Unudulmaz qələm
sahibi və maarifçi
Qutqaşin
sultaninin ciliz oğlu...
Azərbaycan
ədəbiyyatinda və ictimai fikir tarixində unudulmaz adlardan
biri olan İsmayil bəy Qutqaşinlini hamimiz taniyiriq. Onun adi
tarixə həm yazdiği maraqli əsərlər, həm də
böyük maarifçilik işləri iz qoyub.
İ.Qutqaşinli Azərbaycan ədəbiyyatina müasir nəsr,
hekayə janrini gətirən yaziçidir.
İsmayil bəy Qutqaşinli 27 yanvar 1806-ci ildə
keçmiş Qutqaşın mahalında (indiki Qəbələ)
anadan olmuşdur. Ailəsi ona bu adi Qurban bayraminda dünyaya gəldiyinə
görə vermişdir.
Atasi Nəsrullah Sultan Qutqaşin
mahalının son sultani olmuş, Azərbaycan Rusiya tərəfindən
işğal edildikdən sonra həmin mahalın
başçısı təyin edilmişdir. Həmin dövrdə
keçmiş xan və bəyləri daima itaətdə
saxlamaq üçün çar Rusiyasi onların
uşaqlarını çar ordusunda zabit kimi əsir saxlayirdi.
Belə təklif Nəsrullah sultana da gəlmişdir. O da
oğlanlarindan ən cilizini, balaca İsmayılı çar
hökumətinə vermişdi.
İsmayil bəy 1822-ci ildə rus ordusunda
xidmətə başlamişdir. Peterburqda dörd il kadet məktəbində
oxumuşdur. 1822-ci ildə bu məktəbi bitirib, Əlahiddə
Qafqaz Korpusu tərkibindəki Gürcüstan alayinda siravi əsgər
kimi hərbi xidmətə başlamişdir.
İsmayil bəy Qutqaşınlı
uşaqliq və gənclik illərində dini təhsil
almiş, ərəb, fars dillərini
öyrənmiş, klassik Azərbaycan və Şərq ədəbiyyati
ilə yaxindan taniş olmuşdur. Xidmət illərində
İ.Qutqaşinli bir sira mütərəqqi rus ziyalilari ilə
dostluq əlaqəsi yaratmiş, rus və Qərbi Avropa mədəniyyətlərinin
nailiyyətlərinə yiyələnmiş,
dövrünün ən savadli Azərbaycan
ziyalılarından biri olmuşdur. Eyni zamanda o, Azərbaycanin
böyük maarifçi alimləri -Mirzə Fətəli
Axundzadə, Qasim bəy Zakir, Abbasqulu ağa Bakixanov və
başqalari ilə yaxindan dostluq etmişdir. Bu şəxslər
Azərbaycan ədəbiyyatinda “Paqonlu maarifçilər” adi
ilə məşhurdurlar.
“Vikipedia”nin görkəmli xadim haqqinda
verdiyi bioqrafik məlumatda bildirilir ki, İsmayıl bəy
Rusiya-İran (1826-1828) və Rusiya-Türkiyə (1827-1829)
müharibələrində iştirak etmiş,
döyüşlərdə fərqləndiyinə görə
ordenlərə layiq görülmüşdür. Müharibələr
qurtardiqdan sonra o, hərbi xidmətini davam etdirmiş, vəzifəsi
ilə bağli olaraq Moskva, Peterburq, 1832-1836-ci illərdə isə
Varşavada yaşamişdir. Onunla birlikdə Varşavaya gedənlər
arasinda Abbasqulu ağa Bakıxanovun kiçik qardaşi
general-mayor Cəfərqulu ağa Bakıxanov, kapitan Həsən
bəy Ağalarov da vardi.
Qutqaşinlinin
“səfərnamə”si
Qutqaşınlı həmçinin hərbi
işi dərindən öyrənmiş, sıravi əsgərlikdən
general-mayor rütbəsinə qədər yüksəlmişdir.
O, 1841-ci ildə istefaya çixmiş və vətənə
qayıdaraq, Qutqaşın və Şamaxıda
yaşamış, dərs demişdir. Rus ordusunda 25 illik xidmətdən
sonra İsmayil bəy 1847-ci ildən Şamaxıda “Bəy
komissiyasi”nda işləmişdir.
İsmayıl bəy, Rus-Türk müharibələrində
ruslarin tərəfindən müharibə apardığına
görə gələcəkdə bu hadisədən
peşmanlıq duyduğu söylənir. İsmayıl bəyin
bu fikrə düşməsində böyük qardaşı
Qutqaşinlı Şeyx Yəhya Əfəndi
Dağıstanının rol oynadığ söylənilir.
İ.Qutqaşınlı 1852-ci ildə həyat
yoldaşi Tutu xanim Bikə ilə Məkkəyə Həcc
ziyarətinə getmiş, qayıdandan sonra Şamaxida və
Qutqaşında yaşamışdir. Böyük ədib iki dəfə
müqəddəs Həcc ziyarətində
olmuşdur. Bu səyahəti ilə əlaqədar “Səfərnamə”
adli yol qeydlərini (1967-ci ildə çap olunub)
yazmışdir. Əsər Qutqaşınlının getdiyi
yolun coğrafiyasinin öyrənilməsində böyük əhəmiyyət
daşıyır. Hazırda bu əsərin cəmi 126 səhifəsi
tapılmışdır. “Səfərnamə”nin bu nüsxəsi
Şix baba pirindən tapılıb, həmin nüsxəni
İsmayıl bəyin dostu Hacı Əli Əfəndi
üzünü köçürüb, bir çox kitablarin məhv
edildiyi dönəmdə, əsərin qorunmasi
üçün xalqin inam bəslədiyi pirdə gizlədilib.
