XIX əsr Azərbaycan poeziyasının məşhurları

 

Dövrünün istedadlı qələm sahibləri

 

XIX əsr Azərbaycan poeziyası bir çox maraqlı imzalarla zəngindir. Belə qələm sahiblərindən bəzilərinin irsi ətraflı araşdırılıb, bəziləri haqqında geniş olmasa da, ümumi məlumatlar var, müəyyən müəlliflərin yaradıcılığı isə hələ tədqiqatçıların yolunu gözləyir.

Bu mövzuda belə şairlərdən bir neçəsi haqqında söz açacaq onların yaradıcılığından nümunələr verəcəyik. Dövrünün tanınmış belə qələm sahiblərindən biri Kazım ağa Salikdir. O, Azərbaycan ədəbiyyatında həm klassik poeziya üslubunu, Füzuli ənənələrini, həm Vaqif ədəbi məktəbini davam inkişaf etdirən istedadlı şair olub.

Kazım ağa Salik 1781-ci ildə Qazax mahalının Şıxlı kəndində anadan olmuş, ilk təhsilini burada almışdır. O, ilk təlim tərbiyəsini orada almışdır. Uşaqlıq illərindən yaşadığı mühitdə dərin hörmət qazanan şair gənclik illərini fərəhli şən keçirmiş, heç bir maddi sıxıntı görməmişdir.

Qardaşı Mustafa ağa Arifin, az sonra qızı Xeyrannisənin, daha sonra isə yaxın dostu həmdəmi Yəhya bəyin ölümü ona çox pis təsir etmiş, səhhətində problemlər yaranmışdır.

Kazım ağa Salik 1842-ci ildə vəfat etmişdir. Əsərləri 20 cildlikAzərbaycan Klassik Ədəbiyyatı Kitabxanası”nın VIII cildinə (1988) salınmışdır.

 

Yenə bır mahlıqa şolə salıb bag içrə,

Sanki tavusi-çəmən çətr vurub zağ içrə.

Demə, bu bağə yaraşmaz bu kəmalü bu cəmal,

Mədəni-zər tapılır, gər arasan, dağ içrə.

Zülfu xab görünür ruyi-səmən üzrə xoş,

əcəb, türfə düşüb rəngi-qarə içrə.

Yandı canım, bədən içrə şəbi-hicrində bunun,

Necə kim şəm yanar hər gecələr yağ içrə.

Baxma, Salik, qocalıbsan, gözələ, fikr elə kim,

Kim qoyar ruzi-bəhadə aruği çağ içrə.

 

Mirzə Baxış Nadim isə dövrünün tənqidi-satirik üslubda yazan görkəmli nümayəndələrindən biridir.

O, 1785-ci ildə Navahıda doğulmuşdur. Atası Molla Əsədulla dövrünün gözüaçıq, savadlı adamlarından olmuşdur. Şair ilk təhsilini ailədə atasından almış, sonra Şamaxıya gedərək mədrəsədə oxumuş, fars ərəb dillərini oyrənmişdir. Nadim 1878-ci ildə Navahıda vəfat etmişdir. Əsərlərindən nümunələr 20 cildlikAzərbaycan Klassik Ədəbiyyatı Kitabxanasının VIII cildindən (1988) götürülmüşdür.

 

Neyləmişdim, yarəb, həqq dərgəhində,

Xəstə olub müdam, cahanə düşdüm.

Yazıldı naməmiz ölkəbəölkə,

Yetişdi dillərə, dastanə düşdüm.

Can qurban eylərəm görsəm dustimə,

Durubdurlar o zalımlar qəsdimə,

Yengi gəlmiş idi təbib üstümə,

Qədəm basdı geri, dərmanə düşdüm.

 

Heyran xanım

Heyran xanım Azərbaycanın görkəmli qadın şairlərindən biridir. O, XVIII əsrin sonlarında Naxçıvan şəhərində anadan olmuşdur. Əsərlərindən məlum olur ki, şairənin əsli Cənubi Azərbaycanda məşhur olan Dünbüli tayfasındandır. Rusiya-Iran  müharibəsində (1826-1828-ci illər) məğlubiyyətə uğrayan şah qoşunları geri çəkilərkən yolüstü yaşayış yerlərinin əhalisini Irana köçməyə məcbur etmişlər. Köçürülən əhali içərisində Heyran xanım onun ailəsi var idi.

Beləliklə, şairə gənc yaşlarında doğma yurddan ayrılmış, ömrünün axırına qədər Cənubi Azərbaycanda, Təbrizdə yaşamışdır.

Heyran xanım fars dilində yüksək təhsil almış, şərqin Firdovsi, Sədi, Hafiz, Nizami, Füzuli kimi klassiklərin yaradıcılığını oxuyub öyrənmişdir. Onun şeirlərində Azərbaycan sənətkarlarından Həsənoğlu, Nəsimi Füzulinin təsiri aşkar duyulur. Şairənin bir sıra qəzəlləri dahi Füzuliyə nəzirə şəklində yazılmışdır.

