Haqsızlığın qurbanı - iki Stalin mükafatlı filosof
Əzablı yollarla qazanılan yüksək karyera
Azərbaycan fəlsəfi fikir tarixində müstəsna
xidmətləri olan, öz əqidəsi naminə həyatını
belə qurban verən filosof Heydər Hüseynovun adı yəqin ki, neçə-neçə
nəsillərin yaddaşından
silinməyəcək. Heydər
Hüseynov 1908-ci il aprelin 3-də İrəvanda
tacir Hacı Nəcəf Kərbəlayı
Hüseyn oğlunun ailəsində anadan olmuşdur.
O, ailədəki altı uşağın ən kiçiyi idi. Heydər anadan olduqdan az sonra atası
vəfat edir. Böyük qardaşı
Yusif 1918-ci ildə erməni dəstələri
tərəfindən öldürüldükdən
sonra ailələri əvvəl Batuma, sonra Stavropola, axırda Bakıya köçürlər. O, böyük
qardaşı və anasının himayəsi altında böyümüşdür.
Heydər Hüseynov yalnız on iki yaşında Bakının 18 saylı məktəbinin şagirdi
olmuşdur. O, 1927-1931-ci illərdə
Pedaqoji Universitetin həm şərqşünaslıq,
həm də pedaqoji fakültələrinin
tələbəsi olmuş,
ərəb və fars dillərinə mükəmməl yiyələnmişdir.
Əmək fəaliyyətinə 1924-cü ildən başlamış,
pedaqoji texnikumun kitabxanasında işləmişdir.
1931-ci ildə Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun ictimai elmlər fakültəsinin
qiyabi şöbəsini
bitirmiş, 1931-1932-ci illərdə
Azərbaycan Elmi-Tədqiqat
İnstitutunun aspirantı,
1936-1940-cı illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan filialı Ensiklopediya və Lüğətlər İnstitutunun
direktoru olmuşdur.
1939-1945-ci illərdə
SSRI Elmlər Akademiyası
Azərbaycan Filialı
sədrinin müavini,
1945-1950-ci illərdə Azərbaycan
SSR Elmlər Akademiyasının
vitse-prezidenti, 1945-1950-ci illərdə
Azərbaycan KP MK yanında
Partiya Tarixi İnstitutunun direktoru vəzifələrini tutmuşdur.
Heydər Hüseynov 1930-cu illərdə
fəlsəfə elmini
tədris etməklə
bərabər Azərbaycan
dilində fəlsəfəyə
aid “Dialektik materializm”,
“Dialektika və metafizika”, “Dialektika və tarixi materializm” adlı ilk dərsliklərini filosof Əhməd ağa ilə birlikdə yazmışdı.
Alim 1932-ci ildən
başlayaraq müxtəlif
ali məktəblərdə
fəlsəfədən dərs
deyir. 1936-cı ildəÿAzərbaycan
Sovet Ensiklopediyasının
hazırlanmasında iştirak
edir, 1940-cı ildə
isə baş redaksiyaya rəhbərlik edir.
Heydər Hüseynov 15 iyun 1939-cu ildə Tiflis şəhərində
“M.F.Axundovun fəlsəfi
görüşləri” adlı
dissertasiya müdafiə
etmişdir. O, 1944-cü ildə
doktorluq dissertasiyasını
müdafiə etmiş,
həmin il professor elmi adını almışdır.
Heydər Hüseynov tarix və fəlsəfə elminin inkişafına böyük töhfə verib. O, Azərbaycan tərcümə məktəbinin
əsasını qoyub,
ilk Azərbaycan-rus və
rus-Azərbaycan lüğətinin
redaktorlarından olub.
O, 100-dən çox elmi
məqalə yazır.
Bəhmənyar, Nizami
Gəncəvi, Füzuli,
Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi haqqında ciddi tədqiqat işi aparıb.
Alim 1948-ci ildə
“Tam Azərbaycan-rus lüğəti”nin
yaradılmasına görə
(1940-1946) İkinci dərəcəli
Stalin mükafatına layiq
görülür. Həmin
dövrdə Heydər
Hüseynov 733 səhifəlik
“XIX əsrdə Azərbaycan
fəlsəfi və ictimai-siyasi fikrin tarixi haqqında” fundamental
əsər yazır və 1950-ci ilin mart ayında Üçüncü
dərəcəli Stalin mükafatı
alır.
Müridizmi təbliğ etməyin cəzası
Onun 12 illik
fəaliyyəti ərzində
250-yə yaxın əsəri
çap olunur, onlardan 33-ü monoqrafiya, kitab və kitabçalardır.
Bu kitablar arasında ən məşhuru və onun intiharına
səbəb olan “XIX əsrdə Azərbaycan fəlsəfi və ictimai-siyasi fikrin tarixi haqqında” adlı əsəridir. Bu əsər hər şeydən öncə Azərbaycan fəlsəfə
tarixinin əsaslarının
hazırlanmasına xidmət
edirdi. Kitab çap olunandan sonra dostu Səməd
Vurğun kitabın bir nüsxəsini SSRİ
Yazıçılar İttifaqının
baş katibi, Stalin mükafatları üzrə
komissiyanın sədri
Aleksandr Fadeyevə göndərir. Əsər
tezliklə qeyd etdiyimiz yüksək mükafata təqdim olunur. Kitab rus
dilində yazılmış,
ilk dəfə 1949-cu ildə,
ikinci dəfə
1958-ci ildə müəyyən
ixtisarlarla çap edilmişdir. “XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən” kitabının redaktoru akademik Aleksandr Osipoviç Makovelski
(1884-1969) “Redaktorun ön
sözü” adlı yazısında kitabı
“XIX əsrdə Azərbaycan
fəlsəfəsinin inkişafının
sistemli şərhinin
ilk təcrübəsi” kimi
dəyərləndirmiş, öz münasibətini bildirmişdir.
