Şuşanın “Dostluq məclisi”ni yaradanlardan biri     

 

«Məclisi-üns» Mirzə Rəhim Fəna

 

Məlum olduğu kimi, Azərbaycan poeziyasının inkişafında  müxtəlif dövrlərdə yaranmış ədəbi məclislərin rolu böyük olmuşdur. Belə məclislər zaman-zaman təkcə Bakıda deyil, müxtəlif şəhərlərdə fəaliyyət göstərmiş və bir çox şairlərin tanınmasında xüsusi rol oynamışdır. Belə ədəbi məclislərin meydana çıxması baxımından ən məhsuldar dövr XIX əsr hesab oluna bilər. Bu dövrdə Gəncədə (sonralar Tiflisdə) “Divani-hikmət”, Bakıda “Məcməüş-şüəra”, Şamaxıda “Beytüs-Səfa”, Qubada “Gülüstan”, Lənkəranda “Fövcül-füsəha”, Qarabağda “Məclisi-üns” və “Məclisi-fəramuşan” adlanan ədəbi məclislər Azərbaycandan kənarda da çox məşhurlaşmışdır.

 

Qubadakı “Gülüstan” ədəbi məclisinə Abbasqulu ağa Bakıxanov Qüdsi, Ordubaddakı “Əncüməni-şüəra”ya (“Şairlər məclisi”) Fəqir Ordubadi, Lənkərandakı “Fövcül-füsəha”ya (“Gözəl danışanlar dəstəsi”) Mirzə İsmayıl Qasir, Şamaxıdakı “Beytüs-Səfa”ya (“Səfanın evi”) Seyid Əzim Şirvani, Bakıdakı “Məcməüş-şüəra”ya (“Şairlər toplusu”) Məhəmməd ağa Cümri, Gəncədəki (sonralar Tiflisdə) “Divani-hikmət”ə Mirzə Şəfi Vazeh, Şuşada fəaliyyət göstərən “Məclisi-üns” poetik məclisinə Xurşudbanu Natəvan, “Məclisi-fəramuşan”a (“Unudulmuşlar məclisi”) isə Mir Möhsün Nəvvab başçılıq edirdi. Poetik məclislər arasında sıx əlaqə mövcud idi və şairlər bir-biri ilə yazışırdılar. Ədəbi məclislər keçmişdə şah saraylarına mənsub olsa da, XIX əsrdə Bakı, Gəncə, Şamaxı, Şuşa, Quba və digər şəhərlərdə müstəqil fəaliyyət göstərən ədəbi məclislər xalqın ayrı-ayrı təbəqələrini əhatə etmişdir. Bu məclislərdə əsasən zəhmətkeş kütlələrə mənsub olan şairlər toplanmışdı. Onların şeirlərində ictimai motivlər müəyyən yer tuturdu.

Belə məclislərdən olan “Məclisi-üns” (“Dostluq məclisi”) ədəbi məclisi 1864-cü ildə Şuşada şair Mirzə Rəhim Fənanın təşəbbüsü ilə təşkil edilmişdi. Məşğələləri şair Hacı Abbas Agahın evində keçirilən bu məclisin əvvəllər dörd üzvü var idi. Lakin 1872-ci ildə Xurşidbanu Natəvanın məclisi öz himayəsinə götürməsi onun məşğələlərini daha da canlandırmış, məclis üzvlərinin sayı çoxalıb otuza yaxınlaşmış və şöhrəti Qarabağın hüdudlarını aşmışdır. Bu məclisin otuzdan artıq üzvü arasında istedadlı sənətkarlardan Mirzə Rəhim Fəna, Hacı Abbas Agah, Məmo bəy Məmai, İsmayıl bəy Dəruqi, Məşədi Nəsir Lovhi, Baxış bəy Səbur və başqaları olmuşdur. “Məclisi-üns”də tanınmış Qarabağ şairləri ilə yanaşı məşhur xanəndə və sazəndələr də iştirak etmişlər.

 

Hicran edibdi könlüm evin qarət, ağlaram...”

 

Natəvanın həyat yaradıcılığına dair arxivlərdən aşkar edilmiş sənədlərdən Məclisi-ünsədəbi məclisinin katibi Mirzə Rəhim Fənanın Əlyazmalar İnstitutunda saxlanan xatirəsində məclisin yaranması, keçirilməsi, üzvləri, digər məclislərlə əlaqəsi barədə maraqlı faktlar var.

Rəhim bəy Mirzə Məmmədbağır oğlu Mirzəyev 1844-cü (bəzi qaynaqlara görə 1841-ci) ildə Şuşa şəhərində anadan olmuşdur. Onun atası Mirzə Məmmədbağır Mehdiqulu xanın saray mirzəsi olmuş, xanlığın mədaxü-məxaric işlərinə baxmışdır, Mirzə Məmmədbağır öləndən sonra, yəni 1872-ci ildən onun vəzifəsini oğlu Mirzə Rəhim yerinə yetirmişdir.