Lakin şairənin orijinal şeirləri daha çoxdur. Belə şeirlərində o, bir tərəfdən Eşqi tərənnüm edir, digər tərəfdən isə zəmanəsinin zülmündən bəhs edərək, dövranın möhnətindən, fələyin gərdişindən acı-acı şikayətlənir. Heyran xanımın əsərləri nikbin pafosu, tərənnümün səmimiliyi, dilinin sadəliyi aydınlığına görə XIX əsr Azərbaycan ədəbiyyatında xüsusi yer tutur. Onun əsərləri 20 cildlikAzərbaycan I Klassik Ədəbiyyatı Kitabxanası”nın VIII cildinə (1988) salınmışdır. Aşağıdakı qəzəl həmin kitabdandır:

 

Olubdu qəm yatağı, şad gördüyün könlüm

Dağıldı qüssədən, abad gördüyün könlüm.

Diyari-qəmdə giriftarü dəstgir oldu,

Kəməndi-firqətə, azad gördüyün könlüm. -

Fəraq dərdinə axtardı, tapmadı çarə,

Cəmii hikmətə ustad gördüyün könlüm.

Səriri-vəsldə Xosrovsifət oturmuşdu,

Olubdu kuhdə Fərhad, gördüyün könlüm.

 

Zikri Ərdəbili Fazil xan Şeyda

 

Zikri Ərdəbili XIX əsr Azərbaycan poeziyasının istedadlı nümayəndələrindən biri olub. O, hicri tarixinin 1205-ci (miladi 1790-cı) ildə anadan olmuşdur. Zikrinin əsl adı Ibrahim, atasının adı Həsəndir. O, şairlik sənətini ustadı Fikridən öyrənmişdir. Lirik şair olan Zikrinin şeirlərində ictimai motivlər vətənpərvərlik, saf məhəbbət hisslərinin tərənnümü qüvvətlidir. Onun bir sıra qəzəlləri vaxtı ilə dillər əzbəri olmuş xanəndələr tərəfindən oxunmuşdur. Onun əsərləri 20 cildlikAzərbaycan I Klassik Ədəbiyyatı Kitabxanası”nın VIII cildinə (1988) salınmışdır. Aşağıdakı qəzəl həmin kitabdandır:

 

Ey səba, bu ərzimi ərz etgilən cananıma,

Bəlkə dərman eyləyə bu dərdi-bidərmanıma.

Gərçi bu çərxi-fələk səndən məni qıldı cüda,

Barı sən, ey bivəfa, hərdəm nolur, gəl yanıma.

Bilməzəm hərdəm neçin qanım tökər canan yerə,

Hiç rəhm etməz mənim bu dideyi-giryanıma.

 

Fazil xan Şeyda XVIII əsrin sonlarında Təbrizdə mühəndis ailəsində doğulub, anadan olduğu il məlum deyil. Əsl adı Molla Fətulladır, Təbrizdə mükəmməl ruhani təhsili almışdır. Şeirlərində yüksək vəzifəli adamları tənqid etdiyinə görə dövlət məmurları ruhanilərin təqiblərinə məruz qalmışdır. Buna görə , 1838-ci ildə Iranı tərk edərək Tiflisə gəlmiş Rusiya təbəəliyinə keçmişdir. Fazil xan 1846-cı ildə Qafqaz canişinliyində dəftərxana müdiri, 1847-ci ildə isə Tiflisdə yeni açılmış şiə məktəbinə müəllim təyin edilmişdir. O, Tiflisdə yaşadığı zamanDivani-hikmətədəbi məclisinin yığıncaqlarında iştirak etmişdir. Şair 1852-ci ildə Tiflisdə ölmüş şəhərin müsəlman qəbristanlığında dəfn olunmuşdur.

Fazil xan Şeydanın həyat fəaliyyəti ətraflı öyrənilmədiyi kimi əsərləri tam halda əldə edilməmişdir. Burada verilən məlumat nümunələrYazıçınəşriyyatının çap etdiyiPoetik məclislər” (1987) kitabından götürülmüşdür.

 

Fələk heç kimsəni, yarəb, nigəran eyləməsin,

Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin,

Eşq canına salıb, afəti-can eyləməsin,

Onu dildən-dilə məşhuri-cahan eyləməsin,

Açılan qönçə kimin ömrü xəzan eyləməsin.

Mənə cövrü sitəm etməkdə fələk qoymadı kəm,

Necə Yusif kimi zindanə salıbdır möhkəm,

Istəməm bir kəsə izhar eləyim möhnətü qəm,

Yoxdur aləmdə dəxi bir belə yari-möhkəm

Ki, nihan sözlərimi xəlqə bəyan eyləməsin.

 

Həyatı yaradıcılığı haqqında söz açdığımız şairlər həmin dövrün tanınmış qələm sahiblərinin bir hissəsidir. O dövrün yaradıcılığı maraqlı araşdırma mövzusu ola bilən onlarla şair isə tədqiqatçıların yolunu gözləyir.

 

Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 Azadlıq.- 2013.- 20 iyun.- S.14.