanın bir canr kimi ədəbi-bədii xüsusiyyətləri şərh olunmuş, bu janrın tarixən daşıdığı adlara aydınlıq gətirilmişdir. Azərbaycan dastançılığının ənənələri geniş izah olunan müqəddimədə aşıq, buta, buta verilməsi, buta vermədə Xızır İlyas, nurani dərviş, Həzrət Əli kimi obrazların bədii-estetik funksiyaları haqqında məlumatlar əksini tapmış, ayrı-ayrı dastanların mövzumotiv müxtəlifliyinə toxunulmuşdur.

M.Təhmasib aşıq yaradıcılığı haqqında fundamental araşdırmalar aparmış, Azərbaycan folklorunun dastan janrını dərindən tədqiq edən alimlərimizdən biri olmuşdur. 1949-cu ildən ömrünün sonunadək  M.Təhmasib “Koroğlu” dastanı üzərində işləmiş, onu müxtəlif yönlərdən təhlil etmiş, dəfələrlə nəşr edilməsinə nail olmuşdu. Eposun ayrı-ayrı nəşrlərinə yazdığı müqəddimələrdə “Koroğlunun xalqımızın milli-mənəvi sərvəti olmasını, onun məhz Azərbaycan mühitində yaranıb formalaşmasını, sonralar başqa xalqların folkloruna da yayılmasını danılmaz faktlarla sübuta yetirmişdir. Onun bu sahədəki xidmətləri bir fədakarlıq nümunəsi hesab olunmalıdır. Dünya xalqlarının eposları ilə müqayisədə ləyaqətli yer tutanKoroğlunun ən mükəmməl nəşri M.Təhmasibin çoxillik əməyinin məhsulu sayılır. M.Təhmasib doktorluq dissertasiyalarından birinə yazdığı rəydə “Koroğlueposu ilə bağlı qeyd etmişdir: “Öz yayılma vüsətinə görə dünya eposundaKoroğlu" kimi bir əsər təsəvvür etmək çətindir. O, dindil ayrılıqlarına baxmayaraq, orta əsrlərdə çox möhkəm olmuş bütün siyasi-inzibati sərhədləri aşmış, ən azı Qafqaz, Iran, Əfqanıstan, Orta Asiya, Ərəbistan, Sibir və Avropanın bir sıra xalqları içərisində çox geniş şəkildə yayılmış, variantlar, versiyalar əmələ gətirmişdir".

Ümumiyyətlə,  Məmmədhüseyn Təhmasibin folklorşünaslığın inkişafında, eləcə də folklorşünaslar nəslinin yetişməsində  çox böyük xidmətləri var.

Filologiya elmləri doktoru, professor Məmmədhüseyn Təhmasib həm də tərcümə fəaliyyəti ilə məşğul olub. Bayron, Jül Vern, I.Petrov kimi yazıçı və şairlərin əsərlərini Azərbaycan dilinə tərcümə edib.

Məşhur filmlərin ssenari müəllifi M.Təhmasib Azərbaycan folklorunun bir fənn kimi tədrisi sahəsində ilk addımlar atan alim olmuşdur. O, Azərbaycan folklorunun  sevimli ədəbi qəhrəmanı Molla Nəsrəddin lətifələrini də toplayıb, tərtib etmiş, onun nəşrinə nail olmuşdur. nəşr etdirmişdir. Məhz lətifələrimizin elmi tədqiqinin əsasının qoyulması, sistemli şəkildə toplanılması, nəşri də M.Təhmasibin adı ilə bağlıdır. Onun toplayıb tərtib etdiyi, nəşrinə nail olduğuMolla Nəsrəddin” lətifələri dil-üslub xüsusiyyətləri, milli-bəşəri motivlərin obrazlı-lakonik ifadə zənginliyi ilə diqqəti cəlb edir.

Azərbaycan nağıllarının toplanılmasında, tərtibində, nəşr olunmasında və təhlilində də M.Təhmasib böyük xidmətlər göstərmişdir. Hələ ötən əsrin 60-cı illərində nağıllarımızdan ibarət iki cildliyin rus dilində nəşrində, sonralar 5 cildlik “Azərbaycan nağılları”nın tərtibi və nəşrində də M.Təhmasibin böyük rolu olmuşdur. Onun tərtib etdiyi nağıllar kitabı 1965-ci ildə Tehranda “Qisseyi-Azərbaycan” adı ilə  farsca nəşr olunmuşdur.

M.Təhmasib “Dədə Qorqud boyları haqqında” məqalə yazmış və bu məqalədə “Dədə Qorqud” boylarının sonrakı dövr dastanlarımıza təsiri faktlarına toxunmuşdur.

M.Təhmasib təkcə Azərbaycanda deyil, eyni zamanda  keçmiş Sovet İttifaqında, Türkiyə və İranda da epos nəzəriyyəsi sahəsində görkəmli mütəxəssis kimi qəbul olunmuşdu. Bir çox hallarda onun fikirlərinə mənbə kimi istinad edilmişdir.

Filologiya elmləri doktoru, professor Məmmədhüseyn Təhmasib həm də tərcümə ilə məşğul olub. Bayron, Jül Vern, İ.Petrov kimi yazıçı və şairlərin əsərlərini Azərbaycan dilinə tərcümə edib.

Məmmədhüseyn Təhmasib eyni zamanda C.Cabbarlı, S.Vurğun ənənələrini davam etdirən dramaturq olmuşdur.

Onun 1939-cu ildə yazdığı “Baharpyesi gənc rejissor Mehdi Məmmədovun quruluşundaÿ Gəncədə, sonra Bakıda Dövlət Dram Teatrındaÿ tamaşaya qoyulur. Sonrakı “Aslan yatağı” pyesi isə Böyük Vətən müharibəsi illərində Krım tatarlarının faşizmə qarşı mübarizəsinə həsr olunub. Əsər 1942-ci ildə dövlət teatrının səhnəsində oynanılıb. Bundan başqa, 1955-ci ildə M.Təhmasibin “Çiçəkli dağpyesi, “Kəlilə və Dimnə”nin motivləri əsasında qələmə aldığı “Hind nağılı” adlı pyesi teatr səhnəsində göstərilir.

Məşhur “Bir qalanın sirrifilminin ssenarisi də “Çiçəkli dağpyesinin motivləri əsasında yazılıb. Eyni zamanda, müəllif “Baharpyesinisonralar işləyib “Onu bağışlamaq olarmı?” bədii filminin ssenarisini hazırlamışdır. Bu filmin  quruluşçu rejissoru Rza Təhmasib olmuşdur.

Məhəmmədhüseyn Təhmasib 1982-ci il oktyabr ayının 5-də Bakıda vəfat etmişdir.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 Azadlıq.- 2013.- 24 iyul.- S.14.