Rəhim bəy ibtidai təhsilini molla yanında almış, sonra mədrəsədə, Mirzə Əbdülqasim Mirzə Əli oğlu Kəbirlinin yanında oxumuşdur. Savadlı olduğuna görə mirzə adı daşıyırdı. Mirzə Rəhim bəyƏvvəllərAşiq", sonralarFənatəxəllüsləri ilə Azərbaycan fars dillərində şeirlər yazmışdır. Klassik poeziyanın hər növündə şeirləri olmuş, lakin əsərlərinin coxu itib-batmışdır.

Mirzə Rəhim FənaAğlaramqəzəlini gizli məhəbbət bəslədiyi Natəvanı nəzərdə tutaraq yazmışdır:

 

Hicran edibdi könlüm evin qarət, ağlaram,

Çün ağlamaq olubdu mənə adət, ağlaram.

Ta var idi fəraqına tabım, səbur idim,

İmdi yoxumdu səbr, nedim taqət, ağlaram.

Qəddim fəraqı başıma gətdi qiyaməti,

Ta həşr olunca hər dəmu hər saət ağlaram.

Zülfü ruxun xəyalına sərf oldu ruzü şəb,

Ömrümdə ruzü şəb olmamışam rahət ağlarəm.

 

Qalar axırda qara günlü könül avarə...”

 

Xan qızı Natəvan Mirzə Rəhim bəyin xətrini çox istəyirdi. Həmin dövrdə Şuşa qəzası rəisi Dubrovski Mirzə Rəhimin qardaşı Mirzə Kərimi vəzifəsindən azad etməsi Rəhim bəyə çox pis təsir etdiyindən o, Dubrovskiyə nifrətini belə gizlədə bilmirdi. Bir gün ŞuşadaBazarbaşıdeyilən yerdə Mirzə Rəhim bir dəstə adamla əyləşib, söhbət edərkən qəza rəisi ora gəlir, hamı durub ona təzim etsə , Rəhim bəy ona təzim etmir hətta arxasını ona çevirir. Rəhim bəyin bu hərəkətindən özündən çıxan qəza rəisi yoldan keçən bir kəndlinin əlindən ağacını alıb Rəhim bəyi döyməyə başlayır.  Mirzə Rəhim bəy onun əlindən canını birtəhər qurtararaq Xurşudbanu bəyimin həyətinə girir. Qəza rəisi onun ardınca gələrək Rəhim bəyi yerə yıxıb buradaca yenə döyməyə başlayır. Səs-küyə çölə çıxan Xurşidbanu bəyim çölə çıxır hirslənərək nökərlərə qəza rəisinin döyülməsi tapşırığını verir. Sonra Xan qızı möhkəmcə əzişdirilən qəza rəisinə yaxınlaşıb onun çiynindən paqonlarını dartıb qopardır, özünü həyətdən qovur. Üz-gözü yaralanmış halda idarəsinə dönən Dubrovskini həmin vaxt şəhərə gələn Qafqaz valisi bu halda görür bunun səbəbini öyrənir. Hadisədən bir neçə gün sonra Xurşidbanu bəyimin görüşünə gələn Qafqaz valisi Natəvana xitabən: “Rəisə əl qaldırmağınıza etiraz etmirəm, lakin paqonları qırmaq dövlətə hörmətsizlikdir”. Xurşidbanu bəyim isə cavabında deyir: “Dövlətin təbəələrini suçsuz incitməyə heç kimin haqqı yoxdur, hətta rəisin ”. Bundan sonra vali heç bir cavab vermir Dubrovskini işdən çıxarmaqdan başqa çarəsi qalmır...

Rəhim bəyinMəclisi-ünshaqqında dəyərli xatirələri ikicildlikAzərbaycan ədəbiyyatiəsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr XX əsrin əvvəlində dövri mətbuatda, “Təzkireyi-Nəvvab”, “Riyazül aşiqeynəsərlərində çap olunmuşdur.

Tarix ədəbiyyata böyük marağı olan Mirzə Rəhim FənaTarixi-cədidi Qarabağadlı əsər qələmə almışdır.

Mirzə Rəhim bəyin başqa bir qəzəli:

 

məlamət əsər etmiş görəsən dildarə

Ki, çəkib yardan əl, uydu yenə əğyarə?

Hansı məşuqə deyir aşiqinə, eşqi unut?

Hansı tacirdi rəvac istəmədi bazarə?

Bivəfa yari-cəfakarım urub səngi-cəfa,

Şişeyi-xatiri məhzunum olub sədparə.

Məni aşufta edən qeyrilə yar olmağıdır,

Cövri-hicrilə könül gəlməz idi zinharə.

bileydim ki, səri-zülfi giriftarı olub,

Qalar axırda qara günlü könül avarə.

Mirzə Rəhim bəy 1931-ci ilin fevral ayının 11-də Bakı şəhərində vəfat edib. Şairin Əsəd bəy adlı oğlu vardı.

 

Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir.

 

Azadlıq.- 2013.- 5 iyun.- S.14.