İsmayil bəy istefaya
çıxdıqdan sonra Azərbaycan xalqının maariflənməsində
və oyanmasında fəal rol oynamağa
başlamışdır. O, 1849-cu ildə öz vəsaiti
hesabına Şamaxı müsəlman məktəbi
üçün bina kirayə edib, müəllim və xidmətçilərin
maaşlarini ödəyib, istefaya çıxdıqdan sonra həmin
məktəbdə rus dili müəllimi kimi fəaliyyət
göstərib. İsmayıl bəyin qohumlarından birinin
dediyinə görə, Həccdən qayıdarkən o,
özü ilə bir qiz və bir oğlan qul alib və onlari
Qutqaşında azad edərək, yeni həyat qurmalarina səbəb
olub. Digər bir əhvalata görə, İsmayil bəy
İstanbulda olarkən, bir alverçidən
şabalıdın qiymətini soruşub, lakin alverçi onun
görkəminə baxib deyib ki, “bu sənin xörəyin
deyil”. Qüruruna toxunduğundan İsmayıl bəy
Qutqaşına xəbər yollayıb ki, 40 dəvə
yükü şabalıd göndərsinlər. Şabalid gətirilib
və İsmayıl bəy onu camaata paylayib. Sultana xəbər
çatdığında o bunun səbəbi ilə
maraqlanıb, həmin alverçi cəzalandırılıb.
Heç kimin ayağina durmağı sevmədiyindən,
həmişə evinə gələnlər onun ayaqüstə
olduğunu görərmişlər, daima nökəri Çərkəzə
kasiblara taxıl paylamaq göstərişi verərmiş.
Xain
düşmənlərin qurbani
Salman Mümtaz İsmayil bəyin sufi
yolçusu deyil, kamil müsəlman olduğunu yazir.
İsmayil bəyin Məkkə səfərinin kəşfiyyat
xarakterli olduğu barədə də ehtimallar mövcuddur. Onun
bu səfər əsnasinda Osmanliya bağli ərazilərdə
hərbçilərlə görüşməsi bu fikri
qüvvətləndirir. “Yol qeydləri”ndə kimlərlə
görüşməsi, hansi əraziləri gəzməsi qeyd
olunub. Hətta 1854-cü ilin aprelində Anadolu ordusunun
marşali Zərif Mustafa paşa İsmayil bəyə gizli məktub
göndərərək ondan Azərbaycan və Dağistanda
Rusiya əleyhinə üsyan təşkil etməyi xahiş
edib. Lakin bu məktub erməni polkovniki M.T.Loris-Məlikovun
casuslarinin əlinə keçib. Buna görə də, 1855-ci
ildən etibarən çar hökuməti İsmayil bəyi nəzarətə
götürüb.
O, 1869-cu (bəzi mənbələrdə
1861-ci) ildə Ağdaş mahalinda karvansarada yemək yeyərkən
həyat yoldaşi ilə birgə zəhərlənərək
öldürülmüşdür. Bu xain oyunu ona Rusiyanin əli
ilə ermənilər qurmuşdular. İsmayil bəy
Qutqaşinlı Tutu xanim Bikə ilə bərabər Qəbələdəki
Soltanbaba qəbiristanliğinda dəfn edilmişdir.
Məlum olduğu kimi, Qutqaşinli
yaradıcılığının şah əsəri
fransız dilində yazılmış “Rəşid bəy və
Səadət xanim” əsəridir. Bu əsərdə iki zadəgan ailəyə
məxsus olan gənclərin məhəbbətindən bəhs
edilir. Bundan başqa, bəzi mənbələrə görə
Qutqaşinlinin “Tutu” adli əsəri də olmuşdur. Ancaq bu əsər
itirilmiş və günümüzə gəlib
çatmamişdir. İsmayıl bəy
“Miskin” təxəllüsü ilə şeirlər yazib. Onun
adinin ilk dəfə çəkildiyi ədəbi qaynaq
Hüseyn əfəndi Qaibzadənin “Azərbaycanda məşhur
olan şüəaranin əşarina məcmuə”dir. Həmin
məcmuədə verilmiş “Mədəd” adli mürəbbedə
Qasim bəy Zakir oğlu və qardaşi oğlu ilə
bağli bir problemlə bağli İsmayil bəyə müraciət
edib.
İsmayil
bəy Qutqaşinlinin adinin əbədiləşdirilməsi
üçün Qəbələ şəhərinin mərkəzi
küçələrindən birinə onun adi verilmişdir.
Eyni zamanda Qəbələdə ədibin heykəli
ucaldilmiş, ev muzeyi yaradilmişdir. İndi Bakinin Yasamal rayonundaki mərkəzi
küçələrindən biri də Qutqaşinlinin adini
daşiyir.
“Azadliq”in
Araşdirmaçi Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.-
2013.- 11 iyun.- S.14.