“Vikipedia”nın görkəmli filosof haqqında yayımladığı
məqalədə oxuyuruq
ki, Heydər Hüseynovun elmi fəaliyyətinin mükafatlandırılmasına
baxmayaraq, ona qarşı respublika rəhbərlində dözümsüzlük
vardı. 1950-ci ilin mayında Kommunist Partiyası Mərkəzi Komitəsinin büro iclasında onu ciddi tənqid edirlər. Onun 19-cu əsrdə Qafqaz fəlsəfi fikir tədqiqi müridizmin təbliğ, sufizmin təqdiri kimi qəbul edilir. Göstərilir ki, kitabın müqəddiməsində
- İmam Şamil mütərəqqi və demokratik bir lider, həmçinin azadlıq fenomen kimi göstərilir ki, bu da
marksist ideyalarına ziddir, Şamil millətçi hərəkatın
nümayəndəsi idi
və türk sultanı ilə ingilis kapitalizm maraqlarına xidmət edən şəxs olub. Azərbaycan KP MK SSRI Nazirlər Soveti qarşısında onun aldığı Stalin mükafatlarından
məhrum edilməsi vəsatətini qaldırır
və vəsatət təmin edilir.
Ədalətsizliyə son çarə - intihar
Əsərin Mirzə Kazımbəy hissəsində SSRI “əleyhinə”
olan hissələr aşkara çıxarılır.
Mirzə Kazım bəyin əsas tədqiqatlarından biri Şeyx Şamillə bağlıdır. Şeyx
Şamil Peterburqda əsir saxlanılarkən
Kazımbəy onunla iki dəfə görüşüb, onlar
Qafqazdakı siyasi hərəkatlarla bağlı
fikir mübadiləsi ediblər. Kazımbəy Şamilin xahişi ilə ona öz
kitabxanasından on beş
kitab bağışlayıb,
birlikdə dəvət
aldıqları Marinski
teatrında “Katerina” və “Pəri” baletlərinə baxıblar.
Heydər Hüseynov bunları bilirdi, ona görə
də Kazımbəy haqqında yazarkən müridizm məsələsinə
toxunmamaq mümkünsüz
idi. Lakin bu onun əleyhinə
istifadə edilir. Mircəfər Bağırov
1950-ci il fevralın
14-dən 15-nə keçən gecə Heydər Hüseynovu yanına çağıraraq ondan yanlış düşündüyünü,
mətbuatda Şeyx Şamilin türk və ingilis casusu olduğunu söyləməsini tələb
edir, lakin o razı olmur. Bununla da öz
taleyinin hökmünü
verir. Hüseynov Kommunist Partiyasından çıxarılır və
Elmlər Akademiyasındakı
vəzifələrindən azad edilir. Dövlət
orqanları və bəzi həmkarları tərəfində əsassız
təqiblərə məruz
qalır.
Heydər Hüseynov hər iki Stalin mükafatının
pulunu yetimlər evinə bağışlamışdı.
Şeyx Şamilə görə repressiya olunan Hüseynova Şeyx Şamilin yurdundan dəstək gəlir. Hüseynov tutduğu vəzifəsindən azad olunandan sonra Rusiya Elmlər Akademiyasının Dağıstan
filialının direktoru,
SSRİ Elmlər Akademiyasının
müxbir üzvü Həbibulla Əmirxanov alimi öz yanında
işə dəvət
edir, lakin o, vəziyyəti dəyərləndirərək
dəvəti qəbul
etmir.
Beləliklə, haqsız təzyiqlərə
dözməyən və
həbs ediləcəyini
təxmin edən filosof 15 avqust 1950-ci ildə damarlarını kəsməklə özünə
qəsd edir.
Böyük filosofumuz, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri
doktoru, professor Zakir Məmmədov “Fəlsəfi
fikrimiz ona laqeyd qalmaq olmaz”
məqaləsində Heydər
Hüseynovdan bəhs edərkən yazmışdır:
“Akademik H.N.Hüseynov
40-cı illərdə Bəhmənyarın
kiçik həcmli iki fəlsəfi traktatını aşkara çıxarıb tədqiqat
obyektinə çevirməklə
sırf elmi-fəlsəfi
irsimizin varlığını
elan etdi. Görkəmli
tədqiqatçının milli ruhda Azərbaycan fəlsəfəsi
tarixinə dair yazdığı kitab elmi ictimaiyyət tərəfindən
rəğbətlə qarşılandı, Stalin
mükafatına layiq görüldü. Lakin alimin öz
xalqının tarixən yüksək elmi-fəlsəfi təfəkkürə
malik olduğunu aşkar söyləməsi imperiya
ağalarının zəhmindən qorxan kölələrə
xoş gəlmədi. XII əsrdə elminə görə
hakim tərəfindən təqdir edilmiş, amal və qayəsinə
görə isə öldürülmüş Şihabəddin
Yəhya Sührəvərdinin (1154-1191) taleyi XX əsrdə təkrar
olundu”.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun
maliyyə dəstəyilə çap edilir
Azadlıq.-
2013.- 12 iyun.- S.14.